Şamil Vəliyev – 50


səhifə2/97
tarix08.07.2018
ölçüsü
#54161
1   2   3   4   5   6   7   8   9   ...   97

6
Əsərin  redaktoru  akademik  Kamal  Talıbzadə  “Ön  söz”də  monoqrafiyanın  elmi
məziyyətləri  haqqında  fikirlərini  belə  yekunlaşdırır: ”Ümumiyyətlə, tənqid  tarixi  və
nəzəriyyəsi  ilə  bağlı  yazılan əsərlərdə  fikir  aydınlığı, intuiktiv  dərk  gücü, subyektiv
mülahizələr, poetika  doğuracaq  məntiq  məqamları, obrazlı  düşüncə  tərzi, aydın,
anlaşıqlı  təhkiyə  və  sakit, mülayim  intonasiya  və  s.çox  qiymətləndirilir. Bütün  bu
cəhətlərin Şamil Vəliyevin əsərində olması onun istedadına dəlalət edir və Azərbaycan
ədəbiyyatşünaslığına,  elmi-nəzəri  fikir  dünyasına  zəhmətkeş  bir  alimin  gəldiyini
təsdiqləyir. Onun gələcəkdə də diqqətəlayiq əsərlər yazacağına böyük ümidlər bəsləyir,
imzasının ümumxalq rəğbəti və elmi şöhrət qazanacağına inaniram”.
Ustadının, böyük  alimin  Şamilə,  onun  yaradıcılığına  verdiyi  qiymət,  arzuladığı
yol özünü doğrultdu. Şamil Vəliyev ustadının xeyir-duasındakı məqamlara yetişdi; elmi
şöhrət də tapdı, ümumxalq rəğbəti də.
Uzun illər televiziyada “Qaynaqlar” verilişinin müəllifi və aparıcısı oldu. Ədəbi
irsimizinn təbliğində qələmi ilə bərabər, ekrandakı çıxışları ilə də xalqa xidmət göstərdi
və göstərir də.
Oxuculara  məlumdur  ki,  bədii  yaradıcılığım, elmi  fəaliyyətimlə  bərabər, uzun
illər  televiziyada    çalışmışam.  Həmin  illərdə  elə  gün  yox  idi  ki, Şamil  mənə  baş
çəkməsin. Mütəmadi olaraq  televiziyaya gələn dostum mütləq məni “yoluxurdu”. Artıq
redaksiya işçiləri onu öz həmkarları hesab edirdi. Mehribanlığı, səmimiyyəti, söhbətləri
ilə  hamının  məhəbbətini  qazanmışdı.  Mən  həmişə  deyirdim  ki, Şamil,  bax, yaddan
çıxartma ha,təxəllüsünü mən vermişəm. Gülüşürdük. Həqiqətən bir gün mən ona dedim
ki,  bu  “ovu”  at, qurtar  rus  familyasından.  Şamil  dedi  bəs  nə  eləyim?  “Vəlili” yaxşı
çıxmır  axı.  Dedim,  kəndinizin  adı  nədir?  Dedi: - Körpülü.    Dedim əla: Şamil  Vəli
Körpülü. Türkiyədə alim var, Köprülü, sən də ol Körpülü. İki türk alimi bir təxəllüslə.
Bir səsdəyişməsi var. Eləcə qardaşım mənim sözümlə oldu Körpülü.
Bir gün mənə utana-utana dedi ki, şeirlər yazıram, bir bax. Heç kimə demə. Alıb
oxudum.  Dedim, əla  yazırsan.  Bunlara  musiqi  bəstələnməlidir. Şamili  apardım
Mirməmmədlilərgilə.  Rəhmətlik  Hikmət  və  xanımı  Nailə  Mirməmmədli  də şamil


7
Körpülünün sözlərinə  bir neçə nəğmə  qoşdular.  Populyar  müğənnilərimiz  ifa  elədilər.
Mən də həmin mahnıları bir yerə yığıb bir konsert çəkdirdim və adıni qoydum: “Musiqi
proqramı, sözləri Şamil Körpülünündür”. Alim qardaşım oldu həm də nəğməkar şair.
Yenə  qayıtmaq  istəyirəm,musiqi  dili  ilə  desək  modulyasiya  edirəm  onun
yaradıcılığına. Şamilin  şah əsəri  “Fyuzat  ədəbi  məktəbi”dir.  70  il  haqsız  lənətlənən,
pantürkist  bir  mətbu  orqan, ədəbi  məktəb  kimi  tənqid  olunan  bir  mövzunu Şamil
diriltdi”.  Şamil  Vəliyevin  bu  əsəri  ərsəyə  gətirməsi  həm  mövzunun  ədəbi  bəraət
almasına,həm də türkçülüyə, milli idealogiyamıza, Azərbaycançılığa böyük xidmətdir.
Əsərdə  Fyuzat  ədəbi  məktəbinin  təşəkkülü  və  inkişaf  mənzərəsi
mollanəsrəddinçilərlə  qarşılıqlı  münasibətdə, həmçinin  ümumilli  inkişaf  çərçivəsində
işıqlandırılır.  Fyuzatçıların  ideya-estetik  konsepsiya  formalaşdırması, klassik  irs  və
çağdaş ədəbi  proseslə  əlaqədar  tədqiqatları, bədii  poetika  xüsusiyyətləri  araşdırlır.
Onların mövqeyi və ictimai-siyasi mücadiləsi Türkiyə, İran, Rusiya, Almaniya, Fransa
və s. məmləkətlərlə ədəbi ilişgilər əhatəsində, səhnəsində aydınlaşdırılır. Fyuzatçıların
dünya romantizmi, demokratik tənzimatçılıq, məşrutə hərəkatından bəhrələnərək AXC-
nin ideoloji  kursunu  müəyyənləşdirməsi  arxiv  materialları, ədəbi-tarixi  fakt  və
məsələlərə  söykənərək  araşdırmaya  cəlb  olunub.  “İnamla  deyirəm  ki, Şamilin əsəri
ölkəmizdə  sivil  xalq,  bütöv  Vətən, müstəqil  dövlət, azad  cəmiyyət  uğrunda  mübarizə
aparan həmvətənlərimiz və intellektual çevrənin adamları üçün qiymətli mənbə rolunu
oynayacaqdır” (akad.K.Talıbzadə).
Fevral  ayının  22-si əziz  dostumun  50  yaşı  tamam  olur.  Ömrünün    yetginlik
çağında olan alim qardaşım balaları Turalla Günelin toyunu görsün! Övladları Vətənə
layiq övlad olsunlar inşaallah!
Şamil  Vəliyev  filologiya  elmləri  doktoru, professordur.  BDU-da  “Mətbuat
tarixi”kafedrasının  müdiri,  Nizamı  adına Ədəbiyyat İnstitunda  baş  elmi  işçidir.  Bu
yaxınlarda  BDU-nun  yubileyi  ilə  əlaqədar  “Əməkdar jurnalist” adına  layiq  görülüb.
Müşfiq demişkən: “Hələ bunlar nədir ki...”


8
Şamil, arzu da real olsun gərək, sənə yüz yox,hələlik 80 il ömür arzulayıram! O
gün olsun, yubileylərini həm doğma Qarabağımızda, həm də Qərbi Azərbaycanda, sənin
doğma Körpülündə qeyd eləyək!
03.02.2010
Azərbaycan maarifçı-realist ədəbiyyatının inkişafında Rəşad bəy
Əfəndizadənin rolu
Çoxəsrlik  və  zəngin  tarixə  malik  olan  Azərbaycan  ədəbiyyatının  çağdaş
mərhələdə bütöv, tam mənzərəsini yaratmaq üçün ədəbiyyatımız bu gün hər cür ideoloji
təsir  və  təqiblərdən  uzaq, milli  kök  və  qaynaqlara  söykənərək  yenidən  araşdırılır.
Müasir  nəzəri  fikrin  kontekstində  tədqiq  olunmaqla  ədəbi  proses  ayrı-ayrılıqda
öyrənilməklə bütöv ədəbiyyatımızın mənzərəsi yaradılır.
Ədəbiyyat  tariximizin  yeni  konsepsiyasını  şərtləndirən  əsas amil  onu  milli
dəyərlər  əsasında  obyektiv  tarixilik  mövqeyindən  dərk  və şərh  etməkdir.  Bu  boşluğu
doldurmağa cəhd edən, araşdırmalar aparan bütün həmkarlarımızın, tədqiqatçılarımızın
zəhmətinə, əməyinə  ehtiramla  yanaşaraq  sayqı  göstərməklə  Səkinə  Adil  qızı
Bayramovanın dissertasiyasını xüsusi qeyd etmək istəyirəm.
Doğrudur,  XX  yüzillikdə  bu  istiqamətdə  tədqiqatlar  aparılmışdır.  Rəşid  bəy
Əfəndizadənin yaradıcılığı araşdırılmış, dərslik və monoqrafiyalarda ona oçerklər həsr
olunmuş,  pedaqoji  fəaliyyəti, görüşləri  ətraflı  tədqiq  olunmuşdur.  Lakin  haqqında
danışdığım  dissertasiya  R.Əfəndizadənin  ədəbi  fəaliyyətini    ətraflı əks  etdirən  ilk
tədqiqatlardan  biridir.  Əsər  R.Əfəndizadə  haqqında  ümumiləşmiş, bütöv, əhatəli
monoqrafik tədqiqatdır.


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə