Şamsudinova leyla movludiN qızı İNGİLİs diLİNİn xüsusi MƏQSƏDLƏRLƏ ÖYRƏDİLMƏSİ prosesiNDƏ meydana çixan problemləRİn həLLİ yollari ixtisaslaşma



Yüklə 419,49 Kb.
səhifə3/3
tarix14.10.2017
ölçüsü419,49 Kb.
#4964
1   2   3

Diplomatik akronimlər – diplomatların bilməsi vacib olan mövzulardandır. Diplomatik İngilis dilində akronimlərin xüsusi rolu vardır. Akronimlər xüsusi təşkilat adlarının adların qısaltmaları, ixtisarlarıdır:

ECHR (European Court of Human Rights) – Avropa İnsan Haqqları Məhkəməsi.

EU (European Union) – Avropa Birliyi.

CIA (Central Intelligence Agency) – Mərkəzi Kəşfiyyat Agentliyi.

CIS (Commonwealth of Independent States) – Müstəqil Dövlətlər Birliyi.



FAO (Food and Agricultural Organization) – Ərzaq və Təsərüffat Təşkilatı.

FBI (Federal Bureau of Investigation) – Federal Tədqiqat Bürosu.

ICJ (İnternational Court of Justice) – Beynəlxalq Məhkəmə.

ILO (International Labor Organization) – Beynəlxalq Əmək Təşkilatı.



IMF (International Monetary Fund) – Beynəlxalq Valyuta Fondu.

MI (Military Intelligence section) – Hərbi Kəşfiyyat bölməsi.

MoD (Ministry of Defense) – Müdafiə Nazirliyi.

NHS (National Health Service) – Milli Səhiyyə Xidməti.

SAS (Special Air Service) – Xüsusi Hava Xidməti.

SC (Security Council) – Təhlükəsizlik Şurası.

WTO (World Tourism Organization) – Dünya Turizm Təkilatı.

IFAD (International Fund for Agricultural Development) – Kənd təsərrüfatının inkişafı üçün Beynəlxalq Fond.

UNESCO (United Nations Educational, Scientific and Cultural Organization) – Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatı.

ITU (International Telecommunication Union) – Beynəlxalq Telekommunikasiya Birliyi.

NATO (North Atlantic Treaty Organization) – Şimali Atlantik Sazişi Təşkilatı.

OIC(Organization of İslamic Conference) – İslam Konfransı Təşkilatı.

PfP (Partnership for Peace) – Sülh Müttəviqliyi.

OPEC (Organization of Petroleum Exporting Countries) – Neft İxracı Ölkələrinin Təşkilatı.

Bildiyimiz kimi, yeni sözlərin təqdimatı zamanı onların həm məna, həm də forması olduqca önəmlidir, çünki bu ikilinin birgə və sıx fəaliyyəti nəticəsində nəzərdə tutulmuş nəticəni əldə etmək olar. Yeni sözlərin təqdimatı zamanı məna və forma arasındakı boşluq nə qədər böyük olarsa, öyrənənlər bu ikisi arasında məntiqi əlaqəni bir o qədər çətin qurarlar. Gəlin fərz edək ki, müəllim diplomatiya aid sözləri, məs. de-facto, de-jure, ratification, veto təqdim etmək istəyir. İlk məsələ neçə sözün təqdim olunmasından ibarətdir. Bu aşağıdakılardan asılıdır:



  • Öyrənənlərin dil səviyyəsindən

  • Öyrənənlərin təqdim olunmuş sözlərlə tanışlığından.

  • Sözlərin çətinlik dərəcəsindən(abstrakt və ya konkret olmasından)

  • Onların “öyrədilə bilmə” səviyyəsi, yəni izah edilə bilən.

  • Sözlərin produktiv,yoxsa reseptiv bacarıqlara yiyələnməyə kömək edə bilən.

Daha sonra təqdim olunmuş sözlərin sayı öyrənənin yadda saxlama qabiliyyətinə əsaslanmalıdır, həmçinin bütün dərs yalnız yeni sözlərin təqdimatına ayrılıb praktikanı da məhdudlaşdırmamalıdır. Diplomatik sözlər, söz birləşmələri terminlər, akronimlər və digər diplomatik ifadələr diplomatik danışıqda işlədildiyi kimi, həmçinin diplomatik oxuda, diplomatik mətnlərdə və ya yazılarda da istifadə edilir və qeyd etdiyimiz bu ifadələr diplomatik dinləmədə tələbələrin deyilən nitqləri, çıxışları anlamasını təmin edir.[1]

Diplomatik İngilis dilinin tədrisində 4 dil bacarığına daxil olan yazı bacarığı diplomatik situasiyalarda öyrədilir. Diplomatik yazı (diplomatic writing) bacarıqları beynəlxalq müansibətləri öyrənən tələbələrin və artıq ixtisaslaşmış diplomatların bilik və bacarıqlarına daxildir. Diplomatik yazı produktiv bacarıqdır və o, mürəkkəb tərkibdən ibarətdir. Diplomatik yazı bacarığı yalnız yazılı nitqın qrafik təqdimatlarından ibarət deyildir, bura həmçinin tələbələrin yazı bacarıqlarını struktur şəklində inkişaf etdirmələri və təqdimatları daxildir. Tələbələr diplomatik yazı bacarığına birmənalı rəsmi yazılarda sərbəst şəkildə özlərini ifadə etməklə yiyələnə bilərlər. Yazı demək olar ki, bütün sahələrdə, sferalarda istifadə edilir. Əlbəttə tələbələrin bu sferada yazı bacarıqlarını inkişaf etdirməsi üçün müəyyən qaydalara əməl etməlidirlər. İlk əvvəl müəllimlər tələbələr üçün diplomatik mühit yaratmalıdırlar, yəni danışıq zamanı diplomatik dildən istifadə etməlidirlər. Bu xüsusilə gələcək diplomatlar üçün rəsmi mesajların ötürülməsində, notaların verilməsində olduqca faydalıdır. Yazıda olan çətinliklərdən başlıcası real və təsirli diplomatik yazıların öyrədilməsidir. Tələbələrə diplomatik yazıların tədrisində aşağıdakı bəndlərə diqqət yetirilməlidir:



  • Diplomatik yazılarda məzmuna uyğun söz ehtiyatından, cümlə strukturularından istifadə edilməlidir.

  • Cümlələr, mətnlər birmənalı olmaqla yanaşı, real və məntiqi olmalıdır. Ona görə də tələbələr tərəfindən gündəmdə olan hadisələr izlənilməlidir.

  • Diplomatik yazıda orfoqrafik qaydalar mütləq şəkildə gözlənilməldir.

  • Tələbələr diplomatik yazılarda müəyyən şablon şəkilli formalardan istifadə etməlidirlər.

  • Diplomatik yazıları tərtib edərkən real şərtlər nəzərə alınmalıdır. [45]

Diplomatik İngilis dilində yazılı mətnlər diplomatik yazı bacarığının əsas elementlərindəndir. Bu bacarıq diplomatların biliyinin göstəricisidir. Mətnlərə diplomatın təlimatları və danışıq aparma qaydaları daxildir. Diplomatiyada ən çox istifadə edilən mətnlər formal diplomatik sənədlərdir. Diplomatik İngilis dilini öyrənən hər bir tələbə formal diplomatik sənədləri yazma bacarığına malik olmalıdır. Formal diplomatik sənədlərə diplomatik məktublar, şəxsi nota, diplomatik məktublar, memorandum və digərləri daxildir. [16, 201]

Diplomatik məktublar hər bir zaman xüsusi bir istiqamət üzrə – hökümət orqanları, xarici nazirliklər, beynəlxalq müəssisələr üzrə tərtib edilir. Diplomatik məktublara diplomatik elektron məktublar, xüsusi (şəxsi) məktublar və rəsmi məktublar da daxildir. Xüsusilə son illər daha da məşhurlaşmış diplomatik elektron məktublar diplomatik İngilis dili öyrənən tələbələrin bilmələri vacib olan bilik və bacarıqlardan biridir. Ümumiyyətlə elektron məktubların yazılması müxtəlif strukturda ola bilər və bu növ mesajlarda bir neçə söz, söz birləşməsi qaydasız şəkildə yazıla bilər. Lakin diplomatik elektron məktublar müəyyən qaydalara uyğun olaraq tərtib edilməlidir. Diplomatik elektron məktublar halhazırda dövlət əhəmiyyətli şirkətlərdə əsas istifadə edilən ünsiyyət vasitəsidir. Buna görə də tələbələr verilən qaydalara əməl etməlidirlər:

  • Bu elektron məktublarda tələbələr ilk əvvəl günün vaxtlarına uyğun salamlamanı (Sabahınız / Günortanız / Axşamınız xeyir) qeyd etməlidirlər. Müraciət hissəsinə daha sonra məktubun göndərildiyi şəxsin adı yazılır. Məsələn: Salam. Cənab Smits(Hello / Good morning. Mr. Smith) və sair.

  • Yazılan məktubun növbəti hissəsi məktub yazanın özünü təqdim etməsidir, bu xüsusilə şəxsi tanışlığı olmayan müsahiblər arasında olur. Buna görə də tələbələr diqqətli olmalıdırlar. Özünü təqdim etməklə lazım olan məlumatın əldə edilmə müddəti minimum vaxta əmələ gələ bilər.

  • Tələbələr diplomatik məktubları yazarkən məktubun məzmunun qrammatik, punktusiya, orfoqrafik cəhətədən düzgün olması ilə yanaşı əsas mənanın aydın ifadə edilməsinə və yığcam olmasına diqqət yetirməlidirlər.

  • Tələbələr elektron məktubları yazarkən diplomatik etiketə uyğun olaraq emosiya bildirən işarələrdən və qısaltmalardan çalışdıqları qədər az istifadə etməlidirlər. Bunlar məktubun yazılmasını asanlaşdırsa da, xüsusilə qısaltmalarla tanış olmayan müsahibin məzmunu almasında çətinliklər yarada bilər.

  • Diplomatik elektron məktubların tərtibi zamanı məktubun əsas məzmunu hətta şikayət, töhmət kimi mövzuları əhatə etsə belə, mümkün qədər nəzakətlə yazılmalıdır.Tələbələr bu qaydanı nəzərə almalıdırlar. Elektron məktubu yazarkən “Zəhmət olmasa”(please), “Çox sağolun” (thank you). “Bunu qiymətləndiririk.” (we appreciate it), “Üzr istəyirik.”( we are sorry) kimi nəzakət bildirən ifadələrdən istifadə edilməlidir. Bu məktubun keyfiyyətini artırır.

  • Diplomatik məktublarda bir qayda olaraq müsahib məktubu cavablandırdığına və ya məlumat verdiyinə görə təşəkkür edilməlidir. Ümumiyyətlə təşəkkür etmə diplomatik dilin əsas vasitələrindəndir. Buna görə də gələcəkdə ixtisaslaşmış diplomat olmaq istəyən hər bir tələbə bu qaydaya mütləq şəkildə əməl etməlidir.

  • Diplomatik məktublarda mütləq sağollaşma müraciəti əlavə edilməlidir. “Hörmətlə, Cənab Smits” kimi ifadə məktubun sonunda alt-alta verilməlidir. Bu müraciətin verilməsi diplomatik məktubun peşəkarcasına yazılması yanaşı, həm də məktubun səmimi yazıldığını göstərəcək.

  • Gələcək diplomatlar elektron məktuba həmçinin elektron ünvanı yazmağı unutmamalıdırlar. Yazılan elektron ünvanla yanaşı digər əlaqə vasitələri də qeyd edilə bilər. Bu müsahibin əlaqə saxlaması üçün görünən vasitədir.

  • Tələbələr bilməlidirlər ki, yazdıqları elektron məktubu göndərməyə tələsməməlidirlər. Yazılan məktubu əvvəldən başlayaraq sona kimi yenidən oxumalı, əgər orfoqrafik xətalar varsa düzəliş etməlidirlər, yalnız bundan sonra məktubu göndərə bilərlər. [46]

Xüsusi məktub tanış rəsmi şəxslərə, məsələn, hər-hansı məsələdə dəstəyə ehtiyac olduqda göndərilir. Adi kağızda, bəzən sol yuxarı küncündə nəşriyyat üsulu ilə göndərənin ad və soyadı yaxud rəsmi mövqeyi çap edilmiş blankda hazırlanır və bu zaman kağızın yalnız bir tərəfi istifadə edilir. Nəzakət formullarını tələb edir – Hörmətli Cənab… Yekun kompliment mütləqdir. Nömrə göstərilmir, lakin tarix və şəxsi imza məqbuldur. Ünvan yalnız zərfin üzərində göstərilir. Diplomatik məktubları yazarkən tələbələr qeyd edilən qaydalara riayət etməlidirlər.

Şəxsi müraciətnamələr öz formal parametrlərinə görə şəxsi notalar sırasına aid edilə bilər. Lakin müraciətnaməni göndərənin və alıcının xüsusi mövqeyinə, bu cür sənədlərin əhəmiyyətinə görə onları diplomatik yazışmanın ayrıca xüsusi sənəd növünə ayırmaq qəbul edilib. Bu kateqoriyaya dövlət başçısı, hökumət başçısı və xarici işlər nazirinin məktubları aid edirlər. Bu cür sənədlərdə protokol formulları müraciət və yekun komplimentdir. Bütün şəxsi müraciətnamələr və məktublar göndərənin şəxsi imzasına malikdirlər. Bəzən şəxsi müraciətnamələri birinci şəxs adından rəsmi məktub adlandırırlar. O, yüksək keyfiyyətli yazı kağızında yuxarısında ünvan, tarix və missiya başçısına yaxud xarici işlər nazirinə ifadəsi ilə yazılır. Diplomatik nümayəndəlik başçısı adından xarici işlər nazirinə rəsmi məktub, bir qayda olaraq, «zati-aliləri», yaxud bəzən sadəcə cənab… sözləri ilə başlayır. Sonra şərəf duyuram ifadəsi gedir. Sonda yazılır:

Zati-aliləri, imkandan istifadə edərək, sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm. Yaxud: Zati-aliləri, sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz. (Göndərənin adı).

Şəxsi nota prinsipial məsələlərlə bağlı göndərilir və ya özündə hər hansı vacib hadisə haqqında informasiyanı ehtiva edir. Nota onu imzalayanın adından - birinci şəxs adından tərtib edilir və Hörmətli cənab Nazir (Səfir) müraciəti ilə başlayır. Sonra məzmun hissəsi başlayır. Nota şəxsi nota müəllifinin ehtiramını izhar edən kompliment, nəzakət formulu ilə bitir. Nəzakət formullarndan asılı olaraq, notanın tonallığı daha mülayim, yaxud daha sərt ola bilər. Əgər adresatacənab nazir sözləri ilə müraciət edir və dərin və səmimi ehtiramsızla vidalaşırlarsa, bu müəllifin notanı kifayət qədər neytral etmək istəyini bildirir. Əgər hörmətli müraciəti və vidalaşarkən səmimi ehtiramla istifadə edilirsə, nota daha isticanlı və dostyana olur.Diplomatik praktikada digər nəzakət formulları da geniş yayılıb. Xarici işlər naziri, yaxud səfirinə:Cənab Nazir, sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm. Elçiyə, işlər üzrə müvəkkilə: Cənab işlər üzrə müvəkkil, sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.

Üçüncü şəxs adından rəsmi nota, bu sənəd, formal nöqteyi nəzərindən, verbal notalar kateqoriyasına aid edilə bilər. Bəzən onları məzmun hissəsi və həmin sənədlərin əhəmiyyətindən çıxış edərək ayırırlar. Nota ümumən qəbul edilmiş beynəlxalq dildə milli gerblə bəzədilmiş rəsmi blankda, ünvanın göstərilməsi ilə çap edilir və aşağıdakı sözlərlə başlanır: Səfirlik… Xarici işlər nazirinə öz hörmətini izhar (ifadə) edir və Sizi… məlumatlandırmaqdan... (yaxud) Sizin diqqətinizi … çəkməkdən şərəf duyur. Sonra notanın məzmunu gedir və sənəd aşağıdakı nəzakət formulu ilə bitir:Səfirlik, fürsətdən istifadə edərək, Xarici işlər nazirinə öz dərin hörmətini izhar edir (ifadə edir, bildirir),(tarix) (göndərənin inisialları və səfirliyin möhürü). Rəsmi nota həmçinin diplomatik missiyalar arasında standart ünsiyyət formasıdır.

Yaddaş qeydləri şifahi söhbətlərin qeydlərindən ibarətdir. Diplomatik nümayəndəlik başçıları hərdən öz hökumətlərindən akkreditə olduqları dövlətin xarici işlər nazirliyinə etirazı bildirmək, yaxud hər-hansı məsələ üzrə ondan izahat xahiş etmək tapşırığı alırlar. Bunun üçün şəxsi vizitə ehtiyac var ki, vizit zamanı diplomat öz məsələsini açıqlayır. Onun vizitinin məqsədində heç bir şübhə qalmasın deyə, o, nazirlikdə öz qeydlərinin xülasəsini qoyur. Bu xülasə aşağıdakı formada ola bilər: yaddaş qeydləri (aide-memoire) – burada hərəkətlər yaxud hökumətin nəzər-nöqtəsi izah edilir və ya təklif əks olunur. Yaddaş qeydində «Aide-memoire» başlığı, sonda tarix yazılır, lakin ünvan göstərilmir, imza və möhür qoyulmur; kağız parçası, vərəq (bout de papier) - başlıqsız, tarixsiz və imzasız məktubdur ki, lazım gəldikdə onun yaranma mənşəyini inkar etmək mümkün olsun. Beləliklə, kağız parçası yaddaş qeydinə nisbətən rəsmiyyət daha azdır. Yaddaş qeydi şifahi söhbət zamanı edilmiş bəyanatın yaxud xahişin əhəmiyyətini qeyd etmək, söhbətin və ya bəyanatın səhv şərhi və anlaşılması mümkünlüyünü qabaqlamaq üçün şəxsən təqdim edilir. Şəxssiz formadaxahiş irəli sürülür, təsdiq etməyə məcburuq, məlumat verilir ifadələrinin istifadəsi ilə tərtib edilir. Mətn adi gerbsiz kağızda çap olunur; yalnız göndəriş tarixi və yeri göstərilir. Mətnin yuxarısında yaddaş qeydi yazılır.

Memorandumda hər-hansı məsələnin faktiki tərəfi ətraflı nəzərdən keçirilir. Bu memorandum şəxsi, yaxud verbal notaya əlavə, yaxud müstəqil sənəd ola bilər və şəxsən yaxud kuryerlə göndərilir. Gerbsiz nota kağızında çap edilir. Göndərişin nömrəsi, möhürü, yeri və tarixi göstərilmir. Memorandumu çox vaxt ingiliscə deduction (nəticə) yaxud note of motifs (motivlərin qeydi) adlandırırdılar. Mərkəzdə isə memorandum sözünün yazılması nəzərdə tutulur.

Diplomatlar konfrans zamanı, yaxud öz hökumətinin təlimatına görə hər-hansı incə, prinsipial təklifi müzakirəyə çıxarmaqdan çəkinə bilərlər. Belə olan halda diplomat qeyd olunan məsələni özü müzakirə edə və məsələnin qeyri-müəyyən, bir qədər mücərrəd formada əks olunduğu qeyri-rəsmi kağız (non paper) qoya bilər. Non paper (ingilis dilindən tərcümədə mövcud olmayan kağız deməkdir) müasir diplomatik və siyasi praktikada geniş tətbiq edilən sənəd növüdür. Özünəməxsus şəxssiz memorandum – məsələnin mahiyyəti əks olunmuş, müzakirə olunan sənədin təklif olunan forması olan xülasədir.  Adətən bu cür sənədin başlığı və imzası olmur, hərçənd texniki yarımbaşlıqları özündə ehtiva edə bilər. Bu cür sənədlərin istifadəsi kifayət qədər sərbəst şəkildə irəli sürülmüş təklifi, danışıqlarda yaranmış vəziyyəti təsbit etmək, qarşı tərəfin nəzərdən keçirməsi üçün yeni elementləri daxil etmək imkanı verir. Bir qayda olaraq, bu cür sənədlər rəsmi sənədlər qismində nəzərdən keçirilmir və iş materialı kimi xidmət edirlər. Non paperin müddəasına hardasa istinad etmək yalnız sənədin müəllifinin göstərilməməsi ilə qəbul edilib. Non paper sitat gətirilmə, bəzən isə aşkar edilmək üçün nəzərdə tutulmayıb. Hərçənd bəzi hallarda bu sənəd məhz ictimai və siyasi şərhlərin, bu və ya digər məsələ üzrə qiymətləndirmələrin əldə edilməsi üsulu kimi təklif edilir. Digər diplomatik sənədlərə də rast gəlinir. Məsələn, etimadnamə, geri çağırılma sənədləri, bildiriş sənədləri (bir dövlət başçısının diplomatik münasibətlər saxladığı digər dövlət başçısının ünvanına özünün seçilməsi və səlahiyyətlərinin icrasına keçməsi haqqında məktub. Mütləqiyyət quruluşlu dövlətlərin başçıları taxta keçmələri, bəzən ailə üzvünün dünyaya gəlməsi barədə məlumatlandırırlar. Bildiriş sənədləri və ona cavab etimadnamə tək tərtib edilirlər. Diplomatik praktikada nadir hallarda təsadüf edilir.), danışıqların yekun sənədləri, beynəlxalq müqavilələr. [38]



Diplomatik İngilis dilinin öyrənərkən tələbələrin xüsusilə diplomatik danışıq və diplomatik yazı bacarıqlarına yiyələnməsi əsas məqsədimizdir. Lakin bu bacarıqların mənimsənilməsi öz-özünə baş vermir. Buna görə diplomatik dinləmə və diplomatik oxu kimi bacarıqlar da əvvəl qeyd etdiyimiz bacarıqlarla yanaşı tədris edilir. Diplomatik dinləmə (diplomatic listening) reseptiv bacarıqdır və bu bacarıq danışıq prosesində formalaşır. Diplomatik dinləmədə əsas məsələ bilavaitə dinləmək, eşidib və analamaqdır. Burada dinləmə danışılan diplomatik məzmunlu söhbətlərin, çıxışların tələbələr tərəfindən anlaşılmasıdır. Diplomatik dinləmə bacarığını həmçinin diplomatik eşidib-anlama da adlandırmaq olar. Tələbələr üçün diplomatik dinləmənin 2 növü müəyyənləşmişdir. Bunlardan biri interaktiv dinləmə, digəri qeyri-interaktiv dinləmə bacarığıdır. İnteraktiv dinləməyə müzakirələrdə, üzbəüz söhbətlərdə iştirak, lakin qeyri-interaktiv bacarığa isə audio-video yazıların, dövlət işçilərinin müsahibələrinin dinlənilməsi, və sair daxildir. Belə ki, interaktiv diplomatik dinləmədə tələbələr həm dinləyici, həm danışan funksiyasında çıxış edirlər, burada tələbələr müzakirələrdə qarşılıqlı iştirak edə bildiyi halda qeyri-interaktiv dinləmədə yalnız passiv dincəyici olurlar. Tələbələrin diplomatik dinləməyə yiyələnməsi və bu bacarıqda ixtisaslaşmaları onların diplomatik sferada rəsmi nitqlərdə, çıxışlarda, siyasi-diplomatik görüşlərdə deyilənlərin eşilib anlaşılması deməkdir. Rəsmi ünsiyyət formalarından olan diplomatik dinləməni tələbələrə aşağıdakı yollarla tədris edə bilərik:

  • Tələbələr fikirlərini deyilən nitq üzərində inkişaf etdirməlidirlər.

  • İlk əvvəl bu sferada təcrübə və biliyi yüksək olmayan tələbələr mümkün qədər diplomatik çıxışların videolarını izləməli və audio vasitələri dinləməlidir.

  • Bu audio-video materiallari dinləyərkən tələbələr fikirlərini danışanın səsinə cəmləməlidirlər.

  • Əgər dinlənilən material tələbələrə aydın deyilsə, tələbələr həmin materialları mütləq təkrar dinləməlidirlər.

  • Lakin tələbələr yadda saxlamalıdırlar ki, xarici dildə deyinən nitqin, müraciətin hamısını sözbəsöz olaraq eşitməyə də bilərlər, burada əsas məqsəd deyilənlərin ümumi olaraq başa düşülməsidir.

  • Dinlənilən nitqin ümumi mənasına diqqət etməlidirlər, və yadda saxlamalıdırlar ki, nitqdə müəyyən sözləri anlamaya da bilərlər, lakin bu onların ünsiyyətinə mane olmamalıdır.

  • Tələbələr ingilis dilində deyilən diplomatik nitqi tez bir müddətdə ana dilə və ya digər dilə tərcümə etməyə tələsməsinlər. Çünki tərcümə həm müəyyən bir vaxt alacaq, bundan əlavə olaraq dinləmə bacarığını inkişaf etdirmək üçün tərcümədən əvvəl eşitmə və anlamadan istifadə etməlidirlər. [45]

Diplomatik ingilis dilidə dinləməni tələbələr imlalar yazmaqla, xəbərlərə qulaq asmaqla, radio dinləməklə inkişaf etdirə bilərlər:

  • İmlaların yazılması xüsusilə mühazirələrin deyilməsi zamanı həyata keçirilə bilər. Bu zaman tələbə özünün yazı bacarıqlarından istifadə etməklə dinləmə bacarıqlarını inkişaf etdirəcək. Mühazirələrin faydası olduqca çoxdur. Burada tələbələr məzmundan asılı olaraq yeni sözləri də öyrənə bilər.

  • Xəbərlərin dinləmək vərdişinin yaradılması tələbələrə dinləmə bacarığını inkişaf etdirməklə yanaşı, gündəlik ən çox istifadə edilən söz ehtiyatını haqqında məlumat verəcək.

  • Tələbələr radio və ya televizor vasitəsilə BBC, Voice of America kimi kanallarda xəbər programları, diplomatik müzakirələr edilən verlişlərə qulaq asmalıdırlar, bu onların gündəlik diplomatik biliklərinin artırılmasına kömək olacaq. [50]

Müəllimin üzərinə düşən ən çətin vəzifə konkret auditoriyanın tələblərinə uyğun olan düzgün materialın toplanmasıdır. Dinləmə kommunikasiyanın tərkib hissələrindən biridir. Ünsiyyətin əsas problemi qarşılıqlı anlamaya nail olmaqdır. Dinləmə bacarığının olmaması, kommunikasiyanın effektivliyinə mane olan amildir. Audio materiallar diplomatik məzmunun dinlənilib anlaşılmasını asanlaşdırmağa xidmət edir. Amma tələbələri bu mərhələlərə hazırlamaq lazımdır:

  • adi, sakit, emosiyadan uzaq danışıq tərzinin dinlənilməsi, təhlili və mənimsənilməsi tələbələr üçün faydalıdır;

  • məhz başlanğıcda nitq normaları, müəyyən sözlərin qısa, tam və dəyişik tələffüz variantları tələbəyə izah olunmalıdır. Bunun üçün cədvəllərdən istifadə etmək olar;

  • ana dilində olmayan səslərin tələffüzü dinlənilib müqayisə olunmalıdır;

  • qeyri-emosional nitqin xüsusiyyətləri öyrədildikdən və mənimsədildikdən sonra, emfatik nitqin xüsusiyyətlərinin öyrənilməsinə keçmək olar;

  • ritm duyumunu inkişaf etdirmək üçün rəsmi müraciət və ya çıxış videolarından istifadə etmək olar;

  • mətnə qulaq asmaqdan əvvəl kontekstə uyğun leksik baza hazırlanmalı, suallar və diskussiya vasitəsi ilə tələbələrin fikri əsas məqamlara yönəldilməlidir.

Dinləmə bacarığı diplomatik sahəni öyrənən və artıq bu sahədə çalışan şəxslər üçün olduqca əhəmiyyətlidir. Təəccüblü deyildir ki, yaxşı dinləmə bacarığı diplomatik razılığın əldə edilməsinə, səhvlərin minimal səviyyədə olmasına, innovativ və kreativ işin tərtibində informasiya mübadiləsinə şərait yaradacaq.

Diplomatik İngilis dilinin tədrisində diplomatik dinləmə bacarığı ilə yanaşı diplomatik oxu tələbələrin bilməsi vacib olan bacarıqlardandır. Diplomatik sferada xarici dili öyrənən yetkin tələbələrin əsas bacarıqlarından olan diplomatik oxu informasiyaların əldə edilməsində böyük əhəmiyyət kəsb edir. Diplomatik oxu (diplomatic reading) reseptiv bacarıqdır. Diplomatik oxu bacarığı dinləmə və danışıq bacarıqlarını da inkişaf etməsinə kömək ola bilər. Diplomatik oxu vasitəsilə tələbələr dissertasiyamızda əvvəl də qeyd etdiyimiz diplomatik sözləri, diplomatik ifadələri və digər diplomatik terminləri möhkəmləndirə bilərlər. Diplomatik ingilis dilinin tədrisi zamanı tələbələrə diplomatik oxunun öyrədilməsinin aşağıdakı üsulları vardır:



  • Diplomatik ingilis dilini öyrənən tələbələrin ingilis dili biliyi aşağı səviyyədədirsə, burada müəllilmlər onlara səthi qrammatik qaydaların və diplomatik söz ehtiyatının olduğu mətnləri təqdim edilməlidir.

  • Oxu materialları diplomatik məzmuna, oxucunun biliyinə və real həyata və gündəmə uyğun olmalıdır.

  • Tələbələr oxu zamanı müxtəlif oxu strategiyalarından istifadə etməlidirlər. Onların daha cəld və effektiv oxu vərdişlərinə yiyələnməsi üçün ilkin baxış, proqnozlaşdırma, skiminq, skaninq, məzmundan anlama və prafraz strategiyalarından istifadə olunur. Tələbələr ilkin baxış strategiyasında başlıqlar, yarımbaşlıqlar və şəkillərə baxmaqla struktur və məzmun haqqında təxmini anlayışlara yiyələnir. Proqnozlaşdırma - mövzu haqda sahib olduğu bilikdən istifadə etməklə diskursun məzmununu proqnozlaşdırmaqdır. Skimmingyəni mətnin əsas mənasının, ideyasının, strukturunun sürətlə nəzərdən keçirilməklə müəyyənləşdirilməsidir. Scanning” – hər hansı müəyyən məlumatın mətndə aşkar edilməsi deməkdir və “scanning” hər hansı xüsusi məlumatın seçilməsi üçün müfəssəl və intensiv oxudan ibarətdir. Məzmundan anlama – məlum olmayan sözlərin mənasını mövzu haqda öncədən sahib olduğu bilikdən istifadə edərək və məzmundan təxmin etməklə anlama deməkdir. Parafrazmətndəki məlumat və fikirləri parafraz etməklə oxu prosesinin sonunda anlamanı yoxlamaqdır.

  • Burada səsli və səssiz oxu strategiyaları da səmərəli strategiyalardır. Tələbələr səsli oxu ilə tələffüzü, səssiz oxu isə mənimsəməni inkişaf etdirə bilərlər.[45]

Diplomatik İngilis dilində qeyd etdiyimiz jargonlarla, dil bacarıqları ilə yanaşı, gələcək diplomatlar həmçinin ixtisaslarına məxsus xüsusi metodlardan, diplomatik etiketdən istifadə etməyi bacarmalıdırlar. Diplomatın ümümi mədəniyyəti, yüksək intellektual səviyyəsi, bir neçə dil bilməsi olduqca zəruridir. Ancaq diplomatların dildən istifadə etmək bacarığı, etiket duyumu, ünsiyyət çevikliyi, qarşı tərəfin fikirlərini oxuya bilmək məharəti hər kəsdən yüksək olmalıdır. [2, 6] Diplomatların davranışı həm ictimai, həm də şəxsi həyatında qüsursuz olmalıdır. Diplomatik nümayəndələrin seçimi və təyini zamanı insanın təkcə peşəkar yox, həmçinin mənəvi keyfiyyətləri rəhbər tutulmalıdır. Q.Nikolson «Diplomatiya» kitabında ideal diplomatın portretini cızmağa çalışırdı. O, burada 7 xüsusi diplomatik qabiliyyətləri qeyd edir: düzgünlük, dəqiqlik, aramlıq, sakit təbiətlilik, səbr, təvazökarlıq, loyallıq. Əgər diplomat istəmədən kimisə aldadır, yanlış düşünməsinə səbəbkar olursa, o, dərhal yaranmış anlaşılmazlığı düzəltməlidir. Diplomat üçün bir nömrəli qayda heç bir halda öz sözləri və hərəkətlərinə görə məsuliyyət hissinin zəifləməsinə imkan verməməkdir. Hər iki halda ehtiyatlılıq həmsöhbətə qarşı inam yaradır. Ən yaxşısı susmaq və ya açıq şəkildə məlumatsız olduğunuzu bildirməkdir. Gələcək diplomat, xüsusilə səfir obyektiv olmalı və sağlam mühakimə qabiliyyətinə malik olmalıdır. O, özünü sadə və anlaşıqlı dildə danışmağa öyrəşdirməli, öz bacarıqlarını polemikaya yox, qarşılıqlı şəkildə qəbul edilə biləcək qərarların nailiyyətinə yönəltməyi öyrənməlidir. Diplomatiyanın qızıl qaydalarının ən başlıcası səbrli olaq, tələsməmək və tez qarşılıq verməməkdir. Bu fikri Talleyrand “Hər şeydən əvvəl, çox cəhd etmiyin” cümləsi ilə ifadə etmişdir. [38] Buna görə də Diplomatik ingilis dilini öyrənən hər bir tələbə qeyd edilən etiketləri mənimsəməli, gələcəkdə sərbəst şəkildə ünsiyyət zamanı tədbiq etməlidir.
2.2 İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsində müəllimin rolu
Azərbaycan Dillər Universiteti dil müəllimləri, tərcüməçi, filoloqların və təcrübəli mütəxəsislərinin hazırlanması ilə məşğul olan ali təhsil müəssisəsidir. Müasir dövrdə xarici dili tədris edən müəllim ilk növbədə tələbələrin tədris edilən xarici dildə kommunikativ səriştəsinin formalaşdırılması üçün səmərəli şəraitin yaradılmasını təmin edə bilən və bu istiqamətdə öyrəncilərə hərtərəfli yardım edən bir şəxs olmalıdır. Bununla əlaqədar olaraq xarici dil müəllimlərinin bu sahədə bilik, bacarıq və vərdişlərinin əslində hansı səviyyədə olmasının müəyyənləşdirilməsi olduqca aktual bir problemə çevrilir. Bu gün xarici dili tədris edən hər hansı bir müəllim ilk növbədə kommunikativ səriştəyə malik olmalıdır, yəni, həm dil daşıyıcıları, həm də digər mədəniyyətlərə mənsub olan şəxslərlə real ünsiyyət zamanı tədris olunan dildən adekvat şəkildə istifadə etmək bacarığına malik olmalıdır. [5, 5]

Xarici dil müəllimləri bilməlidirlər ki, tələbələrin inkişafında onların rolu olduqca əhəmiyyətlidir. Dil müəlliminin vəzifəsi öyrəncilərə hərtərəfli yardım edərək onlara dil sahəsində ən yüksək nailiyyətləri əldə etməyə kömək etməkdir. Müəllimin tələbələrə müsbət münasibətinin olması mütləqdir. Müəllim həmçinin hər bir tələbəyə fərdi şəkildə yanaşmağı bacarmalıdır. Müəllim-tələbə münasibətləri xarici dil tədrisi prosesinin əsas amillərindən biridir. Bu münasibətlər qarşılıqlı hörmət, məsuliyyət və əməkdaşlıq üzərində qurulmalıdır. Xarici dil tədrisinin keyfiyyətini yaxşılaşdırmaq məqsədinə nail olmaq üçün aşağıdakı şərtlər nəzərə alınmalıdır:



  • Qarşıya qoyulan məqsədlər real olmalıdır.

  • İnnovativ metod və üsullar tədris prosesinə səmərəli tətbiq edilməlidir.

  • Müəllim dil öyrənən tələbələrin arzu, maraq və təlabatları haqqında məlumatı olmalıdır.

  • Xarici dili tədris edən müəllimin tədris etdiyi fənnə həvəslə yanaşması bu tədris prosesinin uğurlu olmasını təmin edən əsas şərtlərdəndir.

  • Müəllimdə tələbələrin nəyi, necə və hansı məqsədlə öyrənməsini, yəni tədrisin məqsədləri, metod və üsulları haqqında məlumat olmalıdır.[5,10-11]

İstənilən bir fənnin tədrisində müəllimlərin rolu əvəz edilməzdir. Digər fənlərdə olduğu kimi İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsində də dərs materialının anlaşılmasında və digər bu kimi məsələlərdə müəllim əsas yardımcı funksiya daşıyır. Qeyd etmək lazımdır ki, İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi müəllimlərinin işi Ümumi İngilis dili müəllimlərindən fərqlənir. Beləliklə, Tony-Dudley Evans İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi müəllimlərinin dərs zamanı 5 müxtəlif rolları yerinə yetirdirdiyini qeyd edir. Bunlara: 1) müəllim, 2) kursun dizayneri və material təşkilatçısı, 3) tədqiqatçı, 4) əməkdaş və 5) qiymətləndici aiddir. Sveyls 1985-ci ildə İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi müəllimi termini əvəzinə Xüsüsi məqsədlərlə İngilis dili təcrübəçisi və ya Xüsusi İngilis dili təcrübəçisi terminini işlətmişdi. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi təcrübəçilərinin əksəriyyəti İngilis dili öyrənilməsi üçün ümumi peşə yaxud təhsil maraqı olan, təhsil sahələrinə əsas informasiya gətirən yetkin müəllimlərdir.

Xüsüsi məqsədlərlə İngilis dili təcrübəçisi “müəllim” funksiyasında həmin xüsusi ixtisasda dərin biliklərə malik olmasa da tələbələrə yeni materialı öyrənməyə kömək edir. Müəllimlər burada iştirak edən yetkin tələbələrin ixtisas biliklərindən yararlanaraq Xüsusi məqsədlərlə inglis dili fənnini tərtib edə bilərlər. Xüsüsi məqsədlərlə İngilis dili təcrübəçisi kursun dizayneri və material təşkilatçısı” funksiyasında Diplomatik İngilis dili kimi xüsusi məqsələrlə ingilis dili fənlərini təşkil edirlər. Xüsüsi məqsədlərlə İngilis dili təcrübəçisi çox zaman tələbələri materialla təmin etməyə məcbur olur. Xüsüsi məqsədlərlə İngilis dili təcrübəçisi “tədqiqatçı” funksiyasında ingilis dilini müəyyən xüsusi akademik məqsədlər baxımından öyrənir, məsələn: Diplomatik İngilis dilində diplomatiyanin tərkibini, tez-tez işlədilən sözlər, söz birləşmələrini, terminləri araşdırır. Xüsüsi məqsədlərlə İngilis dili təcrübəçisi “əməkdaş” funksiyasında iki formada çıxış edə bilər. Bu formaları tam və natamam əməkdaşlığa ayırmaq olar. Birinci növ əməkdaşlıqda İngilis dili təcrübəçisi tərəfindən hazırlanan dərs materialı dərsdən əvvəl ixtisas müəllimi tərəfindən şərh edilir, belə əməkdaşlıq natamam əməkdaşlıq adlanır. İkinci növ əməkdaşlıqda isə ingilis dili təcrübəçisi ilə ixtisas müəllimi birgə komanda-təlimi dərslərini keçir, bu tam əməkdaşlıq adlanır. Akademik məqsədlərlə keçilən belə dərslər mühazirələrin, yeni terminlərlə bol olan yazı materiallarının və ya tezislərin asanlıqla başa düşülməsinə kömək olacaq. Xüsüsi məqsədlərlə İngilis dili təcrübəçiləri “qiymətləndirici” funksiyasında müxtəlif qiymətləndirmə üsullarından – testlə tələbələrin biliyinin yoxlanılması, dil kursunun təkmilləşdirilməsindən istifadə edirlər. [13,490-491]

Xüsusi İngilis dili təcrübəçiləri adətən yeni xüsusi sahələrə həvəssiz yanaşırlar. Əlbəttə bunun səbəbləri vardır. Bu səbəblərə İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi üçün hazır materialın çatışmazlığı, Xüsusi İngilis dili təcrübəçilərinin bilmələri vacib olan yeni ixtisas sahələrinin olması və İngilis dili tədrisi statusunun dəyişməsi aiddir. İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi üçün hazır materialın olmadığına görə müəllimlər orijinal materiallardan istifadə etməli olurlar. Orijinal materiallar dil daşıyıcıları üçün tərtib olunub, lakin bu materialları nəinki dil daşıyıcıları, həmçinin xarici dili öyrənən tələbələr də istifadə edə bilər. Orijinal mətnlər vasitəsi ilə tələbələrin oxu, yazı və dinləmə bacarıqlarını intensiv şəkildə inkişaf etdirmək mümkündür. Ümumi ingilis dili və ya İngilis ədəbiyyatı fənləri üzrə ixtisaslaşan müəllimlər xüsusi dil ehtiyaclarının yaranması səbəbi ilə özlərinin az bilikli olduqları və ya heç məlumatı olmadıqları yeni ixtisas sahələrini tədris etməli olurlar. Bu zaman bir neçə xüsusi əhəmiyyətli suallar meydana gəlir:

a) “İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsinə aid materialların məzmunu xüsusiləşdirilməlidirmi?” Burada qrammatika və ya xüsusi sahə ayrı-ayrılıqda tədris edilmir, hər ikisi qarşılıqlı öyrənilir. Lakin burada əsas diqqət Diplomatik İngilis dili kimi xüsusi sahələrə yönəlir, materialların məzmunu hər ixtisasa uyğun olaraq xüsusiləşir. Buna görə də müəllimlərin bilik və bacarıqları materialların çətinlik səviyyələrəinə uyğun olmalıdır.

b) “Xüsusi İngilis dili müəllimlərinin dərs prosesində hansı səbəbə görə çətinliklərlə qarşılaşır?” Yeni ixtisas sahəsində müəyyən bilik-bacarıqlara sahib olmalarına baxmayaraq Xüsusi İngilis dili müəllimləri dərs zamanı müxtəlif məzmunlu çətinliklərlə qaşılaşır. Bu çətinliklərə dil fərqləri, qrupda tələbələrin çox olması, tələbələrin Ümumi İngilis dili biliklrəinin zəif olması, dərs saatlarının az olması, istifadə olunan metodikanın ənənəvi olması, interaktivliyin məhdudliyin məhud olması və sairəni daxil etmək olar. Bu çətinliklər bir neçə səbəb əsasında formalaşır: 1) Adəti üzrə təhsil sahəsi humanitar və texniki fənnlərə ayrılır. İngilis dili humanitar fənn olduğundan müəllimlər texniki ixtisas sahələrində çətinlik çəkirlər. 2)Xüsusi İngilis dili müəllimlərinin bəziləri ingilis ədəbiyyatı və ümumi ingilis dili fənlərindən fərqli olaraq texniki fənlərin keçirlməsində həvəssiz olur. Yeni sahə maraq oyatmasa da müəllimlər dünyanın tələbinə uyğün olaraq bu ixtisasları keçməyə məcbur olurlar. 3) Ingilis dilinin xüsusi məqsədlərlə öyrədilməsinin inkişafı ilə əlaqədar müəllimlər bilikli olmaq üçün yeni sahəni öyrənməli olurlar.

c) Xüsusi İngilis dili müəllimləri hansı biliklərə sahib olmalıdır? Xüsusi İngilis dili müəllimlərinin yeni sahəni mükəmməl öyrənmələrinə ehtiyac yoxdur. Belə ki, ingilis dili müəllimləri yeni sahə üzrə aşağıdakıları bilmələri lazımdır:



  1. Diplomatik İngilis dili kimi xüsusi sahələrə qarşı pozitiv yanaşma.

  2. Xüsusi sahənin əsas prinsipləri haqqında ümumi biliklər.

  3. Tələbələrin həmin sahədə biliklərinin hansı səviyyədə olması.

Belə ki, dil təcrübəçilərinin biliklərinə Diplomatik İngilis dili kimi xüsusi məqsədli sahələrə aid sualların soruşulması da aiddir: Hansı diplomatik terminləri tanıyırsınız?, Akronimlərin özəlliyi nədən ibarətdir?, Diplomatik yazıların xüsusi qaydası var mı? və sair. Başqa sözlə desək, Xüsusi İngilis dili təcrübəçiləri yeni sahəni dərinliklərinədək bilməyə də bilərlər, təcrübəçilərin əsas vəzifəsi tələbələrə lazım olan və tədris ediləcək materialı mənimsəmələridir.
2.3 İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi prosesinin səmərəli təşkili yolları
İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahələrindən və bizim araşdırmamızın əsas mövzusu olan Diplomatik İngilis dilini həmçinin Diplomatiya üçün İngilis dili, Diplomatlar və ictimai əlaqələr üzrə rəsmilər üçün ingilis dili də adlandırmaq olar. Bir çox sahələrdə olduğu kimi İngilis dili həmçinin hökümətlərarası əlaqələr üzrə, müxtəlif dövlət orqanlarında və dövlət əhəmiyyətli görüşlərdə də istifadə edilir. Bu sahə geniş miqyasda istifadə edildiyinə görə xüsusi ixtisaslaşmış şəxslər üçün Diplomatik İngilis dili kursları təşkil edilir. Diplomatik İngilis dili kursları beynəlxalq münasibətlər və regionşünaslıq üzrə təhsil alan tələbələr, həmin sahələrdən məzun olan şəxslər, diplomatik heyyət, hökümət işçiləri, beynəlxalq agentliklər, diplmatik sahələrdə çalışanlar və xüsusi dövlət əhəmiyyətli təşkilatlara üzv olanlar üçün nəzərdə tutulub. Diplomatik İngilis dili kurslarında yalnız yetkin tələbələr iştirak edə bilər. Kurslar intensiv şəkildə həyata keçirilir. Yetkin tələbələr artıq ingilis dilində tam olaraq eşidib-anlamalı və sərbəst şəkildə danışa bilməlidirlər, buna görə də onların ingilis dili bilikləri orta və ya yüksək-orta səviyyədə (intermediate or upper-intermediate level) olmalıdır. Bu kurslar rəsmi görüşlərdə, debatlarda tələbələrə qarşılıqlı ünsiyyət yaratmaqda kömək olacaq. Diplomatik İngilis dili kurslarının məqsədinə diplomatik sferada peşəkar təqdimatlar hazırlamaq üçün ingilis dilindən əminliklə istifadə etmək, beynəlxalq görüşlərdə iştirak etmək, rəsmi müzakirələr aparmaq üçün ingilis dili səviyyəsini inkişaf etdirmək, xüsusi diplomatik ifadələrdən, terminlərdən düzgün istifadə etmək, rəsmi təqdimatlar hazırlamaq, rəsmi məktubları və elektron məktubları hazırlamağı daxil edə bilərik.

Diplomatik İngilis dili kurslarının tədris proqramına effektiv ünsiyyətin həyata keçirilməsi, beynəlxalq danışıqların aparılması, beynəlxalq görüşlərin keçirilməsi, beynəlxalq təqdimatların hazırlanması, rəsmi yazışma formalarının öyrədilməsi, məruzələrin hazırlanması, diplomatik terminologiyanın tədris edilməsi, təsirli danışma, auditoriyanın idarə edilməsi, yazılı ünsiyyətin formalaşdırılması, diplomatik etiket və bədən dili (body language) kimi məsələlər daxildir. Effektiv ünsiyyət dedikdə mürəkkəb beynəlxalq mövzular barəsındə məruzələr etmək, diplomatik dildə özünü təqdim etmək, danışıqların aparılmasında iştirak etmək nəzərdə tutulur. Beynəlxalq görüşlərə formal və qeyri-formal yığıncaqlar, şərhlərin edilməsi, sual və təkliflərə rəsmi cavabların verilməsi, beynəlxalq təqdimatlara isə əsas rəsmi məzmunun hazırlaması, təqdimatın planlaşdırılması, sualların tərtib edilməsi və xülasənin verilməsi daxildir.



Qeyd etdiyimiz məsələlər dünyada “Diplomatik İngilis dili” fənninin əsas mahiyyətini və tərkibini təşkil edir. Araşdırmamızın əsas mövzu olan Diplomatik ingilis dili beynəlxalq münasibətlərin öyrənildiyi bir çox təhsil müəssisələrində tədris edilir. Ali təhsil müəssisələri içində Azərbaycan Dillər Universitetində də tədris edilən Diplomatik İngilis dili fənni “Beynəlxalq münasibətlər” ixtisasında tədris alan birinci və ikinci kurslarda azərbaycanlı müəllimlər tərəfindən keçirilir. Tədris proqramına əsasən bu fənn həftədə 3 dəfə, semestr ərzində isə 90 saatdan ibarətdir. Diplomatik ingilis dilinin proqramı Diplomatik əlaqələr,Diplomatik heyyət, Şimali Amerika Azad Ticarət Razılaşması, Birləşmiş Millətlər, Avropa Birliyi, Dünya Ticarət Birliyi və sair mövzuları əhatə edir. Diplomatik ingilis dili dərslərində artıq iştirak edən tələbələr nota, məktub, memorandum kimi diplomatik yazılara uyğun diplomatik yazışma qaydalarına və yazışma formalarına, diplomatiyada xüsusi deyimlərdən və terminologiyadan istifadə etmə bilik və bacarıqlarına yiyələnirlər. Bu proqramda həmçinin xüsusi mövzuların, terminologiyanın, diplomatik yazının öyrədilməsi ilə yanaşı, Xarici İşlər Nazirliyinə, Milli Məclisə, Buta Saraya (Buta Palace), Sərgi Mərkəzinə (Expo Center), Nazirlər Kabinetinə və Azərbaycanda beynəlxalq tədbirlərin keçirilə biləcəyi digər təşkilatlara ekskursiyaların keçirilməsi də nəzərdə tutulur.

Apardığımız müşahidə əsasında deyə bilərik ki, diplomatiya sahəsini öyrənən tələbələrin dil biliyi ehtiyaclarını, müəllimlərin həmin sahədə bilik və bacarıqlarını nəzərə almaqla Diplomatik İngilis dilinin tədrisi prosesini səmərəli təşkil etmək olar. Belə ki, Diplomatik ingilis dili dərslərini ənənəvi və interaktiv üsullarla tədris edilə bilər. Ənənəvi üsulda müəllim informasiyanı, hazır bilikləri şərh edir, tələbələr isə passiv şəkildə mənimsəyir. Ənənəvi üsullara ev tapşırıqlarının yoxlanılması, öyrənilən mövzuların yoxlanılması (frontal və fərdi sorğu), köhnə dərslə yeni dərsin əlaqələndirilməsi, yeni mövzuya dair mühazirə, aydın olmayan məsələlərin açıqlanması və dəqiqləşdirilməsi, yeni dərsin möhkəmləndirilməsi üçun sual və tapşırıqlar, reproduktiv (təkraredici) tətbiqetmə, qiymətləndirmə (əsasən axırda və müəllim tərəfindən aparılır) daxildir. Boloniya təhsil sisteminə qoşulduqdan sonra universitetlərdə tətbiq edilən ənənəvi tədris üsulu tələblərə cavab vermədi və təhsildə müxtəlif üsullardan istifadə edilməsi zərurəti qarşıya çıxdı. Bu sistemdə istifadə edilən üsullardan biri də interaktiv(fəal) tədris üsuludur. İnteraktiv təlimə isə motivasiya (problemin qoyuluşu), tədqiqatın aparılması (fərziyyələrin yoxlamaq üçun tapşıraqları həll etmə prosesində məlumatların, faktların axtarılması və toplanması), məlumat mübadiləsi, məlumatın müzakirəsi və təşkili nəticələrin çıxarılması (nəticələrin fərziyyələrlə müqayisəsi və onların təsdiq olunub-olunmaması haqqında nəticənin çıxarılması), produktiv (yaradıcı) tətbiq etmə, hər mərhələdə qiymətləndirmə daxildir. Hal-hazırda Diplomatik İngilis dili dərsləri həm ənənəvi üsulda, həm də interaktiv üsulla tədris edilir. Lakin çalışmaq lazımdır ki, dərslər getdikcə tamamilə interaktiv təlimlə tədris olunsun. İnteraktiv sözü geniş mənada işlədilir, bu təlimdə onun müxtəlif növlərindən -beyin həmləsi, rollu oyunlar, söz assosiasiyası, insert, debatdan istifadə olunur. Beyin həmləsi termini müxtəlif ədəbiyyatlarda müxtəlif cür adlandırılır, hətta onu bəzən əqli hücum da adlandırırlar. Tələbələrin düşünmə qabiliyyətlərini inkişaf etdirmək üçün “açar söz”dən istifadə məqsədəmüvafiqdir. Rollu oyunların dərs prosesinə tətbiqi ona görə əlverişlidir ki, dərs prosesində rollu oyunların təşkili üçün proqram və dərslikdə kifayət qədər materiallar var. Odur ki, istedadlı müəllim bundan faydalanmağı bacarmalıdır. Hətta diplomatik görüşlərə dair dialoqların səhnələşdirilməsi mümkündür. Söz assosiasiyası tələbələrdə sürətli düşünmə və cavab vermə vərdişini yaradır. Bunu təkrar mövzularda aparmaq daha məqsədəuyğundur. Sadə bir nümunə ilə fikrimizi əsaslandıra bilərik. Müəllim tək bir söz deyir və bu sözə uyğun olaraq tələbələr cavab verirlər. İnsert üsulunu tələbələrin müstəqil bilik əldə etməsi də hesab etmək olar. Müəllim yeni bilikləri tələbələrə müxtəlif vasitələrlə- insert üsulu ilə də öyrədə bilər. Bu üsul tələbələrin müstəqil düşüncə qabiliyyətini inkişaf etdirməklə yanaşı, onların nitq qabilliyyətini artırır. Debat müasir təhsil sistemində müəllimlərin və tələbələrin tez-tez qarşılaşdığı bir üsuldur. Debat hər hansı problemli bir fikrin əks mövqedən izahı və qarşılıqlı şəkildə müzakirə edilməsidir. [1]

Təcrübə məqsədi ilə I kursda keçilən “Diplomatik İngilis dili” fənnində iştirak etdik. Dərs prosesi intensiv şəkildə interaktiv üsulla keçirildi. İştirak etdiyimiz dərsdə Diplomatik ingilis dili müəllimi interaktiv təlimin növü olan söz assosiasiyasından istifadə etdi. Müşahidə etdiyimiz dərs prosesi yarış xarakteri daşıyırdı. Belə ki, müəllim ən azı 6-7 tələbə olmaqla tələbələri iki yarım-qrupa ayırdı. Ənənəvi iki nəfərlik parta oturuşu tələbələrin fəallığını minimuma endirdiyinə görə yeni təlim metoduna müvafiq olaraq tələbələr ənənəvi formada deyil, qeyri-formal şəkildə - dairəvi formada təşkil edildi. Bundan sonra müəllim tərəfindən diplomatik ifadələr, diplomatik terminlər azərbaycan dilində tələbələrə sual verildi, tələbələr də öz növbəsində həmin sözün, ifadənin ingilis dilində olan ekvivalentini cavab verdilər və hər sual bir xalla qiymətləndirildi. Xallar ilk və düzgün cavabı verən komandanın hesabına yazıldı. Beləcə dərs prosesi sual-cavab formasında keçirildi. Sonda ən çox xalı yığan komanda qalib oldu. Dərsdən sonra tələbələrlə müsahibə metodundan istifadə edərək Diplomatik ingilis dili fənninə dair təklifləri öyrəndik. Belə ki, həmin təklifləri aşağıdakı kimi ümumiləşdirə bilərik:



  • Diplomatik ingilis dili fənni saatlarını artırmaq.

  • İngilis dili müəllimi ilə yanaşı, nazirlərin, deputatlarının və ya diplomatik sferada çalışan şəxslərin “Diplomatik İngilis dili” dərslərini keçməsini təşkil etmək.

  • Diplomatik nümayəndələrlə görüşlər keçirilmək.

  • Diplomatik tədbirlərdə, yığıncaqlarda təcrübəçi kimi iştirak etmək.

NƏTİCƏ
Beləliklə, dissertasiya işimiz giriş, iki fəsil, yekun nəticə, və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Giriş hissəsində dissertasiyamızın tədiqiqat obyekti, predmeti, məzmunu, tədqiqat işinin nəzəri və praktik əhəmiyyəti, məqsəd və vəzifələri, tədqiqatın elmi yeniliyi, dissertasiya ilə bağlı nəşrlər haqqında məlumat veririlib. Burada qeyd edilənlər tədqiqatın ümumiləşdirilmiş məlumatlarıdır.

Birinci fəsildə İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin nəzəri əsaslarından bəhs edilib. Nəzəri əsaslar İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin tarixini və sahələrini əhatələyir. İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi hal-hazırda dil tədrisində aktual mövzulardandır. İngilis dilinin beynəlxalq dilə çevrilməsindən sonra bu sahənin araşdırılması geniş vüsət aldı. İndi artıq İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi ingilis dili tədrisində müstəqil dil tədrisi sahəsidir. Dissertasiyamızın birinci fəsilində İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi metodologiyası haqqında aşağıdakı fikirlər müəyyənləşdirilmişdir:



  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi məqsəd-yönümlü tədrisdir.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahələri tədris qaydalarına və peşələrə uyğun metodologiya ilə əks etdirilməlidir.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi prosesində tələbə və müəllim arasında qarşılıqlı ünsiyyət yaradılmalıdır, və burada ünsiyyət Ümumi ingilis dili tədrisindən fərqli olacaqdır.

Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi tarixinin formalaşması, çoxşaxəli sahələrinin müəyyən edilməsi, xüsusi sahələrin tədrisi prosesinin və metodikasının hazırlanması uzunmüddətli və mürəkkəb pedaqoji prosesdir. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahələrinin özünəməxsus xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər mütləq və müvəqqəti xüsusiyyətlərə ayrılır.
Mütləq xüsusiyyətlər.

İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi bu xüsusiyyətlərə görə İngilis dili tədrisinə daxildir:



  • tələbələrin xüsusi ehtiyaclarını qarşılamaq üçün tərtib edilib.

  • müəyyən qayda, peşə və fəaliyyətə aid mövzularla əlaqəlidir.

  • həmin fəaliyyətlərə uyğun sintaksis, leksika, diskurs, semantika, diskursun təhlili və bunlara aid dil tədrisi mövzusu ətrafında mərkəzləşib.

  • Ümumi İngilis dili ilə ziddiyyət təşkil edir.

Müvəqqəti xüsusiyyətlər:

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi xüsusi qaydalarla əlaqələndirilə bilər və yaxud xüsusi qaydada tərtib edilə bilər.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi Ümumi İngilis dilindən fərqli metodologiya ilə xüsusi tədris situasiyalarında istifadə edilə bilər.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi üçüncü dərəcəli müəssisələrdə və ya profesional iş situasiyasında olan yetkin tələbələr üçün tərtib edilib. Bunlarla yanaşı bu sahə ixtisas fənlərini keçən tələbələr üçün də istifadə edilə bilər.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi ümumiyyətlə orta (intermediate) və yaxud yüksək (advanced) dil səviyyəsində olan tələbələr üçün tərtib edilib.

  • İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin əksər kursları bəzi əsas dil strukturu haqqında bilikləri əhatələyir, lakin bu yeni başlayan tələbələr üçün istifadə edilə bilər.

Dissertasiya işimizdə əvvəl də qeyd etdiyimiz kimi İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsinin müxtəlif ixtisaslara dair xüsusi dil tədrisi sahələri vardır. Bu sahələr müasir dövrün tələblərinə uyğun olaraq formalaşmışdır. Tədqiqatımızın obyekti olan İngilis dilinin xüsusi məqsədlərlə öyrədilməsi sahələrdən biri Diplomatik İngilis dilidir.

İkinci fəsildə artıq İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi üzrə işin səmərəli təşkilindən bəhs edilmişdir. Bu fəsilə İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi təcrübəsinin Diplomatik ingilis dili nümunəsində öyrənilməsi, İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsində müəllimin rolu və İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi prosesinin səmərəli təşkili yolları daxildir. Bizim tədqiqatımızın obyekti İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin sahələrindən olan Diplomatik İngilis dili nümunəsində öyrənilməsidir. Diplomatik İngilis dili Beynəlxalq münasibətlər və Regionşünaslıq üzrə təhsil alan tələbələrin, məzunların, artıq ixtisaslaşmış diplomatların, nazirlərin, siyasətçilərin və digər diplomatik nümayəndələrin əsas bilik və bacarıqlarına daxildir. Diplomatik İngilis dilinin işçi materialının tərkibinə diplomatik sözlər, diplomatik söz birləşmələri, diplomatik ifadələr və diplomatik terminlər daxildir. Diplomatik İngilis dilində mükəmməl biliklərə sahib olmaq üçün tələbələr diplomatik ingilis dilinin əsasını təşkil edən diplomatik danışıq, diplomatik yazı, diplomatik dinləmə və diplomatik oxu bacarıqlarını mənimsəməlidirlər. Tədqiqat işində hər bir diplomatın bilməsi vacib olan müxtəlif xüsusi sözlərdən, söz birləşmələrindən, diplomatik etiketdən, ifadələrdən, terminlərdən və akronimlərdən bəhs edilib. İkininci fəsildə bu jarqonların tədrisi metodologiyasına aid təlimatlardan da danışılmışdır. Bunlara nümunə olaraq diplomatik məktubların yazılması, audio-linqual materialların dinlənilməsi və sair daxildir.

Dissertasiyanin yazılmasında müşahidə və müsahibə metodundan istifadə edilmişdir. Apardığımız müsahibə və müşahidələrdən aydın olur ki, Diplomatik ingilis dili yalnız dil müəlliminin tədrisi ilə kifayətlənməməli, bu dərslər həmçinin diplomatlar tərəfindən də keçilməlidir. Həftədə dərs saatları çoxaldılmalıdır. Bunlarla yanaşı, diplomatik ingilis dilinin tədrisində ənənəvi təlim getdikcə interaktiv təlimlə əvəz edilməlidir.

Beləliklə, biz dissertasiya işimizdə İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsinin xüsusi sahələrindən olan Diplomatik İngilis dilini, diplomatiyaya aid söz birləşmələrini, diplomatik terminologiyanı, onun formalarını, məqsədlərini, diplomatik dil bacarıqlarını, həmçinin interaktiv metod vasitəsilə tədris prosesinin səmərəli təşkili yolları araşdırdıq.



İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
1. Azərbaycan Dillər Universiteti, “Diplomatik İngilis dili” fənni mühazirə materialları, Bakı 2014
2. Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti, Bakı, BDU nəşriyyatı, 2009,176 s.
3. Elektron mühazirələr, Diplomatiyanın əsasları, (http://e-book.az/download ?id=470), Bakı, 2009, 40 s.
4. Əzimov B. Qloballaşmanın linqvistik əsasları, qlobal dil, beynəlxalq dil və milli anlayışlarının qarşılaşdırılması, Azərbaycan Milli Elmlər Akademiyas Nəsimi adına Dilçilik İnstitutu, «Tədqiqlər» №1, «Nurlan» nəşriyyat-poliqrafiya müəssisəsi, Bakı, 2008, 312 s.
5. Hüseynzadə G., Xarici dillərin tədrisində islahatların tətbiq edilməsi: müəllimyönümlü tədrisdən tələbəyönümlü tədrisə keçid, Azərbaycan Dillər Universiteti, Dil Təlimində İnnovativ Metodlar, (http://tempus.adu.edu.az/), Bakı, “Neyostar M.M.C” nəşriyyat poliqrafiya müəssisəsi, 2012, 104 s.
6. Akıncı Zeynep, Diplomatik Dil ve özellikleri, Tömer Çeviri Dergisi "Özel Kuram Sayısı", (http://turkoloji.cu.edu.tr/DILBILIM/akinci_01.pdf), Türkiye, 2005
7. Milli Eğitim Bakanlığı Talim ve Terbiye Dairesi, Temel Eğitim Ortaokul Dönemi Akademik İngilizce Dersi Öğretim Programı, (http://talimterbiye.mebnet. net/Ogretim%20Programlari/ortaokul/Programlar/secmeli/akademik%20ingilizce-Türkçe %20version.pdf), Lefkoşa, 2005, 14s.
8. Tuncay H. “ESP: English for What Purposes and How?”, (http://hidayettuncay. com/makaleler/ESP-English-for-What-Purposes-and-How.pdf), Türkiye, Istanbul Kultur Universitesi, 2014, 12s.
9. Егорова Л.А. Английский язык для специальных целей: лингвистические, прагматичекие и дидактичекие аспекты, (http://www.sworld. com.ua/index.php/ ru/modern-linguistics-and-intercultural-communication-c112/11931-c112-048), Москва, 2012
10. Baker C., Sienkewicz A. The Care and Education of Young Bilinguals, Cambrian Printers Ltd. Press, Great Britain, 2000, 220 p.
11. Belcher, D. Trends in teaching English for specific purposes. Annual Review of Applied Linguistics, Volume 24, Cambridge University Press, 2004, 186 p.
12. Belcher, D. English for specific purposes: Teaching to perceived needs and imagined futures in worlds of work, study and everyday life, TESOL International Association, Online Publishing, 2006, 257 p.
13. Bojovic, Milevica. Teaching foreign languages for specific purposes: Teacher development. The proceedings of the 31st Annual Association of Teacher Education in Europe. (http://www.pef.uni-lj.si/atee/978-961-6637-06-0/487-493.pdf), Published by the National School for Leadership in Education, Serbia, 2006, 778 p.
14. Brunton Mike, An account of ESP – with possible future directions, (http://www.esp-world.info/Articles_24/An%20account%20of%20ESP.pdf), English for Specific Purposes Issue 3 (24), Volume 8, 2009, 15 p.
15. Carver D., Some propositions about ESP, The ESP Journal, Volume2,  Published by Elsevier Ltd., 1983,196 p.


16. Dietrich K., “Texts in Diplomacy” article (201-206),Language and Diplomacy edited by Jovan Kurbalija, Hannah Slavik, (http://www.diplomacy. edu/sites/default/files/Language_Diplomacy_Chapter12.PDF), DiploProjets Press, Malta 2001, 335 p.



17. Dudley-Evans, Tony & Johns, Ann M., English for Specific Purposes: International in Scope, Specific in Purpose.(297-314), TESOL Quarterly v25-n2, 1991, 370 p.


18. Dudley-Evans, Tony & Johns, Ann M., Developments in English for Specific Purposes:A Multi-Disciplinary Approach, Cambridge University Press,1998, 301p.

19. Dudley-Evans, Tony. An Overview of ESP in the 1990s. Paper presented at The Japan Conference on English for Specific Purposes, Fukushima, 1998, 113 p.


20. Fiorito Lorenzo, Teaching English for Specific Purposes (ESP), (http://www.usingenglish.com/articles/teaching-english-for-specific-purposes-esp.html ), 2005
21. Gatehouse K. Key Issues in ESP. Curriculum Development. The Internet TESL Journal Vol. VII, No. 10, (http://iteslj.org/Articles/Gatehouse-ESP.html), 2001
22. Harmer J. The Practice of English Language Teaching, New Edition in Longman Publishing, New York, 1983, 289 p.
23. Harvey P., Diplomacy and the English language, (http://www.diplotaxis. com/index.php/ingles.html), 2011
24. Hutchinson Tom and Waters Alan, English for Specific Purposes:A learning-centred approach, Cambridge University Press, 1987, 183 p.
25. Kalluri, Ram Chandra, Towards an ever expanding textbook preparing an alternative course in English for the first year of four year B.Tech programme for the universities in Andhra Pradesh including NIT, Warangal, 2011, 520 p.
26. Kennedy C. ESP Projects, English as a global language, and the challenge of change, University of Birmingham Press, UK, 2012, 242 p.

27. Laurence A. Defining ESP and the role of the ESP practitioner. (http:// www.antlab.sci.waseda. ac.jp/abstracts/Aizukiyo97.pdf), Okayama University of Science press, Japan, 1997, 5p.


28. Laurence A. ESP:What does it mean?Why is it different?On Cue. (http:// www.antlab.sci.waseda.ac.jp/abstracts/ESParticle.html), Okayama University of Science press, 1997
29. Linde López, Ángeles and Crespo Jiménez, Rosalía.Professional English in the European Context:The EHEA Challenge, Peter LangPublishing Group,2010, 374p.
30. Paltridge Brian and Starfield Sue, The Handbook of English for Specific Purposes, A John Wiley & Sons Ltd Publication, UK, 2013, 577 p.
31. Robinson P., ESP Today: a Practitioner’s Guide. Hemel Hempstead: Prentice Hall International Press, 1991, 146 p.
32. Stanko N., “Use of Language in Diplomacy” article (39-47),in book Language and Diplomacy edited by Jovan Kurbalija, Hannah Slavik,(http://www.diplomacy .edu/sites/default/files/Language_Diplomacy_Chapter2.PDF), 2001, 335 p.
33. Swales J. M., Writing Scientific English: A Textbook of English as a Foreign Language for Students of Physical and Engineering Sciences, London, Thomas Nelson & New York, Cengage press, 1980, 167 p.

34. Swales J. M., Episodes in ESP: a source and reference book on the development of English for science and technology, Volume1, Pergamon Institute of English, Oxford Press, 1985, 217 p.

35. Swales, J. M. Genre analysis: English for academic and research setting, Cambridge University Press, 1990, 260 p.


36. Widdowson, H. G., Teaching Language as Communication, Oxford University Press, 1978, 168 p.
37. http://idioms.thefreedictionary.com/diplomacy

38. http://kayzen.az/blog/diplomat/1061/diplomatiya-n%C999dir.html

39. http://www.ediplomat.com/nd/glossary.htm

40. http://www.karyainternational.com/diplomatlar-icin-is-ingilizcesi.htm

41. http://www.linguarama.com/courses/english-for-public-bodies

42.http://www.msxlabs.org/forum/siyasal-bilimler/18487-diplomatik-terimler.html

43. http://www.samet.web.tr/ingilizce-diplomatik-terimler.html

44. http://www.uwinnipeg.ca/index/elp-esp-academic

45. http://www.slideshare.net/JavedIqbal15/four-language-skills

46. http://www.ehow.com/how_4546604_write-diplomatic-emails.html

47.http://www-01.sil.org/lingualinks/languagelearning/OtherResources/ gudlnsfralnggandcltrLrnngPrgrm/FourBasicLanguageSkills.htm

48.http://rahelcynthia.wordpress.com/2013/06/28/four-skills-in-the-english-language/

49. http://www.ehow.com/info_8262176_diplomatic-skills.html



50. http://www.englishclub.com/listening/index.htm
Yüklə 419,49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə