Salyanda müstəqilliyimizin 20 illiyinə həsr olunmuş tədbir keçirildi



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə4/16
tarix31.10.2018
ölçüsü2,03 Mb.
#76929
1   2   3   4   5   6   7   8   9   ...   16

təsbitləmiş ATXƏM öz Nizamnamə  vəzifələrinin icrası ilə yanaşı, milli dəyərlər çərçivəsi ilə 

məhdudlaşmayaraq bəşəri sivilizasiyanın tərəqqisinə xidmət 

edə biləcək bütün təşəbbüsləri dəstəkləməyi özünün şərəf işi 

kimi qəbul edir. Bu baxımdan, ATXƏM-in təşəbbüsü və 

təşkilatçılıği ilə AR Prezidenti yanında QHT-lərə Dövlət 

Dəstəyi  Şurası  tərəfindən maliyyələşdirilən “Hepatitə yox 

deyək!” layihəsi çərçivəsində 2008-ci il noyabrın 27-də 

Gəncədə, noyabrın 29-da isə Bakıda keçirilən Beynəlxalq 

Akademik Tibb Toplantıları xüsusi əhəmiyyət daşıyır. Bakıda 

və  Gəncədə elmi-praktiki konfrans keçirmək təşəbbüsü ilə 

ATXƏM Türkiyə Qastroentoloji Vakfının rəhbərliyinə 

müraciət etmiş  və qarşı  tərəf onu yüksək səviyyədə  dəstəkləmişdir: Türkiyə Qastroentoloji 

Vakfının rəhbəri Ali Özden başda olmaqla beynəlxalq iş təcrübəsinə malik 30 tibb alimi Gəncə 

və Bakıdakı tədbirlərə qatılmışdır. 

Azərbaycan Dövlət Tibb Universitetində keçirilən toplantıda giriş sözünü ATXƏM sədri İlham 

İsmayılov açaraq, toplantının tarixi əhəmiyyətindən bəhs etdi, Türk qastroenteroloqlarının zəngin 

bilik təcrübələrini Azərbaycanlı  həkimlərlə paylaşmalarının çox önəmli olduğunu qeyd etdi, 

toplantı iştirakçılarını konfransdan maksimum faydalanmağa çağırdı. 

Giriş hissə Prof. Dr. Ali ÖZDEN, Doç. Dr.Dilek OĞUZ, Azərbaycan Prezidenti Aparatı ictimai-

siyasi  şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Cərrahlar və Gastroenterologlar 

Cəmiyyətinin sədri, M. Topçubaşov adına Eksperimental Cərrahiyyə  İnstitutunun direktoru 

Böyükkişi AGAYEV və digərlərinin çıxışları ilə yekunlaşdı.  

Daha sonra məruzəçilər Cihan YURDAYDIN, Kubilay ÇINAR, Acar TÖRÜNER, Ahmet 

TEZEL, Erkan PARLAK, Orhan SEZGİN, Dilek OĞUZ, Ali ÖZDEN hepatit viruslarının 

müalicə metodologiyasından, onlara yoluxmanın qarşısının alınmasından  ətraflı danışdılar.  

Konfransdan sonra saat “Yaxt” klubda Türkiyəli qonaqların  şərəfinə  təşkil olunmuş ziyafət 

verildi.  

ATXƏM şair Miryusif Mirnəsiroğlunun 70 illik yubileyini qeyd etdi 

 

ATXƏM Azərbaycan Yazıçıları, Jurnalistləri və Tetar Xadimləri 



İttifaqının üzvü, “Simurq” mükafatı laureatı  şair-dramaturq 

Miryusif Mirnəsiroğlunun 70 illik yubileyini qeyd etdi. Tədbirdə 

şairin qələm dostları, oxucuları  və ictimaiyyət numayəndələri 

iştirak edirdilər.  

Yubileyin təşkilatçısı olan ATXƏM rəhbərliyi  şairin  ədəbi 

fəailiyyətini nəzəzrə alaraq onu Fəxri Fərmanla təltif etmişdir. 



ATXƏM-in “BİRLİK” dərgisi bütün Türk dünyasına yayımlanır 

 

Azərbaycanlıların və digər Türkdilli Xalqların 



Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəsmi orqanı olan 

“Birlik” dərgisinin ilk sayı 2008-ci ildə  işıq üzü 

görmüşdür.  2008-ci ilin aprel ayından rəsmi 

qeydiyyatdan keçən dərgi bu gün də hər üç aydan bir 

olmaqla nəşr olunub, bütün Türk dövlətlərinə 

yayımlanmaqdadır.  

 

 

 




 

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq 

Mərkəzinin (ATXƏM) 2009-cu ildə həyata keçirdiyi layihələr 

 

 



31 Mart Soyqırım Günü ilə bağlı anım mərasimi 

 

 ATXƏM-in bir ictimai təşkilat olaraq gördüyü işlərin miqyası 

cəmiyyətin bütün kəsimləri tərəfindən razılıqla qarşılanır. Türk 

dünyasına xidməti özünün başlıca prinsipi élan etmiş ictimai birlik 

görülmüş  işlərlə, qazanılmış  uğurlarla arxayınlaşmır. Tarixi 

faciləri ictimai diqqətdə saxlamaq üçün var gücünü səfərbər etmiş 

ATXƏM-in 31 mart 2009-cu ildə 1918 il faciələrinin 81-ci 

ildönümü münasibəti ilə düzənlədiyi tədbir də  əslində bu 

prinsipiallığın əyani nümayişi idi. 

1918-ci ildə Azərbaycanın azadlığı  uğrunda döyüşlərdə  şəhid 

olmuş TÜRK ƏSGƏRLƏRİnin Xatirə Kompleksinin önündə ATXƏM-in təşəbbüsü ilə 

möhtəşəm anım mərasimi keçirildi. 

Tədbirdə çıxış edən ziyalılar bildirdi ki, əsrlər boyu Azərbaycan xalqının başına gətirilən bu 

müsibət bütün Türk dünyasının qan yaddaşına həkk olunmalıdır. Əsrin əvvəlində baş vermiş 

hadisələri gələcək nəsillərə çatdırmaqda ziyalıların da üzərinə çox böyük məsuliyyət düşür. 

 

 



Türk dünyası Kardio-cərrahları ATXƏM-in qonağı oldu 

 

2009-cu il may ayının 9-11 aralığında 



Dünya  şöhrətli həkim kardio-cərrahlar 

Ümummilli Lider Heydər  Əliyevin 

anadan olmasının 86-cı ildönümü ilə 

əlaqədar Bakı  şəhərində “Bakı ürək 

günləri”- çərçivəsində elmi-praktiki 

konfransa toplaşmışdılar. May ayının 

11-də Türkdilli xalqları təmsil edən həkim kardio-cərrahlar ATXƏM-in qonağı oldular. Görüşdə 

tanınmış azərbaycanlı səhiyyə işçiləri və digər elm xadimləri də iştirak edirdilər.  

 

 

 



Dünya Türk Gəncləri ATXƏM-də bir araya gəldi  

 

Mayın 23-26-da Bakıda 



Dünya Türk Gəncləri 

birliyinin VIII Başkanlar 

toplantısı keçrilmişdir.  

Qurultayın sonuncu günü 50-

dən çox qurultay nümayəndəsi 

ATXƏM-in mərkəzi ofisində 

bir araya gələrək, Mərkəzin işi 

ilə yaxından tanış olmuşlar. 

ATXƏM sədri İlham İsmayılov numayəndə heyətinə Mərkəzin fəaliyyəti ilə bağlı geniş məlumat 

verərək, bildirdi ki, 2007-ci ilin sonundan fəaliyyət göstərən mərkəz bu vaxta qədər turk dünyası 

ilə əməkdaşlıq istiqamətində bir çox layihələr həyata keçirmişdir: “Məqsədimiz dünyada yaşayan 

türkdilli xalqların birgə  iş birliyinə nail olmaq, bütün sahələrdə  fəaliyyət göstərən türkdilli 




Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə