Şamil Vəliyev – 50


səhifə4/97
tarix08.07.2018
ölçüsü
#54161
1   2   3   4   5   6   7   8   9   ...   97

12
4. III  fəsil,səh  122-də  və  səh  140-da  dissertant  “mənfi  əhrəman” ifadələrini
işlədir. Qəhrəman müsbət olar. Mənfi obrazdan söhbət gedirsə, bunun nəyi
qəhrəmandır?  Ümumiyyətlə,  dissertant  “qəhrəman”  və  “obraz”  sözlərini
sinonim kimi işlədir. “Mənfi obraz” deyilməlidir.
5. Dissertatiyada  son  illərin  monoqrafiya  və  ali  məktəb  dərsliklərində
R.Əfəndizadə ilə bağlı tədqiqatlara münasibət bildirilməyib.
6. Dissertasiya işində orfoqrafiya və üslub xətaları müşahidə olunur.
Bütün  bunlar  namizədlik  dissertasiyasının  elmi-nəzəri  əhəmiyyətinə  ciddi  xələl
gətirmir.  Səkinə  Adil  qızı  Bayramovanın  “Azərbaycan  marifçi-realist ədəbiyyatının
inkişafında  Rəşid bəy  Əfəndizadənin  rolu” adlı dissertasiya  mövzusunun  aktuallığına,
elmi  yeniliyinə, praktik əhəmiyyətinə  görə  ciddi  maraq  doğuran  faydalı  və  samballı
tədqiqat  əsəridir.  Çoxcildlik  Azərbaycan  ədəbiyyatı,  ali  və  orta  məktəblər  üçün
dərsliklərin  hazırlanmasında  bu  dissertasiyadakı  materiallardan,  elmi  qənaətlərdən
istifadə  etmək  mümkündür.  Deyilənləri  nəzərə  alaraq  Səkinə  Adil  qızı  Bayramovanı
“Azərbaycan maarifçi-realist ədəbiyyatının inkişafında Rəşid bəy Əfəndizadənin rolu”
mövzusunda  namizədlik  dissertasiyasına  görə  filolojiya  elmləri  namizədi  alimlik
dərəcəsinə layiq bilirəm.
Əliağa Vahid!
Elə adlar var ki, onları eşidəndə təqdim və tərif gərək olmur. Onlar nə əlavə
izahata, nə köməkçi bir əlamətə, nə də fəxri bir ada, nişana, təmtəraqlı ünvana möhtac
görünmürlər. Rütbələr, mənsəblər, vəzifələr də onları bəzəmir. Əksinə, bəlkə, onlar
tutduqları yeri, mənsəbi, daşıdıqları rütbini, vəzifəni bəzəyir, ucaldırlar. Belə adların,


13
bu cür adamların şöhrəti təbii, hörməti qanuni olur. Belə şəxsiyyətlərin qazandıqları
məhəbbət sonsuz, etimad isə misilsizdir. Onlara qarşı xalqın rəğbəti az qala pərəstiş
rəsminə çevrilir.
Onların yazdıqları, dedikləri
insanı
saflaşdıran, ucaldan,
nəcibləşdirən təsir və təlqin qüvvəsi kəsb edir.
XX əsr Azərbaycan qəzəl canrının ən böyük nümayəndəsi və ən qüdrətli ustası
Əliağa Vahid belə bir təlqin qüvvəsinə malikdir. Onun nə fəxri adı, nişanı, nə
mənsəbi, nə də vəzifəsi vardı. O, sadəcə olaraq xalqın dərin məhəbbətini qazanmış
şair idi.
Ə. Vahidin ömründən keçən onilliklər təsdiq edir ki, o, xalqının ən unudulmaz,
adı və xatirəsi daim əziz tutmuş, hörmətlə yad olunmuş oğullarından birdir.
Bədii ədəbiyyata satirik şerlərlə qədəm qoyan Ə. Vahid öz satirik əsərlərini
böyük Sabirin təsiri altında yazmışdır. Lakin Ə. Vahidin daxilən güvəndiyi və məhz
«yeni təzahürü», «həqiqi davamı» olduğu milli – ədəbi qaynaqların gurşad çeşməsi
başında hamıdan əvvəl və hamıdan çox böyük Füzulinin obrazını görürük. Təsadüfi
deyil ki, Vahid tədqiqatçıları, bütün Vahid şünaslar, şairin milli ədəbi təfəkkürlə,
ideya – bədii əlaqələrini, adətən iki magistral qütbünə işarə edirlər: Füzuli və Sabir.
Vaxtından 40 ildən artıq bir vaxt keçən, cismani həyatı ilə bizdən xeyli
uzaqlaşan, uzaqlaşdıqca bizə mənən daha da yaxınlaşan bu şairin sənətindəki ecazı,
bizə ildən-ilə daha çox doğmalaşmasının səbəbini tapmaq, sənətin sirrini və təsirindəki
möcüzəni tapmaq deməkdir.
Vahid şeirndə ifadəsi çətin olan, sirri çətin açıla biləcək elə böyük bir sadəlik
var ki, bu sadəlik önündə heyrət etməmək olmur. Mürəkkəblikdəki sirri açmaq,
incələmək nə qədər asandırsa, sadəlikdəki sirri açmaq, xırdalamaq bir o qədər
çətindir. Çünki sadə sadədir. İlk baxımda onu izah etmək gülünc görünür. Lakin izaha
gəlməyən sadəlikdə
elə böyük dərinlik və müdriklik gizlənib ki, onu tapıb üzə
çıxarmaq böyük qüdrət tələb edir.
Füzuli şeirindəki obrazlar silsiləsinin ecazına heyrət etdiyimiz qədər Vahid
şerindəki sadəliyə, səmimiyyətə, axıcılığa və ürəyə yatımlığa məftun oluruq.


14
Azərbaycanda sovetlər birliyi dövründə yetişən şairlərdən heç biri Vahid qədər
Füzuli yolunu - aşiqanə, lirik qəzəlçilik yolunu davam etdirməlidir. Bu həm də vaxtilə
sovetlər birliyi dövründə, milli dəyərlərdən uzaq, yalnız Azərbaycana bəla gətirmiş
sosializmi tərənnüm edən şüarçı şairlərin bu canrı qeyri-obyektiv münasibəti ilə də
bağlı olmuşdur. Həmin bu cəfəngiyyatdan başqa bir şey yaza bilməyən ədəbiyyatçılar
qəzəldən oddan qorxan kimi qorxmuşlar. Guya ki, qəzəl intim, subyektiv hisslərin
ifadəsindən artıq heç nəyə yaramır. Belə mülahizələrin bir qismi, şübhəsiz M. F.
Axundovun
Füzulinin «nazim-ustad»
təbirinə əsaslanırdı. Məhz
Füzuli
sənətkarlığının kimliyinə qayıtmaq mənasında, XX əsrdə ilk cığırı M.Ə.Sabir
açmışdısa, Sabirdən sonra Ə. Vahid bu cığırı bədii fəhmin işığında zəmanəmizə
gətirib çıxarmışdır.
Ə. Vahid gözəllik və məhəbbət şairidir. Lirika, xüsusilə məhəbbət lirikası, qəzəl,
rübai, şeir Vahidin poetik təbinin ən doğma, ən munis yavrusudur. İnsani hiss, ali
duyğu olan məhəbbət isə bütün dövrlərn poeziyası, ümumən ədəbiyyat üçün əzəli,
əbədi mövzulardan biri olaraq qalacaqdır.
Ə. Vahid insan qəlbinin gözəl, bakir hisslərin qədəmin qəlibində əks etdirməyi
bacarır. Ən əsası odur ki, Ə. Vahidin bütün məhəbbət şeirlərində vətən və xalq
məfhumları leytmotiv kimi səslənir:
Bu fəxrdir mənə, Vahid ki, xalq şairiyəm,
Böyük Füzulilərin xaki-payinin biriyəm.
Ə.Vahidi ədəbiyyat tariximizdə bir şair kimi tanıdan və sevdirən, şübhəsiz ki,
onun qəzəlləridir. Vahidin qəzəlləri xalqın zövqünə uyğun olaraq yaradılmışdır.
Yaşadığı keşməkeşli, ziddiyyətli bir dövrün gözəllik, məhəbbət nəğmələri olan bu
qəzəllərin bir səciyyəvi cəhəti onlarda lirik qəhrəman olan məşuqənin, onun
gözəlliyinin şərhinə geniş yer verilməsidir. Bir çox qəzəllərində şair şair bunu əsas
götürür, başdan-başa özünün gözəllik idealına çevirir. Arzuladığı, bəyəndiyi cismani


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə