Salyanda müstəqilliyimizin 20 illiyinə həsr olunmuş tədbir keçirildi



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə6/16
tarix31.10.2018
ölçüsü2,03 Mb.
#76929
1   2   3   4   5   6   7   8   9   ...   16

 

Türkiyə Cümhuriyyəti 86 yaşında 

ATXƏM sədri İlham İsmayılov Şəhidlər Xiyabanında türk əsgərlərinin şərəfinə ucaldılmış 

abidənin önünə birlik adından əklil qoydu 

 

 



Cümhuriyyətinin Bakıda

2009-cu il oktyabrın 29-da Türkiyə 

bayramı, respublika 

günü münasibətilə  Şəhidlər Xiyabanında türk 

əsgərlərinin  şərəfinə ucaldılmış abidənin 

önündə  rəsmi törən keçirildi. Türkiyə 

kı Böyük elçisi Hulusi 

Kılıç, TÜSİAB başkanı  və ATXƏM sədri 

İlham İsmayılov abidə önünə əklil qoydular. 

Cümhuriyyətinin milli



 

 

ATXƏM rəhbərliyinin Oljas Süleymenovla görüşü 

 2009-cu  il  dekabrın 16-da Qazaxıstanın Azərbaycandakı  səfirliyi 

ölkəsinin milli bayramı – Müstəqillik gününün 18-ci ildönümü və 

səfirliyin fəaliyyətə başlamasının 15-ci il dönümü münasibətilə  

təşkil etdiyi rəsmi qəbulda ATXƏM-in sədri İlham İsmayılov səfir 

Serik Primbetov və dünya şöhrətli qazax şairi, ictimai xadim Oljas 

Süleymenovla görüşmüşdür. Görüşdə son dövrlər türk dünyasında 

baş verən proseslər, qarşılıqlı  əməkdaşlıq məsələləri də  qısaca 

müzakirə edilmişdir.  

İlham  İsmayılov Oljas Süleymenova ATXƏM haqqında məlumat 

verərək bildirmişdir ki, yarandığı iki il ərzində ATXƏM Türk 

dünyasının çok önəmli şəxsiyyətlərinin ideyalarını, həyat fəlsəfəsini 

özü üçün bir məktəb hesab etmiş, bu ideyaların həyata keçməsi 

uğrunda fəaliyyət göstərmişdir.  

Azərbaycana qısamüddətli səfər edən Oljas Süleymenovun dekabrın 

18-də Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı 

filialında ziyalılar və  tələbələrlə  də görüşü keçirilmişdir. Tədbirdə 

iştirak edən ATXƏM sədri  İlham  İsmayılov və Prezident 

Adminstrasiyası ictimai-siyasi şöbəsinin sektor müdiri, ATXƏM  İdarə Heyətinin üzvü Qafar 

Əliyev tədbirdən sonra Türk dünyasının canlı  əfsanəsi Oljas Süleymenov və universitetin 

rektoru, prof. xanım Nərgiz Paşayeva ilə görüşdülər. Səmimi söhbətdən sonra ATXƏM 

rəhbərliyi Oljas Süleymenova birliyin adından xatirə hədiyyələri təqdim etdilər.  



 

 

 

“BİRLİK” dərgisi  2009-cu ildə 



 

  

 



 

 

 



 

 

 

 

 


 

 

 

 

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq 

Mərkəzinin (ATXƏM) 2010-cu ildə həyata keçirdiyi layihələr 

 

 

 “20 yanvar – 20 il” 

 

19 yanvar 2010-cu ildə    Azərbaycanlıların və digər 



Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və  

Milli QHT Forumu “Qafqaz Point” otelində “20 yanvar 

– 20 il” mövzusunda konfrans keçirmişdir. Tədbirdə 

dövlət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən 

diplomatik korpuslarının nümayəndələri, tanınmış 

ziyalılar və QHT rəhbərləri iştirak etmişdir.  

Tədbirdə  çıxış edən AMEA Tarix İnstitunun direktor 

müavini, t.e.n. Cəbi Bəhramov, professor Anar 

İsgəndərov,  Prezident Adminstrasiyası ictimai-siyasi 

şöbənin sektor müdiri Qafar Əliyev, Milli QHT 

Forumunun prezidenti Rauf Zeyni, ATXƏM sədri  İlham  İsmayılov, Qazaxıstanın 

Azərbaycandakı  səfiri Serik Primbetov, Türkiyə Cumhuriyyətinin Azərbaycandakı  səfirliyinin 

katibi Özer Şayık, Tacikstan, Ukrayna, Gürcüstan səfirliyinin nümayəndələri, Beynəlxalq Sülh 

Federasiyasının rəhbəri Toru Nishiwaki 20 yanvar hadisələrinin mahiyyətindən danışaraq, bu 

qanlı olayı törədənləri qınadılar. 

Konfransda 1990-cı il 20 yanvar hadisələrinin mahiyyətindən bəhs edilərək, qanlı 20 yanvar 

gününü Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu 

qeyd edilmiş, həmin günün milli-azadlıq tariximizin qürur duyulası bir səhifəsi adlandırılmışdı. 

Bildirilmişdi ki, həmin gün ölkəmizə qarşı  ərazi iddiaları irəli sürən Ermənistan və onun 

havadarı olan keçmiş SSRİ  rəhbərliyinə qarşı etiraz səsini ucaldan xalqımızın üzərinə sovet 

ordusunun döyüş hissələri yeridilmiş  və  nəticədə Azərbaycanda misli görünməmiş bir faciə 

yaşanmış, sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı genişmiqyaslı 

terror aktı həyata keçirmişdir. 

Sonda 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsi və cinayətkarların cəzalandırılması üçün 

Beynəlxalq  İnsan Hüquqları  Məhkəmələrinə müraciət edilməsi məqsədəuyğun hesab edilərək, 

QHT-lərdən ibarət işçi qrupunun yaradılması qərara alınmışdır. 



 

 

Strasburqda Xocalı soyqırımı mitinqi 

 

ATXƏM Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı 

faciəsinin 18-ci ildönümü ilə bağlı 2010-cu ilin fevral 

ayının 26-da Fransanın Strasburq şəhərində mitinq 

keçirdi. 

Mitinqdə Azərbaycan nümayəndə heyətinin 

tərkibində ATXƏM sədri İlham İsmayılov, Prezident 

Administrasiyasının sektor mudiri Qafar Əliyev, Milli 

Məclisin komissiya sədri Arif Rəhimzadə, Milli 

Məclisin üzvü Əkrəm  Abdullayev, "Kür-Xəzər" 

Xeyriyyə  Cəmiyyətinin sədri Akif Kərimov və 

ziyalılardan Nadir Orucov iştirak etmişdir. 




 Mitinqdə Strasburqda fəaliyyət göstərən Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan 

Kültür cəmiyyəti, Fransadakı Azərbaycanlı  Tələbələr Assosiasiyası, Türk diaspor təşkilatları 

(Strasburq Türk Ailələri Fedarasyonu, Türk Ocaqları) və  ətraf  şəhərlərdə çalışan Azərbaycan

türk, fransız və digər təşkilatların nümayəndələri də iştirak etmişlər. 

Erməni diaspora üzvləri mitinqin baş tutmaması üçün müdaxilə etsələr də, Azərbaycan və türk 

diaspora təşkilatlarının birliyi sayəsində yürüş-mitinq yüksək səviyyədə  təşkil olunmuşdur. 

Mitinqdə dünya ictimaiyyətinə müraciət qəbul edilmişdir. 

Bundan sonra Strasburqda Azərbaycan və Türk diaspora üzvləri Azərbaycanın ümummilli 

məsələlərinin həll olunması, Azərbaycan həqiqətlərinin daha mütəşəkkil təbliğ olunması  və  

Xocalı soyqırımının dünyaya çatdırılması üçün birgə  əməkdaşlıq səylərinin gücləndirilməsini 

qərara alınmışdır.  

 

 



31 Mart Azərbaycanlıların soyqırımı - Quba soyqırım məzarlığında anım mərasimi  

 

Mart ayının 31-də tarixi facilərimizi ictimai diqqətdə 



saxlamaq və dünya ictimayyətinə çatdırmaq üçün var 

gücünü səfərbər etmiş ATXƏM 1918 il faciələrinin 82-ci 

ildönümü münasibətilə Quba rayon İcra Hakimiyyəti ilə 

birgə tədbir keçirmişdir.  

Tədbirdə Quba rayon İH-nin başçısı Rauf Həbibov,  

ATXƏM-in sədri 

İlham 

İsmayılov, Prezident 



Adminstrasiyasının ictimai-siyasi şöbənin sektor müdiri 

Qafar  Əliyev, millət vəkili Vahid Əhmədov, BDU-nun 

professoru, tarix elmləri doktoru Anar İsgəndərov və rayon ağsaqqalları çıxış edərək 1918-ci il 

qırğınları barədə geniş  məlumat verdilər, erməni millətçilərinin apardığı  mənfur siyasəti 

pislədilər, torpaqlarımızı yağı düşməndən təmizləmək üçün bütün qüvvələrin səfərbər olmalarını, 

ermənilərin təcavüzkar siyasətini ifşa etməyi, beynəlxalq təşkilatlardan, nüfuzlu dünya 

dövlətlərindən tələb etdilər. 

Tədbirdə dövlət və hökumət nümayəndələri ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən Türkiyə 

və Ukrayna səfirliklərinin nümayəndələri, ziyalılar, QHT və Media nümayəndələri də  iştirak 

etmişdir.  

Tədbirdə erməni millətçilərinin apardığı soyqırım siyasəti pislənmiş, torpaqlarımızı yağı 

düşməndən təmizləmək üçün bütün qüvvələrin səfərbər olunması vurğulanaraq, qeyd 

olunmuşdur ki, Azərbaycan xalqının zaman-zaman başına gətirilən soyqırım müsibətlərinə 

yalnız Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 

1998-ci il tarixli fərmanı ilə ilk dəfə olaraq siyasi qiymət verilmişdir. 

Sonra ATXƏM və TÜSİAB adından soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə 

əklil qoyulmuşdur. Tədbir iştirakıları Qubadakı soyqırım qəbristanlığına gələrək, soyqırım 

qurbanlarının məzarını da ziyarət etmişlər. 

 

 

Azərbaycanda ilk dəfə “Türkçülük bayramı”  



 

May ayında ATXƏM-in təşkilatçılığı ilə Salyan rayonunda 

“3 May Türkçülük günü”nə  həsr olunmuş  tədbirlər 

keçirilmişdir. Tədbirdə Dövlət və hökumət nümayəndələri, 

Türkiyənin ölkəmizdəki səfirliyinin, bir sıra QHT 

numayəndələri, elm adamları, ziyalılar iştirak etmişlər. 

Tədbir iştirakçıları  əvvəlcə Ulu Öndər Heydər  Əliyevin 

Salyan  şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə, 

Türk dünyasının böyük fikir adamı Əli bəy Hüseynzadənin 



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə