Salyanda müstəqilliyimizin 20 illiyinə həsr olunmuş tədbir keçirildi



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə16/16
tarix31.10.2018
ölçüsü2,03 Mb.
#76929
1   ...   8   9   10   11   12   13   14   15   16

Tədbirdə  çıxış edən “Birlik” jurnalının baş redaktoru İlqar  İlkin Türk dünyasının  ən böyük 

problemlərdən olan Dağlıq Qarabağ problemi ilə bağlı geniş məruzə edərək, Türk dünyası olaraq 

əsasən uydurma “erməni soyqırı”mı yalanlarına qarşı birliyin sağlanması, Xocalı soyqırımının 

dünyada tanıdılması, ermənilərin Azərbaycanın işğal altında saxladığı torpaqlardan geri 

çəkilməyənə  qədər Türk Cümhuriyyətlərinin Ermənistanla siyasi-iqtisadi əlaqələrinə yenidən 

baxılmasını vacib saymışdır. Daha sonra İ.İlkin konfransın yekun qətnaməsində Dağlıq Qarabağ 

probleminin gündəmdə saxlanması üçün Orta Asiya ölkələrində müxtəlif tədbirlərin və 

konfransların keçirilməsi təklifi ilə  çıxış etmişdir. Təklif Konfransın yekun qətnaməsində 8-ci 

bənd olaraq diqqətə alınmış və Türkiyə Cumhuriyəti Ulusal Öğrenci Konseyi tərəfindən 2012-ci 

ildə Dağlıq Qarabağ probleminə  həsr olunmuş geniş bir proqramın hazırlanması  qərara 

alınmışdır. 

ATXƏM-in “Birlik” jurnalı bütün Türk Dünyasına yayımlanır 

 

 2008-ci ildən fəaliyyətə başlayan ATXƏM-in “Birlik” 

jurnalı 2011-ci il ərzində də nəşr olunmuşdur. Jurnalda 

Türk Dünyasının ortaq problemləri,  əməkdaşlıq 

məsələləri (Azərbaycan, rus, ingilis, türk dillərində) 

geniş  şəkildə  işıqlandırılmışdır. Bundan başqa 

ATXƏM-in fəaliyyətdə olan 

www.atxem.az

 saytı da il 

ərzində fəaliyyət göstərmişdir. 

 

 

ATXƏM-in 2012-ci ildə həyata keçirdiyi layihələr 



 

100-dən çox QHT Fransaya etiraz bəyanatı ünvanladı 

 

 23 yanvar 2012-ci ildə Fransa 



Senatında “erməni soyqırımı”nı 

inkar edənlərin cinayət 

məsuliyyətinə  cəlb olunması ilə 

bağlı  qəbul olunmuş qanun 

layihəsi Azərbaycanda geniş 

ictimayyət nümayyədələri 

tərəfindən etirazla qarşılanıb. 

Sözügedən qanun layihəsi 

Azərbaycanda fəaliyyət göstərən QHT-lərin də böyük narazılığına səbəb olub. 

Bu məqsədlə yanvarın 25-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi 

(ATXƏM) və Milli Qeyri Hökumət Təşkilatları Forumunun birgə  təşkilatçılığı ilə “Fransa 

Senatında “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə  cəlb olunması ilə bağlı 

qəbul olunmuş qanun layihəsinə QHT-lərin etirazı” mövzusunda dəyirmi masa keçirilib.  

Dəyirmi masanı giriş sözü ilə açan ATXƏM sədri  İlham  İsmayılov deyib ki, tədbirin 

keçirilməsində  əsas məqsəd ölkədə  fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Fransa 

Senatının bu qərarına etirazını ifadə etmək və bu etirazı adı  çəkilən ölkələrin müvafiq 

instansiyalarına çatdırmaqdır. Çıxışında  İlham  İsmayılov onu da diqqətə çatdırıb ki, erməni 



diasporu 2015-ci ilə qədər əksəriyyət Avropa ölkələrində belə bir qanunun qəbuluna çalışacaqlar. 

Ona görə  də artıq sözdən  əməli işə keçmək lazımdır. Milli QHT Forumunun prezidenti Rauf 

Zeyni isə deyib ki, Azərbaycan cəmiyyəti olaraq bu mübarizədə öz strategiyamızı müəyyən 

etməliyik: “QHT rəhbərləri, jurnalistlərdən ibarət qruplar yaradılmalı, Fransaya səfərlər təşkil 

edilməli və Azərbaycan cəmiyyətinin etirazı bu ölkənin müvafiq qrumlarına çatdırılmalıdır”.  

Dəyirmi masada çıxış edən Elmi Araşdırmalar Mərkəzinin sədri Aygün Həsənoğlu, “Yeddi 

dövlət, bir millət” Konseyinin başqanı Azər Həsrət, “Zirvə” İB sədri Şahin Qədirli, Beynəlxalq 

diaspora Mərkəzinin sədri  İsmayıl Ağayev, Jurnalist Qadınlar Birliyinin sədri Sevil Yusifova, 

Türkiyə Universitetləri Məzunları  İB-nin sədri Çingiz Bayramov, Yeni Yazarlar və  Sənətçilər 

Qurumunun sədri Aydın  Əbilov, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri  Əkbər Qoşalı, 

Azadlıq Hərakatçıları birliyinin sədri Təhmasib Novruzov, Müstəqil Araşdırmaçı Jurnalistlər 

Birliyinin sədri Qafar Çaxmaqlı, Kür-Xəzər Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov, Sosial 

Rifah və  Tərəqqi Cəmiyyətinin sədri  Əkrəm Bəydəmirli, Dünya Azərbaycanlılarının 

Vətənpərvər Gəncləri İB-nin sədri Nəsimi Qarabağlı, Azərbaycan Vətən Müharibəsi Veteranlar 

Birliyinin sədri Füzuli Rzaquliyev, Vətəndaşların Sosial Rifahı  İB-nin sədri  İradə Rzazadə, 

“Dinc Dünya” Araşdırmalar Mərkəzinin sədri  Əlisafa Mehdiyev, Dağlıq Qarabağ  İcmasının 

İdarə Heyətinin üzvü Cavid Əliyev, Müharibə Veteranları Qadınlarına Sosial Yardım  İB-nin 

sədri Radə Abbas və digər QHT rəhbərləri də Fransaya qarşı atılması vacib olan addımlarla bağlı 

öz təkliflərini veriblər. Dəyirmi masanın sonunda Azərbaycanda fəaliyyət göstərən 100-dən çox 

QHT adından Fransaya etiraz bəyanatı qəbul edilib.  



Strasburqda Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər  

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi Strasburq "Azərbaycan Evi" 

ilə birgə Xocalı faciəsinin 20-ci 

ildönümü ilə bağlı fevral ayının 

23-26-da Strasburq şəhərində 

silsilə  tədbirlər və "Xocalıya 

ədalət" kampaniyası 

çərçivəsində mitinq keçirmişdir.  

Bu məqsədlə Azərbaycan 

nümayəndə heyətinin tərkibində 

ATXƏM-in sədri 

İlham 


İsmayılov, Prezident Administrasiyasının  İctimai-siyasi məsələlər  şöbəsinin diasporla iş üzrə 

sektor mudiri Qafar Əliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Dağlıq Qarabağ 

Azərbaycanlıları İcması idarə heyətinin üzvü, Xocalı faciəsinin şahidi Cavid Əliyev və “Birlik” 

jurnalının baş redaktoru İlqar  İlkin Strasburqa rəsmi səfər etmişlər. Səfərin  əsas məqsədi 

ATXƏM və Strasburq «Azərbaycan Evi»nin 25 fevral 2011-ci ildə Strasburq şəhərində 

keçirəcəyi mitinqi təşkil etmək və buna hazırlıq görməkdən ibarət olmuşdur. Səfər çərçivəsində 

Azərbaycan nümayəndə heyətinin üzvləri Strasburqda Türkiyə Cümhuriyyətinin baş konsolu 

Z.Sibel Alganla görüşərək, Fransa senatında qəbul olunmuş “erməni qanunu” və Türkiyə-

Azərbaycan diaspora təşkilatlarının Avropa dövlətlərində birgə  fəaliyyət göstərmələri üçün 

görüləcək işləri, eyni zamanda Strasburqda Xocalı soyqırımı mitinqinə dəstək verilməsi ilə bağlı 

geniş fikir mübadiləsi aparılmışdır. Türkiyə baş konsulu Sibel Algan Xocalı soyqırımının 

tanıdılması üçün gərəkən bütün addımların atılmasında Azərbaycanın yanında olacaqlarını bir 

daha qeyd etmişdir. 

Azərbaycan nümayəndə heyətinin üzvləri Azərbaycanın Avropa Şurası yanında daimi 

nümayəndəliyində  səfir Arif Məmmədovla da görüşərək, diplomatik nümayəndəliklərlə 

Azərbaycan diaspora təşkilatlarının birgə  fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparmışlar. Daha 

sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Strasburq Türk Ailələri Federasyonunun başkanı 

Çelebi Koçak və Fransa-Türk Konfederasiyasının Fransa üzrə rəhbəri Namiq Şahin və yönetim 

kurulu üyeleri ilə  də görüşmüşlər. Görüşdə  əsas müzakirə mövzusu Strasburqda yaşayan 



Azərbaycan və Türk diaspora üvlərinin Xocalı mitinqində  həmrəyliyinə nail olmaq və 

mütəşəkkiliyi təmin etmək olub 



Strasburqda möhtəşəm Xocalı yürüş-mitinqi

  

Fevralın 25-də ATXƏM Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 20-ci ildönümü 



ilə bağlı Strasburq 

şəhərinin Kleber 

meydanında mitinq 

keçirib. Mitinqdə 

Azərbaycan nümayəndə 

heyəti ilə yanaşı, 

Strasburqda fəaliyyət 

göstərən Türk diaspor 

təşkilatları (Strasburq 

Türk Ailələri 

Fedarasyonu, Türk Ocaqları) və  ətraf  şəhərlərdə çalışan Azərbaycan, türk, fransız və digər 

təşkilatların nümayəndələri də iştirak ediblər.  

Mitinqdə çıxış edən natiqlər Xocalı soyqırımında əli olanların indiyə qədər cəzasız qaldıqlarına 

toxunmuş  və faciəni törədənlərin beynəlxalq məhkəmələr tərəfindən məsuliyyətə cəlb edilməsi 

istiqamətində konkret addımların atılması vaxtının çatdığını bildirmişlər.Mitinqin sonunda 

Xocalı faciəsini əks etdirən foto materiallar, erməni millətçilərinin qanlı hərəkətlərini pisləyən, 

“Xocalıya  Ədalət”  şüarlarından istifadə olunmuş, beynəlxalq təşkilatlara təqdim etmək üçün 

bəyanat qəbul edilmişdir. Bəyanatda Xocalı soyqırımının dünyada tanınması  və bu soyqırıma 

dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi tələb edilmişdir. Mitinqin sonunda yürüş 

keçirilmiş və Xocalı soyqırımı qurbanlarının xatirəsinə Azərbaycan bayraqlarının rəngində 613 

ədəd şarlar Strasburq səmalarına buraxılmışdır. 

 

“Türk Ocaqları” və tanınmış media nümayəndələri ATXƏM-də 

 

Martın 19-da Azərbaycanda 



səfərdə olan “Türk Ocaqları” 

İstanbul təşkilat başkanı dr.Cezmi 

Bayram,  İstanbul Universitetinin 

prorektoru prof.dr. Əhməd Cavad 

Acar, Ocağın İdarə Heyəti üzvləri 

Şərafəddin Yılmaz, 

Əhməd 

İyioldu,  Bəkir Çelik, KOCAV 



(Kültür Ocağı  Vəqfi) başqanı dr. 

Ali Ürey, Bağcılar Bələdiyyəsinin başqan müavini Yavuz Subaşı, dos.dr.Üfiq Özcan, 

dos.dr.Nəsrin Sarıəhmədoğlu, dr.İsmail Türkoğlu, eləcə də tanınmış KİV təmsilçiləri – Seyfullah 

Türksoy, Həsən Yavaş,  Əkrəm Kaftan, Özcan Ünlü, İbrahim Zahit Altay və Xeyrəddin Turan 

ATXƏM-i ziyarət etdilər.  

ATXƏM-in sədri İlham ismayılov “Türk Ocaqları”nın yaranmasının 100 illiyi ilə bağlı qonaqları 

təbrik edərək, Türkiyədə ən uzun ömürlü qeyri-hökumət təşkilatı olan bu təşkilatın Türk dünyası 

ilə bağlı gördüyü işlərdən danışdı. Görüşdə  İlham  İsmayılov “Türk Ocaqları”  İstanbul təşkilat 

başkanı dr. Cezmi Bayrama türk dünyasına göstərdiyi xidmətlərindən dolayı plaket də  təqdim 

etmişdir.Görüşdə “Türk Ocaqları”  İstanbul təşkilat başkanı dr. Cezmi Bayram ATXƏM-lə 

tanışlıqdan məmnun olduğunu bildirirərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsində 

maraqlı olduqlarını qeyd etdi. Daha sonra Azərbaycan ziyalılarının da iştirakı ilə qonaqların 

şərəfinə “Art Garden”də ziyafət verildi. 



Bakıda möhtəşəm Türkçülük Günü qeyd edildi 

 

Artıq neçə ildir ki, “Türkçülük günü”nü təntənə ilə qeyd 

edən Azərbaycanlıların və digər Türk Xalqlarının 

Əməkdaşlıq Mərkəzi (ATXƏM) bu gün də öz ənənəsinə 

sadiq qalaraq bu bayramı özünəlayiq şəkildə qeyd etdi.  

Qeyd edək ki, “Türkçülük günü” bütün Türk dünyasında 

hər il may ayının 3-də  təntənə ilə qeyd olunur. Bu tarixi 

gün Türk şairi və fikir adamı Hüseyn Nihal Adsızın 

Turançılıq iddiası ilə məhkəmə çəkilməsindən başlayan (3 

may 1944-cü il) böyük anım və özünə dönüş gününü kimi 

tarixə çevrilmişdir. Bu il də  “Şəhrizad” restoranında ədəbi-

bədii, musiqili tədbirlə qeyd olunan “Türkçülük günü”nə dövlət və hökumət rəsmiləri, ziyalılar, 

elm xadimləri, QHT və mətbuat nümayəndələri qatılmışdılar. 

Türk dünyasının inteqrasiyası istiqamətində atılan addımlar, Azərbaycanın bu proseslərdəki 

rolundan danışan natiqlər bildiriblər ki, son illər  ərzində Türk dünyasının birlik və  bərabərliyi 

yolunda mühüm tədbirlər keçirilib və bu tədbirlər günü-gündən daha da artmaqdadır. Türk 

dünyasında “3 may Türkçülük günü”ünün bayram kimi qeyd olunması türk düşüncə  tərzinin 

kommunizmə dirəniş göstərdiyi bir tarixdir və türk xalqlarının milli kimliyini qəsdə yönəlmiş 

kommunizmə qarşı  qələbəmizi qeyd etmək həm də türk varlığının qorunması kimi 

dəyərləndirmək olar.  



İranın Bakıdakı səfirliyi önündə piket keçirildi 

17 may 2012-ci ildə  İranın 

Bakıdakı  səfirliyi qarşısında 

Azərbaycanlıların və digər 

Türkdilli Xalqların Əməkdaşlıq 

Mərkəzinin (ATXƏM), Güney 

Azərbaycan 

İstiqlal 

Partiyasının (GAİP), eləcədə 

bir çox nüfuzlu ictimai və 

diaspora təşkilatlarının birgə piket-mitinqi keçirildi.300-ə yaxın iştirakçının qatıldığı mitinqdə 

çıxış edən DAK-ın həmsədri Cavad Direxti, GAİP-in İsveç üzrə təmsilçisi Səməd Fərtaş, DAK-

ın  İdarə Heyətinin üzvü Səftər Rəhimli bu gün İranın Azərbaycana qarşı apardığı siyasəti 

pislədilər. Natiqlər qeyd etdi ki, bu gün İranda Güney Azərbaycan türklərinə qarşı aparılan 

siyasət bütün beynəlxalq demokratik və hüquqi prinsiplərə ziddir. Piketdə “İran Azərbaycandan 

əlini çək!”, “İran işğalçı Ermənistanla əlaqələri durdur!”, “Haray, haray mən Türkəm!”, “Urmiya 

gölü can verir, susuzam haray, haray!” şüarlarından istifadə olunmuşdur. Sonda piketin 

qətnaməsi oxunaraq İran səfirliyinə təqdim olundu. Rəmzi olaraq İran səfirliyi önünə qara çələng 

buraxıldı. 

ATXƏM-də Evrovizyon gecəsi 

 

 



May ayının 24-də “Evrovizyon - 2012” 

musiqi yarışmasında iştirak edən Latviyanın musiqi qrupu və Latviyanın Azərbaycandakı 




fövqəladə və səlahiyyətli səfiri Hardijs Baumanis Azərbaycanların və digər Türkdilli Xalqların 

Əməkdaşlıq Mərkəzinin (ATXƏM) dəvətiylə təşkilatı ziyarət etdilər. 

ATXƏM-in sədri  İlham  İsmayılov Latviya musiqi qrupunun finala vəsiqə qazanmasa da, bu 

qurupun Azərbaycan xalqının qəlbində ayrıca yeri olduğunu bildirdi: “Sizin musiqi qrupunuzun 

Azərbaycan xalq mahnısı olan və erməni işğalına məruz qalmış “Sarı gəlin”ə müraciət etməniz 

çox təqdirəlayiq haldır. Bu münasibətiniz sizin gəlmiş olduğunuz ölkəyə, onun tarixinə  və 

mədəniyyətinə  nə  qədər önəm verdiyinizi bir daha sübut edir. Azərbaycan xalqına, onun 

mədəniyyətinə göstərmiş olduğunuz bu münasibət sizi bizim üçün çox əziz və qiymətli 

etməkdədir”. 

Daha sonra ATXƏM-də Latviyalı qonaqların şərəfinə ziyafət verilmişdir. Ziyafətdə iştirak edən 

Latviyanın Azərbaycandakı fövqəladə  və  səlahiyyətli səfiri Hardijs Baumanis ölkələrimiz 

arasındakı dostluq, qardaşlıq münasibətlərinin daima inkişaf etdiyini bildirərək, Azərbaycanın 

regionda artan nüfuzundan bəhs etmişdir. Səfir eyni zamanda Azərbaycanın belə bir mötəbər 

musiqi yarışmasını çox yüksək səviyyədə təşkil etdiyini də qeyd etmişdir.    



 

ATXƏM Bakının işğaldan azad edilməsinin ildönümünü qeyd etdi 

 

Sentyabrın 15-də 



Azərbaycanlıların və digər 

Türkdilli Xalqların Əməkdaşlıq 

Mərkəzi (ATXƏM) Nuru 

Paşanın rəhbərlik etdiyi Qafqaz 

İslam Ordusunun Bakını 

erməni-bolşevik 

birləşmələrindən azad 

etməsinin 94-cü ildönümü ilə əlaqədar Bakıdakı Türk Şəhidliyini ziyarət edərək, Türkiyənin 

Bakıdakı səfirliyi ilə birgə abidə önünə əklil qoydu. Daha sonra ATXƏM-in təşkilatçılığı ilə 

Səbail İstirahət Mərkəzində ənəvi olaraq anım tədbiri keçirdi. Tədbirdə dövlət rəsmiləri, millət 

vəkilləri, tanınmış elm adamları, tarixçilər, Avropada fəaliyyət göstərən diaspora üzvləri, QHT 

rəhbərləri, Türkiyə səfirliyi və Şimali Kipr Türk Respublikasının Azərbaycandakı 

nümayəndəliyinin rəsmiləri və sənətçilər iştirak edirdi.  

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə  və  səlahiyyətli səfrrliyinin hərbi atteşesi 



Yücel Karauz,  Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin yeni 

rəhbəri  Səadəddin Topukçu Azərbaycanda bu cür tədbirlərin keçirilməsindən məmnun 

qaldıqlarını qeyd ediblər. Azərbaycanla Türkiyənin daim bir yerdə olduğunu vurğulayan 

diplomatlar bu münasibətlərin getdikcə daha da inkişaf etdiyini diqqətə çatdırıblar. Hərbi atteşe 

onu da bildirib ki, nə Türkiyədə, nə  də Azərbaycanda bu günə  qədər Qafqaz İslam Ordusu 

tarixdəki öz haqlı yerini ala bilməyib. Tədbirdə çıxış edən digər natiqlər Bakının işğaldan azad 

edilməsinin önəmi, Qafqaz İslam Ordusunun 1918-ci ildə keçdiyi şərəfli döyüş yolundan 

danışaraq, Nuru Paşanın xatirəsinə Bakıda abidənin ucaldılmasının vacibliyini qeyd ediblər. 

Mərasim konsert proqramı ilə davam edib. 

 

Tarsusda Azərbaycan şairi Əhməd Cavad adına park açıldı 

 

17-21sentyabr 2012-ci ildə Türkiyə Cumhuruyyətinin 



Tarsus  şəhərində Tarsus bələdiyyəsinin təşkilatçılığı ilə 

11-ci Karacaoğlan  Şəlalə  Şer Axşamları festivalı 

keçirildi. Türk dünyasının bütün bölgələrindən 

iştirakçıların qatıldığı bu tədbir Azərbaycan üçün çox 

əlamətdar olan bir hadisə ilə yadda qaldı. Tədbir 

çərçivəsində Tarsus bələdiyyəsi tərəfindən Azərbaycanın 

böyük şairi Əhməd Cavadın adına veriləcək parkın açılışı 



da gerçəkləşdirildi. 

Qeyd edək ki, bu mötəbər tədbirdə Azərbaycanlıların və digər Türkdilli Xalqların  Əməkdaşlıq 

Mərkəzinin (ATXƏM) dəstəyilə Azərbaycandan ATXƏM sədri  İlham  İsmayılov, Prezident 

Adminstrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, Əhməd Cavadın nəvəsi 

Anar Axundzadə, sənətçi Şəmistan Əlizamanlı, “Birlik” dərgisinin baş redaktoru İlqar İlkin və 

Az.TV-nin Turan verilişinin çəkiliş qrupu da iştirak edirdi.  

Qeyd edək ki, Tarsus Bələdiyyəsi 2012-ci ili TÜRKSOY-un Əhməd Cavad ili elan etməsi 

şərəfinə bu parkın qurulmasını  və  təntənəli açılışını  həyata keçirmişdir. Azərbaycan-Türkiyə 

arasında dostluq-qardaşlıq münasibətlərinin artıq ölkə rəhbərləri səviyyəsində Yüksək Səviyyəli 

Strateji Əməkdaşlıq müstəvisində müzakirə olunduğu bir vaxtda Türkiyədə yeni bir Azərbaycan 

ünvanının açılması iki qardaş ölkə arasında dostluq münasibətində yeni bir simvola çevrilmişdir.  

Tədbirdə Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı da iştirak edərək, belə tədbirləri 

ümumtürk mədəniyyətinə, Türk birliyinin inkişafına töhfə adlandırmışdır. Tədbirin yekununda 

Tarsus bələdiyyə başkanı Bürhanedin Kocamaz bu tədbirə dəstək olduğu üçün ATXƏM sədrinə 

ayrıca təşəkkür edərək, ödül təqdim etdi. Öz növbəsində ATXƏM aədri  İlham  İsmayılov 

Azərbaycan nümayəndə heyətinin adından Tarsus Bələdiyyə başkanına xatirə hədiyyələri təqdim 

etdi.  

 

Türk Dünyası jurnalistləri ATXƏM-i ziyarət etdi 

 

 



 

Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Gəldik, gördük, yazdıq” adlı layihə 

çərçivəsində noyabrın 5-11-də 4 Türk dövlətdən və 8 türk muxtar respublikaları  və 

toplumlarından  gəlmiş 18 jurnalist, yazar və yeni nəsil siyasi icmalçıları (Nurqali Jusufbay 

(Qazaxıstan), Askar Umarov (Qazaxıstan),Altınbek  İsmayılov (Qırğızıstan), Hikmət  Ərən 

(Türkiyə), Ayşə Paslanmaz (Türkiyə), Ayşə Yeşim Özcan (Türkiyə), Enes ibrahim 

(Makedoniya), Murat Toylu (Türkmənistan),dr. Bahrom Hujanov (Özbəkistan), Baxtiyor 

Abdukərimov (Özbəkistan), dr. Şəmsəddin Kuzəçi (Kərkük,  İraq),dr. Tudora Arnaut (Qaqauz 

yeri, Moldova), Rafiq Ahmedişin, (Başqurdistan),Gülnaz Hasanova (Başqurdistan), Rafet Murat 

Ulutürk (Bolqarıstan), Dinçar Cafer (Rumıniya),Seyran Süleyman (Kırım, Ukrayna) 

Azərbaycanda səfərdə oludular. 

Qeyd edək ki, adıkeçən dövlət və topluluqlardan olan gənc yazar, jurnalist və yeni nəsil siyasi 

icmalçısıları, ideyası  və icra proqramı Azərbaycan Respublikası  Gənclər və  İdman Nazirliyi 

yanında Gənclər Fondu tərəfindən dəstəklənən və şərti olaraq 3 mərhələdən (hazırlıq, qonaqların 

Azərbaycana gəliş-dönüşü və məqalələr toplusunun nəşri) ibarət olan layihənin bu mərhələsində, 

Azərbaycanda Atatürk Mərkəzi, TİKA, TÜSİAB, ATXƏM EkoAVRASİYA, “Avrasiya 

Beynəlxalq Araşdırmalar  İnstitutu”  İB, Azərbaycan Respublikası  Gəncliyə Yardım Fondu, , 

Beynəlxalq Avrasya Mətbuat Fondu ilə tərəfdaşlıq şəraitində Bakıya gəliblər. 

Səfərin əsas məqsədi Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı jurnalistlərin yerində və 

daha dolğun məlumat almalarını  təmin etmək, eyni zamanda Qarabağ problemini bütün Türk 

dünyasının ortaq problemi olaraq dünya gündəminə daşımaqdan ibarət olmuşdur. Dünya Gənc 

Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi “Gəldik, gördük, yazdıq” adlı layihə 

çərçivəsində, Azərbaycanda Atatürk Mərkəzində “Qarabağ: Türk Dünyasının ortaq problemi” 

mövzulu uluslararası konfrans da düzənlənib. Eyni zamanda Türk dünyası jurnalistləri 




Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq üçün respublikamızın bölgələrinə (Tovuz, 

Ağdam (Quzanlı), Tərtər, Quba) də səfər edərək, yerli ictimaiyyət nümayəndələri ilə də görüşlər 

keçirmişlər. 

Səfər çərçivəsində jurnalistlər noyabrın 7-də Azərbaycanlıların və digər Türkdilli Xalqların 

Əməkdaşlıq Mərkəzini (ATXƏM) ziyarət edərək, təşkilatın fəaliyyəti ilə yaxından tanış 

olmuşlar. ATXƏM-in mərkəzi ofisində qonaqları salamlayan ATXƏM sədri  İlham  İsmayılov 

jurnalistlərə  təşkilat haqqında və türk dünyasında həyata keçirilən layihələrlə bağlı geniş 

məlumat verdi. Daha sonra qonaqların  şərəfinə ATXƏM-də ziyafət və  ədəbi-musiqili proqram 

gerçəkləşdirildi. Tədbirdə Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor 

müdiri Qafar Əliyev və Dünya Azərbaycanlıları Kongresinin sədri Cavad Direxti də  iştirak 

etmişdir. Tədbirdə çıxış edən Qafar Əliyev qonaqları salamlayaraq, Azərbaycan respublikasının 

türk birliyi üçün gördüyü işlərdən danışmışdır.   

Tədbir ATXƏM-in “Turan” musiqi qrupunun rəngarəng proqramı ilə davam etdirilmişdir. 

 

BİRLİK” dərgisi 2012-ci ildə 

 

 



 

 

 



Diqqətinizə görə təşəkkür edirik! 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə