Şamaxi soyqirimi 1918 shamakhi genocide



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix11.03.2018
ölçüsü0,7 Mb.
#31236
1   2   3   4   5   6   7   8   9   10   ...   28

16 

 

İ.  Boqomolovun  A.  Caparidzenin  adına  göndərdiyi  müraciətdə 



deyilirdi:  “Bir  daha  sizdən  xahiş  edirəm  ki,  cəllad  Lalayevi  həbs  edəsiniz.  O, 

çoxlu  sayda  qadın  və  uşaq  öldürmüş,  evləri  qarət  etmişdir.  Əmirov  onu,  həbs 

etmək istədikdə, qaçıb gizlənmişdir. Hamı  təsdiq edir ki,  o,  məscidi  yandırmış 

və orada çoxlu qadın qətlə yetirmişdi.” Lakin bu müraciətə A. Caparidzedən heç 

bir  cavabı  olmamışdır.  Çünki  o,  S.  Lalayevi  himayə  edən  S.  Şaumyanın  onun 

həbsi ilə bağlı hərbi-istintaq komissiyasının sədri Kojemyakoya etdiyi etirazdan 

xəbərdar idi. (27) 

Şamaxıda  baş  verən  cinayətlərin  daha  qəddarlıqla  həyata 

keçirilməsində rus və erməni millətçilərinin anti-türk, anti-müsəlman siyasəti ilə 

yanaşı, S.Lalayevin şəxsi intiqam hissi, yerli əhaliyə bəslədiyi kin-küdurətin də 

müəyyən təsiri olmuşdur. O, 1905-1906-cı illərdə baş vermiş erməni-müsəlman 

qırğınları  zamanı  öldürülmüş  atasının  və  əmisinin  intiqamını  şamaxılılardan 

almaq üçün dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətmişdi. Lakin faktlar 

sübut edir ki, 1905-1906-cı illərdə onun atası və əmisi öz cinayətkar əməllərinin 

qurbanı olmuşlar. Bakı Mixaylov xəstəxanasının sənədlərinə görə, 1905-ci ilin 6 

fevralında  erməni  milyonçuları  Balabek  Lalayevin,  Artyom  Babayantsın,  İsay 

Ter  Osipovun  və  başqa  maqnatların  havadarlığı  ilə  terror  qrupu  18  adamı 

öldürmüş  və  33  nəfəri  yaralamışdır.  Onların  34-ü  azərbaycanlı,  6-cı  rus, 

qalanları başqa  millətlərin nümayəndələridir. Həmin cinayətkar qrup ertəsi gün 

100-dək dinc vətəndaşı öldürmüş və yaralamışdı. (28) 

Şamaxıda ermənilərin törətdikləri vəhşiliklər o qədər dəhşətli olmuşdu 

ki,  hətta  nə  qədər  çalışsalar  da  o  dövrdəki  bolşevik  mətbuatı  da  bu  faciəyə  öz 

münasibətini gizlədə bilməmişdi. Lakin onlar müsəlman əhaliyə qarşı edilən bu 

vəhşiliklərə  “dinc  əhaliyə  qarşı  da  bəzi  haqsızlıqlar  törədildi”  kimi  loyal 

münasibət bəsləməklə kifayətlənmişlər. 

S.Lalayev  və  T.Əmirovun  rəhbərliyi  ilə  təkcə  Şamaxı  şəhərində  bir 

neçə  gündə  minlərlə  müsəlman  qətlə  yetirilmişdir.  O  dövrdə  Şamaxının  adlı-

sanlı şəxsiyyətlərindən olan Molla Cəfərqulu Axund, şəhər hakimi Teymur bəy 

Xudaverdov,  birinci  dövlət  dumasına  Şamaxıdan  deputat  seçilmiş  Məmməd 

Əliyev, Molla Hacı Məhyəddin Əfəndi, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı 

Əbdül  Xəlil  Əhmədov,  Ağa  Əhməd  Əhmədov,  Hacı  Qəni  Zeynal,  Hacı  Əbdül 

Hüseyn Zeynalov, Hacı İsrafil Məmmədov, Mir İbrahim Seyidov, Hacı İbrahim 

Salamov,  Hacı  Əbdül-Qasım  Qasımov,  Əyyubağa  Veysov,  Zeynəb  xanım 

Veysova,  Əliabbas  bəy  Ibrahimbəyov,  Ələkbər  Qədirbəyov,  Əbdürəhim  ağa 

Ağalarov,  Zəkəriyyə  Əfəndi  Mehdi  Xəlil  oğlu,  Ziyəddin  Abdullayev,  Hacı 

Molla  Həsən  Zeynalov,  Mahmud  Hacıağa  oğlu  və  bir  çox  başqala-n  da 

öldürülənlərin arasında idi. 

Şamaxıda  bu  dövrdə  ermənilər  tərəfindən  13  məhəllə  məscidi  və 

məşhur  müqəddəs  ocaq  -  Cənubi  Qafqazda  və  Yaxın  Şərqdə  ən  qədim 

müsəlman  məbədlərindən  olan,  743-cü  ildə  inşa  edilmiş  Cümə  mescidi  də 

yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir qibləgah, həm də qədim abidə 

kimi  əziz  idi.  Çoxlu  sayda  qadın  və  uşaq  həyatlarını  xilas  etmək  üçün  bu 




17 

 

məscidə  pənah  getirmişdi.  Onlar  belə  hesab  edirdilər  ki,  əhali  arasında  böyük 



nüfuza  malik  olan  Molla  Cəfərqulu  Axundun  da  içərisində  olduğu  allah  evinə 

ermənilər toxunmağa cürət etməzlər. Lakin erməni quldurları mescidə daxil olan 

kimi  Axundun  gözlərini  çıxarmış,  dilini,  qulağını,  burnunu  kəsmiş,  diri-diri 

dərisini  soyaraq  güllələmişdilər.  Bundan  sonra  dinc  əhalini  məscidə  yığaraq 

yandırmışlar. (29) 

Şamaxıda  1918-ci  ilin  mart-aprel  aylarında  öldürülənlərin  sayı 

haqqında  müxtəlif  məlumatlar  mövcuddur.  Bəzi  məlumatlarda  öldürülənlərin 

sayı 7 min, bəzilərində 8 minə qədər, bəzilərində 8-12, bəzilərində isə 40 minə 

qədər olduğu göstərilir. 1920-ci  ildə  mühacir ədəbiyyatında öldürülənlərin sayı 

bir  mənbədə  12  minə  qədər,  digər  bir  mənbədə  isə  17  min  nəfər  olduğu 

göstərilir. (30) 

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Fövqəladə İstintaq 

Komissiyası 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasının azərbaycanlılar 

yaşayan  58  kəndinə  ermənilərin  hücumu  zamanı  ölənlərin  sayının  aşağıdakı 

kimi olduğunu müəyyən etmişdir: 

 

№ 



Kəndin adı 

Ölənlərin sayı 

Yaralı 

Kişi 

Qadın 

Uşaq 

Cəyirli 



40 

20 


15 



Ərəbqədim 

200 


100 

78 


yox 

Cəmcəmli 



15 



yox 

Mırtı 



 



Talış -Məlik 



11 



Mirikənd 





yox 

Şərədil 



10 



yox 

Quşçu 



192 

115 


25 

yox 


Şıxməzid 

10 





yox 

10 


Yuxarı Çağan 



11 



Ağabəyli 



yox 


12 

Qaravəlli 

40 

50 


30 

yox 


13 

Barbar Navahı 

15 

10 


yox 


14 

Gorus -Çaparlı 

10 

15 


10 

15 



Kürdəmir 

25 




16 

Qonaqkənd 

25 





yox 

17 


Ovculu 

10 



12 

yox 


18 

Bağırlı 


80 

150 


140 

yox 


19 

Təkəli 


360 

412 


150 

yox 


20 

Hacılı 


40 

60 


30 

yox 


21 

Dilman 


300 

235 


50 

yox 


22 

Kalva 


250 

150 


100 

23 



Xatman 

60 


40 

20 


yox 

24 


Suraxanı 

11 


yox 



25 

Xəsiqara 

46 

20 


16 

yox 


26 

Tirğan 


300 

40 


20 

yox 


27 

Talışnuru 

20 





28 


Sərdakar 

12 



Yox 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə