Salyanda müstəqilliyimizin 20 illiyinə həsr olunmuş tədbir keçirildi



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə1/16
tarix31.10.2018
ölçüsü2,03 Mb.
#76929
  1   2   3   4   5   6   7   8   9   ...   16


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycanlıların və digər Türkdilli Xalqların 

Əməkdaşlıq Mərkəzinin (ATXƏM) 5 illik fəaliyyətinə dair  

 

İLLİK HESABAT 

 

(2007-2012) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ünvan: Bakı şəhəri, Səbail rayonu, 

64-cü məhəllə, Neftçilər pr. 39; 

Tel: (+99412) 4918313; 

Fax: (+99412) 4910796 

Cep:(+99 450) 623 26 88 

www.atxem.az 

athem2007@gmail.com 

 


ATXƏM hansı zərurutətdən yarandı?  

 

ATXƏM sədri İlham İsmayılov:  



“ Türkdilli xalqlar arasında birliyin mohkəmləndirilməsi çağdaş ictimai-siyasi gerçəkliyin 

zəruriləşdirdiyi vəzifədir” 

 

ATXƏM-in sədri İlham İsmayılov təşkilatın 



yaranması ilə bağlı fikirləriniMərkəzin təsis 

konfransında belə izah etmişdir: 

-  Mərkəzin yaranma səbəblərinə toxunaraq 

bildirim ki, Azərbaycan müstəqilliyinin ilk 

illərində bir sıra problemlərlə üzləşmişdi. 

Torpaqlarımız işğal olunur, iqtisadi-sosial həyatda 

tənəzzül getdikcə  dərinləşir, daxildə  və xaricdəki 

bəzi qüvvələr ölkədə sabitliyi pozmağa, vətəndaş 

müharibəsi yaratmağa cəhd göstərirdilər. Tale 

Azərbaycanın üzünə güldü; Ulu öndərimiz 

Heydər  Əliyev xalqımızın təkidli tələbilə yenidən hakimiyyətə  gəldi. Qısa müddətdə 

respublikanı xaosdan, qarışıqlıqdan xilas etdi, sosial, iqtisadi sahələrdə sürətli inkişafa nail 

olmaq üşün bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan islahatlara başladı, Ermənistanla aparılan 

müharibədə atəşkəs rejiminə nail oldu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 

sülh yolu ilə  həllinə üstünlük verdi. Burada bir məqamı xüsusi vurğulamağı  zəruri sayıram. 

Azərbaycanın ağır, çətin, sarsıntılı günlərində, müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdiyimiz 

vaxtlarda ölkəmizə dayaq olan, bizi sınmağa,  əyilməyə qoymayan, iqtisadi, sosial 

problemlərimizin həllinə dost, qardaş köməyi göstərən məhz Türkiyə Cümhuriyyəti olmuşdur. 

Beynəlxalq aləmin biganə qaldığı Dağlıq Qarabağ haqsızlığına qarşı  səsini ilk qaldıran da, 

Ermənistanı işğalçılığa son qoymağa ilk çağıran da Türkiyə Cümhuriyyəti olmuşdur.  

Bu məqamda mən diqqəti dövlət başçımız  İlham  Əliyevin Türk Dövlət və  Cəmiyyətlərinin XI 

Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında dediyi sözlərə yönəltmək istərdim. Azərbaycan 

prezidenti vurğulamışdır ki, Sovet İttifaqının dağılmasından sonra 5 türk cümhuriyyətinin 

meydana gəlməsi nəticəsində yaranmış yeni geosiyasi situasiya əlbəttə, bizi daha çox sıx 

birləşməyə sövq edir. Qısa bir müddət  ərzində Türkiyədə  və Azərbaycanda bizim birliyimizi 

möhkəmləndirən çox mühüm addımlar atılmışdır. Belə ki, 2006-cı ildə Antalyada əvvəlcə 

qurultay, daha sonra türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü, 2007-ci ilin mart ayında 

Bakıda Azərbaycan və türk diasporları  rəhbərlərinin I forumu, noyabrda isə türk dövlət və 

cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və  Əməkdaşlıq qurultayı keçirilmişdir. Hamısında da 

qarşıya bir məqsəd qoyulmuşdur – türk dünyası daha da mütəşəkkil olmalı, türk ölkələri bir-

birilə  əlaqələrini və dünyadakı mövqelərini daha da möhkəmləndirməlidir. Türk dövlətlərinin 

birliyi nə qədər möhkəm, nə qədər güclü olsa hər bir ölkə öz milli maraqlarını bir o qədər uğurla 

müdafiə edə bilər.  

Biz heç vaxt türk dünyasının iki dahi şəxsiyyətinin ayrı-ayrı vaxtlarda dedikləri sözləri 

unutmamalıyıq. Ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, 

Azərbaycanın sevinci bizim sevincimizdir” fikri, ümummilli lider Heydər Əliyevin isə “Türkiyə 

və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı bizim münasibətlərimizin təməl prinsipidir. 

Türkiyə - Azərbaycan münasibətləri məhz bu əsasla qurulur və bu iki ölkənin uğurlu iş birliyi 

bütün türk dünyasına öz müsbət təsirini göstərir. Yuxarıda qeyd etdiyim məşhur tarixi fikirlərdə 

çöx böyük məna, çox böyük məhəbbət var. Bu iki qardaş ölkəni bir-birinə daha yaxınlaşdırır, 

əlaqələrini gücləndirir.  



Yeri gəlmişkən, diqqəti bir məqama da yönəltmək istərdim. Azərbaycanın müstəqil dövlət kimi 

formalaşmasında Türkiyənin rolu əvəzsizdir. Türkiyə Azərbaycanı müstəqil ölkə kimi tanıyan ilk 

dövlət olmuşdur. Müstəqilliyimizin ilk illərində, ümumiyyətlə, bütün dövrlərdə xalqımız 

Türkiyənin dəstəyini, qardaş köməyini hiss etmişdir. Bu dəstəyi, köməyi biz bu gün də hiss 

edirik, sabah da belə olacağına şübhə yoxdur.  

Azərbaycan və Türkiyə arasında əlaqələrin getdikcə güclənməsi ilə bağlı dövlət başçımız cənab 

İlham  Əliyev demişdir: “Bu gün qarşılıqlı  fəaliyyət nəticəsində bizim gücümüz, Azərbaycanın 

artan gücü eyni zamanda Türkiyəni də gücləndirir. Qarşılıqlı investisiyaların həcmi ildən-ilə 

artır. Artıq Azərbaycan investisiyaları Türkiyəyə qoyulur, bunların həcmi milyardlarla ölçülür”.  

Bu dostluq, qardaşlıq münasibətlərini, necə deyərlər, gözü götürməyən qüvvələr də var. Çox 

böyük maliyyə inkanlarına malik olan erməni lobbisi və dünya ermənilərinin bizə qarşı 

kampaniya aparmalarını buna misal göstərə bilərik. Erməni lobbisi bizə qarşı əsassız ittihamlar, 

iddialar qaldırır. Biz onların, eləcə də himayədarlıqları ilə bəzi ölkələrin riyakar siyasətçilərinin 

əsassız ittihamlarına qarşı öz həqiqətimizi qoymalıyıq. Çünki haqq-ədalət bizim tərəfimizdədir. 

Bu barədə ölkə Prezidenti cənab İlham Əliyev çox haqlı olaraq qeyd etmişdir: “Erməni lobbisi 

və Ermənistan 1915-ci ilin hadisələrinə görə Türkiyəni daim bütün ölkələrdə günahlandırmaq 

istəyir. Bütün ölkələrin parlamentlərində qondarma “soyqırımı”nı tanıtdırmaq istəyir. Bu, böyük 

erməni yalanıdır, böyük erməni təxribatıdır. Əslində ermənilər həmişə türklərə, azərbaycanlılara 

qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub, yaxın tarixdə də belə olubdur və 

Xocalı soyqırımı bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları  qətlə 

yetirmək soyqırım deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya da 

görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma “faktlar”ı 

əsasında qərar qəbul edirlər. Biz buna qarşı öz siyasətimizi, həqiqətimizi, təbliğatımzı  və 

gücümüzü qoymalıyıq.  Əlbəttə ki, həqiqəti çatdırmaq, təbliğ etmək, dütün dünyaya yaymaq 

bizim işimizdir - dövlətlərin, diaspor təşkilatlarının, ümumiyyətlə, hər bir vətənpərvər insanın 

işidir”. Dövlət başçımız cənab  İlham  Əliyevin bu sözləri bizim mərkəzin fəaliyyət prinsipinin 

əsasıdır, proqramımızın ana xəttidir. Yəni hazırda mərkəzimiz öz işini bütün dünya türklərinin 

birliyinə nail olmaq üzərində quraraq, bu məqsəd, bu məram uğrunda bir sıra tədbirlər həyata 

keçirir.  

Etiraf etməliyik ki, dünya türklərinin birliyi hələ arzuladığımız səviyyədə deyil. Bəlkə də, bunun 

nəticəsidir ki, Dağlıq Qarabağ həqiqətlərini, Şimali Kipr türklərinin ədalət mücadiləsinə rəğmən 

blokadaya məruz qalmalarını, Balkan yarımadasımda və ya müştərək coğrafiyamızın müxtəlif 

bölgələrində yaşayan soydaşlarımızın sıxıntılarını dünya ictimaiyyətinə lazımınca çatdıra 

bilmirik. Bu baxımdan da tariximizə, mədəniyyətimizə, inancımıza söykənərək türkdilli ölkələrin 

potensialını  hərəkətə  gətirməliyik. “Azərbaycanlıların və digər Türkdilli Xalqların  Əməkdaşlıq 

Mərkəzi”ni də  məhz bu məsələləri hərtərəfli, vahid mövqedən yanaşaraq müzakirə etmək

dəyərləndirmək üçün yaratmışıq.  

Mərkəzimizin yaranması ilə bağlı  təşəbbüsə  təkan verən bir məqamı da sizlərin diqqətinə 

çatdırmağı özümə borc bilirəm. 2006-cı ildə Türkiyənin Antalya şəhərində Türk Dövlət və 

Cəmiyyətlərinin X Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında Azərbaycan prezidenti cənab 

İlham Əliyev çıxışı zamanı “Biz artıq hücuma keçməliyik” dedi. Prezident “biz” deyəndə bütün 

türk dünyasını nəzərdə tuturdu. Bu sözlər xüsusən diaspor təşkilatlarına tuşlanmışdır. Prezidentin 

çıxışı  məni də ruhlandırırdı  və bu gün biz artıq Azərbaycan Respublikasının  Ədliyyə 

Nazirliyində rəsi qeydiyyatdan keçmiş beynəlxalq ictimai birlik kimi fəaliyyət göstəririk.  

Mərkəzi yaratmaqda məqsədimiz təbliğat işlərini gücləndirmək, türkdilli ölkələrin üzləşdikləri 

haqsızlıqları dünya birliyinin diqqətinə çatdırmağa yönəlib. Bunun üçün biz – türkdilli xalqlar 

olaraq gücümüzü birləşdirməliyik. Ölkə başçımızın dediyi kimi, gücümüz birliyimizdədir. Biz nə 

qədər güclü olsaq, bizim həqiqətimiz də bir o qədər üstün, tutarlı olacaqdır, bir o qədər də 




Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə