Şamaxi soyqirimi 1918 shamakhi genocide



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix11.03.2018
ölçüsü0,7 Mb.
#31236
1   2   3   4   5   6   7   8   9   ...   28

 

istifadə olunması məqsədilə bu məsələlərin araşdırılması, geniş ictimaiyyətə və 



beynəlxalq aləmə çatdırılması üçün Heydər Əliyev Fonduna təqdim edib. 

Heydər Əliyev Fondunun  “Tolerantlığın  ünvanı: Azərbaycan” layihəsi 

çərçivəsində  Şamaxıda  1918-ci  ildə  ermənilər  tərəfindən  yandırılmış  Cümə 

məscidinin  yenidənqurulması  da  tarixi  ədalətin  bərpası  sahəsində  görülən 

müsbət işlərdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin digər 

tarixi  abidələrlə  yanaşı,  Şamaxının  Cümə  məscidində  aparılan  bərpa  işlərinə 

xüsusi diqqət verməsi tarixi ədalətin bərpasına göstərilən qayğının nümunəsidir. 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  31  Mart 

Azərbaycanlıların  Soyqırımı  Günü  münasibətilə  Azərbaycan  xalqına 

müraciətində demişdir: “Sizi əmin edirəm ki, xalqımızın vətənpərvərliyi, birliyi 

və həmrəyliyi, Azərbaycan rəhbərliyinin siyasi iradəsi say əsində qarşımıza qoy 

duğumuz  bütün  məqsədlərə,  o  cümlədən,  ərazi  bütövlüyümüzün  və 

suverenliyimizin  bərpasma,  soyqırımı  həyata  keçirənlərin,  insanlar  və  xalqlar 

arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacağıq.” (6) 

Müxtəlif 

ölkələrdə 

fəaliyyət 

göstərən 

diaspor 

təşkilatları 

azərbaycalılara  qarşı  törədilmiş  cinayətlər  haqqında  həqiqətlərin  dünyaya 

çatdırılmasında  səmərəli  fəaliyyət  göstərirlər.  Azərbaycan  və  Türk  Diaspor 

Təşkilatları Koordinasiya Şurasının illik toplantısında (Almaniya, Berlin 27 mart 

2008-ci  il)  qəbul  edilmiş  Bəyanatda  deyilir:  “1918-ci  ilin  mart  ayında 

Azərbaycanın müxtəlif bölgələrində... erməni şovinist millətçiləri tərəfindən türk 

xalqlarına qarşı törədilmiş soyqırımı aktları ən ağır cinayətlərdən biri kimi tarixə 

düşmüşdür... Hadisələr zamanı Bakı,  Şamaxı,  Muğan, Quba  və  Lənkəranda  50 

min  azərbaycanlı  xüsusi  amansızlıqla  qətlə  yetirilmiş,  10  minlərlə  insan  öz 

torpaqlarından  qovulmuşdur.  Təkcə  Bakıda  erməni  terrorçuları  tərəfindən 

öldürülənlərin  sayı  30  minə  çatmışdır.  Şamaxı  qəzasında  58,  Qubada  122, 

Qarabağın  dağlıq  hissəsində  150,  Zəngəzurda  115,  İrəvan  quberniyasında  211, 

Qars  əyalətində  isə  92  kənd  tamamilə  yerlə  yeksan  edilmişdir...l992-ci  ilin 

fevralında erməni millətçiləri daha bir dəhşətli soyqırıma-Xocalı cinayətinə imza 

atmışlar. 

İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, İnsan Hüquqlarının və 

Əsas  Azadlıqlarının  Müdafiəsi  haqqında  Avropa  Konvensiyası,  BMT  Baş 

Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş 

Soyqırımı  Cinayətinin  Qarşısının  Alınması  və  Cəzalandırılması  haqqında 

Konvensiya,  Beynəlxalq  Cinayət  Məhkəməsinin  Statusu  (mad.6)  və  digər 

beynəlxalq hüquqi aktlar 31 mart və Xocalı soyqırımlarının beynəlxalq cinayət 

kimi tanınması üçün əsas verən hüquqi sənədlərdir. 

Azərbaycan  və  Türk  Diaspor  Təşkilatlarının  Koordinasiya  Şurası  bir 

daha  beynəlxalq  ictimaiyyətə  müraciət  edərək,  erməni  millətçilərinin  türk 

xalqlarına,  xüsusilə  də  azərbaycanlılara  qarşı  törətdikləri  terror  və  soyqırımı 

aktlarını  pisləməyə  çağırır,  beynəlxalq  təşkilatları,  dünya  ölkələrini  hadisələrə 

obyektiv qiymət verməyə dəvət edir.” 




 

Diaspor təşkilatlarının səmərəli fəaliyyəti nəticəsində 1 aprel 2009-cu il 



tarixdə  ABŞ-ın  Nevada  ştatı  31  mart  tarixini  1918-ci  ildə  qətlə  yetirilmiş 

günahsız azərbaycanlıların xatirə günü kimi tanımışdır. Ştatın qubernatoru Cim 

Gibbons onun ofisinə təqdim olunmuş bütün sənədləri və tarixi dəlilləri diqqətlə 

öyrəndikdən  sonra  müvafiq  qərar  qəbul  etmişdir.  Sənəddə  həmçinin, 

Azərbaycanın  ərazi  bütövlüyünün  tanınması  və  Dağlıq  Qarabağın  Azərbaycan 

Respublikasına mənsub olması da vurğulanır. 

Azərbaycanın  müxtəlif  bölgələrində  1918-ci  ildə  ermənilərin 

törətdikləri  cinayətlər  haqqında  bir  sıra  kitab  və  məqalələr  yazılmış  bəzi 

materiallar vebsaytlara qoyulmuşdur. (7) 

Bəzi  Qərbi  Avropa  və  ABŞ  tarixçiləri  də  Azərbaycan  tarixinin  1918-

1920-ci illərinə aid bir sıra samballı əsərlər yazmışlar. (8) 

Bu sahədə görülmüş işləri təqdir etməklə  yanaşı, qeyd etmək lazımdır 

ki,  bunların  yerli  oxucularla  birgə  beynəlxalq  ictimaiyyət,  xüsusilə  də  qərb 

ölkələrinin  vətəndaşlarına  çatdırılması  vacib  vəzifələrdəndir.  Məhz  buna  görə 

Azərbaycanda  Vətəndaş  Cəmiyyətinin  İnkişafına  Yardım  Assosiasiyası 

(AVCİYA) “Şamaxı soyqırımı (1918-ci il)” adlı layihə çərçivəsində həqiqətlərin 

dünyaya  çatdırılması  üçün  bir  neçə  dildə  kitab  nəşr  edərək  beynəlxalq  aləmdə 

yaymağı məqsədəuyğun hesab etmişdir. 

AVCİYA  artıq  bu  istiamətdə  iki  layihə  “Xocalı  soyqırımı”  və 

“Qaradağlı  facəsi”  adlı  layihələr  həyata  keçirib  (bax:  www.avciya.az)  Bu  işlər 

Dağlıq Qarabağ probleminin ədalətli həllinə, Azərbaycan Respublikasının ərazi 

bütövlüyünün  bərpasına  da  yaxından  köməklik  göstərə  bilər.  Assosiasiya  bu 

istiqamətdə işləri gələcəkdə də davam etdirməyi planlaşdırır. 

 

 



 

 



 

Şamaxı soyqırımının tarixi kökləri 

 

Xaqani  Şirvani,  Fələki  Şirvani,  İmadəddin  Nəsimi,  Hacı  Zeynalabdin 



Şirvani,  Seyid  Əzim  Şirvani,  Mirzə  Ələkbər  Sabir,  Məhəmməd  Hadi,  Abbas 

Səhhət  və  başqa  şəxsiyyətləri  bəşəriyyətə  bəxş  etmiş  Azərbaycanın  qədim 

mədəniyyət  mərkəzi  olan  Şamaxı  daim  yadelli  işğalçıların  diqqət  mərkəzində 

olmuşdur.  Azərbaycanın  müxtəlif  bölgələrində,  o  cümlədən  Şamaxıda 

ermənilərin  törətdiyi  vəhşiliklərin  arxasında  Rusiyanın  işğalçı,  imperiya 

siyasətinin dayandığını tarixi faktlar sübut edir. 

Azərbaycan  ərazilərinə  rusların  IX  yüzilliyin  sonlarından  etibarən 

başlayan işğalçı  yürüşləri bu  siyasətin başlanğıcını qoymuşdu. 914-cü ildə  500 

gəmi  ilə,  hər  birində  100  nəfər  olmaqla  Azərbaycanın  Xəzər  sahillərinə  50 

mindən  artıq  rus  gəlmişdi.  Şirvanşah  Əli  ibn  Heysəm  təkcə  quruda  deyil, 

dənizdə  də  düşmənlə  doyüşmüşdü.  (9)  1032-1033-cü  illərdə  ruslar  “Bərdə 

faciəsi”nin  analoqu  olan  növbəti  dağıdıcı  basqınların  birində  Şamaxını  ələ 

keçirərək  on  gün  müddətində  şəhəri  talan  etmiş,  10.000-ə  qədər  şirvanlını 

qılıncdan  keçirmişlər.  Bu  faciədən  668  il  sonra  rus  işğallarını  davam  etdirmək 

üçün I Pyotr Rusiyanın imperiya siyasətinə canla-başla xidmət etməyə hazır olan 

ermənilərdən  istifadə  etməyə  başlamışdır.  O  “erməni  işi”nin  qızğın  təbliğatçısı 

olan  İsrail  Orini  1701-ci  ildə  Şamaxıya  göndərmiş,  o  burada  müsəlmanlar 

əleyhinə apardığı işi qurtardıqdan sonra, 1707-1711-ci illərdə yenidən Şamaxıya 

gələrək burada öz təbliğatını aparmışdı. Bundan sonra I Pyotr 1721-ci il Şamaxı 

üsyanı zamanı rus tacirlərinin öldürülməsini bəhanə edərək Xəzəryanı bölgələrə 

1722-ci  ildə  hücum  etmiş,  bu  hücümda  əsas  hədəf  kimi  Şamaxmı  seçmişdi.  O 

dövrdə  Peterburqun diplomatiya  danışıqlarında  bu  yürüş  rəsmi olaraq  “Şamaxı 

yürüşü”  adlanırdı.  Rusiyanın  qəsbkarlıq siyasətinin davamı olaraq V. Zubovun 

başçılığı  ilə  1796-cı  ildə  Azərbaycan  üzərinə  hücuma  keçən  rus  qoşunlarının 

tərkibində  çoxlu  sayda  erməni  var  idi.  Həmin  ilin  oktyabrında  V.  Zubov  rus 

qoşunlarının  qərargahını  Yeni  Şamaxıya  köçürmüşdü.  Lakin  1796-cı  ilin 

noyabrında  II  Yekatrinanın  ölümü,  I  Pavelin  hakimiyyətə  gəlməsi  və  onun  rus 

qoşunlarını  Qafqazdan  geri  çağırması  ilə  işğallara  1801-ci  ilə  qədər  fasilə 

verilmişdi. (10) 

Rus qoşunlarının 1803-cü ilin martında Car-Balakənə hücümu, 1804-cü 

ilin  3  yanvarında  Gəncənin  işğalı  ilə  çarizmin  Azərbaycanda  işğalçı  siyasəti 

yenidən  genişlənməyə  başladı.  Çar  Rusiyası  27  dekabr  1805-ci  il  tarixli 

müqavilə  ilə  Şamaxı  xanlığını  özündən  asılı  vəziyyətə  saldı.  Müqaviləyə  görə 

Şamaxı xanlığı ildə 8000 çervon Rusiya xəzinəsinə bac verməli idi. 

1804-1813-cü  illər  birinci,  1826-1828-ci  illər  ikinci  Rus-İran 

müharibələrindən  sonra  Şimali  Azərbaycanın  Rusiya  tərəfindən  işğalı, 

ermənilərin bu ərazilərə köçürülməsi ilə sonrakı faciələrin əsası qoyuldu. 

II 


Rus-İran 

müharibəsinin  sonunda  bağlanmış  Türkmənçay 

müqaviləsinə  (10  fevral  1828)  əsasən  Rusiyanın  imperiya  siyasətinə  uyğun 

olaraq ermənilər İran və Türkiyədən Şimali Azərbaycanın müxtəlif bölgələrinə, 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə