Şamil Vəliyev – 50


səhifə14/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   10   11   12   13   14   15   16   17   ...   97

51
Ə.Vahid bütün yaratdığı əsərlərin
demək olar ki, əksəriyyəti bədahətən
söylənmiş, sonra həmin nümunələr ya özü tərəfindən, ya da onu sevənlər tərəfindən
qələmə alınarmış. Qəlbən sovet imperiyasına nifrət edən şair bir çox əsərlərində bu
nifrətini söz altı məna ilə olsa da, açıq-aşkar bildirirdi:
Əvvəlindən salan olsaydı əgər başa bizi,
Cəhlimiz salmaz idi, məncə, dağa daşa bizi.
Azacıq elmimiz olsaydı əgər əsrə görə,
Boyun əydirməz idi qonşuya, yoldaşa bizi.
Üzü dönsün görüm ol, ağuya dönmüş çörəyi,
Yaxşı möhtac elədi, pozğuna – oğraşa bizi.
Ə.Vahid zülmkar, çirkin fikirli, bədhah adamlara qarşı kəskin çıxışlar edirdi:
Məzluma zülm edən çatacaqdır cəzasına
Mütləq budur ədnalara qəti cavabımız
Bədxaha xəlq olan görəcək öz cəzasını
Vaxtı quruldu ədlinlə yomor hesabımız
Düşmən min olsa zərrəcə yox istirabımız.
Ə.Vahid çox böyük istedad, eyni zamanda ədəb-ərkan sahibi olduğu üçün, istər
ədəbiyyat və incəsənət, istər elm və sənət, istərsə də sadə adamlar arasında özünə
çoxlu dostlar
qazanmışdı. Belə insanlardan dahi
Üzeyir Hacıbəyov, Cəmil
Məmmədquluzadə, xanəndələr Cabbar Qaryağdıoğlu, Seyyid Şuşinski, İslam
Abdullayev, Ələsgər Abdullayev, Ağabala Abdullayev, Əlibaba Məmmədov, bəstəkar
Fikrət Əmirov, professor Həmid Məmmədzadə, həkim Qəni və s. misal gətirmək olar.
Bunlardan əlavə, kitabın əvvəlində qeyd olunduğu kimi nəhəng şairlər Hüseyn
Cavid, Səməd Vurğun, Süleyman Rüstəm, Vahidin xatirini əziz tutar, ona çox böyük
lütfkarlıq və ehtiram göstərərdilər. Böyük enerci ilə yazıb yaradan Süleyman Rüstəm


52
Ə. Vahidə iri həcmli, bir neçə şeir həsr etmişdir. Fəqət bu şeirlərdən birinin 3
bəndini burada qeyd etmək kifayətdir ki, Vahidin xalq, eyni zamanda qələm sahibləri
tərəfindən nə qədər sevildiyinin şahidi olaq:
Gördüm üzü gülər onu hər zaman
Görmədim həyatda usandığını.
Toz kimi havaya sordu yaman,
Qolunda bir gözəl görən olmadı.
Dünyanın dərdini vecə almadı.
Çirkin də gözündə göründü gözəl
Adını çəkdilər hər yerdə təkrar.
Özünü məclisə çıxarmadılar.
O bunu dərd edib gileylənmədi,
Öz qəzəl taxtından yerə enmədi.
Şübhəsiz ki, Vahidin məclislərə niyə çağırılmadığının səbəbi, onun məddah
olmaması, yerli-yersiz kommunist partiyasını, leninizmi, qəsbkar sosalizm quruluşunu
tərifləməməsi idi. Lakin Vahid xalqının qəlində idi. Azərbaycan xalqının hər bir
namuslu vətəndaşının ürəyində Vahidə qarşı böyük sevgi və məhəbbət vardı.
Təsadüfü deyil ki, muğam bilicisi, qəzəlxan eyni zamanda gözəl bir səhiyyə işçisi olan
Həkim Qəni, uzun illər Vahidə bir həkim kimi qayğı göstərirmiş, onun sağlamlığı üçün
təmənnasız olaraq əlindən gələni əsirgəməmişdir.
Ə. Vahid öz ədəb-ərkanı, yüksək mədəniyyət və təvazökarlığı ilə də çoxlarını
heyran edirdi. Bəzən onu tərifləyərək qəzəllərini füzuliyanə yazdığıını söyləyirdilər.
O isə bu tərifdən heç xoşlanmaz, belə cavab verərdi:
- Mən Füzulinin şagirdlərinin şagirdi ola bilmərəm. Füzuli böyük bir alim olub,
çox dəyərli bir ad qoyub gedib, onun əsərləri dəryadır, mən o dəryadan bir damla


53
götürmüşəmsə, deməli, xoşbəxt Adamam. Sonra öz qəzəlindən bir misra ilə sözünü
tamamlayardı:
«Böyük Füzulinin xaki-payının biriyəm»
Vahidin əsl klassikliyi də onda idi ki, fars dilindən, fars dilində yazılmış
əsərlərdən səriştəsi və bacarığı var idi və Xaqanidən, Nizamidən, Fələkidən,
Füzulidən, Nəvaidən tərcüümələr edərdi. Onun etdiyi tərcümələr qətiyyən öz
mənasını itirməyib, öz ahəngdarlığına, ritmini, axıcılığını və bədii səviyyəsini
saxlayaraq sadə və anlaşıqlı bir dildə oxucular tərəfindən oxunur.
Yeri gəlmişkən akademik, türkoloq, cərrah, doktor Cavid Heyətli «Azərbaycan
ədəbiyyatı rarixinə bir baxış» əsərində Ə. Vahid haqqında yazdığı bir cümləni misal
gətirsək, Vahid Azərbaycandan başqa bütün türk ellərində və İranda nə qədər məhşur
olduğunun şahidi olarıq. «Əliağa Vahid Azərbaycan, Türküstan və İran ölkələrində
şöhrət qazanmışdır».
XIX əsrn sonunda dünyaya gələn Vahid XXI əsrin əvvəlində görəsən
qocalıbmı? Mənə elə gəlir ki, Ə. Vahid bu yeni əsrimiz kimi cavandı:
Vahid bu qədər səndə ki var eşq-məhəbbət,
Dünya qocalıb getsə, çətin qocalansan
Yaxşı ki, istedadı miqdarından ziyadə, vaxtsız ölümü hamımızı kövrəldən
Şahmar Ələkbərov Azərbaycan kino tarixində iz qoyan «Qəzəlxan» filmini yaratdı.
Yaxşı ki, qeyrətli oğulların təşəbbüsü və
vəsaiti ilə Vahidə büst ucaldıldı.
Filarmoniya həndəvərindəki abidə ziyarətgaha çevrilib, heç vaxt tər-qərənfildən əskik
olmur. Vahidin ruhuna «fatihə» oxunur, rəhmət deyilir. Yaxşı ki, həyatını şairin
yaradıcılığına həsr etmiş görkəmli Vahidşünas alim Məmməd Nuru oğlu sənətkarın
çap üzü görməyən yeni əsərlərini, mərsiyə, aforizm və epitafiyalarını nəşr etdirib.


54
Yaxşı ki, xanəndələrin dodaqları, ürəkləri, avazları Vahiddən ayrılmayır. Yaxşı ki,
Vahid ədbi məktəbinin onlarca nümayəndəsi yetişib və yetişməkdədir.    (Seyidağa,
Bakir, Həkim Qəni, Ə. Şahid, Hacı Mail və b.)
Get-gedə Vahid pərəstişkarları artmaqdadır. Bu ənənə gələn yüzilliklərə də
keçəcək. Nə qədər ki, kürreyi ərzdə Azərbaycan xalqı, Azərbaycan respublikası, Bakı
var, Abşeron var, Vahid də var.
Vahidim.
Füzuli yadigarı ey qəzəlxan ustadım,
Şeir-qəzəl gülşəni dahiyanə «Büstanım».
Bədahətən söz dedin, deyilənlər ürəkdən
Sözlərin xəbər verir saf arzudan – diləkdən.
Nəq:
Duyğuları muğamlı söz sultanı Vahidim,
Yazdıqların ilhamlı söz sultanlı Vahidim,
Azərbaycan dayaqlı söz sultanı Vahidim,
Abşeronun, Bakının hər qarışı izindir,
Adın gəzir muğamla, «Muğam» sənin özündür,
Yaşamısan yüz ili möhtəşəmlə, vüqarla
Meyxana, qəzəllərin həmişə tər sözündür.
Şeirində ayrılmadın sevgili canan ilə,
Qəzəllərin həmahəng həm bəm, həm də zil ilə,
Guşələrdə yarandı çox qəzəllər xəlvəti,
Ədəbi bir məktəbi yaratdın əməlinlə…


Yüklə

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə