Şamil Vəliyev – 50


səhifə3/97
tarix08.07.2018
ölçüsü
#54161
1   2   3   4   5   6   7   8   9   ...   97

9
Giriş,  üç  fəsil, nəticə  və  ədəbiyyat  göstəricisindən  ibarət  olan  namizədlik
dissertasiyasında  R.Əfəndizadənin maarifçi-realist ədəbiyyatımızın inkişafındakı  rolu
geniş  planda, sistemli  elmi  prinsiplər  əsasında əhatəli  surətdə  araşdırılmış  və
ümumiləşdirilmişdir.  Dissertasiyanın  “Rəşid  bəy  Əfəndizadə  marifçi-realist ədəbiyyat
cəhbəsində:    ədəbi-tənqidi  görüşləri” adlı    I  fəsildə  görkəmli  pedaqoq, nasir, şair,
dramaturq R.Əfəndizadənin ədəbi fəaliyyəti, mühiti və nəzəri görüşlərindən bəhs edilir.
Bu  fəsildə  tədqiqatçı  eyni  zamanda ədibin  həyatı, ictimai  fəaliyyəti, realist  bədii
nümunələr  qələmə  alması, poetika  problemləri  ilə  bağlı  araşdırmalar  aparması, bir
ədəbiyyatşünas kimi ədəbi-tənqidi görüşlərindən söhbət açılır.
Dissertasiyanın  “Rəşid  bəy  Əfəndizadənin  milli  uşaq ədəbiyyatı  yaratmaq
uğrunda  mübarizəsi, uşaq  şeirlərinin  və  bədii  nəsrinin  mövzu,  ideya  və  sənətkarlıq
xüsusiyyətləri”  adlanan  II  fəsildə  ədibin  milli  uşaq ədəbiyyatına  gəlişindən, müəllifi
olduğu dərsliklərdər bəhs edilir.
Doğma  xalqının  maarifləşməsi, mədəni tərəqqisi  uğrunda  olduqca  cəsarətli
addımlar  atan,bütün  həyatını  və  yaradıcılığını  bu  müqəddəs  işə  səfər  edən  görkəmli
pedaqoq,  şair,  dramaturq, ədəbiyyatşünas, publisist  R.Əfəndizadə  Azərbaycan  uşaq
ədəbiyyatı  xəzinəsilə  ən  qiymətli  cəvahirlər    bəxş  edən sənətkarlardandır.  Uşaq
ədəbiyyatı  sahəsindəki  yaradıcılığını xalq ədəbiyyatı  zəmnində  inkişaf  etdirirdi.  Onun
dərslikləri  XX əsrin  əvvəllərində  formalaşan  və  təşəkkül  tapan  milli  uşaq
ədəbiyyatımızı  bədii  nümunələrlə  zənginləşdirdi.  Tədqiqatçı  çox  düzgün olaraq  bu
nəticəyə  gəlir  ki,  R.Əfəndizadənin  “Uşaq  bağçası”  və  “Bəsirətül-ətval”  dərslikləri
Azərbaycan ədəbi və pedaqoji fikrinin inkişafı tarixində, xüsusilə milli uşaq ədəbiyyatı
yaratmaq  sahəsində  orjinal  səhifə  təşkil  edir.  Bu  iki  dərslik  vasitəsilə azərbaycanlı
uşaqlar  ilk  dəfə  olaraq  əlvan  uşaq  nümunələri  ilə  tanış  oldular, ədəbiyyatın  nəzəri
məsələləri haqqında məlumat aldılar, ana dilində rus ədəbiyyatı klassklərinin əsərlərini
oxumaq, onların ideyaları ilə tanış olmaq imkanı əldə etdilər.
Dissertant  bu  fəsildə  həmçinin  Rəşid  bəy  Əfəndizadə  yaradıcılığındakı  poetik
nümunələri  mövzuca  qrupraşdıraraq  üç  yerə  ayırır,  sənətkarlıq  və janr  xüsusiyyətləri


10
haqqında söhbət açır. Dissertantın ədibin şeirlərinin sənətkarlıq və janr xüsusiyyətlərri
haqqında  qənaətləri,  apardığı  təhlillər  ürəkaçandır.  Lakin  tədqiqatçının  bəzən  poetik
cəhətdən zəif şeirləri  bədii  səviyyəcə mükəmməl əsər kimi nümunə gətirməsi yerinə
düşmür. Bəzən belə hallar dissertantın mövzuya obyektiv münasibətinə xələl gətirir.
Əfəndizadənin  poetik  irsi  içərisində  rus  ədəbiyyatından  tərcümələri  xüsusi  yer
tutur. Tərcümlərinin çox hissəsi İ.A.Krılovdandır. Rəşid  bəy Krılov irsinin dilimizə ilk
tərcüməçilərindən hesab olunur. İ.A.Krılovun  dilimizə ilk tərcüməsi A.A.Bakıxanovla
başlasa  da  bu işi  davam  etdirənlərdən  biri  R.Əfəndizadə  olmuşdur. Bu  tərcümələrin
bədii  xüsusiyyətləri  haqqında  mərhum  professor  Alməmməd  Alməmmədovun
“Azərbaycan–rus ədəbi  əlaqələri” (Bakı, 1982),  bu  sətirlərin  müəllifinin  “Rus  uşaq
ədəbiyyatı və Azərbaycan” (Bakı, 1992) adlı monoqrafiyalarında geniş və ətraflı bəhs
olunmuşdur. Əfsuslar  olsun  ki,  tədqiqatçı  bu əsərlərdəki  fikirlərə  münasibət
bildirməmiş, hətta onların adlarını belə ədəbiyyat siyahısına salmamışdır.
Dissertasiyanın  “Rəşid  bəy  Əfəndizadənin  komediya  yaradıcılığı    milli-realist
dramaturgiyanın  inkişaf  tarixi  kontekstində”  adlanan  III  fəsildə  Rəşid  bəy
Əfəndizadənin bir dramaturq kimi fəaliyyətindən, komediyalarının yaranma tarixindən
və təhlilindən bəhs olunur.
XX əsrin  əvvələrində  R.Əfəndizadayə  yazdığı  dram əsərləri  Mirzə  Fətəli
Axundzadə  realist  dramaturgiya  ənənələrinin, maarifçilik  ideyalarının  davamçısı  kimi
şöhrət  gətirmişdir.  Onun  dramaturji  fəaliyyəti  otuz  illik  dövrü  əhatə  edir.  O,  “Qan
ocağı”, “Qonşu qonşu olsa kor qız ərə gedər”, “Saqqalın kəraməti”, “Pul dəlisi”, “Bir
saç  telinin  qiyməti”,  “Tiflis  səfərləri”,  “Diş  ağrısı”  adı  altında  yeddi  pyes  yazmışdır.
Rəşid bəy də sələfləri kimi komediyanı özünə sənət seçərək məhzəkəni, bədii gülüşü və
yumoru  insan  mənəviyyatına  layiq  olmayan  hisslərdən  uzaq  olmanın əsas  vasitəsi,
kəsərli söz silahı hesab etmişdsir. Dissertant Rəşid bəyin adlarını sadaladığımız bütün
pyeslərini  əhatəli, geniş  təhlil  edərək dramaturgiya  tarixində şərəfli  yer  tutmağa  layiq
olan  bir  dramaturq  kimi  səciyyələndirməklə  mükəmməl səviyyədə  yaradıcılığına
münasibət bildirərək ümumiləşdirir.


11
Tədqiqat  işinin  III  fəslində  R.Əfəndizadə  dramaturgiyasının  özünəməxsusluğu  ,
maarifçi-realist  çalarları,  mövzu  dairəsi,  bədii  xüsusiyyətləri  ciddi  elmi  prinsiplər
əsasında  müəyyən  edilmişdir.  Tədqiqatçıya  görə  Rəşid  bəy  bütün  yaradıcılıq  boyu, o
cümlədən  komediyalarında
maarifçi-realist  mövqeyində  dəyanətlə  dayanır,
personalların dili ilə xalqın tərəqqisi üçün ilk növbədə məktəbi, təhsili  nəzərə çarpdırır.
Dissertanat Səkinə Bayramova da xələfləri kimi bu qənaətə gəlir ki, R.Əfəndizadənin
komediyaları  milli  məişətimizin  müxtəlif sahələrini əks  etdirən  maraqlı əsərlərdir. Bu
komediyalar həm ədibin yaradıcılığında, həm də realist ədəbiyyatımızın tarixində şərəfli
yer tutmağa layiqdir.
Göründüyü kimi, Səkinə  Adil  qızı  Bayramovanın  “Azərbaycan  maarifçi-realist
ədəbiyyatının  inkişafında  Rəşid  bəy  Əfəndizadənin  rolu”  mövzusundakı  namizədlik
dissertasiyası  görkəmli şair,  nasir,  dramaturq,  publisist  və  ədəbiyyatşünas  Rəşid  bəy
Əfəndizadənin maarifçi-realist ədəbiyyatın inkişafında rolunu dəyərləndirən, çoxsahəli
ədəbi  və  sistemli  təsəvvür  yaratmağa  uğurla  xidmət  edən  tədqiqat  əsəridir.  Bununla
belə, fikrimizcə dissertasiyada bir sıra çatışmazlıqlar və nöqsanlar vardır:
1. Dissertasiyada mütəmadi olaraq “fanatiklər” ifadəsi işlənir. Bu söz alınma
olsa  da  dilimizdə  başqa  mənanı  da  ifadə  edir.  Yaxşı  olardı  ki,  elə
“ruhanilər” kimi öz əksini tapsaydı.
2. R.Əfəndizadə  çoxsahəli  yaradıcılığı  ilə  ilk  növbədə  yazıçıdır  və  bədii
əsərləri  ilə  maarifçi-realist ədəbiyyatın  inkişafına  xidmət  edib.  Ədəbi-
tənqidi fəaliyyətində isə əsas realizm məsələləri yox, poetika və folklorun
tədqiqi    daha  çox  üstünlük  təşkil  edir. I  fəsil  sonda  öz  əksini  tapsa  daha
məqsədəuyğun olardı.
3. H.X.Qaradağiyə bəzən dissertantın  qeyri-obyektiv  münasibəti  təəssüf
doğurur. İ.A.Krılovun ilk tərcüməçilərindən söhbət gedəndə H.X.Qaradaği
ön  sırada  durur.  Xüsusilə  də  orijinala  sadiqlikdə    R.Əfəndizadənin
tərcümərini mükəmməl tərcümə hesab eləmək olmaz. Bunların çoxu təbdil
və adaptasiyalardan ibarətdır.


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə