12
II Aparıcı: Aşıqların dediyinə görə Şəmkirli 10-dan çox hava
bəstələyib, ancaq indi onun adı ilə ortada olan havalar “Aşıq
Hüseyn gözəlləməsi” deyilən məşhur hava (Dastanı),
“Zarıncı havası”, “Şəmkir sarayı”, məşhur “Dilqəmi” saz
havasıdır. Aşıq Hüseyn Şəmkirli yaradıcılığında havaların
melodik tərkibinə baxanda adamı heyrət bürüyür ki, nə qədər
yüksək musiqi duyumu olmalıdır ki, havanı bu cür dəqiqliklə
bəstələyəsən.Təsadüfi deyil ki, bu havalardan ikisi “Dilqəmi” və
“Aşıq Hüseyni” havaları bu gün solo saz ifaçılığında çox mühüm
yer tutur. Şəmkirlinin şeirlərində bu gözəllik var.
I Aparıcı: Yarın bağçasında üç gül açılmış,
Ağ gül, qırmızı gül, illah sarı gül.
Hər üçü də bir-birindən sevməli,
Ağ gül, qırmızı gül, illah sarı gül.
Nə qədər gözəldir. Bunların içərisində həm melodik axar, həm
kolorit, həm cazibədarlıq var. Aşıq Hüseyn Şəmkirlinin sənət
dünyası poeziyası, aşıq sənətindəki xidməti doğrudan da
unudulmazdır. Aşıq Hüseyn Şəmkirlinin irsi böyük bir məktəbdir.
Onun irsini uca tutmaq lazımdır.
II Aparıcı: Hüseyn deyərlər adıma,
Ellər yetişsin dadıma.
Yarım düşəndə yadıma
Yansa pərvanə layiqdir.
Aşıq Hüseyn Şəmkirli lirik şeirlərlə yanaşı, irihəcmli əsərlərin də
müəllifidir. Bunların arasında “Vaqif” dastanı, “Hüseyn Reyhan”
dastanı, “Aşıq Hüseynin Bəyçobanla əhvalatı”, Aşıq Hüseynlə
Aşıq Ələsgərin görüşü” və s. dastan və poetik rəvayətlər var. Bəli,
Aşıq Hüseyn Şəmkirlinin IX-XX yüzilliyə aid Qafqaz çevrəsinə
mənsub olan qüdrətli saz-söz ustadı olan Aşıq Ələsgərlə sənət
əlaqələri
barədə
el-oba
arasında
çoxsaylı
rəvayətlər
dolaşmaqdadır. Gəlin kitabxanamızın oxucularının ifasında bu iki
sənətkarın dostluğu ilə bağlı bir səhnəciyə tamaşa edək.
13
Səhnə o dövrü xatırladan dekorasiyalarla bəzədilir. Səhnəyə
aparıcı, Aşıq Hüseyn Şəmkirlinin, Aşıq Ələsgərin və oğlu Talıbın
rolunu ifa edən oxucular çıxırlar.
Aparıcı: Aşıq Hüseyn Şəmkirli yaylaqda olanda ürəyinə düşür ki,
gedib Göyçədə Aşıq Ələsgəri görsün. Aşıq Hüseyn atını minir,
sazını da çiyninə salır, yola düşür. Aşıq Ələsgərin də ürəyinə
damır ki, Aşıq Hüseyn Şəmkirli onlara qonaq gələcək. Aşıq
Ələsgər oğlu Talıbı yanına çağırır.
Aşıq Ələsgər: Oğlum Talıb bu gün bizə Aşıq Hüseyn Şəmkirli
qonaq gələcək. Gətir bura qoç bağla, gələndə qabağında kəsəcəm.
Aparıcı: Aşıq Hüseyn Şəmkirli gəlib kəndə girir, görür ki, damın
üstündə bir kişi oturub qəlyan çəkir. Bilir ki, bu Aşıq Ələsgərdir.
Aşıq Hüseyn Şəmkirli: Salamməleyküm.
Aşıq Ələsgər: Əleykəssalam, Aşıq Hüseyn Şəmkirli!
Aparıcı: Aşıq Ələsgərlə Aşıq Hüseyn oturub xeyli söhbət edirlər,
çay içib, çörək yeyirlər. Camaat Aşıq Hüseyn Şəmkirlinin
gəldiyini eşidib, Aşıq Ələsgərin evinə toplaşırlar. Bir qədər
keçəndən sonra Aşıq Hüseyn Şəmkirli Aşıq Ələsgərə deyir.
Aşıq Hüseyn: Gəl deyişək. Camaat bizi dinləməyə gəlib.
Aşıq Ələsgər: Hüseyn əmi məsləhət sizindir.
Aparıcı: Aşıq Hüseyn aldı,
görək nə dedi, məclisdəkilər nə eşitdi:
Aşıq Hüseyn:Analar oğlan doğanda
Qoy doğsun oğlanı mərd;
Atası kamil olan
Tez tapar dövranı mərd;
Axşamadək ac da qalsa,
Bir tikə yalqız yeməz;
Gedəni yoldan qaytarar,
Xub saxlar mehmanı mərd.
Aşıq Ələsgər:Hüseyn əmi, mənim də bu qafiyədə “Mərd”
sözüm var. İcazə versən, mən də onu oxuyaram.
Aşıq Hüseyn: -Çox şad olaram, buyur.
Aşıq Ələsgər: Altı gündə xəlq eylədi
Aləmi sübhanı mərd;
14
Aya, günə qərar qoyub,
Dolanır dünyanı mərd.
Məhəmməd şəninə endi
Doxsan min kəlmə tamam;
Osman yazdı, cəm eylədi
Otuz cüz Quranı mərd.
Aşıq Hüseyn:Bir mərd ilə ülfət qılan
Axır bir gün mərd olu;
Namərd ilə ülfət qılan
Çöl – biyaban gərd olu.
Namərd bir mehman görəndə
İki gözü dörd olu;
Mərd çəkər alar əlindən,
Gen açar sufranı mərd.
Aşıq Ələsgər: İbrahimli Xəlilullah
Əhd-peyman eylədi;
Çıxartdı Mina dağına,
Oğlun qurban eylədi;
Həcər yandı, nalə çəkdi,
Ahü fəğan eylədi;
Barilahim kərəm qıldı,
Göndərdi qurbanı mərd.
Aşıq Hüseyn:Aşıq Hüseyn deyər,
Namərd binişan olu;
Bir məclisdə namərd olsa,
Məclis pərişan olu.
Mərd bir məclisə varanda,
Məclis ürövşan olu;
Hər yerdə bir xanə yapar,
Kəşt eylər cahanı mərd.