Salyanda müstəqilliyimizin 20 illiyinə həsr olunmuş tədbir keçirildi



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə2/16
tarix31.10.2018
ölçüsü2,03 Mb.
#76929
1   2   3   4   5   6   7   8   9   ...   16

sözümüzü eşidəcəklər və bizimlə hesablaşacaqlar. Bir sözlə, bizim birliyimiz ölkələrimizin 

xoşbəxt, firavan gələcəyi üçün başlıca şərtdir və gücümüz bundadır. 



 

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq 

Mərkəzinin (ATXƏM) 2008-cu ildə həyata keçirdiyi layihələr 

 

 

 

ATXƏM-in təqdimetmə mərasimi  

 

30 dekabr 2007-ci ildə Azərbaycanlıların və digər Türkdilli 



Xalqların  Əməkdaşlıq Mərkəzi  İctimai Birliyinin Neftçilər 

prospekti 39 ünvanında yerləşən mərkəzi ofisinin açılışı olmuş, 

bu münasibətlə Bakı  Əyləncə  Mərkəzində ziyafət təşkil 

edilmişdir. Tədbirdə yerli və xarici ölkələrdən gəlmiş 200-dən 

çox qonaq iştirak etmişdir.  

 

 

 

ATXƏM-in rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etmişlər 

 

ATXƏM-in rəhbərliyi və üzvləri 31 dekabr 2007-ci ildə Dünya 



Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə  Fəxri 

Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad 

etmiş, Ulu Öndərin məzarı önünə  əklillər qoymuşlar. Tədbir 

iştirakçıları  Şəhidlər Xiyabanını  və Bakının azad olunması 

uğrunda şəhid olmuş Türk əsgərlərinin xatirə abidəsini də ziyarət 

etmişlər.  



 

 

ATXƏM - Çingiz Aytmatovun Türk Dünyasına son əmanəti 

 

Azərbaycan Respublikası Prezident Aparatının  İctimai-siyasi 



şöbəsinin diasporalarla iş üzrə sektorunun, Azərbaycan 

Respublikasının Qırğızıstandakı  səfiri Arif Ağayevin, Bişkekdə 

fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə dəstək Fondunun 

təşəbbüsü və Bakıda fəaliyyət göstərən Azərbaycanlıların və digər 

Türkdilli Xalqların  Əməkdaşlıq Mərkəzi  İctimai Birliyinin 

təşkilatçılığı ilə Türk dünyasının fəxri, dünya şöhrətli yazıçı Çingiz 

Aytmatov fevral ayının 24-də Azərbaycana gəlmişdir.  

Səfər proqramı çərçivəsində görkəmli yazıçı fevral ayının 25-də onu 

müşayiət edən  şəxslər ə birlikdə Azərbaycan dövlətinin qurucusu, 

ümummilli lider Heydər  Əliyevin məzarını ziyarət etmiş, abidə 

önünə ATXƏM adından əklil qoyulmuşdur. Elə həmin gün Çingiz 

Aytmatov ATXƏM-in yeni ofisinin açılış  mərasimində  iştirak 

edərək, acılış lentini kəsmişdir. Tədbir zamanı Çingiz Aytmatova 

ATXƏM-in 11 saylı fəxri üzvlük bileti təqdim edilmişdir. Görüşün 

sonunda Çingiz Aytmatov ATXƏM-in “Fəxri Qonaqlar Kitabı”na ürək sözlərini də yazmışdır. 

Səfər çərçivəsində ATXƏM Bakı  Əyləncə  Mərkəzində Çingiz Aytmatovla respublika 

ziyalılarının geniş kontinqentinin görüşünü də təşkil etmişdir.  

l



ATXƏM-də Novruz Bayramı qeyd olundu 

 

ATXƏM 2008-ci il martın 20-də Novruz Bayramı 



münasibətilə Türk Dövlətlərinin Bakıdakı  səfirliklərinin 

iştirakı ilə tədbir düzənlədi. 

Mərasimdə Qazaxıstanın Bakıdakı Fövqəladə 

və 


Səlahiyyətli Səfiri Serik Primbetov xanımı ilə birlikdə, 

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyükelçiliyinin 

Maliyyə Müşaviri Bünyamin Özgür, TİKA-nın Azərbaycan 

üzrə Proqram Koordinatoru Serhat Küçükkurt və onun 

müavini Nihal xanım  Ərsoy, TUSİAB-ın  İdarə Heyətinin 

üzvləri, Atatürk liseyinin Direktoru Şinasi Güner, Ukrayinalı 

və Azərbaycanlı Ziyalılar Assambleyasının sədri Fərhad 

Turanlı, İraq Türkmən Tələbələr Birliyinin üzvləri və digər 

qonaqlar iştirak edirdi.  

Tədbirdə  çıxış edən səfir Serik Primbetov mərasim 

iştirakçılarını təbrik edərək, Türk Birliyinin, mədəniyyətinin 

təbliği və inkişafında ATXƏM-in mühüm fəaliyyət 

göstərməsini arzuladı. Digər iştirakçılar da mövzu ilə əlaqədar öz arzu və istəklərini bildirdilər. 

Tədbirdə, o cümlədən incəsənət ustaları da iştirak edirdi. 



ATXƏM-in Türkiyə və Ukraynada rəsmi nümayəndəliyi yaradıldı 

Fəaliyyətə başladığı  qısa  ərzində ATXƏM özünü nəinki 

təkcə Azərbaycanda, ümumən bütün Türkdilli dövlətlərdə 

və Avropa ölkələrində ciddi qurum kimi tanıtmağa 

müvəffəq olmuşdur.  Ən  əsası odur ki, bu ciddi təşkilat 

imici sadəcə bir reklam mahiyyəti daşımayaraq, real 

faktlara və konkret işlərə söykənən bir gercəklik kimi 

qəbul olunmuşdur. Məhz bu ciddiyyətin məntiqi sonluğu 

olaraq ATXƏM-in digər Türk dövlətlərindən, 

toplumlarından və digər ölkərdən olan 

nümayəndəliklərinin və üzvlərinin sayı durmadan 

artmışdır.Və  məhz bu gerçəklik ATXƏM-in təşkilati 

strukturunun da genişləndirilməsi zərurətinə  vəsilə 

olmuşdur. Ümumi vəziyyəti tam ciddiyyəti ilə təhlil edən 

ATXƏM  İdarə Heyəti özünün 30 mart 2008-ci il tarixli 

iclasında təşkilatın Türkiyə Cümhuriyyətində  və 

Ukraynada daimi fəaliyyət göstərəcək rəsmi 

nümayəndəliklərinin yaradılması haqqında qərar qəbul 

etmişdir.ATXƏM-in Ukrayna və Avropa ölkələri üzrə 

nümayəndəliyinin rəhbəri vəzifəsi nə “Kiyev-Mohila 

Akademiyası” Milli Universitetinin professoru Fərhad Turanlı, Türkiyə Cümhuriyyətindəki 

nümayəndəliyinin rəhbəri vəzifəsinə isə Ankaradakı Qazi Universitetinin professoru Əflatun 

Nemətzadə təyin edilmişdir. 

 

 

 



ATXƏM 1918-ci il soyqırım qurbanlarının xatirəsini yad etmişdir 

 

 



ATXƏM “31 Mart – Azərbaycanlıların Soyqırım Günü” münasibətilə silsilə  tədbirlər planı 

hazırlamışdır. 2008-ci il mart ayının 27-də Azərbaycanı 1918-ci 

ildə bolşevik-daşnak qırğınlarından xilas etmiş Qafqaz İslam 

Ordusunun Neftçala rayonunun Seyidlər kənd məzarlığında dəfn 

olunmuş 10 şəhidinin qəbiri üzərində ucaldılmış Xatirə 

Abidəsinin ziyarəti ilə başlayan bu tədbirlər silsiləsi sonrakı 

günlərdə ATXƏM-in mərkəzi ofisinin konfrans zalında 1918-ci il 

qırğınlarına həsr olumuş elmi-praktik konfranslarla davam 

etmişdir.  

Tədbirlər silsiləsinin zirvə akkordu isə martın 31-də Bakıdakı 

Şəhidlər Xiyabanında Azərbaycanın xilası naminə canlarından 

keçmiş Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksi 

önündəki anim mərasimi olmuşdur. 

Anım mərasimində  çıxış edən natiqlər milli məsələlərdə daha 

aktiv olmağın, bu istiqamətdə görülən işlərlə kifayətlənməməyin 

və haqq səsimizin dünya dövlətlərinin diqqətinə bir daha 

çatdırmağın vacibliyini qeyd etmişlər. 

ATXƏM “Heydər Əliyev – 85” xatirə turniri təşkil etdi 

 

Azərbaycanlıların və digər Türkdilli Xalqların  Əməkdaşlıq 



Mərkəzinin təşkil etdiyi “Heydər  Əliyev-85” xatirə turnirinə 

2008-ci il may ayının 10-da Salyan rayonunun Qaraçala 

qəsəbəsində start verilmişdi. Sabirabad, Neftçala, Hacıqabul, 

Salyan rayonlarının,  Şirvan  şəhərinin və Qaraçala qəsəbəsinin 

16 yaşlılardan ibarət yığma komandalarının iştirak etdiyi turnirə 

may ayının 28-də Respublika Günündə yekun vuruldu. 

Turnirin rəsmi bağlanışında çıxış edən ATXƏM sədri  İlham 

İsmayılov və futbol ictimayyətinin nümayəndələri bu kimi futbol yarışlarının cənab prezidentin 

futbolun inkişafına yönəlik siyasətinə  dəstək olduğunu vurğulayaraq, xüsusi qeyd etdilər ki

Azərbaycan gəncliyi ümummilli liderin ideyalarına daimi sədaqət nümayiş etdirdib və ölkə 

rəhbərliyinin gəncliyə diqqətinin təzahürü olan bu qəbil tədbirlər

 

gələcəkdə  də davam 



etdiriləcəkdir. Sonra qalibləri mükafatlandırma mərasimi keçirildi. 

 

ATXƏM ümummilli lider Heydər Əliyevin 85 illiyini geniş qeyd etdi 

 

Ümummilli lider Heydər  Əliyevin 85 illiyinə  həsr olunmuş silsilə 



tədbirlərə may ayının 1-də  təşkilatın mərkəzi qərargahında təşkil 

olunmuş elmi-praktik konfransla başlayan ATXƏM may ayının 10-

da Salyan rayonunda genişmiqyaslı  tədbirlər həyata keçirdi. 

Heydər Əliyevin Salyan şəhərindəki abidəsinin ziyarəti ilə başlayan 

tədbirə Salyan rayonunun geniş ictimayyət nümayəndələri də 

qatılmışdılar. Salyan rayon İcra Hakimiyyətinin başçısı və ATXƏM 

sədrinin iştirakı ilə ümummilli liderin abidəsi önünə  həm Salyan 

rayon  İH, həm də ATXƏM adından  əklillər qoyulduqdan sonra 

tədbir rayonun Qaraçala qəsəbə stadionunda davam etdirilmişdir.  

Sonra Ümummilli lider Heydər Əliyevin 85 illiyi ilə əlaqədar olaraq 

Salyan rayon İH ilə ATXƏM-in birgə təşkil etdiyi bayram şənlikləri 



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə