Şamaxi soyqirimi 1918 shamakhi genocide



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix11.03.2018
ölçüsü0,7 Mb.
#31236
1   2   3   4   5   6   7   8   9   ...   28

10 

 

o  cümlədən  Şamaxıya  da  köçürülmüşdür.  Şamaxnının  Mədrəsə,  Sağiyan, 



Meysəri,  Kələxana,  Zarxı  və  s.  kəndlərinə  ermənilərin  köçürülməsində  əsas 

məqsəd onların köməkliyi ilə müsəlman əhalini əsarət altında saxlamaq ıdi. Bu 

siyasət əsasmda Şamaxı ərazisinə Rusiyanın mərkəzi rayonlarından molokanlar 

da köçürülmüş və onlar burada 6 kənddə məskunlaşmışlar. 

XIX əsrin ilk illərində ermənilər ölkə sakinlərinin 9,37%-ni təşkil etdiyi 

halda, XX əsrin əwəlində bu rəqəm 32,6%-ə çatmışdır. Təqribən 100 il ərzində, 

ilk  növbədə  ermənilərin  mexaniki  yerdəyişməsi  nəticəsində  Şimali 

Azərbaycanda, keçmiş İrəvan xanlığının ərazisi də nəzərə alınmaqla onların sayı 

24 dəfə artmış və 1916-cı ildə 1.211.145 nəfər olmuşdur. (11) 

Rus tədqiqatçısı N. N. Şavrovun yazdığına görə XX əsrin əvvəlinədək 

Zaqafqaziyada  yaşayan  1  mln.  300  min  ermənidən  bir  milyon  nəfərdən  çoxu 

diyarın  yerli  sakinlərinə  mənsub  deyildilər  və  Rusiya  tərəfindən  burada 

məskunlaşdırılmışlardır. (12) 

Şamaxıda müxtəlif dövrlərdə, konkret olaraq 1191-ci, 1667-ci, 1856-cı, 

1859-cu,  1861-ci,  1872-ci  və  1902-ci  illərdə  baş  vermiş  zəlzələlər  xeyli  insan 

itkisinə  və  dağmtıya  səbəb  olmuşdu.  1902-ci  ildə  baş  verən  güclü  zəlzələ 

nəticəsində  2000  nəfər  ölmüş,  16  min  nəfər  evsiz-eşiksiz  qalmış,  4000  ev,  6 

məscid  uçmuş  və  bazar  yanmışdı.  Çar  hökumətinin  yerli  müsəlman  əhaliyə 

düşmən münasibəti bu dövrdə də özünü büruzə vermişdi. Zəlzələdən sağ çıxmış 

16 min şamaxılıya cəmi üç həkim, bir tibb bacısı yardım göstərirdi. Hökumətdən 

heç bir kömək görməyən şamaxılılar özləri xilasetmə işlərinə başlamış və hətta 

zəlzələdən  9  gün  sonra  xarabalıqlar  altından  12  yaşlı  şamaxılı  Ümmi  Müslüm 

qızmı çıxararaq xilas etmişlər. (13) 

Çar  xəfiyyə  idarəsinin  təhriki  ilə  1905-1906-cı  illərdə  Bakıda  (6-9 

fevral  1905)  və  digər  bölgələrdə  ermənilər  tərəfindən  müsəlman  qırğınları 

törədilsə  də,  bu  zaman  Şamaxıda  ciddi  qarşıdurma  qeydə  alınmamışdı.  Lakin 

buna  baxmayaraq  Şamaxıda  olan  ermənilər  Tiflis,  Qazax,  Gəncə,  Şuşa  və 

Cəbrayılda  müsəlmanları  qıran  cinayətkarlara  hər  cür  maddi  köməklik 

göstərmişlər. 

Rusiyanın Osmanlı İmperiyasındakı konsulu V.Mayevski həmin illərin 

qanlı  hadisələri  haqqında  yazmışdı:  “Bu  dövrdə  (1904-1906-cı  illərdə)  rus 

hakimiyyətinin  zəifləməsi,  bəzi  hallarda  isə  onun  əsla  olmaması  hər  yerdə 

müşahidə  olunurdu...  Bizim  cənubi-şərqi  Qafqazın  başına  gəlmiş  bəlalar  həm 

“hakimiyyətin  cinayətkar  fəaliyyətsizliyi”  nəticəsində,  həm  də  çaxnaşmaların 

əsas xadimləri olan “Daşnaksütyun”un cinayətkar fəaliyyəti nəticəsində baş verə 

bilərdi.” (14) 

Çar  Rusiyasının  Azərbaycanda  yeritdiyi  “parçala-hökmranlıq  et” 

siyasəti  ermənilərlə  müsəlmanlar  arasında  nifaq  salmaqla  yanaşı,  müsəlmanlar 

arasında da düşmənçiliyi qızışdırmaqdan ibarət idi. Bunun üçün Tiflisdə 1847-ci 

il dekabr ayının 13-də şiə məktəbi, 1849-cu il yanvarın 15-də isə sünnü məktəbi 

açılmışdır.  Xalq  arasında  “Əli”  şkolası,  “Ömər”  şkolası  adlanan  bu  məktəblər 

şəbəkəsi  tezliklə  daha  da  genişləndirilərək  Şamaxı,  Quba,  Şəki  və  başqa 




11 

 

şəhərlərdə də təşkil olunmuşdur. Çarizmin bu bədnam siyasətinə etiraz olaraq Ü. 



Hacıbəyov  1907-ci  ildə  “İrşad”  qəzetində  yazırdı:  “Rusiya  hökuməti...  əvvəlcə 

bizim gözümüzü yumdu ondan sonra başlayıb, şeyxülislam təyini,  müfti nəsbi, 

“Ömər”  şkolası  küşadı,  “Əli”  şkolası  təsisi,  şiə  zakonouçiteli,  sünnü 

zakonouçiteli  təyini  ilə  bərabər,  sair  fəsadlarla  bizim  aramızda  əvvəlcədən 

qazılmış olan şiə  və  sünnü quyusunu daha  gen  və  daha  dərin... qazıb, rahat  və 

arxayın oturdu”. (15) 

Çarizmin  azərbaycanlılara  inamsızlıq  göstərərək  onları  orduya 

çağırmaması  da  müstəmləkə  siyasətinin  tərkib  hissəsi  idi  ki,  bu  da 

azərbaycanlıların silahdan istifadə edə bilməməsinə, təşkil olunan milli qırğınlar 

zamanı  onların  tamamilə  müdafiəsiz  qalmasına  səbəb  olurdu.  Bununla  bağlı 

M.Ə.Rəsulzadə  yazırdı:  “Çarlığın  Azərbaycan  türklərinə  endirdiyi  böyük 

zərbələrdən  biri,  onu  əsgərlik  hikmətindən  miəf  tutmasıydı.  Bu  surətdə  fitrətin 

cəngavər  bulunan  bura  türklərinə  əsgərlik  haqqını  unutdurmaq  və  bu  surətlə 

onları Rusiya imperializmi zərərsiz bir hala qoymaq istəmişdi”. (16) 

Məhz  rus  çarizminin  və  sovet  Rusiyasının  yeritdiyi  imperiya 

siyasətinin, millətlər və dinlər arasında nifaq salmaq, onları bir-birinə qırdırmaq 

siyasətinin  nəticəsi  olaraq  1918-ci  ildə  ermənilər  tərəfindən  azərbaycanlılara 

qarşı növbəti dəhşətli cinayətlər törədilmişdir. 

1917-ci il oktyabrın 22-də Bakı Sovetinə və 1917-ci il noyab-rın 26-28-

də  Cənubi  Qafqazda  Müəssislər  Məclisinə  keçirilən  seçkilərin  nəticələri 

bolşeviklərin bu ərazidə çox zəif ictimai bazaya malik olduğunu sübut etmişdi. 

Hətta  yalan  vədlərlə  Bakıda  hakimiyyəti  ələ  keçirmiş  bolşeviklər  1918-ci  ilin 

mart  hadisələrinə  qədər şəhərdəki vəziyyətə  tam nəzarət  edə  bilmirdilər.  Onlar 

şəhər dumasının və milli şuraların fəaliyyətini dayandıra, milli qoşun hissələrini 

tərkisilah  edə,  burjuaziyanın  müqavimətini  qıra  bilməmişdilər.  Bakı  Soveti 

şəhərdə real hakimiyyətə nail olmaq məqsədilə özü üçün təhlükə hesab etdiyi və 

seçkilərdə uduzduğu “Müsavat” partiyasını sıradan çıxarmağı qarşısına məqsəd 

qoymuşdu.  Bunun  üçün  isə  bu  təşkilatı  dəstəkləyən  müsəlman  əhaliyə  qarşı 

təzyiqləri artırır və bu siyasətdə ermənilərdən istifadə edirdi. 

1918-ci ilin yanvar-mart aylarında erməni millətçi partiyaları müsəlman 

əhaliyə  qarşı  düşmənçiliyi  artırmaq  üçün  müxtəlif  təxribat  və  şantaj 

kampaniyasını  gücləndirirdilər.  S.  Şaumyanın  rəhbərlik  etdiyi  Bakı  Soveti  isə 

sovet  orqanlarında  ermənilərə  yüksək  vəzifələr  verməklə  onlara  yaxından 

köməklik göstərirdi. 

1918-ci  ilin  aprelində  təşkil  olunmuş  Bakı  Kommunasının  başçısı  S. 

Şaumyan nəinki Azərbaycan xalqının öz müqəddəratını təyin etmək hüququnu, 

hətta  “Azərbaycan”  sözünü  belə  qəbul  etmirdi.  Əmiryanın  redaktoru  olduğu 

“Bakinski raboçi” qəzeti bu sözü məsxərəyə qoymaqdan belə çəkinmirdi. (17) 

Qafqaz cəbhəsinin ləğv edilməsindən sonra öz evlərinə geri qayıdan rus 

hərbi hissələrinin əsgərləri öz silah və sursatlarını çox ucuz qiymətə ermənilərə 

satırdılar.  Bu  zaman  Rusiyada  aclıq  və  səfalət  hökm  sürdüyündən  hərbçilərin 

əksəriyyəti  Rusiyaya  qayıtmaqdansa  Bakıda  qalmağa  üstünlük  verirdilər.  Mart 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə