Şamaxi soyqirimi 1918 shamakhi genocide



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix11.03.2018
ölçüsü0,7 Mb.
#31236
1   2   3   4   5   6   7   8   9   ...   28

14 

 

göndərdiyi teleqramında yazırdı ki, martın 18-də bolşeviklər tərəfindən Bakıdan 



2000 yaxşı silahlanmış top və pulemyota malik olan əsgər dəstəsi Şamaxı qəzası 

istiqamətində  yola  salınmışdır.  Dəstə  yol  boyu  15-dən  çox  müsəlman  kəndini 

məhv  edərək,  Şamaxı  şəhərini  darmadağın  etmişdir.  Minlərlə  müsəlman,  o 

cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdir. Faciəni təsvir etmək olmur. 

Təhqir və zorakılıqlar həddini aşmışdır. Təcili hökumətin köməyi lazımdır. (23) 

Azərbaycan  nümayəndələrinin  tələbi  ilə  Cənubi  Qafqaz  Seymi  Bakı 

Sovetinə qarşı 100 min manat pul, piyada qoşun və süvari hissələri, iki təyyarə, 

zirehli  qatar,  çoxlu  silah  və  sursat  ayırmışdı.  1918-ci  il  aprelin  əvvəllərində 

knyaz  Maqalovun  komandanlığı  ilə  2  minə  yaxın  silahlı  dəstə  Tiflis  və  Gəncə 

tərəf dən irəliləyərək, Hacıqabul stansiyasını tutmuşdu. Eyni zamanda şimaldan, 

Dağıstan  tərəfdən,  Bakı  istiqamətində  Nəcməddin  Qotsinskinin  qüvvələri 

hücuma keçmişdi . (24) 

Lakin  bütün  bunlara  baxmayaraq  azərbaycanlılara  qarşı  erməni 

qırğınlarının qarşısını almaq mümkün olmamışdı. 

Şamaxı  soyqırımının  baş  verdiyi  dəqiq  tarixlər  çox  təəssüf  ki,  əksər 

kitab  və  məqalələrdə  konkret  göstərilməyib.  Bəzi  kitab  və  məqalələrdə 

hadisələrin  1918-ci  il  martın  18-də,  bəzilərində  1918-ci  ilin  aprel  ayında, 

bəzilərində 3-16 apreldə baş verdiyi qeyd olunur. Mövcud mənbələri müqayisəli 

təhlil  etməklə  cinayətlərin  baş  verdiyi  günləri  müəyyən  etmək  mümkündür. 

Araşdırmalar Şamaxı  soyqırımının qısa  fasilələrlə  bir  neçə  mərhələdə, Bakı  və 

Qubadakı  qırğınlardan  əvvəl  baş  verdiyini  təsdiq  edir  (mötərizənin  içərisində 

yazılan tarixlər yeni təqvimlədir-müəllif): 

I mərhələ-martın əvvələri-15 (27) mart 1918-ci il (400 erməni əsgərinin 

Kürdəmirdən  Şamaxıya  doğru  irəlləməsi  ilə  başlayıb,  15  (27)  martda  dini 

rəhbərlərin razılaşması ilə müvəqqəti dayandırılıb.) 

II mərhələ-18 (30) mart-28 mart (09 aprel) 1918-ci il. (1918-ci il martın 

18- də (30) başlayıb  və  martın 28-də (aprelin 9-da) İ.  Ziyadxanovun dəstəsinin 

Şamaxını azad etməsi ilə müvəqqəti qarşısı alınıb.) 

III  mərhələ-6  aprel  (18  aprel)  -20  iyul  (01  avqust)  1918-ci  il.  (İ. 

Ziyadxanovun dəstəsinin Şamaxını tərk etməsindən, martın 31-dən 6 gün sonra 

Şamaxının yenidən ermənilər tərəfindən tutulması ilə, yəni 1918-ci il aprelin 6-

dan (18) başlayıb və Türkiyənin Qafqaz İslam Ordusu ilə birlikdə milli ordunun 

iyulun 20-də (avqustun 1-də) Şamaxını azad etməsinə qədər davam edib. 

Faciələr  Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutu,  XI  rus  ordusu 

tərəfindən  29  aprel  1920-ci  ildə  Şamaxının  yenidən  işğalı  ilə  davam  etmişdir. 

Nəzərə  almaq  lazımdır  ki,  təkcə  1920-ci  ilin  yazından  1921-ci  ilin 

əvvəllərinədək  Azərbaycanda  40  mindən  artıq  insan  siyasi  repressiyaya  məruz 

qalmış,  heç  bir  günahı  olmadan  güllələnmişdir.  (25)  Repressiyalar  sonrakı 

illərdə  də  davam  etmişdir.  Akademik  Z.  Bünyadov  “Qırmızı  terror”  kitabında 

yazır:”  1936-1937-ci  illərdə  təxminən  70-80  min  azərbaycanlı  ziyalı  məhv 

edilmişdir.” (26) 



15 

 

Şamaxıda ermənilər tərəfindən dinc əhaliyə qarşı cinayətlər, 1918-ci il 



martın əvvələrində rus-türk cəbhəsindən geri qayıdan 400 nəfər erməni əsgərinin 

Kürdəmirdən Şamaxıya gəlməsi ilə başlamışdı. Onların məqsədlərindən xəbərsiz 

olan  Bakı  Müsəlman  Komitəsi  Şamaxı  şəhər  rəhbəri  Teymur  bəy 

Xudaverdiyevə  məlumat  verərək  Şamaxıya  qayıdan  erməni  əsgərlərinə  yardım 

göstərməyi  xahiş  etmişdi.  Buna  görə  də  Şamaxı  rəhbərliyi  onları  qarşılamaq 

üçün  Ağsuya  nümayəndə  heyəti  göndərmişdi.  Lakin  nümayəndə  heyəti  yolda 

olarkən  xəbər  tutmuşdu  ki,  həmin  erməni  dəstəsi  bir  neçə  hissəyə  bölünərək 

müdafiə cəhətdən ən zəif yaşayış məntəqələri olan Bico və Ləngəbiz kəndlərinə 

hücum etmişlər. Atışma nəticəsində bir neçə müsəlman və erməni ölmüşdür. Bu 

hadisədən daha da azğınlaşan ermənilər dərhal Bakı erməni komitəsinə məlumat 

vermişlər. Onlar da yerli əhalini tamamilə məhv etmək üçün az müddət ərzində 

müxtəlif  silahlarla  təhciz  edilmiş  3  min  ermənini  Şamaxıya  göndərmişlər. 

Bundan xəbər tutan Müsəlman İcraiyyə Komitəsinin yerli şöbəsi Şamaxı əyalət 

rəisi  Hacıcamalbəyovu,  əyalət  qazisi  Abdulxalıq  Əfəndi  Əfəndiyevi  və  erməni 

yepiskopunu onlarla  danışıqlara  göndərmişdi.  Nümayəndə  heyəti onlardan  geri 

qayıtmalarını  xahiş  etdikdə,  erməni  quldur  dəstəsinin  başçısı  cavabında 

bildirmişdi  ki,  “biz  bura  qayıtmaq  üçün  deyil,  Şamaxını  yerlə-yeksan  etməyə, 

müsəlman əhalini tamamilə qırmağa gəlmişik”. 

Bundan sonra nümayəndə heyəti Şamaxıya qayıdaraq vəziyyətdən çıxış 

yolları  axtarmağa  başlamışlar.  Ertəsi  gün  erməni  yepiskopu  Baqrat  və 

molokanların nümayəndəsi Karabanov Müsəlman İcraiyyə Komitəsinin Şamaxı 

şöbəsinə  gələrək  Xaç  və  İncil  qarşısında  azərbaycanlılarla  sülh  və  qardaşlıq 

şəraitində yaşayacaqlarına və heç vaxt onlara qarşı silahlı çıxış etməyəcəklərinə 

and içərək söz vermişlər. Səhəri günü 18 mart 1918-ci il tarixdə səhər saat 6-00 

da ermənilər Şamaxını mühasirəyə alaraq 10 topdan, yüzlərlə pulemyotlardan və 

digər  silahlardan  şəhəri  atəşə  tutmuşlar.  Bundan  sonra  şəhərin  bir  neçə 

məhəlləsində  yanğınlar  başlamışdı.  Həmin  gün  axşam  müdafiəsiz  qalan  şəhər 

əhalisi  təslim  olmağa  məcbur  olmuşdu.  Bundan  sonra  ermənilər  dinc  əhaliyə 

qarşı  dəhşətli  soyğunçuluq  və  qırğınlar  törətməyə  başlamışlar.  Şamaxıya  daxil 

olan  erməni  yaraqlıları  şəhəri  yenidən  talan  etmişlər.  Şəhərdə  az-çox  salamat 

qalmış  tikililər  yandırılmış,  şəhər  yaxınlığında  olan  qəbristanlıqlar  təhqir 

edilmişdi.  Şamaxıda  ermənilər  törətdikləri  qətlləri  xüsusi  qəddarlıqla  həyata 

keçirmişlər. Belə ki, qətl edilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilmiş

gözləri  çıxarılmış,  qarınları  yırtılmış,  yandırılmış,  çox  böyük  əziyyətlərlə 

öldürülmüşlər. 

Şamaxı hadisələri ilə bağlı “Azərbaycan” qəzetinin 1918-ci il 19 saylı 

buraxılışında  gedən  bir  yazıda  qeyd  olunmuşdu  ki,  S.Lalayevin  Şamaxı 

müsəlmanlarına tutduğu divan bizim bu müharibə dövründə üzləşdiyimiz bütün 

dəhşətləri geridə qoyur. 

Şamaxıda  qırğına  rəhbərlik  edən  S.  Lalayevin  qəddarlığı  o  həddə 

çatmışdır ki,  bu hətta  onun silahdaşları olan T. Əmirov  və İ. Boqomolovun da 

narazılığma səbəb olmuşdu. 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə