Şamaxi soyqirimi 1918 shamakhi genocide



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix11.03.2018
ölçüsü0,7 Mb.
#31236
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

20 

 

ki,  erməni  cinayətkarları  -  S.Şaumyan,  S.Lalayev,  Z.Arestisyan,  T.Əmirov  və 



A.Əmiryan  qardaşlarının  rəhbərliyi  ve  yerli  havadarlarının  iştirakı  ilə  Şamaxı 

şəhərində teqribən, 14-16 min, onun 40 kənd və obalarında (bugünkü Şamaxı və 

Qobustan  rayonları  ərazisindəki  kəndlər)  6-8  min  nəfəri  qətlə  yetirmişlər. 

Şamaxı şəhəri, onun kənd və obalarından didərgin, qaçqın düşənlərin sayı isə 18 

min nəfərdən çox olmuşdur. Mənbələrdə bu qırğın zamanı Şamaxı qəzasında 58 

kəndin  yerlə-yeksan  edildiyi,  yandırıldığı  haqqında  məlumat  verilir.  Həmin 

siyahıya faciə törədilmiş bəzi kənd və obaların adı düşməmişdir. Həmin kənd və 

obaları  da  siyahıya  daxil  edendə  məlum  olur  ki,  1918-ci  il  soyqırımı  zamanı 

Şamaxı  qəzasının  90-a  yaxın,  rayonun  isə  40-dan  artıq  kənd  və  obası  faciəyə 

məruz qalmışdır. (33) 

Ermənilərin Şamaxı şəhəri ilə yanaşı, kəndlərdə törətdikləri vəhşiliklərə 

misal olaraq Əngəxaran kəndində baş verənləri göstərmək olar. 

Ermənilər  martın  18-də  sübh  çağı  Şamaxının  3-4  verstliyində  olan 

Əngəxaran  kəndinə  də  qəfil  hücum  etmişdilər.  Əngəxarana  soxulan  düşmənlər 

kəndi  mühasirəyə  alaraq oradakı  əhalini qırır, kəndi qarət  edir, yandırır və  sağ 

qalan  əhalini  isə  əsir  alırdılar.  Əsir  alınmış  Əngəxaran  sakinlərinin  uşaqları 

azərbaycanlı  kəndi  olan  Məlhəmə  aparılıb  orada  saxlanılır.  88  kişini  isə 

Çuxuryurda aparırlar. Kəndə çatmamış onlar əsirləri bağda saxlayaraq bir neçe 

nəfərini  güllələyirlər. Qalan 76 nəfəri isə  əsir  kimi Mədrəsə  kəndində  yerləşən 

erməni  qərargahının  sərəncamına  göndərirlər.  Yolda  iki  nəfəri  də  güllələyirlər. 

Mədrəsə  kəndinə  cəmi  74  nəfər  sağ  azərbaycanlı  gəlib  çıxır.  Gəncədən  gələn 

İ.Ziyadxanovun  silahlı  dəstəsi  Şamaxıya  girdikdə  əngəxaranlılar  qohumlarının 

taleyindən xəbər tutmaq üçün Mədrəsə kəndinə gedirlər. Onlar kəndin kənarında 

əngəxaranlı  əsirlərin  hamısının  öldürüldüyünü  və  meyitlərinin  eybəcər  hala 

salındığını  görürlər.  Meyitlərin  qulaqları,  burunları,  əlləri  və  ayaqları  kəsilmiş, 

bir çox ölülərin döşlərində  yanıq izləri aşkar edilmişdir. Bu da  sübut edirdi ki, 

hələ  sağ  ikən  ermənilər  onların  sinələri  üzərində  od  qalamışlar.  Bundan  başqa 

dağıdılmış  kənddən  qaçıb  canını  qurtara  bilmiş  Əngəxaran  sakinlərinin  çoxu 

aclıqdan, soyuqdan və xəstəlikdən tələf olmuşlar. 

Əngəxaranda  ermənilərin  törətdikləri  vəhşiliklərlə  əlaqədar  təhqiqat 

materiallarında  həmkəndlilərinin  və  şahidlərin  ifadələrinə  göre  tərtib  edilmiş 

siyahılarda  bu  kənddən  ermənilərin  böyük  işgəncələrlə  qətlə  yetirdiyi  237 

nəfərin adı var. (34) 

Şamaxı  şəhərinin  sakini  Mövsüm  bəy  Sadıqbəyov  Azərbaycan 

hökuməti  yanında  təşkil  edilmiş  Fövqəladə  İstintaq  Komissiyası  tərəfindən 

dindirilərkən  bildirmişdir  ki,  mən  hələ  Kürdəmirdə  olduğum  vaxt  eşitdim  ki, 

ermənilər  Mədrəsəyə  yanvar  ayının  əvvəllərindən  başlayaraq  on  iki,  yaxud  on 

altı araba silah gətirmişlər. 

Bu  hadisənin  şahidi  olan  Şamaxı  sakini  Məhiyyəddin  Əfəndi  oğlu  isə 

bu barədə belə ifadə vermişdir: “Ermənilər Şamaxını top atəşinə tutduqdan sonra 

əhali küçəyə qaçdı... Bir neçə saatdan sonra ermənilər şəhərə basqın edib, evləri 

yandırmağa  və  adamları  güllələməyə  başladılar.  Bu  qırğına  Qavril, 




21 

 

Qaraoğlanov,  poçt-teleqraf  idarəsinin  rəisi  Gülbəndov,  Qaramanov,  dəllək 



Samvel,  dəllək  Ovanes,  Stepan  Lalayev,  mədrəsəli  Sidrak  və  bir  çox  başqaları 

rəhbərlik edirdilər. 

Bu  qırğından  birtəhər  canlarını  qurtaçıb  qaçan  azərbaycanlılar 

Kürdəmirdə, Gəncədə özlərinə sığınacaq tapmaqla Şamaxıda erməni əsirliyində 

qalmış müsəlmanları xilas etmək üçün müxtəlif qurumlara müraciətlər etmişlər. 

Bundan sonra martın 28-də İsmayıl xan Ziyadxanov kiçik bir dəstə ilə Şamaxıya 

daxil olmuşdu. Ermənilər silahlı toqquşmadan ehtiyat edərək Qozluçay kəndinə 

çəkilərək, burada qüvvə toplamağa başlamışlar. 

İsmayıl  xan Qozluçay  kəndində  toplaşmış ermənilərin təslim olmasını 

tələb  edərək  iki  gün  gözləmişdi.  Bundan  sonra  ermənilərə  əlavə  kömək 

gəldiyindən  onlar  təslim  olmaqdan  imtina  etmişlər.  İ.  Ziyadxanovun  dəstəsi 

qüvvələr  nisbəti  qeyri-bərabər  olduğundan  geri  çəkilməyə  və  elə  həmin  gün 

axşamüstü  Şamaxını  tərk  etməyə  məcbur  olmuşdu.  Bundan  altı  gün  sonra 

yenidən Şamaxıya daxil olan ermənilər əvvəlki vəhşiliklərini davam etdirmişlər. 

Bu  hadisənin  şahidi  olan  S.Əfəndiyev  qeyd  edir  ki,  Şamaxıda  meyid 

əlindən tərpənmək  mümkün deyildi.  Hər addımbaşı  müsəlmanların  vəhşicəsinə 

öldürülmüş  meyidlərini  görürdüm.  Bir  yerdə  gördüyüm  dəhşətli  mənzərə  heç 

vaxt yadımdan çıxmayacaq. İki nəfər insanın-öldürülmüş kişi və qadın meyidləri 

üzərində yarıya bölünmüş 3-4 yaşlı uşaq meyidi qoyulmuşdu. (35) 

Şamaxıda  əhalinin  sayının  müqayisəli  təhlili  çar  və  bolşevik 

Rusiyasının  apardığı  anti-müsəlman  siyasətinin  acı  nəticələrini  üzə  çıxarmağa 

imkan  verir.  Əgər  1811-ci  ildə  Şamaxı  xanlığı  ərazisində  24  min  ailə,  1918-ci 

ildə Şamaxı qəzasında 15 min əhali yaşayırdısa, 1921-ci ildə əhalinin sayı 1700 

nəfərə  enmişdi  ki,  bu  da  faciələrin  necə  böyük  miqyasda  aparıldığını  bir  daha 

sübut edir. (36) 

Şamaxı qırğınından salamat qalan qaçqınlar Göyçay qəza mərkəzinə üz 

tutmuşdular.  Lakin  qırğından  xilas  olub,  aclığa,  soyuğa,  hər  cür  ağır 

məhrumiyyətə dözən şamaxılılar Qarasu deyilən bataqlığın suyundan içdiklərinə 

görə  yoluxucu xəstəliklərə  yoluxaraq, kütləvi şəkildə  qırılmışlar. Azərbaycanın 

görkəmli  şairi  Abbas  Səhhət  də  Şamaxıdakı  qırğından  yaxa  qurtarmasına 

baxmayaraq, həmin ildə aclıq və soyuqdan xəstələnərək Gəncədə vəfat etmişdi. 

Şamaxı  və  Bakının  düşməndən  azad  edilməsi  beynəlxalq  güclərin 

Rusiya  ilə  Azərbaycan  və  Türkiyənin  əleyhinə  gizli  sövdələşmələr  apardığı, 

Antanta  və  Üçlər  İttifaqı  rəhbərlərinin  düşmənə  dəstək  verdiyi  çox  gərgin  bir 

dövrə təsadüf edirdi. 

Bakı  Soveti  süqut  etdikdən  sonra  1918-ci  il  avqustun  1-də  İngilis 

konsulu Mak Donelin iştirakı ilə Rəyasət Heyətinin sədri-A.Arakelyan olmaqla 

Bakıda eser-daşnak-menşeviklərdən ibarət Sentrokaspi diktaturası yaradılmışdı. 

Həmin  qurumun  dəvəti  ilə  4  və  18  avqustda  polkovnik  Stokson  və  general 

Denstervil  başda  olmaqla  1500  nəfərlik  Britaniya  ordusunun  Bakıya  gəlməsi, 

Almaniyanın  sovet  Rusiyası  ilə  27  avqust  1918-ci  il  tarixdə  Berlində  Brest 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə