Şamil Vəliyev – 50


səhifə8/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   4   5   6   7   8   9   10   11   ...   97

28
1. Bayram…
Mən də bir gül idim aydan da təmiz,
Ata-anam üçün olmuşdum əziz.
Balışım qayalar, yorğanım dəniz,
Qara torpaqlara olmuşam kəniz.
(Tofiq Hüseynovla birlikdə həlak olan qızın məzar daşına yazılıb)
Qəlbimdə vardı xalqıma daim məhəbbətim,
Olmuş vətən yolunda sədaqətlə xidmətim
Düşdümsə dərdə, dönmədim hərgiz əqidədən,
Getdi mənimlə qəbr evinə həqiqətim.
Mənə nə Həruq qalib gəldi, nə dəhşətli meydanlar,
Başımda bombalar, qarşımdakı atəşli vulkanlar.
Məni yalnız əcəl məğlub edib, torpağa salmışdır
Məzarımdan gərək ibrət götürsün daim insanlar.
Ey bu qəbr içrə yatan pak, müqəddəs insan,
Gündə min xeyir-dua ilə düşərsən yada.
Qəm deyildir qara torpaqlara dönsən də əgər,
Qalacaq xəlqə olan yaxşılığın dünyada.
Təbiət və insan, təbiət hadisələri ilə insan həyatı, mənəviyyatı, insanın arzu və
xəyallarının müqayisəsi Vahid şeirində obrazlılığı təşkil edən əsas canlı ünsürlərdir.
Şairin nəzərində bütün canlı və cansız təbiət, bütün psixoloci hallar, hisslər xəyallar,
düşüncələr, arzu-əməllər, nifrət, məhəbbət, şəfqət, qəhrəmanlıq və müdriklik, ədalət,
zaman, məkan, səbəb, nəticə kimi mücərrəd fəlsəfi anlayışlar düşünən, yaşayan, canlı


29
obrazlar silsiləsidir. Vahid şeirini bütün məcazları, təşbeh və ….. əki əsas ünsür
əsasında, təbiətlə insanın bir-birinə bənzəədilməsi yolu ilə yaradılır.
Gələndə sübh zamanı sədası bülbülümün
Alır bu canımı şuri-nəvası bülbülümün
Fədasıdır o da məntəək gülüzlü bir gözəlin
Bu xəstə canım olaydı fədası bülbülümün
Bəlayə səbr edə bilmir, şikəstə xatirdir
Nə varsa, qoy mənə gəlsin bəlası bülbülümün
Mənim kimi o da biçarədir, fələkzadədir
Nə var təbibi, nə də dərdə dəvası bülbülümün.
Burda şübhəsiz ki, bülbül yarının həsrətindən ahu-fəqan edən aşiqin canlı
obrazıdır. Bülbülün sədasından, şuri-nəvasından göz yaşı töküb, onun dərdinə şərik
olan şair, bülbülü özünə bənzədir. Bu qəzəldə də Vahidin bir çox qəzəllərində olduğu
kimi həyat həqiqəti romantik boyalara bürünür, fəlsəfi məzmun alır. Belə qəzəllərdəki
əzəli, qanadlı şeiriyyəti ancaq yüksək poetik zövqə malik olanlar duya bilərlər.
Daim dar qəfəsdən azad olmaq istəyən bülbülün timsalında , totalitar recimin
buxovlarından azad olub, hüriyyətə qovuşmaq istəyən bir xalqın arzuları bu qəzəldə
sözaltı mənalarla öz əksini tapır, eyni zamanda azadlığı əldə etməy üçü aləmləri
yoxdan yaradan Allaha dua etməyin vacibliyini böyük sənətkarlıqla qələmə alır:
Cəmali-yarə baxıb, vahid hər səhər yalvar
Ki, müstəcib olur hər bir duası bülbülümün.
Sovetlər birliyi dövründə bütün klassik sənətkarlarımızın, eləcə də Ə.Vahidin
əsərlərni təhlil edən
bəzi
ədəbiyyatşünaslar
hər vasitə ilə
klassiklərimizin
yaradıcılığına ateizm donu geydirməyə çalışmış və olduqca yalnış bir mövqe tutaraq,


30
klassiklərimzin ateist ruhlu sənətkarlar olmaları barədə fikir formalaşdırmağa
çalışmışlar. Şairlər şairi, böyük Füzuli bütün əsərlərini ürfani-fəlsəfəyə əsaslanaraq
yaratmışdır. Ümumiyyətlə sufi bir şair olan Füzulinin Allaha, tövhidə bağlılığına
böyük şairin hər bir lirikasında rast gəlmək olar. Lakin sovet dövrünün tədqiqatçıları
Füzuliyə böhtan ataraq, onu islam dininin düşməni kimi qələmə verməyə çalışmışlar.
Nizamini, Xəqanini, Nəsimini, Seyyid Əzimi, Sabiri materialist kimi qələmə verərək,
onların guya öz əsərlərində islam dininə qarşı üsyan etdiklərini göstərməyə
çalışmışlar. Şübhəsiz ki, Ə. Vahid də klassiklərimizə riyakarcasına atılan belə
böhtanlardan kənarda qala bilməzdi. Lakin bu bir tərəfdən Vahidin xeyrinə idi. Əks
təqdirdə Vahidə də «Xalq düşməni» damğası vurmaq vicdanlarını itirmiş bu adamlar
üçün o qədər də çətin olmayacaqdı. Çünki sosializm idealogiyasından başqa, heç bir
şeyi tərənnüm edə bilməyən və cəfəngiyyatdan başqa bir şey yaza bilməyən bu
adamlar vahid yaradıcılığının qüdrətini anlamaq iqtidarında deyildilər. Böyük vətən
müharibəsindən sonrakı illərdə onlar şairə qarşı hücuma keçir, onun şeir və
qəzəllərinə əsas tənqid obyektinə çevirir, onu ruhən sarsıdır və şərab aludəçiliyinə
vadar edirdilər. Zülmkar və zorakı sovet rəhbərliyinə yaltaqlanmaqla və özlərini əsil
kommunist, bolşevik, sədaqətli sovet vətəndaşı kimi göstərmək məqsədilə Hüseyn
Cavidə, Əhməd Cavada, Mikayıl Müşviqə, Ömər Faiq Nemanzadəyə, Əhməd Bilala
və s. kimi qabaqcıl ziyallarımıza şairlərimizə, sənət adamlarımıza ləkə yaxan, «vətən
xaini» damğası vuran, əslində özləri vətən xaini və rus şovinizminin zəncirli köləsi
olan, eyni zamanda rəhbərlikdən vəzifə almaqdan ötrü, yalançı şöhrət qazanmaqdan
ötrü dəridən-qabıqdan çıxan, yeri gələndə namus və şərəflərii hər an tapdalamağa hazır
olan bu ləyaqətsiz və əqidəsiz insanlar o dövrdəki mətbuatda Ə. Vahid haqqında da
siyasi ittihamlar irəli sürür, ona da «xalq düşməni» damğası vurmaq üçün əllərindən
gələni əsirgəmirdilər. Heç kəsə sirr deyil ki, bu adamlar NKVD-nin milliyətcə erməni
olan müstəntiqinin cəsusuna çevrilərək, öz xalqına qənim kəsilmiş, represiya dövrndə
29 min ziyalımızın günahsız yerə həbsinə, qətlinə, ən yaxşı halda sibirə sürgün
edilməsinə nail olmuşdular. Şübhəsiz ki, bütün bunlar, eyni zamanda ona qarşı olan


31
yersiz ittihamlar Ə. Vahidi vətən, millət, xalq sevən bir insan kimi sarsıdır, ona əzab
verirdi. Vahidin şəraba meyl etməyinin əsas səbəblərindən biri də elə bu idi.
Gözəlləri vəsf edən, xanəndələr tərəfindən böyük şövq ilə oxunan Vahid
qəzəllərinin tənqid atəşinə tutan bu insanların guya ana və bacılarımızın böyük
fədakarlığını, nəcib sifətlərini görməyən Vahidin vicdanını kor adlandıraraq,
riyakarcasına şairə qara yaxmaqdan ötrü əllərindən gələni əsirgəmirdilər. Əslində öz
mənəviyyatları kor olan bu adamlar başa düşmürdülər ki, Vahidin «gözəli»
özünəməxsus, özünün axtardığı, özünün arzuladığı və qəbul etdiyi mey qədər, onu
problemlərdən, qayğılardan, dərd və fikirlərdən uzaqlaşdıran simvolik bir obrazdır ki,
Ə.Vahid kədərii, qələmini, iztirablarını, eyni zamanda sevincini, nəşəsini onun üzərində
kökləsin və onun timsalında
öz zəmanəsindən, totalitar recimindən, insan
mənəviyyatını buxovlayan quruluşdan söz altı mənalarla şikayətini bildirsin. Mənfur
quruluşu tərənnüm edib, şüurunu cəfəngiyat və şüarçılıqla zəhərləşmək istəməyən
şair gözəlləri vəsf etməklə özünü iztirablardan azad edib yüngülləşdirir, eyni zamanda
allahın ona bəxş etdiyi bədii fəhmin işığında bir-birindən gözəl nümunələr yaradırdı.
Yüksək estetik zövqə malik olan Ə.Vahid öz oxucularına, xüsusilə də məşhur
xanəndələrimiz tərəfindən ifa olunan qəzəllərinin dinləyicilərinə estetik zövq bəxş
edir, onların ruhuna ecazkar Azərbaycan muğamı ilə və … mənəvi qida verirdi. Heç
bir normal insana gizli deyil ki, sənətkar, o cümlədən şair gözəllik aşiqi deyilsə, onun
əsərləri və yaratdıqları eybəcərlikdən başqa bir şeyi tərənnüm etmək iqtidarında deyil
və o öz cılız əsərləri ilə yalnız və yalnız mənəviyyatının nə qədər puç olduğunu
sübuta yetirir. Vahid epitetinin əyani təsəvvürə sığmayan rəmzi və fəlsəfi mənası
ülvi və qanadlı duyğulardan
doğma gözəlliyin, iztirabın və hissiyatın, bütün
Azərbaycan xalqı tərəfindən təsdiq olunmuş sənədidir.
Bütün yaradıcılığı ilə Füzuli sənətinin ideya-forma sərvətindən bəhrələnən
Ə.Vahid öz əsərlərini tipoloci sxem və modelin, estetik strukturunun eyni tipi
nəticəsində meydana çıxır. Məhz buna görədir ki, Füzuli şeirinin üslub və vəzni,
tələffüz və ritmi, ahəngi, poetik model və qəlibləri, hətta ifadə tərkibi bədii sintaksisi


Yüklə

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə