“Saz Söz sərvətimizin keşiyində” Aşıq Hüseyn Şəmkirlinin anadan olmasının 205, Aşıq Ələsgərin 195 illik yubileyi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix08.07.2018
ölçüsü0,68 Mb.
#53887
1   2   3   4   5   6   7   8

 

Aşıq  Hüseyn  Şəmkirli  XIX  əsrdə  yaşayıb-yaradan  möhkəm 



tellərlə  öz  kökünə  bağlı  olan,  əsaslı  bir    zəmin  üzərində  ucalan 

sənətkardır. 

 

Aşıq  Hüseyn  Şəmkirli    təbiətin  hər  fəslində  baş  verən 



dəyişiklikləri  incəliklə,  gözəllikləri  həssaslıqla  izləyir,  müxtəlif 

əsrarəngiz lövhələrin sözlə şəklini çəkirdi. 



                                                                                  Şair Barat Vüsal 

 

Aşıq  Hüseyn  Şəmkirlinin    205  illik  yubileyi  münasibətilə 

kitabxanada 

“Saz-Söz  sərvətimizin  keşiyində”  adlı  şeir 

müsabiqəsinin  keçirilməsi  məqsədəuyğundur.  Müsabiqə  zamanı 

oxucular  yubilyarın  həyat  və  yaradıcılığı  ilə  yaxından  tanış  olur, 

ən  çox  bəyəndikləri  şeirlərini  əzbərləyib,  müsabiqəyə  qatılırlar.  

Müsabiqəyə  1  ay  hazırlıq  görülür.  Aşığın  şeirlərini  ən  yaxşı 

söyləyən oxucu müdriyyət tərəfindən mükafatlandırılır.  

 

I Oxucu On beş il (təcnis)  

Bəlkə məni nəzərindən salan var, 

Yada salmaz üç il, beş il, on beş il. 

Heç deməzmi mənim dərdim çəkən var, 

Həsrət qalar üç il, beş il, on beş il. 

 

Dərya elmin vermək olmaz ay ada, 



Təbib olan, çağır gəlsin aya da, 

Göz görməsə, ağıl salmaz a yada, 

Gəl görməyə üç il, beş il, on beş il. 

 

Aşıq Söyün qalib dərd ayağında, 



Xəstə şəfa bular dərd ayağında, 

Ahu seyr eləyər dərd ayağında, 

Ovçu gözlər üç il, beş il, on beş il.  

 

 




 

 



II Oxucu Yaxşıdı (qoşma) 

Bir adam ki, sənlə ülfət eyləsə

Yəqin onun əsil zatı yaxşıdı. 

Namərd sənə quzupilov yedirsə, 

Mərdin quru məhəbbəti yaxşıdı. 

 

Aşıq olan sözün söyləyər başdan, 



Sallabaş adamdan, ürəyi daşdan

Bədnəzər qonşudan, bədcins yoldaşdan, 

Qədirbilənlərin iti yaxşıdı. 

Aşıq Söyün söylər kəlməni “tey”dən 

Dərsimi almışam “ Əlif”dən, “bey”dən, 

Çörəksiz otaqdan, gözəlsiz evdən

Çölün, biyabanın otu yaxşıdı. 

 

III Oxucu Sarı gül (qoşma) 

Yarın bağçasında üç gül açılıb, 

Ağ gül, qırmızı gül, bir də sarı gül. 

Hər üçü də bir-birindən öyməli, 

Ağ gül, qırmızı gül, bir də sarı gül. 

 

O ağ gülün qapısından baxmalı, 



Qızıl gülü al yanağa taxmalı, 

Sarı gülü dəstə tutub qoxmalı, 

Ağ gül, qırmızı gül, bir də sarı gül. 

 

Ağ gülü bənzətdim göy göyərçinə, 



Şəkər əzib dəhanının içinə, 

Hüseyn müştaq olub gülün üçünə

Ağ gül, qırmızı gül, bir də sarı gül.  

 

 



 


10 

 

 



IV Oxucu Hüseynim (qoşma) 

 

Hər səhərdə sənin adın söylənir, 

Hayıf gəldin bu diyara, Hüseynim. 

Reyhan çox arifdi, tayı tapılmaz. 

Səni salar çox azara, Hüseynim. 

 

Eynən qıfılbənddi zalımın sözü,  



Dünyaya tək gəlib keşişin qızı, 

Asıb otağından on səkkiz sazı, 

Sonra çəkər səni dara, Hüseynim. 

 

 



Yetircəyin qollarını bağladar, 

Sinən üstün çar-çarpaz dağladar, 

Axır qorx ki, anacığın ağladar, 

Səni salar ahu zara, Hüseynim. 

 

V Oxucu Danışma (qoşma) 

 

Qafil könül, bir məclisə varanda, 

Ver qabağa acı dilə, danışma. 

Hərcayı söyləmə, hərcayı demə, 

Laf eyləyib gülə-gülə danışma. 

 

Aşıq gərək hər məclisdə sayılsın, 



Sözünü eşidən qansın, ayılsın, 

Kəlmə çıxart, şirin cana yayılsın, 

Aşırıb sözünü zilə danışma. 

 

Sözün mana tutma azğın axmağın, 



Xoşlanılmaz aralıqdan çıxmağın, 

Layiq deyil başa qaxınc qaxmağın,  




11 

 

Öz eybini bilə-bilə danışma. 



 

Yazıq Söyün, əhdin yetər yerinə, 

Könül bağla aşıqların pirinə, 

Çək sözünü həqiqətə, dərinə, 

Hər qədirbilməzə belə danışma. 

Sözdən alıb, saza deyim dərdimi..., 

 

Ədəbi bədii gecə 

Kitabxanada keçirilən tədbirlərin siyahısına ədəbi-bədii gecəni də 

daxil etmək olar. Bu tədbir oxucuların ən çox sevdiyi tədbirlərdən 

biridir. Tədbirə  aşıq yaradıcılığını yaxından izləyən aşıqlar, sənət 

adamları və s. qonaqlar dəvət olunur. “Saz-söz ustadlarımız” adlı 

başlıq,  aşıq  sənətindən  bəhs  edən    şəkillər  divardan  asılır.  Səhnə 

gül-çiçəklə  bəzədilir.  İlk  öncə  tədbir  iştirakçılarına  Aşıq  Hüseyn 

Şəmkirlidən  bəhs  edən  slayd  təqdim  olunur.  Tədbir  aşıq 

musiqisinin  sədaları  altında  başlayır.  Aparıcılar  səhnəyə  çıxıb, 

tədbiri açıq elan edirlər.  



I Aparıcı: Salam əziz və hörmətli qonaqlar. Xoş gəlmisiniz.

 

Aşıq 



poeziyası  və  aşıq  sənəti  Azərbaycan  xalqının  bədii  təfəkkürünün 

parlaq  və  zəngin  bir  sahəsidir.  Ədəbiyyat  və  incəsənət 

xəzinəmizin  qiymətli  incilərindən  olan  aşıq  sənəti  öz  mahiyyəti 

etibarı  ilə  həmişə  xalq  həyatına  yaxın  olmuş,  müxtəlif  tellərlə 

xalqın gündəlik mübarizəsi və mənəviyyatı ilə bağlanmışdır.  

 

 II  Aparıcı:  Bu gün  bura     Aşıq   Hüseyn  Şəmkirlinin  205  illik 



yubileyi  münasibətilə  yığışmışıq.  Hikmət  dolu,  nəsihət  dolu 

əsərlər  yaradan  el  sənətkarı  Aşıq  Hüseyn  Şəmkirli    dəyərli 

aşıqlarımızdan  biridir.    Musiqi  ilə  bağlılığın  nəticəsidir  ki,  el 

sənətkarlarının

  

yaratdığı sənət inciləri daha lirikdir, emosionaldır, 



oxucuda  hiss-həyacan  oyatmaq  qabiliyyətini  yüksəldir.  Başqa 

aşıqlardan fərqli olaraq Aşıq Hüseyn Şəmkirli bəstəçi aşıq idi. O, 

bir çox saz havalarının müəllifi idi.  

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə