“Saz Söz sərvətimizin keşiyində” Aşıq Hüseyn Şəmkirlinin anadan olmasının 205, Aşıq Ələsgərin 195 illik yubileyi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix08.07.2018
ölçüsü0,68 Mb.
#53887
  1   2   3   4   5   6   7   8


 

 



   

     


F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

        



 

 

 

“Saz  -  Söz  sərvətimizin  keşiyində”  Aşıq  Hüseyn  Şəmkirlinin  

anadan  olmasının  205,  Aşıq  Ələsgərin  195  illik  yubileyi 

münasibəti  ilə  respublika  uşaq  kitabxanaları    üçün     

hazırlanmış metodik  vəsait 

 

 

 

 

                               

                                    

Bakı – 2016 

 


 

 



 

Tərtibçi:                                Ruhiyyə Məmmədli 



 

 

Redaktor və 

buraxılışa məsul:                    Şəhla Qəmbərova 

 

 

 

 

 



 

 

“Saz-Söz sərvətimizin keşiyində” Aşıq Hüseyn Şəmkirlinin 205

 



Haqq aşığı  -  Aşıq Hüseyn   Şəmkirli”,  Aşıq  Ələsgərin  195  illik 

yubileyi  münasibəti  ilə  “Ələsgərəm,  hər  elmidən  halıyam...”adlı 

respublika  uşaq  kitabxanaları    üçün  hazırlanmış  metodiki  vəsait  / 

tərt.  ed.  R.  Məmmədli;  red.    və    burax.  məsul  Ş.Qəmbərova; 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2016.- 33 s. 

 

 

 

 

 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası 2016 

 



 

                                            Tərtibçidən 



 

Azərbaycanda  kökü  neçə  min  illərə  söykənən  mənəvi  bir 

qaynaq vardır. Ozan sənəti, aşıq sənəti, saz sənəti! 

 Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO-nun  və 

İSESKO-nun  xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyevanın 

yüksək  diqqət  və  qayğısı  sayəsində  Azərbaycan  mədəniyyətinin 

tarixinə daha bir parlaq səhifə yazılmışdır. YUNESKO-nun Qeyri 

maddi-mədəni  irsin  qorunması  üzrə  Azərbaycanın  aşıq  sənəti 

YUNESKO-nun  qeyri-maddi  mədəni  irs  siyahısına  daxil 

edilmişdir. Bu əlamətdar hadisə aşıq sənətinin Azərbaycan mədəni 

irsinin  ən  qədim  nümunələrindən  biri  olduğunu  beynəlxalq 

səviyyədə  bir  daha  təsdiqləyir.   Biz  çox  şadıq  ki,  bundan  sonra 

aşıq sənətimiz həm də YUNESKO tərəfindən qorunacaqdır. 

Saz-söz dünyasında elə  nadir və nəhəng simalar vardır ki, 

onları mənsub olduqları sənət sahəsinin simvolu hesab etmək olar. 

Bu  aşıqlar  Azərbaycanın  aşıq  sənətinin  bütün  dönəmlər    üçün 

sənət  pasportu  olmaq  haqqının  əsas  daşıyıcılarıdır.  Bu  gün 

yubileyini  qeyd  etdiyimiz  Aşıq  Hüseyn  Şəmkirli,  Aşıq  Ələsgər 

belə  yüksək  xüsusiyyətlərə  malik  olan  aşıqlarımızdandır.  Du 

dəyərli  aşıqlarımız  eyni  dövrdə  yaşamış,  bir-biri  ilə  çox  gözəl 

münasibətdə  olmuşlar.  F.Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasının Elmi metodika şöbəsi olaraq biz də, aşıq sənətinin 

kitabxanalarımızda  təbliği  üçün    bu  dəyərli  sənətkarlarımız 

haqqında yazılmış “Saz-Söz sərvətimizin keşiyində” adlı vəsaiti 

işləməyi  özümüzə  borc  bildik.  Vəsaitin  I  hissəsi  “Haqq aşığı  - 

Aşıq Hüseyn  Şəmkirli” adlanır. I hissə Aşıq Hüseyn Şəmkirlinin 

həyat  və  yaradıcılığından  bəhs  edir.  Vəsaitin  II  hissəsi  isə  



“Ələsgərəm, hər elmidən halıyam...” adlanır və Aşıq Ələsgərin 

həyat və yaradıcılığından bəhs edir.  

 

 

 



 


 

 



       

Haqq aşığı - Aşıq Hüseyn  Şəmkirli 

 

Aşıq poeziyası və  aşıq  sənəti Azərbaycan xalqının  bədii 



təfəkkürünün  parlaq  və  zəngin  bir  sahəsidir.  Həmişə  xalqla 

qırılmaz  əlaqədə  olan  aşıq  yaradıcılığı  həyatın  və  zəmanənin 

tələblərinə uyğun inkişaf edərək müxtəlif mərhələlərdən keçmiş, 

parlayıb  çiçəklənmiş,  kamil  ustalar  yetirmişdir.  Aşıq  sənətinin 

yüksəlişi ustad aşıqların və qüdrətli xalq dastanlarının yaranması 

ilə  bağlı  olmuş,  xalqımızın  bədii  fikir  tarixinin  yeni  mərhələsi 

kimi  qeyd  olunmuşdur.  Bu  dəyərli  keyfiyyətlərə  malik  olan 

aşıqlarımızdan  biri  də  Aşıq  Hüseyn  Şəmkirlidir.  Tanınmış 

aşıqlardan  olan,  bu  il  205  illik  yubileyini  qeyd  etdiyimiz  Aşıq 

Hüseyn  Şəmkirli  aşıq  sənətinin  klassiklərindən  hesab  olunur. 

Onun  yaradıcılığında  vətənpərvərlik,  el-obaya,  torpağa  olan 

bağlılıq  öz  əksini  tapıb.  Xalq  sevgisindən,  gözəllikdən  ilham 

alan aşıq öz sənətini müasir aşıqlarımıza miras qoyub getmişdir.  

Aşıq  Hüseyn  Şəmkirli  1811-ci  ildə  Şəmkir  rayonunun 

Qapanlı kəndində anadan olmuşdur. Aşıq Hüseyn Şəmkirli cavan 

vaxtlarında  Qapanlı  kəndindən  Qaracəmirli  kəndinə  köçmüş, 

ömrünün  axırına qədər  burada  yaşamışdır.    Aşıq  Hüseyn  gənc 

yaşlarından  şeir  yazmağa  başlamış,  dövründən,   zəmanəsindən 

şikayətçi  olmuş,  bu  mövzuda  şeirlər  qoşmuşdur.  “Dilqəmi”  saz 

havasını Aşıq Hüseyn Şəmkirli Yəhya bəyin nakam taleyi ilə bağlı 

yaratmışdır. “Yəhya bəy və Dostu xanım” adlı dastan bu  gün də 

aşıqların dilində  söylənməkdədir.  Aşıq  Hüseyn  Şəmkirli 

Azərbaycan,  ərəb  və  fars  dilində  mükəmməl  təhsil  almışdır. 

Deyilənə  görə  Aşıq  Hüseyn  10  ilə  yaxın  Şərq  ölkələrini  gəzib. 

Aşıq “Zarıncı”,  “Zeynalabdini”, “Sarayı”, “Şəmkir gözəlləməsi”, 

“Hüseyni”, “Dilqəmi” kimi gözəl saz havaları, 1000 qatara yaxın 

şeir söyləyib və 3  dastan yaradıb.  

Atası    Qurban    kişi    oğlunu    Alabaşlı  kəndində    yaşayan  

məşhur    dəmirçi    Kəblə    Bağırın    yanına    gətirərək  ona    şəyird  

verir.  Kəblə    Bağır    adi    dəmirçi    deyildi,    mükəmməl  mədrəsə  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə