Salyanda müstəqilliyimizin 20 illiyinə həsr olunmuş tədbir keçirildi



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix31.10.2018
ölçüsü2,03 Mb.
#76929
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

2010-cu il tarixində Naxçıvanda Türk dünyası  həkimlərinin və ziyalıların iştirakı ilə 

gerçəkləşmişdir. Belə ki, 28 iyun 2010-cu il tarixində ATXƏM və Türk Gastroenteroloji 

Vakfının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında Türkiyə  və Azərbaycan 

həkimlərinin iştirakı ilə Gastroenteroloji ve Hepatoloji Konfrans keçirilmişdir. Naxçıvan Muxtar 

Respublikasının rəhbərliyi tərəfindən dəstəklənən bu konfransa Türkiyə Cumhuriyyətindən 50-

yə yaxın elm adamları, alimlər və  həkimlər qatılmışdılar. Konfransda Naxçıvan həkimləriylə 

yanaşı, Bakıdan da 20-ə yaxın elm adamları, gastroentoloqlar və  həkimlər iştirak etmişlər. 

Konfrans iştirakçıları öncə Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılan 

abidəni ziyarət edərək, abidə önünə gül-çiçək qoymuşlar. Sonra Naxçıvan  şəhərindəki Heydər 

Əliyev


 

muzeyi ziyarət olundu. Qonaqlar Heydər  Əliyev muzeyində Ulu Öndərin həyat və 

fəaliyyətini geniş şəkildə əks etdirən və yalnız bu muzeydə saxlanan nadir şəxsi əşyalarıyla tanış 

olmuşlar. Heydər Əliyev muzeyi qonaqların böyük marağına səbəb olmuşdur. 

 Daha sonra "Duzdağ" otelində davam edən Konfransda Türk Dövlətləri həkimləri üçün 

Gastroenteroloji ve Hepatoloji Konfransın Naxçıvan Muxtar Respublikasında keçirilməsi 

həkimlərin beynəlxalq təcrübə mübadiləsi aparması ilə yanaşı, Azərbaycanın maraqlarını 

müdafiə edən diaspor təşkilatlarının əlaqələrinin genişlənməsi baxımından da əhəmiyyətli olduğu 

bildirilmişdir. Konfransda məruzə ilə  dr.Ahmet AYDIN, dr.Selçuk DİŞİBEYAZ, dr.Fulya 

DEMİRÇEKEN, dr. Zeygam SÜLEYMAN, dr. Altay ÇELEBİ, dr.Abdullah SONSUZ, dr. 

Galip ERSÖZ, Dr. Dilek OĞUZ, dr.Nuru BAYRAMOV, dr. Burhan ŞAHİN, dr. Cihan 

YURDAYDIN, dr. Yusuf BAYRAKTAR, dr. Yılmaz ÇAKALOĞLU, Dr. Ahmet TEZEL, 

Dr. Erkan PARLAK, dr. Mircelal Kazimi, dr. Eldar Əhmədov  çıxış edərək, 

Qastreonterologiya sahəsindəki yeniliklərlə bağlı  məlumat verərək, bu sahədə öz bilik və 

bacarıqlarını paylaşmışlar. 

Xatırladaq ki, iki il öncə analoji Beynəlxalq Gastroenteroloji Konfrans Türk Gastroenteroloji 

Vakfı və ATXƏM-in birgə təşkilatçılığı ilə Gəncə və Bakı şəhərlərində keçirilmişdir.  

Bir gün sonra isə Naxçıvan Dövlət Universitetində Türk Dünyasının bir parçası olan Naxçıvanın 

tarixinə və bu günkü vəziyyətinə həsr olunmuş Tarix Konfransı keçirilmişdir. Konfransda çıxış 

edən Naxçıvan Dövlət Universitetinin prorektoru Hüseyn Rəcəbli qonaqlara Universitetlə bağlı 

məlumat vermiş, akademik Vəli  Əliyev isə Naxçıvanın tarixi ilə bağlı  məruzə etmişdir. Sonra 

qonaqlar Naxçıvanın tarixi abidələri, o cümlədən Möminə Xatun türbəsi, Nuh peyğəmbərin 

türbəsi və açıq səma altındakı Tarix muzeyi ilə tanış oldular.Bu konfransların Naxçıvanda 

keçirilməsində  əsas məqsəd Türk dünyasını qovuşduran və bu gün blokada şəraitində olan, 

Şərqin qapısı hesab olunan qədim Naxçıvan torpağının sosial-iqtisadi həyatında elm, təhsil, 

mədəniyyət, tibb və digər sahələrdə əldə etdiyi nəaliyyətlərlə tanış olmaqdan ibarət olmuşdur.  



 “Qafqaz İslam Ordusu” və Bakının erməni-bolşevik birləşmələrindən azad edilməsi 

 

Sentyabrın 14-də ATXƏM  ənənəvi olaraq Nuru 



Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun 

Bakını erməni-bolşevik birləşmələrindən azad 

etməsinin 92-cı ildönümü ilə bağlı tədbir keçirmişdir. 

ATXƏM adından Azərbaycanın bütövlüyü uğrunda 

şəhid olmuş Türk əsgərlərinin, eləcə də 20 Yanvar və 

Qarabağ döyüşlərində  həlak olmuş  şəhidlərin 

xatirəsinə ucaldılmış abidə önünə 

əklillər 

qoyulmuşlar. Tədbir  Səbail  İstirahət Mərkəzində 

ATXƏM-in təşkil etdiyi “Qafqaz İslam Ordusu - 92” 

adlı ədəbi-bədii tədbirlə davam etmişdir. 

 

Tədbirdə çıxış edənlər – ATXƏM sədri İlham İsmayılov, Prezident Administrasiyasının ictimai-



siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor müdiri Qafar Əliyev, prof.dr Anar İsgəndərov, 


prof.dr.  Şahin Fazil, Türkiyənin Azərbaycandakı  səfirliyinin  əmniyyət müşaviri  İsmayıl 

Çalışqan, KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu, Milli QHT 

Forumunun prezidenti Rauf Zeyni, Dünya Türk Riyaziyyatçılar Cəmiyyətinin vitse-prezidenti 

Fikrət Əliyev, akademik Vəli Əliyev, yazıçı-publisist Yunus Oğuz, “TuqaTel” Tatar Mədəniyyət 

Mərkəzinin sədri Gülcan Myasautova, şair  Ənvər  Əhməd 1918-ci ildəki tarixi şəraiti geniş 

işıqlandıraraq, Qafqaz İslam Ordusunun o zaman təkcə Bakını deyil, Göyçayı,  Şamaxını, 

Kürdəmiri, Bakıətrafı  əraziləri, bir sözlə Azərbaycanı  işğaldan, qırğından qurtarmasını önə 

çəkmişlər. Qeyd edilmişdir ki, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-nə kimi 

Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdir. 

 

 



Ukraynada Azərbaycan diasporu ilə birgə fəaliyyət 

 

25-27 dekabr 2010-cu ildə Ukraynanın paytaxtı Kiyev 

şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik günü 

ərəfəsində bir sıra silsilə  tədbirlər keçirilmişdir. 

Tədbirlərdə Azərbaycandan ATXƏM sədri  İlham 

İsmayılov  və Prezident Adminstrasiyasının ictimai-

siyasi şöbəsinin diasporla iş üzrə sektor müdiri Qafar 



Əliyev  iştirak etmişdir. Səfər çərçivəsində ATXƏM 

sədri İlham İsmayılov və Qafar Əliyev Azərbaycanın 

Ukraynadakı  səfirliyində  səfir Eynulla Mədətli ilə 

görüşmüşlər. Görüşdə Ukraynada yaşayan 

soydaşlarımızın problemləri müzakirə olunmuş, 

gələcək birgə layihələrlə bağlı fikir mübadiləsi aparılmışdır.  

Silsilə tədbirlər çərçivəsində Ukraynada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, Kiyev şəhəri 

Azərbaycanlılar Konqresinin təşkilatçılığı  və ATXƏM-in də  dəstəyilə Ulu Öndər Heydər 

Əliyevin xatirəsinə  həsr olunmuş Beynəlxalq Güləş Turniri keçirilmişdir. ATXƏM sədri 

İ.İsmayılov turnirdə  fərqlənən idmançılara ATXƏM adından fəxri diplom və qiymətli 

hədiyyələr təqdim etmişdir. Eyni zamanda bu beynəlxalq turniri yüksək səviyyədə təşkil etdiyinə 

görə dünya şöhrətli idmançı  Oleq Andreyeviç Krapivinə, Ukrayna Azərbaycanlıları 

Konqresinin sədri  İlqar Abbasov və  fəal diasporçu Arif Quliyevə ATXƏM adından Fəxri 

Diplom və Plaketlər təqdim olunmuşdur. 

Eyni zamanda Oleq Krapivin bu turnirin təşkil olunmasında göstərdiyi fəal iştirakına görə 

ATXƏM sədrinə Fəxri Diplom təqdim etmişdir. 

Silsilə  tədbirlərdən biri də Ukrayna Milli Elmlər Akademiyasının M.Hruşevskiy adına 

Əlyazmalar  İnstitunun təşkilatçılığı ilə “Ukrayna Doğu bilimi: metodoloji məsələlər, 

araşdırmalar, mədəniyyətlərarası dialoq” mövzusunda Beynəlxalq Elmi Simpoziyum olmuşdur.  

Simpoziyumda Azərbaycanın Ukraynadakı  səfiri prof.dr. Eynulla Mədətli, Kiyev-Mohıla 

Akademiyası Milli Universitetinin vitse-prezidenti Lyudmilla Dyaçenko, prof.dr. Vasıl Luçık, 

məşhur  şərqşünas  Yuriy Koçubey,  dr. Tələt  Əliyev,  Oleq Krapivin,  prof.dr. Arif Quliyev, 

doç.dr. Fərhad Turanlı  çıxış edərək, Ukrayna və Türk xalqları arasındakı tarixi dostluq və 

qardaşlıq məsələlərinə, eyni zamanda qarşılıqlı  mədəniyyət  əlaqələrindəki səmimi 

münasibətlərdən bəhs etdilər. 

Simpoziyumda doç.dr. Fərhad Turanlının ATXƏM-in dəstəyi ilə  nəşr olunmuş “Türk 

mənbələrinə görə Ukrayna tarixi” kitabının təqdimat mərasimi də keçirilmişdir. Kitabında 

Ukrayna tarixi qədim türk mənbələrinə  əsasən araşdırılmış, Ukrayna və Türk xalqları arasında 

tarixi dostluq bağların çox qədimlərə getdiyi mənbələrlə isbat olunmuşdur.  

Səfər çərçivəsində İ.İsmayılov və Q.Əliyev Kiyev şəhərindəki məktəbin Azərbaycan sinfini də 

ziyarət etmişlər.  

 

 




Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə