SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə105/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   116

 
 
249 
nümayəndələri  vasitəsilə  təmsil  oluna,  yaxud  bu  firmaların  rəhbəri  ola  bilər. 
Belə  strukturlar  bazar  proseslərinin  inkişafı  əsasında  genişlənir,  belə  ki, 
regional  inzibati  idarəetmə  strukturları  iqtisadi  mexanizm  vasitəsilə  optimal 
layihələri reallaşdıra bilir. 
 
YOXLAMA SUALLAR 
1.Layihələşdirmə mühiti nədir? 
2.Regional ictimai institutların fəaliyyət istiqamətlərindəki fərqlər nəlir? 
3.Regional layihələşdirmənin xüsusiyyətlərini izah edin.  
4. Regional layihələşdirmənin məqsədləri hansılardır? 
5.Regional layihələşdirmə strategiyasının müəyyənləşdirilməsi xüsusiyyətlərini izah edin. 
6.Regional layihələşdirmənin formaları hansılardır?        
 
REFERAT MÖVZULARI 
1.Regional layihələşdirmə (birbaşa və dolayı təsir mühiti) 
2. Regional layihələşdirmənin daxili mühiti, məqsədləri 
3.Regional layihələşdirmənin strategiyası  
4. Regional layihələşdirmə texnologiyaları     
 
ƏDƏBİYYAT: 
1.Бергер П., Лукман Т. Социальное конструирование реальности: Трактат по социологии 
знания. М., 1995.  
2.Блэк С. Введение в паблик рилейшнз. Ростов-на-Дону, 1998.  
3.Гасанов Г.А. Проблемы занятости населения в сфере личного труда в условиях 
трансформации форм хозяйствования в Азербайджане. Автореф. дис. канд. экон. наук. 
Баку, 1998. 
4.Гасанов Р.М. Формирование гражданского общества в условиях трансформации. Б., 
Изд-во БСУ «Китаб алями», 2003. 
5.Генисаретский О.И. Проектная культура и концептуализм.// Сб. научн. тр. ВНИИТЭ № 
52. М., 1987.  
6.Генисаретский О.И. Регионализм, средовое проектирование и проектная культура // 
Экологическая культура. М., 1991. 
7.Годин В. В., Корнеев И. К. Управление информационными ресурсами. М., 2000.  
8.Луков В. А. Социальное проектирование. М., 2000.  
9.Карташов А.В. Проектное знание: опыт методологического анализа.// Системные 
исследования. Методологические проблемы. Ежегодник, 1988. М., 1989.  
10. Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие. Ростов 
н/Д: «Феникс», 2001. 
11.На пороге новой регионализации России. Доклад Центра стратегических 
исследований ПФО. Нижний Новгород, 2001.  
12.Ноэль-Нойман Э. Общественное мнение. Л., 1996. 
13.Попов С. А. Стратегическое управление. М., 1999.  
14.Разу М. Л. Управление программами и проектами. М., 2000.  
 
 
 


 
 
250 
 
18.4 NORMATİV – HÜQUQİ  LAYİHƏLƏŞDİRMƏNİN ƏSASLARI 
 
Normativ-hüquqi  layihələşdirmə  sosial  nizamın  normativ  prinsiplərinin 
aşkar  edilməsi,  dərk  edilməsi  və  əsaslandırılması,  normativ  əsaslı  sosial 
nizamın  layihələşdirilməsi,  sosial  nizamın  mühafizəsində  hüququn  rolunun 
müəyyənləşdirilməsi,  sosial  nizamı  pozan  sosial  destruksiyanın  və 
disfunksional fəaliyyətin qarşısının alınmasına yönəlir. 
Normativ sərəncamlar  
Normativ nizam haqqında danışdıqda aşağıdakılar nəzərə alınmalıdır: 
1.cəmiyyət xaotik elementlər sistemi deyil, nisbi sabit tam kimi bir-birilə 
və mühitlə qarşılıqlı təsirə malik olan insan və qrupların həyat funksiyalarını 
əhatə edir. 
2.cəmiyyətin  fərdi  və  kollektiv  üzvlərinin  qarşılıqlı  təsiri,  həmçinin 
mühitin  davranışı  müəyyənləşdirilə,  təsvir  edilə,  proqnozlaşdırıla  və 
layihələşdirilə  bilər.  Bu  şəraitdə  «norma»  nizamlayıcı  məhdudiyyətlər  kimi, 
cəmiyyət  üzvlərinin  davranışlarını  qabaqcadan  müəyyənləşdirə  və 
əlaqələndirə bilir. Bu mənada rəftar, qəbul formaları, adətlər, sosial vərdişlər, 
biliklər,  texnologiyalar,  qanunlar,  ali  məqsədlər  normalara  aid  edilir. 
Normalara  əməl  edilməsi  cəmiyyətdə  sosial,  yaxud  normaiv  yönümlü 
fəaliyyət  kimi  müəyyənləşdirilir.  Normalar  həm  də  müxtəlif  səviyyəli 
əlaqələndirici qüvvə kimi çıxış edir. Buna görə də cəmiyyətin normativ nizamı 
ümumi  və struktur normalardan ibarətdir. Ümumi normalardan fərqli olaraq, 
struktur normalar cəmiyyətin müxtəlif sahələrində – iqtisadi, siyasi, məişət və 
hüquqi  fəaliyyət  –  davranış  forması  kimi  çıxış  edir.  Normalar  qeyd  olunan 
sahələrə  daxil  olan  institutların  ixtisaslaşması  ilə  əlaqəli  olub,  insana 
mürəkkəb  vəziyyətləri  qiymətləndirmək,  daha  geniş  alternativləri 
müəyyənləşdirmək  imkanı  yaradır.  Normativ  aspektlərdə  hüquqi  nizam 
şəcərəlidir.  
Hüquq elmində normaların təsnifatı 
Hüquq  elmində normaların  təsnifatı  hüququn ictimai münasibətlərə  təsiri 
sahəsindən  asılıdır.  Hüquqi  nizam  insanların  subyektiv  hüquq  və 
məsuliyyətlərini  müəyyən  edir  və  üç  sahəni  idarə  edir:  1)  dəyərlərin 
mübadiləsi  əsasında  yaranan  münasibətlər;  2)  idarəetmə  və  tabelik 
münasibətləri;  3)  ilk  üç  sahədə  fəaliyyətin  əlaqələndirilməsi  və 
subordinasiyası  ilə  bağlı  qaydaların  pozulması  nəticəsində  yaranan 
mühafizəedici  münasibətlər.  Üçüncü  sahəyə  aid  olan  münasibətlər  hüquqi 
normalar əsasında tənzimlənir.   


 
 
251 
Sosial  normaların  təsnifatı  zamanı  kompleks  meyarlardan  (mənşəyi, 
normaların  təyinatı  və  əlaqələndirici  xüsusiyyətləri)  istifadə  edilir  və  şərti, 
institutlaşmış və ideal normalar fərqləndirilir. Şərti normalar mənşəcə anonim 
olub, razılaşmaya əsaslanır və qeyri-şüuru qəbul edilir. Məsələn, dil ilə bağlı 
şərti normalar (dilin mənşəyi, sözlər, qrammatik qaydalar, sintaksis və s.) qeyd 
edilə  bilər.  İctimai  həyata  dair  bütün  normalar  şərti  normalar  hesab  edilir. 
İnstitutlaşmış,  yəni  hüquqi  normalar  mənşəyinin  aşkarlığına  görə  fərqlənir. 
Dövlət  qanunvericiliyi  müşayətçi  kimi  əsas  adətləri  institutlaşdırır. 
İnstitutlaşmış normalar şüurlu olaraq irəli sürülmüş məqsədlərə uyğun olur və 
həmin  məqsədlərlə  əsaslandırılır.  İdeal  normalar  zəruri  davranış  haqqında 
baxışlar  olub,  praqmatizmdən,  şəxsi  məqsədəuyğunluqdan  uzaqdır.  İdeal 
normaların mahiyyəti ideyalar əsasında müəyyənləşir.   
Cəmiyyətin normativ nizamı anlayışı            
Cəmiyyətin  normativ  nizamı  anlayışı  ümumi  və  struktur  qaydalara 
əsaslanan  fərd  və  qrupların  qarşılıqlı  təsirinə  əsaslanır.  Hüquqi  normaların 
əsas  motivi  məsuliyyətlərə  dair  görülən  tədbirlərdir.  Əgər  xarici  nəzarət 
zəifləyərsə,  davranış  qeyri  sabit  olur.  Hüquqi  qaydalar  insanların  hüquqi 
normlara  yönəlmə  ehtimalını  yüksəldir,  çünki  vəziyyətlə  əlaqədar  olaraq, 
hüquqi normalar daha ədalətli olan kimi qəbul edilir. Sosial intizama dair əsas 
nomalar  konstitusiyada  öz  əksini  tapır.  Konstitusiya  qanunlarına  əməl 
edilməsi sosiallaşma və konformizmlə bağlıdır. Sosiallaşma əsasında insanlar 
hüquqi  və  ədalətli  davranışa  yönəldən  dəyər  və  normaları  mənimsəyirlər. 
Konformizm bioloji və mədəni zəminə və psixoloji və təşkilati yönlərə malik 
olur.  Sosial  münasibətlər  həm  sosial  nəzarət,  həm  də  mədəni  qanunlarla 
nizamlanır.  Bu  əsasda  legitim  və  leqal  nizam  fərqlənir.  Legitim  nizam 
normativ  tələblərin  insanlar  üçün  zəruri  əhəmiyyət  kəsb  etməsi,  leqal  nizam 
isə  sosial  münasibətlərin  ölkənin  qanunları  əsasında  rəsmi  tənzimlənməsi  ilə 
müəyyənləşir. Hüquqi nizam həmişə leqal xüsusiyyət daşısa, da heç də həmişə 
legitimliyə malik olmur. Legitim nizam ümumi və struktur səviyyəli normaiv 
davranış formalarına əsaslanır. Legitim hüquqi nizam konformist xüsusiyyətli 
olub, əxlaqi və qanuni davranışla müəyyənləşir. Cəmiyyətin normativ nizamı 
öyrənilərkən,  ümumi  normativ  tələblərin  legitim  olandan  leqal  olana 
çevrilməsi nəzərə alınmalıdır.          
Hüquqi  intizam  müəyyən  mədəni  dəyərlərə  əsaslanan  konstitusiya 
tərəfindən  müəyyənləşir.  Müasir  dövlətlərin  konstitusiyaları  mənəvi 
prinsiplərə söykənir.   
Hüquqi nəzarət sosial nəzarət forması kimi  
Sosial  nəzarət  forması  olan  hüquqi  nəzarət  qanunvericilik,  polis, 
prokurorluq,  vəkillər,  arbitraj,  məhkəmə,  həbs  cəza  sistemi  və  digər 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə