Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
  1   2   3   4   5   6   7   8   9   ...   147


 
 
 
SARA
 
AŞURBƏYLİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞİRVANŞAHLAR  
DÖVLƏTİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
100 il
 
Sara xanım 
Aşurbəyli 
 
 
 
 
 
Rəssam: Nəcəfqulu "Sara xanım Aşurbəylinin portreti" 
 b/k 1951 ci il
 
 
 
 



 
 
 
Sara xanım Aşurbəylinin işıqlı xatirəsinə 
Və doğma bacıları - ona bütün həyatı boyu mənəvi dayaq və kömək olmuş Sitarə xanım, 
Məryəm xanım, Adilə xanım və Nazimə xanımın işıqlı xatirələrinə 
 
Artıq 300 ilə yaxındır Aşur xan Əfşarın nəsli öz talelərini qədim Abşeron torpağı ilə bağlamışlar. 
Aşur bəyləri, Aşurbəyovlar, Aşurbəylilər, Aşurlular Azərbaycanın tarix salnaməsinə çoxlu işıqlı 
səhifələryazmışlar. 
Sara xanım Aşurbəyli - bu nəslin ən şöhrətli təmsilçilərindən biri - Azərbaycanın və onun paytaxtı Bakı 
şəhərinin tarixinin ümummilli səviyyədə dərkində özünün şəxsi, gerçəkdən misilsiz töhfəsini vermişdir. 
Asan olmayan, bəlkə də faciəli bir tale nəsib olmuş Sara xanım orta əsrlər Abşeronunun fundamental 
araşdırıcısı olaraq Şərqdə yaxşı tanınır. Bu yolda ona təkcə parlaq analitik təfəkkürü və kamil təhsili deyil, 
həmdə yeddi dil - ərəb, fars, fransız, alman, ingilis, rus və Azərbaycan dillərini bilməsi kömək etmişdir. 
Sara xanım Aşurbəylinin elmi monoqrafiyaları - "Orta əsrlər Bakısının tarixi oçerki", "Şirvanşahlar 
Dövləti", "Azərbaycanın orta əsrlərdə Hindistanla iqtisadi və  mədəni  əlaqələri", "Bakı  şəhərinin tarixi. Orta 
əsrlər dövrü" hələ müəllifin sağlığında Azərbaycan tarixinə dair klassik əsərlər sırasına daxil olmuşdular. 
Bununla belə, öz əsilzadə mənşəyinə və tarixə sinfi baxış barədə o zamankı rəsmi elmi yanaşmaya şərik 
çıxmadığına görə, Sara xanım Vətənində heç vaxt hakimiyyətin hüsn-rəğbətini hiss etməmişdir. Lakin hər 
halda, o, doğma Bakıda, yaxud özünün dediyi kimi, Tanrının Şəhərində asan sayıla bilməyəcək olan mühacirət 
həyatı yaşadı. 
Nəhayət, budur, 1996-cı il yanvarın 27-də - Sara xanım Aşurbəylinin 90 illiyi günündə yeni 
Azərbaycanın bütün elitası  M. F. Axundov  adına Opera və Balet Teatrına yubilyarı  təbrik etmək üçün 
yığışmışdılar. Ağzına qədər dolmuş zalda Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyev yubilyarı 
şəxsən təbrik edərək, ona Şöhrət Ordeni təqdim edir. 
Sara xanım üçün bu yəqin ki, onun uzun illər ərzində gözlədiyi bir an idi. Bəlkə də bu anı bütün ömrü 
boyu gözləmişdi. Dövlətin və cəmiyyətin ona lap çoxdan layiq olduğu qiyməti verdiyi an idi. 
Sara xanım Aşurbəylinin kitabları - tariximizin qədim çağlarının təməl daşıdır, onun Azərbaycan 
xalqına hədiyyə olaraq qoyub getdiyi misilsiz tarix xəzinəsidir. 
 
 
İqor Aşurbəyli 
27.01.2006-cıil. 
 
 
 



 
 
 
Sara xanım Bala bəy qızı Aşurbəylinin anadan olmasının 100 illik yubileyi 
 
Yanvarın 27-də Sara xanım Aşurbəylinin anadan olmasının düz 100 ili tamam olur. 
Biz onun barəsində Azərbaycanın məşhur bəy nəsillərindən birinin təmsilçisi kimi söz açanda, ilk 
növbədə onu bizlərə zəngin tarixi irs qoyub getmiş görkəmli bir alim kimi xatırlayırıq. 
Bu gün biz "Şirvanşahlar Dövləti" və "Bakı şəhərinin tarixi. Orta əsrlər dövrü" əsərlərini təqdim etməklə 
şərəf hissi duyuruq. 
Hələ onun sağlığında, hardasa iyirmi il öncə nəşr olunmuş bu kitablar tezliklə nadir nüsxələrə çevrildilər 
və respublikada heç də hər bir kitabxananın fondu bu olduqca dəyərli kitablara malik deyildir. 
Bizim yekdil rəyimizə görə, bu görkəmli qadının, Azərbaycan xalqının patriotunun, tarixçi-alimin 
xatirəsinin yaşarılığı üçün ən gözəl hədiyyə onun tarixi irsinin latın qrafikası ilə Azərbaycan dilində nəşridir. 
İlk öncə  hərtərəfli dəstəyinə görə, Sara xanımın  əmizadəsi - İqor bəy Rauf bəy oğlu Aşurbəyliyə öz 
səmimi minnətdarlığımızı bildirirəm. Onun köməyi olmasaydı, bu sözügedən kitabları yubileyədək nəşr 
etməyimiz mümkün olmazdı. 
Sara xanımın qohumları - Ramiz bəy və Yevgeniya xanım Aşurlu, Vaqif bəy Aşurbəyov, eləcə  də 
kitablar nəşrə hazırlanarkən nadir foto materiallara görə Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru 
N. Q. Fişşevayadan minnətdarlığımızı  qəbul etmələrini rica edirəm. Fotomüxbir cənab Yaşar Xəlilovun 
şəxsində Azərtaca, tarix elmləri doktoru cənab Viktor Kvaçidzenin şəxsində Azərbaycan Tarix Muzeyinə, birgə 
işləmiş olduqları illər və elmi fəaliyyəti haqqında  şəxsi xatirələrinə görə professor Rauf Hüseynova, eləcə  də 
"Əbilov, Zeynalov və oğulları" nəşriyyatının bütün əməkdaşlarına və bu yubiley hədiyyələrini bizimlə bölüşmüş 
birçox digərlərinə minnətdarlıq hisslərimizi ifadə edirəm. 
Gəlin bir daha, nəfəsimizi içimizə  çəkib, baxışlarımızı Azərbaycanın tarixi üçün bu qızıl kitabların 
üzərində  gəzdirək, Azərbaycanın  əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Azərbaycanın Dövlət 
Mükafatı laureatı, A. Bakıxanov adına Dövlət Mükafatı laureatı, Xalqlar Dostluğu ordeni kavaleri - Sara xanım 
Bala bəy qızı Aşurbəylinın işıqlı xatirəsi önündə baş əyək. 
 
Hörmətlə 
 
Britaniya, Qazaxıstan və Azərbaycan 
jurnalistlər assosiasiyalarının 
üzvü,professor 
Eldar Günaydın 
27 yanvar 2006-cıil. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə