Şan-şöhrət üçün vuruş



Yüklə 20,88 Kb.
Pdf görüntüsü
tarix18.06.2018
ölçüsü20,88 Kb.
#49708


Onlar ad-san, şan-şöhrət üçün 

vuruşmurdular.  

Onlar müqəddəs amal, 

müqəddəs vətən torpağının 

toxunulmazlığı uğrunda 

vuruşurdular.  

Onlar vətən yolunda əziz 

canlarından keçəndən sonra 

“Milli Qəhrəman

” adını aldılar. 



Tərtibçi:     Məmmədova Tamella 

Ünvan: 

Az 1065, Yasamal rayonu, 

Bakı şəhəri 

N.Nərimanov küç., 203 

Е-mail: ryl.az@mail.ru      

URL: www.ryl.az 

Əlaqə telefonları: 

(+994 012) 538 02 47 

   538 54 57 

   538 

Azərbaycan Respublikası Mədəniyyət 

və Turizm Nazirliyi 

Cəfər Cabbarlı adına Respublika 

Gənclər Kitabxanası

 

Azərbaycanın Milli 

Qəhrəmanı Fəxrəddin 

Nəcəfov-50 



Buklet 

Bakı-2017 


Həyatı və keçdiyi döyüş 

yolu haqqında 

Fəxrəddin 

Vəliyəddin 

oğlu 

Nəcəfov  1967-ci  il  mart  ayının  31-də 



Bakı şəhərində anadan olmuşdur. 1984-cü 

ildə  Nəsimi  rayonu  19  saylı  orta  məktəbi 

bitirmiş,  Bakı  Çini  Qablar  zavodunda 

əmək  fəaliyyətinə  başlamışdır.  Bir  il 

sonra  hərbi  xidmətə  çağırılmış,  Arxan-

gelsk  vilayətində  xidmətini  yerinə  yetir-

dikdən  sonra  vətənə  qayıtmışdır.  DİN-in 

Yanğından Mühafizə İdarəsində işə qəbul 

olunaraq,  1988-ci  ildə  nazirliyin  təqdi-

matı ilə Xarkov Yanğından Mühafizə Ali 

Hərbi məktəbinə göndərilmişdir. Təhsilini 

başa  vuran  F.Nəcəfov  1990-cı  ildə  14 

saylı  Yanğından  Mühafizə  İdarəsində 

mühafizə  rəisi  vəzifəsinə  təyin  olun-

muşdur.  1991-ci  ildə  vətənin  müdafiəsi 

üçün  könüllü  olaraq  Qarabağ  cəbhəsinə 

yollanmışdır.  İlk  döyüşə  Goranboy 

rayonundan  başlayan  Fəxrəddin  1992-ci 

ildə  Ağdam  cəbhəsində  hərbi  hissələrdən 

birinə  bölük  komandiri  təyin  edilmişdir. 

Həmin  vaxtlarda  Ağdamın  Canyataq  və 

Gülyataq 

kəndlərində 

ağır  döyüşlər 

gedirdi. Onun bölüyünə düşmən ərazisinə 

düşən  təyyarəçimizi  xilas  etmək  tapşırığı 

verilmişdi.  F.Nəcəfov  təyyarəçini  xilas 

edərkən Canyataq kəndində öz dəstəsi ilə 

mühasirəyə düşmüş, bir neçə gün qızğın  

döyüşlərdən  sonra,  nəhayət,  bölük 

mühasirə həlqəsini yara bilmişdi. Həmin  

döyüş zamanı bir neçə yerindən yaralanan 

Fəxrəddin müalicə olunduqdan sonra  

yenidən  cəbhəyə  qayıtmış,  1992-  ci  il 

sentyabrın 4-də Ağdərənin Çaldıran kəndi 

istiqamətində  gedən  döyüşdə  qəhrəman-

casına  həlak  olmuşdur.  Bakı  şəhərindəki 

Şəhidlər  Xiyabanında  dəfn  edilmişdir. 

Azərbaycan  Respublikası  Prezidentinin  6 

noyabr  1992-ci  il  tarixli  290  saylı 

Fərmanı  ilə  Nəcəfov  Fəxrəddin  Vəli-

yəddin  oğlu  ölümündən  sonra  “Azərbay-

canın  Milli Qəhrəmanı”  fəxri adına  layiq 

görülmüşdür.  Nəsimi  rayonundakı  266 

saylı  orta  məktəb  qəhrəmanın  adını 

daşıyır. Məktəbin həyətində  büstü qoyul-

muşdur. 

Dağlıq  Qarabağ  müharibəsində 

göstərdiyi  igidliyi  və  qorxmazlığı    ilə 

milli  qəhrəmanlıq  tariximizə  yeni  səhifə-

lər yazan qəhrəman Fəxrəddin Nəcəfovun 

bu il 50 yaşı tamam olur. 24 yaşında Milli 

Qəhrəmanlıq  zirvəsinə  ucalan  qəhrəma-

nın həyat yolu, Vətən sevgisi hər birimizə 

örnəkdir.  Neçə  ki,  Azərbaycan  xalqı  var 

onun    bu  cür  qəhrəman  oğulları  da  unu-

dulmayacaq,  adları  böyük  ehtiram  hissi 

ilə yad edilərək əbədi yaşayacaqdır.  



Ə

 d ə b i y y a t 

1. Azərbaycan  Respublikası  Daxili  işlər

orqanlarının  əməkdaşlarına  “Azərbay-

canın  Milli  Qəhrəmanı”  adı  verilməsi 

haqqında: Nəcəfov Fəxrəddin   

Vəliyəddin  oğlu  –  sıravi  –  Azərbaycan 

Respublikasının  suverenliyinin  və  ərazi 

bütövlüyünün  qorunmasında,  dinc  əhali-

nin  təhlükəsizliyinin  təmin  edilməsində 

göstərdiyi  şəxsi  igidliyə  və  şücaətə  görə: 

Azərbaycan  Respublikası  Prezidentinin 

Fərmanı,  19  oktyabr  1992-ci  il  //Azərba-

ycan  Respublikası  Ali  Sovetinin  Məlu-

matı.- 1992.- № 21.- S.27. 

2. Fəxrəddin Nəcəfov / Ənsər B. Necə də

yaşamaq  istəyirdim:  Həyatı,  təhsili  və 

döyüş  şücaəti  haqqında  //  Ənsər  B. 

Ağrıdağlı  qəhrəmanlar.-B.,  2004.-  S.  51-

53.  


3. Əsgərov,  Vüqar.  Fəxrəddin  Nəcəfov

/ V. Əsgərov. Azərbaycanın Milli Qəhrə-

manları (Yenidən işlənmiş II nəşr).- Bakı: 

Dərələyəz-M, 2010.- S. 224.  



İnternetdə 

http://www.anl.az/down/meqale/ 

kaspi_az/2013/fevral/296576.htm. 

http://penitensiar.justice.gov.az/ 

https://az.wikipedia.org/ 

veten-ugrunda.az/



 

Yüklə 20,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə