Salyanda müstəqilliyimizin 20 illiyinə həsr olunmuş tədbir keçirildi



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə3/16
tarix31.10.2018
ölçüsü2,03 Mb.
#76929
1   2   3   4   5   6   7   8   9   ...   16

və mədəni kütləvi tədbirlər davam etmişdir.  

 

ATXƏM-ə ilk rəsmi ziyarətlər 

 

Ziyafət  Əsgərov: “ATXƏM-in missiyası tarixi baxımdan 

zəruri, mənəvi yöndən şərəfli bir missiyadır” 

 

Karbohidrogen ehtiyatları ilə zəngin Türk Cümhuriyyətlərinin 



təməli Bakıda qoyulmuş “Bakı-Ceyhan”, “İpək Yolu” 

layihələri  ətrafında sıx  əməkdaşlığı, Türk Cümhuriyyətləri 

Parlament Assambleyası ideyası, eləcə  də ortaq türk dili 

ideyası üzərində ciddi iş aparılması elə Azərbaycan dövlətinin 

Heydər  Əliyev ideyalarına sadiqliyinin təzafürü kimi dəyərləndirilir. Artıq bu işin dövlətlər 

səviyyəsində aparılması üçün işçi qrupu da formalaşdırılıb və bu nəhəng ideoloji layihənin 

hüquqi təminatı yönündəki işlərə Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət 

Əsgərov rəhbərlik edir. Yuxarıda başlanan işlərin uğurunun aşağıların təşəbbüskarlığından 

birbaşa asılılığı reallığını  qəbul edən işçi qrup QHT-lərin bu yöndəki fəaliyyətinə  də xüsusi 

diqqət yetirir. Məhz bu maraq çərçivəsində Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri 

Ziyafət Əsgərov və hüquq elmləri namizədi İlqar Əliyev 2008-ci il iyun ayının 10-da ATXƏM-

in fəaliyyəti ilə tanış olmaq üçün təşkilatın mərkəzi ofisində olmuş, birliyin rəhbərliyi ilə işgüzar 

məsləhətləşmələr aparmışlar. Yarandığı qısa müddətdə ATXƏM-in gördüyü işlərin miqyasından 

məmnunluq ifadə edən birinci vitse-spiker təəssüratlarını bölüşərkən demişdir: “ATXƏM-in 

missiyası tarixi baxımdan zəruri, mənəvi yöndən şərəfli bir missiyadır” 

 

 



Neftçalada Türk şəhidliyini ziyarət 

 

Türk tarixinin obyektiv araşdırılmasını, öyrənilməsini, gələcəyə bütöv 



şəkildə ötürülməsini özünün başlıca vəzifəsi sayan ATXƏM 90 il 

öncəki tarixi olayların tədqiqinə xüsusi diqqət yetirir. Bu məqsədlə 

hələ mart ayından etibarən ATXƏM-in xüsusi komissiyası yaradılmış 

və  əldə olunan yeni sənədlər  əsasında Qafqaz İslam Ordusunun 

Azərbaycanın istiqlalı  uğrunda apardığı döyüşlərin tam mənzərəsini 

yaratmağa imkan verən sənədli-tarixi film çəkilmişdir. 

Amma ATXƏM rəhbərliyi bununla kifayətlənməyərək, 90 il öncə 

vətənimizin istiqlalı yolunda canlarından keçmiş Türk əsgərlərinin 

ruhuna ehtiramın ümumxalq, ümumölkə miqyaslı  tədbirə çevrilməsi 

üçün silsilə tədbirlər planı hazırlamışdır. Bu xüsusda ilk tədbir Neftçala 

rayonunun Seyidlər kənd məzarlığında uyuyan 10 Türk şəhidinin 

şərəfinə ucaldılmış abidənin ziyarəti olmuşdur. 

2008-ci il sentyabrın 6-da keçirilən anım mərasiminə ATXƏM-in çoxsaylı üzvləri, Neftçala 

ziyalıları, Seyidlər kəndinin sakinləri, TRT-nin Bakı nümayəndəliyinin təmsilçiləri,Türkiyədən 

və Azərbaycandan olan alimlər, Neftçala İcra Hakimiyyətinin və yerli bələdiyyənin üzvləri 

qatılmışlar. Tədbirdə  çıxış edən digər natiqlər Türk tarixinin bu şanlı  səhifəsini yaddaşlarda 

əbədiləşməsinin vacibliyindən danışmış, ATXƏM-in bu yönlü fəaliyyətini təqdir etmişlər. 

 

 

Bakının daşnak-bolşevik işğalından azad olunmasının 90 illiyinə həsr olunmuş beynəlxalq 

konfrans

  

 

I Dünya müharibəsinin geosiyası reallıqları nəticəsində smanlı 




imperiyası xristian həmrəyliyi müstəvisində birləşmiş dövlətlər tərəfindən təklənərək olduqca 

çətin duruma düşmüş; eyni zamanda bir neçə istiqamətdə 

hərbi  əməliyyatlara cəlb olunmaqla faktiki olaraq tarix 

səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Osmanlıya 

xəyanəti səbəbiylə bu ölkədən qaçmağa məcbur olmuş 

ermənilər bolşeviklərin dəstəyi ilə  əzəli-əbədi türk torpağı 

olan Azərbaycanda “türksüz Hayastan” dövləti qurmaq 

niyyətinə düşmüşdülər. 

Bu məqsədlə onlar Azərbaycanın bütün ərazisində - 

Dərbənddən tutmuş  Təbrizə, Urmiyaya qədər hər yerdə 

soyqırımı siyasəti həyata keçirirdilər. Azərbaycan türklərinə qarşı ermənilərin həyata keçirdiyi 

soyqırımın qarşısını almaq məqsədi ilə yaradılmış Qafqaz İslam Ordusu öz tarixi missiyasını 

şərəflə yerinə yetirdi: 1918-ci ilin mayında Nuru Paşanın komandanlığı ilə  Gəncəyə  gələn 

Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını işğaldan azad etdi. 

Qafqaz  İslam Ordusunun Azərbaycanda 90 il öncə apardığı  uğurlu döyüşlərin tam təfsilatının 

öyrənilməsinə  və  təbliğinə, bu qəhrəmanlıq örnəyinin gənclərin hərbi-vətənpərvərlik ruhunda 

tərbiyəsi üçün əyani vəsaitə çevrilməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə ATXƏM 2008-ci 

ilin mart ayından etibarən silsilə  tədbirlər həyata keçirir ki, bu layihələrin də  ən möhtəşəmi 

“Nuru Paşa” bədii-sənədli filminin çəkilişidir. 

ATXƏM-lə  İctimai Televiziyanın birgə layihəsi olan bu filmin Yevlaxdakı, Gəncədəki, 

Göyçaydakı,  Şamaxıdakı,  İstanbuldakı, Alaniyadakı  çəkilişləri artıq başa çatmışdır. Filmin 

Türkiyədəki çəkilişləri ilə  əlaqədar  İstanbula səfər etmiş ATXƏM nümayəndə heyəti burada 

Qafqaz  İslam Ordusunun tarixi zəfərinin 90 illiiyinə  həsr olunmuş beynəlxalq elmi-pratkik 

konfrans keçirmişdir. 

 

 

Qafqaz İslam Ordusunun şərəfinə bayram təntənəsi 



 

Türk tarixinin öyrənilməsini, gələcək nəsillərə bütöv yaddaş 

abidəsi  əmanətləməyi özünün tarixi missiyası kimi təsbitləyən 

ATXƏM 1918-ci ildə Azərbaycanın istiqlalı uğrunda 5000 şəhid 

vermiş Qafqaz İslam Ordusunun imza atdığı tarixi qələbənin – 

Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 90 illiyi 

şərəfinə planladığı silsilə tədbirlərə 2008-ci il sentyabrın 13-də 

yekun vurdu. 

Qafqaz İslam Ordusunun tarixi zəfəri şərəfinə hələ mart ayında 

Neftçaladakı 10 şəhid Türk əsgərinin anım mərasimi ilə 

başlayan, “Nuru Paşa” filminin çəkilişləri əsnasında Gəncədəki, 

Yevlaxdakı, Göyçaydakı,  Şamaxıdakı Türk şəhidləri məzarlıqlarını ziyarət edən,  İstanbulda, 

Alaniyada Qafqaz İslam Ordusu döyüşçülərinin nəslindən olan şəxslərlə görüşlər təşkil edən 

ATXƏM-in bu dəfəki tədbiri daha möhtəşəm oldu. 

Şəhidlər Xiyabanında anım mərasimi ilə başlayan bayram təntənəsi Səbail İstirahət Mərkəzində 

təşkil olunmuş  mədəni-kütləvi tədbirlə davam etmişdir. Tədbirdəçıxış edən ziyalılar Türk 

əsgərinin milli mənafelər yönündə  sərgilədiyi rəşadətdən, Azərbaycan-Türkiyə dostluğunun 

sarsılmazlığından, bu iki qardaş xalqın birliyinin əbədiliyindən danışdılar. Mədəni-kütləvi tədbiri 

Azərbaycanın mahir ifaçılarının təqdim etdiyi musiqi nömrələri bəzəyirdi.  

 

Gəncə və Bakıda Beynəlxalq Akademik Tibb Toplantıları 

 

Türk dövlətlərinin, eləcə  də tarixi reallıqlar səbəbiylə müxtəlif ölkələrdə 



məskunlaşmış türk toplumlarının mədəni-mənəvi, sosial-iqtisadi 

inteqrasiyasında yaxından iştirak etməyi özünün başlıca vəzifəsi kimi 




Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə