“Saz Söz sərvətimizin keşiyində” Aşıq Hüseyn Şəmkirlinin anadan olmasının 205, Aşıq Ələsgərin 195 illik yubileyi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix08.07.2018
ölçüsü0,68 Mb.
#53887
1   2   3   4   5   6   7   8

15 

 

Aşıq Ələsgər: Ələsgər adın qurbanı, 

                       Ya Məhəmməd Mustafa! 

                        Şəninə ayə xətm oldu

                        Əl -ətasan,qul kəfa. 

                        Dinini aşkar eylədi, 

                        Münkirə verdi cəfa; 

                        Qılıncı mərd, qüvvəti mərd, 

                        Atı mərd, meydanı mərd. 

Aparıcı:  Aşıqların  başına  yığışan  camaat  onlardan  yeni  bir 

deyişmə  istəyirlər.  Bu  dəfə  aşıqlar  “Oynasın”  sözü  ətrafında 

deyişməyə başlayırlar. 

Aşıq Hüseyn  

Başına döndüyüm toy adamları, 

Siz də deyin təzə gəlin oynasın. 

Adını demirəm, eldən ayıbdı,  

Qəmzəsi bağrımı dələn oynasın. 

 

Aşıq Ələsgər: 

İltimas eylərəm gedən canlardan

Dost-düşmən içində yar oynamasın! 

Cavandı, oynamaq ona xoş gəlir, 

Bizə əysikliyi var, oynamasın! 

 

Aşıq Hüseyn 

Bir tuba boyludu, zülfləri dəstə, 

Dərdini çəkməkdən olmuşam xəstə

İşarət eylərəm anlayan kəsdə, 

Dostunun qədrini bilən oynasın. 

 

Aşıq Ələsgər  

Xudam, mərdin işin salma müşkülə, 

Əhli-dili yetir sən əhli-dilə, 

Bülbülü gülə yaz, gülü bülbülə, 

Qönçənin üstündə xar oynamasın! 




16 

 

 



Aşıq Hüseyn 

Duman gəldi, uca dağı bürüdü, 

Yar qəhri çəkməkdən canım çürüdü, 

Bu məclisdə əyləşənin biridi, 

Yaşmağın altından gülən oynasın. 

 

Aşıq Ələsgər 

Ələsgərəm, gözəllərdi əzbərim, 

Belə mürvət olmaz, kərrari-kərim! 

Zəhmət-zillət çəkən yazıq əllərim, 

İnsafdımı, səndə nar oynamasın?! 

  

Aşıq Hüseyn 

Dostlar arasında hey ola düzlük, 

Olmaya xayınlıq, həm ikiüzlük, 

Hər əlində vardı bir ala yüzlük, 

Yüzlüyü əlinə alan oynasın. 

Şəmkirli Hüseynəm, elərəm fəğan, 

Yaş yerinə didələrim tökər qan

Həm gəlindi, həm gözəldi, həm cavan, 

Məni bu dərdlərə salan oynasın. 

Başına döndüyüm toy adamları, 

Siz də deyin, toya gələn oynasın. 

 

Aparıcı: Camaatın istəyini nəzərə alaraq bu dəfə aşıqlar 



“Düşməsin” sözünü əsas tutaraq deyişməyə başlayır.  

Aşıq Ələsgər: 

Hərcayının, dilbilməzin ucundan 

Dönə-dönə mən ziyana düşmüşəm. 

Doymaq olmaz gözəllərin buyundan

Pərvanətək yana-yana düşmüşəm. 

 



17 

 

 



Aşıq Hüseyn: 

Qırxlar piri özü verib dərsimi, 

Şair cərgəsində sana düşmüşəm. 

Arif məclisində, alim yanında 

Neçə dəfə imtahana düşmüşəm. 

Deyişmədən sonra ifaçılar  alqış sədaları altında səhnədən 

ayrılırlar. 

 

I  Aparıcı:    Bu  deyişmələrdən  də  aydın  olur  ki,    Aşıq  Hüseyn 

Şəmkirli  aşıq  şeirinin  rəngarəng,  zəngin  formalarında  müxtəlif 

mövzularda  sənət  nümunələri  yaratmışdır.  Aşıq  Hüseynin 

əsərlərinin  sənətkarlıq  cəhətdən  kamilliyi  onların  forma 

gözəlliyində,  məzmun  dərinliyində  özünü  göstərir.  Aşıq  Hüseyn 

Qurbani,  Abbas  Tufarqanlı,  Sarı  Aşıq,  Kərəm,  Xəstə  Qasım, 

Abdulla,  Dilqəm  kimi  ustadlarından  çox  şey  öyrənmiş, 

bəhrələnmişdir,  özü  də  bu  sahədə  yeni  şeir  formaları,  saz 

havacatları,  heç  kimə  bənzəməyən,  zərif  duyğuların,  geniş 

müşahidənin məhsulu olan sanballı əsərlər yaratmışdır. Şəmkirdə, 

Gəncədə,  Tovuzda,  Qazaxda  yaşayan  ağsaqqallarımız  “Dastanı”, 

”Sarayı”, “Şəmkir  gözəlləməsi”, ”Ovşarı”, “Zarıncı”, “Dilqəmi”, 

“Zeynalabdini” kimi saz havalarını Hüseyn Şəmkirli yaratmışdır.  

 

II Aparıcı:  Aşığın yaradıcılığının mövzu və janr əhatəsi genişdir, 

rəngarəngdir.  O,  yeni  saz  havaları  bəstələdiyi  kimi,  yeni  şeir 

formaları da yaratmış, aşıqlarımızın repertuarında özünə əbədi yer 

tutan  maraqlı  dastanların  da  müəllifi  aşıq  sənətinin  tarixində 

seçilən,  sevilən,  yaratdıqları  dillərə  düşüb  əzbərlənən  sənətkarlar 

səviyyəsinə  yüksəlmişdir.  Aşığın  yaradıcılığında  ustadnamələr 

mühüm yer tutur: Misralarında onun özündən, öz həmkarlarından 

tələb  etdiyi  bu  xüsusiyyətlər  haqqında  həməsri  Aşıq  Ələsgər 

deyirdi: 

                                   Aşıq olub diyar-diyar gəzənin  

                                   Əzəl başdan pürkamalı gərəkdir. 




18 

 

 



I  Aparıcı:    Müsbət  dədə-baba  ənənələrinin  qorunmasına,  əslinə, 

nəslinə, obasına, oymağına layiq yaşamağı üstün tutan aşıq: 

                                   Yaman oğul yaxşı ata yerində, 

                                   Qaldığından qalmadığı yaxşıdır. 

Sözlərində  demək  istəmişdi  ki,  elə  etmək  lazımdır  ki,  yaxşılar 

yamanlarla, mərdlər namərdlərlə əvəz olunmasın. 

                                  Namərd sənə quzu, plov yedirtsə, 

                                   Mərdin quru məhəbbəti yaxşıdır. 

sözlərində Aşıq Hüseyn insanlarda olan mərdliyin, düzlüyün, ağıl-

kamalın,  əqidə  bütövlüyünün  ona  ucalıq  gətirməsindən  danışır. 

Məhz  belə  müsbət  xüsusiyyətlər    malik  olan  adamlarla  ülfət 

saxlamağı, dostluq etməyi tövsiyyə edirdi.  

 

II Aparıcı:  Məhəbbət lirikasının bənzərsiz nümunələrini yaratmış 

Şəmkirli  Hüseynin  yaradıcılığında  rənglərin  doğurduğu  anımlara 

tez-tez təsadüf olunur. Aşıq “Könül” adlı zəncirli müxəmməsində 

müxtəlif  rənglərdən  məharətlə  istifadə  edərək  şeirinin  təsir 

qüvvəsini artırmışdır.  

                                      Düxtərin gül sifəti

                                      İrəngi ala  qırmızı. 

                                   ...Qoyubdu tər xınanı, 

                                      Ağ nazik ələ qırmızı. 

                                      Məclis içində saği, 

                                      Əldə piyalə qırmızı. 

                                      Mey üstündən nuş edibdi, 

                                      Ləbləri lalə qırmızı. 

Burada  sənətkar  gözəlin  üzünü  də,  başındakı  şalı  da,  əlindəki 

xınanı  da,  əlində  tutduğu  piyaləni  də  dodaqlarının  rəngini  də 

qırmızı  rəngdə  təsvir  etmişdir.  Qırmızı  rəngin  xoşbəxtlik,  vüsal, 

səadət  rəmzi  olduğunu  bilən  aşıq  sevgilisini  bu  rəngdə  təsəvvür 

edir.  

I  Aparıcı:Aşıq  məhəbbət  mövzusunda  qələmə  aldığı  şeirlərində 

gözəlin  zahiri  təsvirinə  geniş  yer  verməklə  yanaşı,  onu  həm  də 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə