“Saz Söz sərvətimizin keşiyində” Aşıq Hüseyn Şəmkirlinin anadan olmasının 205, Aşıq Ələsgərin 195 illik yubileyi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix08.07.2018
ölçüsü0,68 Mb.
#53887
1   2   3   4   5   6   7   8

25 

 

Göyçə mahalının  var-yoxu talanmış,  əhali öz dədə-baba  yurdunu 



tərk  edib  başqa  yerlərə  köçməyə  məcbur  olmuşdur.  İki  ilə  qədər 

Yanşaqda  yaşayan  Aşıq  Ələsgər  sonra  Tərtərə  köçmüş,  bir  neçə 

ay  da  orada  qalmışdır.  Bu  yerlərin  hər  birində  aşığı  hörmətlə 

qarşılasalar  da,  onun  ürəyi-gözü  Göyçədə  idi.  O,  gözünü  açıb 

gördüyü  doğma  yerlər:  Srınər,  Murov,  Muşoy  dağları,  Xaçbulaq 

yaylaqları üçün çox darıxırdı. Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə 

qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır. Ancaq 

onun  çal-çağırlı  günləri  arxada  qalmışdı.  Ömrünü  toylarda, 

şadlıqlarda  keçirən  aşıq  evdə  oturmaqdan  darıxır,  qocalıqdan, 

xəstəlikdən  şikayətlənirdi.  O,  tez-tez  keçmiş  günləri  xatırlayır, 

dünya, həyat barədə düşünüb kədərlənirdi:  

Səksəni, doxsanı keçibdir yaşım,  

Əzrayıl həmdəmim, məzar yoldaşım.  

Gor deyə tərpənir bəlalı başım,  

Daha köç təbilin çal, qoca baxtım.  

Aşıq  Ələsgər  1926-cı  il  mart  ayının  7-də  doğulduğu  Ağkilsə 

kəndində  vəfat  etmiş  və  burada  da  dəfn  edilmişdir.  Lakin  Dağlıq 

Qarabağ münaqişəsi  ilə  əlaqədar olaraq 90-cı  illərin əvvəllərində 

Azərbaycanın  böyük  aşıq-şairinin  qəbri  ermənilər  tərəfindən 

vəhşicəsinə  yerlə  yeksan  edilmişdir.  Aşıq  Ələsgərin  xatirəsi 

dövlətimiz  tərəfindən  əbədiləşdirilib.  Onun  adına  küçə, 

mədəniyyət  sarayı,  respublika  Xalq  Yaradıcılığı  evi  fəaliyyət 

göstərir,  Bakıda  isə  Hüseyn  Hacı  Qulu  oğlu  tərəfindən  “Aşıq 

Ələsgər muzeyi” yaradılmışdır. 



Sonra  konfransda  iştirak  edən  oxucular  Aşıq  Ələsgər  haqqında 

maraqlı məlumatlar söyləyirlər. 

I  Oxucu:  Müasirləri  xatırlayırlar  ki,  “Ələsgər  ucaboy,  enlikürək, 

bədəncə  çox  sağlam,  çox  da  qüvvətli  bir  insan  idi.  Qara  gözləri, 

qalın, qara çatma qaşları, dolu sifəti, iri burnu vardı. Əyninə uzun 

ətəkli  arxalıq,  üstündən  çuxa,  ayağına  məst  geyər,  başına  buxara 

papaq  qoyardı.  Həmişə  başını  qırxdırar,  üzündə  xətt  saxlardı. 

Həmişə sazı sol əli ilə çalar, zil səslə oxuyardı”. Aşıq Ələsgər istər 

özündən əvvəl, istərsə də özündən sonra heç bir xalq şairi, aşığı ilə 



26 

 

müqayisə  olunmayacaq  qədər  müxtəlif  janrlarda  əsərlər 



yaratmışdır.  Ustadnamə,  zəncirləmə,  gəraylı,  varsağı,  təcnis, 

qıfılbənd,  həcv,  hərbə-zorba,  şikayətnamə,  dodaqdəyməz, 

dildönməz, divani, müxəmməs, müqəddəs, qəzəl, deyişmə və s. 

  

II  Oxucu:  Aşıq  Ələsgər  yaradıcılığı  mövzu  baxımından  çox 

rəngarəngdir.  O,  Vətənin  gözəllərini  necə  ilhamla  tərənnüm 

edirdisə,  Vətənin  igidlərini  də  o  cür  qürurla  tərifləyir,  onların 

mərdliyindən  vəcdə  gəlir,  şəninə  dastanlar  yazırdı.  O,  həmçinin, 

dastan yazmaqla kifayətlənmir, şəyirdlərindən tələb edir ki, həmin 

dastanları hər yerdə oxusunlar, yaysınlar. Həmçinin Aşıq Ələsgər 

M.P.Vaqif  kimi  gözəlliyi,  gözəlləri  öz  dastanlarında  həmişə 

tərənnüm edirdi.  

 

III  Oxucu:  Qeyd  etdiyimiz  kimi,  Aşıq  Ələsgərin  gözəllik 

barəsindəki  təsəvvürü  daha  genişdir.  Onun  Vətənin  gözəlliyi, 

təbiəti    haqqında  yazdığı  dastanlar  daha  çox  diqqəti  cəlb  edir. 

Məsələn,  Dəlidağ,  Şəki,  Kəlbəcər,  Qarabağ,  Şirvan,  Qoşqar, 

Muğan, Göyçə, Xaçın, Narışdar, Murov, Çilgöz, Uzunyoxuş və s.  

  

IV  Oxucu:  Onun  əsərlərində  Azərbaycan  təbiəti,  onun  dağları, 

düzləri,  çayları,  gölləri,  bulaqları,  göy  yaylaqları  bütün  ətri, 

təravəti  və  gözəlliyi  ilə  öz  əksini  tapmışdır.  Elə  bu  səbəbdən  də 

onun  bizə  gəlib  çatan  zəngin  yaradıcılığı  özündən  sonra  gələn 

istedad 

sahiblərinin 

–  şairlərin,  aşıqların,  bəstəkarların, 

xanəndələrin, müğənnilərin, rəssamların diqqətini çəkmiş, hər kəs 

öz imkanı daxilində bu böyük sənətkara öz töhfəsini vermişdir.  

 

V  Oxucu:  Aşıq  Ələsgər  irsinin  toplanıb  üzə  çıxarılmasında, 

ustada  layiq  şəkildə  xalqa  çatdırılmasında  görkəmli  alim  və 

şairlərimizin  –  Hümbət  Əlizadənin,  Əhliman  Axundovun,  İslam 

Ələsgərlinin,  Həmid  Araslının,  Mürsəl  Həkimovun,  Səttar 

Axundovun,  Osman  Sarıvəllinin,  Hüseyn  Arifin,  Məmməd 

Aslanın, İlyas Tapdığın, Vaqif Vəliyevin və b. böyük və danılmaz 



27 

 

xidmətləri olmuşdur. Xüsusən, Aşıq  Ələsgər irsinin geniş  şəkildə 



araşdırılmasında,  öyrənilməsində,  tədqiqində  Hümbət  Əlizadənin 

daha çox xidməti olmuşdur.  

 

VI  Oxucu:  Aşıq  Ələsgərin  sağlığında  kitabı  nəşr  edilməmişdir. 

İlk  nəşri  1937-ci  ildə  Hümbət  Əlizadənin  tərtib  etdiyi  “Aşıq 

Ələsgər”  adlı  kitabı  olmuşdur.  Bundan  sonra  müxtəlif  illərdə 

ustadın  kitabları  dolğunlaşa-dolğunlaşa,  təkmilləşə-təkmilləşə 

nəşrdən nəşrə daha mükəmməl şəkildə çap olunmağa başlamışdır. 

İldən-ilə onun yaradıcılığına maraq daha da güclənmiş, xalqımızın 

görkəmli  alimləri  onun  yaradıcılığını  bütün  yönlərdən,  müxtəlif 

istiqamətlərdən  təhlil  və  tədqiq  etmişlər.  1972-ci  ildə  ustadın 

anadan olmasınınm  150  illiyi,  1988- ci  ildə 175  illiyi  çox böyük 

təntənə ilə qeyd edilmiş, əsərləri Azərbaycan Elmlər Akademiyası 

tərəfindən iki cilddə çap edilmişdir.  

VII  Oxucu:  Bəstəkarlarımızdan  Bayram  Hüseynli,  Qəmbər 

Hüseynli, Səid Rüstəmov, Hacı Xanməmmədov və başqaları Aşıq 

Ələsgərin  əsərlərinə  dillər  əzbəri  olan  musiqilər  bəstələmişlər. 

Ümumiyyətlə,  elə  bir  bəstəkar,  xanəndə,  müğənni,  aşıq  təsəvvür 

etmək olmaz ki, o, Aşıq Ələsgər  yaradıcılığına müraciət  etməmiş 

olsun.  Aşıq  Ələsgərin  ilk  mətbu  əsərləri  -  “Dağlar”,  “Bizim 

dağlar”  şeirləri  1927-ci  ildə  “Yeni  kənd”  jurnalında  (№3)  çap 

olunmuşdur.  Hümmət  Əlizadənin  onun  haqqında  ilk  dəfə  tərtib 

etdiyi  “Aşıq  Ələsgər”  adlı  kitabı  isə  1934-cü  ildə  nəşr 

olunmuşdur.  Aşıq  Ələsgərin  sözlərinə  yüzlərlə  mahnı  və 

romanslar bəstələnmişdir. O, xalq tərəfindən bu gün də sevə-sevə 

dinlənilir.  

 

 

 



 

 

 




28 

 

Kitabxanada 



keçiriləcək 

tədbirlərin 

siyahısına 

Aşıq 

Ələsgərdən bəhs edən  ədəbi bədii gecəni də daxil etmək olar. 

Kitabxanaçı  Aşıq  Ələsgərin  195    illik  yubileyinə  həsr  olunmuş 

ədəbi-bədii  gecəyə    tanınmış  şair,  Aşıq  Ələsgər  irsinin  toplanıb 

nəşr edilməsində şifahi ədəbiyyatımızın ən yaxşı naşirlərindən biri 

olan  Hümmət  Əlizadəni,  Aşıq  Ədaləti,  Aşıq  Zülfiyyəni,  Aşıq 

Tellini  və    “Aşıq  Pəri”  məclisinin  bir  qrup  tanınmış  aşıqlarını  

dəvət  edə  bilər.  İlk  əvvəl  qonaqlar  Aşıq  Ələsgərdən  bəhs  edən 

sərgi ilə tanış olurlar. Sonra tədbir iştirakçılarına Aşıq Ələsgərdən 

bəhs  edən  slayd  təqdim  olunur.    Slaydın  nümayişindən  sonra, 

aparıcılar səhnəyə çıxıb tədbiri açıq elan edirlər.  

 

I Aparıcı: Salam əziz və dəyərli qonaqlar, hörmətli oxucular. Hər 

birimiz  bu  gün  Aşıq  Ələsgər  poeziyasının  işığına  yığışmışıq. 

Kökü çox-çox qədimlərdən şirə çəkən Azərbaycan aşıq sənətinin 

on  doqquzuncu  yüzillikdən  azman  ustadları  sırasında  Aşıq 

Ələsgərin  yeri  ayrıcadır.  Onun  bulaq  kimi  çağlayan  coşqun 

ilhamından bizlərə yadigar qalan saz-söz inciləri neçə qərinədir ki, 

xalqımızın  dilində  əzbərdir.  Dədə  Ələsgərin  könüllər  bəzəyən 

qoşmaları,  şaqraq  gəraylıları,  dərdlərə  məlhəm  təcnisləri  hər 

zaman saz-söz məclislərimizin yaraşığıdır. 

                     Yüz il dövran sürən aşıq Ələsgər, 

                      Min-min məclislərə yaraşıq oldu. 

                      Çoxları saz tutub gəlib-getdilər, 

                       Ələsgər zülmətdə gur işıq oldu. 

Qədim  Azərbaycan  mahallarından  birində  indi  yağılar  əlində 

qalmış  ulu  Göyçədə  göz  açıb,  saz  sehri,  söz  tilsimiylə  bütün 

Qafqazı,  Türkiyə  və  İranı  heyrətdə  qoyan  Aşıq  Ələsgər  Dədə 

Qorquddan,  Qurbanidən,  Tufarqanlı  Abbasdan,  Xəstə  Qasımdan 

üzü  bəri  xalq  arasında  böyük  şöhrət  qazanmış  ustadlar  cərgəsinə 

qoşula  bilmişdir.  Möhtəşəm  saz  sənətinin  incəliklərinə  dərindən 

bələd olmaqla yanaşı, o, aşıq adının, ustad hörmətinin uca tutulub 

xətirli saxlanılmasında əvəzsiz xidmətlər göstərmişdir. 

 



29 

 

II Aparıcı:     Aşıq olub diyar-diyar gəzənin 



 

           Əzəl başdan pürkamalı gərəkdi. 

 

 

Oturub durmaqda ədəbin bilə, 

 

 

Mərifət elmində dolu gərəkdi. 

Saflıq, doğru-dürüstlük, halallıq ölçülərini həyat və sənət amalına 

çevirən böyük aşığın ustad kəlamları hər zaman dəyərli və tutarlı 

öyüd-örnəklərdir. 

 

 

 El içində düz otura, düz dura, 



 

 

 Dalısınca xoş sədalı gərəkdi! 

I Aparıcı: Ələsgər şeiri Azərbaycan ruhunun güzgüsüdür. Doğma 

torpağa  bağlılıq,  ana  yurdun  axar-baxarlı  gözəlliklərinə 

vurğunluq,  alın  tərindən  nur  alan  güzəran  şirinliyinə  heyranlıq, 

mərdlik, sədaqət, dünyasının şah damarıdır. Babalarımızın vüqar, 

ucalıq yerində tərifə mindirdiyi başı qarlı ulu dağlarımız da elə bu 

səbəbdən  Ələsgər  sazından  əzəli  və  əbədi  bir  vətən  sevgisi  kimi 

boy  göstərir.  Özü  də  bu  dağlarda  Azərbaycan  ellərinin  hay-

haraylı,  çal-çağırlı  binələri,  bərəkətli  ağacları,  qonaq-qaralı 

oymaqları  baş-başadır.  Oradakı  durna  gözlü  bulaqlar  aşığın,  hər 

bir sözündə, səsində çağlayır. 



II Aparıcı:     Xəstə üçün təpəsində qar olur, 

 

 

Hər cür çiçək açır, laləzar olur. 

 

 

Çeşməsindən abi-həyat car olur, 

 

 

Dağıdır möhnəti, məlalı dağlar.   

Elə bil ki, Dədə Ələsgər candan əziz bildiyi Göyçə dağlarının nə 

vaxtsa  əldən  çıxıb  yad-yağılara  qismət  olacağından  duyuq 

düşübmüş.  Azərbaycan  torpağının  qaymağı  olan  Göyçə 

yaylaqlarının  eldən  ayrı  düşəcəyinin  xiffətini,  ağrısını  ustad 

sənətkar necə də uzaqgörənliklə söyləyib. 

 

 

Hanı mən gördüyüm qurğu-büsatlar? 



 

 

Dərdməndlər görsə, tez bağrı çatlar. 

 

 

Mələşmir sürülər, kişnəşmir atlar. 

 

 

Onçu pərişandı halların, dağlar!.. 

 


30 

 

I Aparıcı: Çox gəzib, çox görüb, çox öyrənən  Aşıq  Ələsgər özü 

demişkən,  “hər  elmdən  halı”  sənətkardı.  Dövrünün  şeir,  sənət, 

eləcə  də  şərq  fəlsəfəsi  və  islam  dini  ilə  bağlı  biliklərə  dərindən 

yiyələnməsi  onun  yaradıcılığında  aydın  şəkildə  görünür.  Ətraflı 

məlumata və geniş təssəvvürə malik olması sayəsində Tufarqanlı 

Abbas,  Xəstə  Qasım  kimi  böyük  sənətkarların  yüz  illər  boyu 

kilidli qalan bir çox qıfılbənd və bağlamalarını məhz Aşıq Ələsgər 

aça  bilmişdir.  Özünün  düzüb  qoşduğu  qıfılbənd,  divani  və 

müxəmməslərdə    o,  elmi  məlumatları  qüdrətli  istedadı  ilə 

qovuşduraraq  əvəzsiz  ağıl  və  könül  inciləri  yaratmışdır.  Ustadın 

sinəsində  çağlayan  müdriklik  çeşməsindən  haqq-ədalət  yoluna 

çağırış, mehribançılıq, böyüyə ehtiram, dost-yoldaş, qohum-qonşu 

arasında səmimiyyətə səsləyən öyüdlər axır.  

 II Aparıcı:   “Can” deməklə candan can əskik olmaz, 

 

 

Məhəbbət artırar, mehriban eylər. 

 

 

“Çor” deməyin nəfi nədi dünyada?! 

 

 

 Abad könülləri pərişan eylər. 

Abad könülləri pərişan eyləmək, dünyanı düzlüyə səsləmək, haqqı 

nahaq,  mərdi  namərd  ayağına  verməmək  Ələsgər  şeirlərinin 

başlıca  qayəsi  idi.  Ələsgər  şeirində  Azərbaycan  torpağı, 

Azərbaycan  ruhu  kimi  Azərbaycan  dilinin    incəlikləri  də 

özünəməxsus  bir  gözəlliklə  cilvələnir.  Canlı  el  danışığının  bütün 

şəhdi-şəkəri,  aşığın  şeir  dilinə  bulaq  saflığı,  bal  şirinliyi 

gətirmişdir.  Ana  dilinin  incə  çalarları  hesabına  ərsəyə  gələn 

təcnisin  cığalı,  dodaqdəyməz,  dildönməz  kimi  nadir  incilərini 

Dədə  Ələsgər  Azərbaycan  dilinin  dərin  qatlarına  baş  vuraraq 

yaratmışdır.  

I Aparıcı: 

Qışda dağlar ağ geyinər, yaz qara, 

 

 

Sağ dəstinlə ağ kağıza yaz qara. 

 

 

Əsər yellər, qəhr eyləyər yaz qara

 

 

Daşar çaylar, gələr daşlar çata-çat. 

Əsrarəngiz  təbiətimizin  göz  oxşayan  yaraşığından  tutmuş  el 

gözəllərinin  vəsfini,  mərd  igidlərin  tərifini  saz-söz  sehriylə 

ucalardan  ucalara  qaldıran  böyük  ustadın  ilk  kəlməsindən  son 




31 

 

kəlamınacan  bütün  söz  dünyasında  Azərbaycan  ruhunun  və 



Azərbaycan  dilinin  saflığı  hakimdir.  Əzəmətli  Aşıq  Ələsgər 

sənətini yüzillikləri fəth etməyə aparan da onun bağrındakı saf və 

yenilməz  xalq  qüdrətidir.  Ələsgər  poeziyası  xalq  ruhunun,  milli 

düşüncə və təfəkkürümüzün parlaq ifadəsidir. Şeirləri dillər əzbəri 

olan,  o  taylı-bu  taylı  Azərbaycanda,  ümumən  Türk  dünyasında 

sevilən  bu  qüdrətli  saz  şairinin  ədəbi  irsinə    dövlət  səviyyəsində 

həmişə diqqət göstərilmişdir.  

II Aparıcı:       Yaxşı hörmətinən, təmiz adınan 

 

              Mən dolandım bütün Qafqaz elini. 

 

 

   Pirə ata dedim, cavana qardaş

                          Ana, bacı bildim qızı, gəlini. 

Aşıq  Ələsgərin  xalq  arasında  böyük  nüfuza  malik  olmasının    bir 

səbəbi  onun  haqdan  gələn  qeyri-adi,  tükənməz  istedadı, 

müdrikliyi, mənəvi möhkəmliyi yüksək ədəb-ərkanı idi.  

 

 

Aşıq olub tərki



-

vətən olanın 

 

 

Əzəl başdan pürkamalı gərəkdi. 

 

 

Oturub durmaqda ədəbin bilə, 

 

 

Mərifət elmində dolu gərəkdi.   

I  Aparıcı:  Azərbaycan  müstəqillik  qazanandan  sonra  aşıq 

sənətinə diqqət  artmış,  klassik  irsin  nəşri, araşdırılması ilə  yanaşı 

aşıq  poeziyasına  qayğı  yeni  vüsət  almışdır.  Bəli  bu  gün  milli 

mənsubiyyətini, dilini, ruhunu, adət-ənənəsini, mədəni sərvətlərini 

qorumaq üçün hər bir xalq öz kökünə doğru gedir, xilasını mənəvi 

dəyərlərinin, əxlaqi sərvətlərinin yenidən dərk olunmasında görür. 

Biz  kitabxanaçılar  da,    bu  sahədə  əlimizdən  gələni  öz  dəyərli 

oxucularımız üçün etməyə həmişə hazırıq.  

 

                                           Son 



 

 

 



 

 



32 

 

İstifadə olunan ədəbiyyat siyahısı: 



 

İnternetdə: 

www.adam.az. 

www.google.az 



Kitablar: 

1. Azərbaycan aşıqları. Bakı: Çaşıoğlu, 2004.-S.193-196 

1. Aşıq Ələsgər. Əsərləri: Şeirlər, dastan-rəvayətlər .- Təkrar nəşr 

.- Bakı: Şərq-Qərb, 2004. - 400 s.  

2. Aşıq Ələsgər. Şerlər, dastan-rəvayətlər, xatirələr.- Bakı: Çinar-

çap, 2003.- 496 s.  



Dövri mətbuatda

M. Qasımlı. Aşıq Hüseyn Şəmkirli // Mədəniyyət.-2011.-2 

dekabr.-№ 89. S.13 

A.Ələsgər Düşdü. Gördüm. Dəyməmiş. Yanə-yanə. Yaylaq. 

Gözəl / Aşıq Ələsgər // Azərbaycan. - 2006. - №8. - S.3-6.  

N. Azər. Aşıq Ələsgər-şerin ən uca  zirvələrindən boylanan 

sənətkar / A.Nuriyev // Kaspi.- 2011.- 3 iyun.- № 97.- S. 12.  

S. Fəxrəddin. Bir ozanın bəxti: Aşıq Ələsgər haqqında / F. Salim  

// Kaspi.- 2011.- 9 fevral.- № 24.- S. 13.  

Ə.İslam. Ustadlar ustadı: Aşıq Ələsgər - 190 / İ. Ələsgər //  

Respublika.- 2011.- 14 aprel.- № 75.- S. 6 

 A.QədirAşıq sənətinin korifeyi: Aşıq Ələsgər- 190 / Q. Aslan  // 

Respublika.-2011.- 4 iyun.- № 115.- S. 7. 

L.Ə. Mahmud. Ələsgər poeziyasının qüdrəti: Aşıq Ələsgər -190 / 

Ə. M. Lələdağ // Azərbaycan müəllimi.- 2011.- 1 aprel.- № 12.- S. 

13 


 N. Məhəmməd. Dərsi azlar Ələsgərdən dərs aldı... : Aşıq Ələsgər 

- 190 / M. Nərimanoğlu // Azərbaycan.- 2011.- 2 iyun.- № 117.- 

S. 7 

A.Tahir. Qədəm: Aşıq Ələsgər - 190 / T. Abbaslı  //  Mədəniyyət.- 



2011.- 20 aprel.- № 27.- S. 12.  

 

 




33 

 

 



“Saz - Söz sərvətimizin keşiyində” –Aşıq Hüseyn Şəmkirlinin 

205, Aşıq Ələsgərin 195 illik yubileyi münasibəti ilə respublika 

uşaq kitabxanaları  üçün hazırlanmış metodik vəsait 

 

 



 

 

Kompyuter yığımı 

və dizayn:                              Ruhiyyə Məmmədli 

 

Ünvan:AZ-1022 Bakı şəh., S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 

Çapa imzalanmışdır: 

Tirajı:100 

Pulsuz 

 

 



 

 

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə