Şamil Vəliyev – 50


səhifə36/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   32   33   34   35   36   37   38   39   ...   97

125
Biz 90-cı illərin bir neçə nümayəndəsinin yaradıcılığından söhbət açdıq, onların
bədii keyfiyyət baxımından daha çox diqqəti cəlb edən şeirləri haqqında imkan
dairəsində mülahizə və iradlarımızı bildirdik. Ədəbi mühitdə yeri və mövqeyi
görünməyə başlayan
yaradıcı nəslin uğurları və qüsurlarını
mütəmadi olaraq
göstərmək həm onların, həm də poeziyamızın xeyrinədir.
* * *
Şahlığa əlvida deyib şadlanan, ümid və arzularla yaşayan xalq öz inqilabının
onun istəklərinə dəstək olmadığını görəndən sonra təssüf dolu giley, peşmançılıq və
narazılıqla öz taleyi ilə barışmalı oldu. Söz adamları isə şovonizmlə pərdələnmiş
islami anlayışla digər xalqları haqqının tapdalamaqla «müsəlmanda milli ayrı seçkilik»
bayrağı altında öz millətinin siyasi, mədəni hegomonluğu, soydaşlarımıza həcəratla
baxan, onları maarif və mədəniyyət hüquqlarından məhrum edən Fars Dövlətinin bu
haqsızlıqlarına biganə qala bilmirlər. Bir tərəfdən İran türklərinin (azərbaycanlıların –
V.Ə.) etiraz mitinqləri, həbslərlə nəticələnən nümayişləri, digər tərəfdən Cənub şair və
yazıçıların istiqlal ruhlu, demokratik ideyalı, həsrət və qələbə ruhlu Güney-Qüzey
birliyi və bölünmüş Vətənin tərənnümü xalqın ümidini sönməyə qoymur.
90-cı illərin ortalarında poeziyaya gələn və yaradıcılığına davam etdirən şairlər,
ümumən ədəbi proses və demokratik meyl və ideyaların poetik təcəssümü haqqında
xülasə, icmal və fərdi xüsusiyyətlər haqqında ədəbi mülahizələri davam etdirmək
istəyirik.
Öncə onu qeyd edək ki,  90-cı illər cənub şeirini formalaşdıran, inkişaf və davam
etdirən şairlər cəmiyyətin, zamanın ictimai sifarişinə vaxtında cavab verən əsərlər
yaratmaqla əsl vətənsevər və sənətçi hünəri göstərməklə çox çalarlı, zəngin, rəngarəng,
bədii-poetik formalarla təzahür etdirirlər.
Şair İbrahim Zahid dilimizin, tariximizin assimilyasiya yağramasına dözə bilmir,
bunu «Ürək ağrısı» şeirində hayqıraraq həqiqətləri, gerçəkliyi qorxmadan, mərdliklə
bəyan edir:
Baxıram balamın həyat tərzinə,


126
Ürəyim döyünür, gözüm qaralır.
Bu ağır itgiyə kim dözə bilər,
Bağçam solmadadı, gülüm saralır.
Unudur övladım günbəgün özün,
Uzaqlaşır, özlüyündən, əslindən,
Qabağa getməyir, dala qayıdır,
Geri qalır əcdadından, nəslindən.
Duyulur getbəget davranışından,
Özündən çəkilir, yadları sevir.
Danır doğulduğu müqəddəs kəndi,
«Mən burda anadan olmuşam» - deyir.
Yoxdur inam, özgələşir özündən,
Həqiqətə yaxın gəlib barışmır
Yad dildə danışmaqla fəxr edir
Güvənməli ana dilin danışmır.
Göründüyü kimi milli faciəmiz ana dilimizi yad dilin assimilasiyaya uğratması,
Cənubdakı yeniyetmələrin farslaşması, şairi sarsıdır, ürək yanğısı, vətənpərvərlik,
böyük məhəbbətə bədii-poetik etirazını
bildirir. Ümumiyyətlə, İbrahi Zahid
yaradıcılığında poeziyamızın ədəbi, bədii mövzuları ona Ana, Vətən, Məhəbbət
mövzuları üstünlük təşkil edir. Bayaq qısaca qeyd etsək də İ.Zahid haqqında bir qədər
daha ətraflı söhbət açaq.
Hər günün bir hökmü var,- deyiblər. Uzan illər «Cənub» və «Şimal» həsrətinlə
köksü qabarlanan soydaşlarımız üçün artıq bu tikanlı məftillər qeybə çıkilib. Həsrət
buzu əriyib.  «İrana gedirəm» deyən turist-müsafirin intonasiyasında elə bil
«Beşmərtəbə»nin altında harasa baş çəkəcəyi duyulur. El-obanın «ot tay-bu tay»
anlayışı yəqin ki, ədəbi-bədii qovuşma çərçivəsində əriməkdədir.


127
Cənub poeziyası, Cənub ədəbiyyatı ilə ünvanlanan ədəbi-bədii xəzinənin inciləri
şimallılara ərmağan gəlir.
Cənubi Azərbaycanın müasir poetik aləmində bir çox şairlər öz istedadları,
deyimi, duyumu, hətta həssas və ədəbi münasibətləri ilə diqqəti cəlb edir. Onlardan biri
də bayaq qeyd etdiyimiz kimi hal-hazırda Tehranda
yaşayıb-yaradan İbrahim
Xəzayeridir.
İbrahim 1968-ci ildə Cənubi Azərbaycanın Muğan-Germi şəhərinin Tülun
kəndində anadan olub. 15 yaşına qədər elə o kənddə ibtidai və orta təhsil alıb. Öz dediyinə
görə, «Tülun kəndi Şimali Azərbaycana çox yaxın olduğunua görə o, ilk musiqi və ədəbi
istedadını Bakı radio və televiziyasından eşitdiyi səslər və nəğmələrə uyğunlaşdırıb». Elə
uşaqlıqdan şeirlər yazmağa başlayıb. Məktəbsiz, müəllimsiz öz musiqi fəaliyyətinə
başlayıb. Köhnə bir «Kazan» qarmonu tapıb Bakı radiosundan eşitdiyi Azərbaycan xalq
havalarını, mahnıları, rəqsləri səs yaddaşının gücü ilə öyrənib, gecə-gündüz məşq edirmiş.
İbrahim hal-hazırda Tehran türk musiqi və ədəbi ictimaiyyəti arasında tanınmış
şair və qarmonçulardandır. İran-İraq müharibəsi iştirakçısı olan İbrahim cəngdə neçə
yol yaralanıb. Xəzayiri İranın paytaxtında indi dövlət işində çalışır. Dörd uşaq atası olan
şair-musiqiçi bir an Azərbaycan poeziyası və musiqisindən ayrı dura bilmir. Ümumən
desək, onun şeirdə olduğu kimi, musiqi yaradıcılığı da çoxşaxəlidir. O, həm də milli
zərb alətlərimizdə, nağarada, qavalda məharətlə çalır.
İbrahim istedadlı şairdir. Gözəl qəzəllər müəllifdir. Qəzəllərində, şeirlərində
Əliağa Vahid təsiri açıq-aşkar duyulur. Burada bir şeyi qeyd etmək istəyirəm ki, Cənubi
Azərbaycanda əvvəldə qeyd etdiyim kimi Vahid şeirinə xüsusi məhəbbət duyulur.
İbrahim Xəzayeri şeirlərini «Zahid» təxəllüsü ilə yazır. İndi İranda göstərilən
konsertlərə o, musiqiçi kimi dəvət olunur. Özünün dediyi kimi «Fars ölkəsinin
paytaxtında qarmonumun dillərilə, şeirlərimlə musiqimizi, poeziyamızı bütün azərilər
üçün səsləndirirəm.


128
Ümumiyyətlə, bütün vətənpərvər Azərbaycan şairləri kimi Cənub poeziyasının
nümayəndəlrinin də müraciət etdikləri mövzulardan biri və başlıcası Ana dili
məsələsidir. Yapradıcılıqlarına müraciət etdiyimiz elə bir şair tapılmaz ki, o doğma
dilimizin, onun tədrisi, maarif dili olmaması etirazına öz əsərlərində yer ayırmasın.
Əli Fərzizadə, Seloğlu təxəllüslü Cənubi Azərbaycanın Qaradağ mahalının
Quluuşağı kəndində 1962 –ci ildə dindar ailədə anadan olmuşdur. İbtidai məktəbi öz
kəndlərində bitirdikdən sonra Əhəd şəhərində orta məktəbdə yalnız bir il təhsil ala
bilmişdir. 1983-cü ildə Təbrizə köçmüş, 1990-cı ildən Tehranda məskunlaşmışdır. O,
indi şeir aləmində tanınmış, sevilən, müxtəlif poetik növ və canrlarla zəngin 10 kitab
müəllifidir.
Şairin «Qalan olmadı» şeirinə nəzər salaq:
Aldığım qızıla dəmir dedilər,
Satdığım mis çıxdı, alan olmadı
Başıma döydülər, alıb yedilər,
Axırda qayğıma qalan olmadı
Ürəyi mum olmaq oldu günahım,
Duyanı olmadı çəkəndə ahım.
Töküldü, dağıldı, etdi mətahım,
Əlində bir kiçik dalan olmadı,
Özümə zor gəldim hey bilə-bilə,
İşimi daha da saldım müşkülə
Varımı-yoxumu suvardım yelə,
Heç məni yadına salan olmadı.
Yazginən sözünə baziq «Seloğlu»
Dedilər könlündə qaziq «Seloğlu».
Döykünən başına yazıq «Seloğlu»
Dayın xala çıxdı, xalan olmadı


Yüklə

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə