Səbəbləri Rəşad Həsənov



Yüklə 46,76 Kb.

tarix17.09.2018
ölçüsü46,76 Kb.


 

 

 

  

 

 

 

Şənbə sindromu: məzənnə güvənzisliyinin 

səbəbləri 

 

Rəşad Həsənov 

 

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) 

Cəfər Cabbarlı 44, 

Bakı, Az 1065, 

Azərbaycan 

 

Phone; (99412) 597-06-91 

Email; 

info@cesd.az

  

URL; 

www.cesd.az

 

CESD Press 

Bakı, oktyabr, 2017 

 

 

 



 


 



Məzənnə təlaşı 

Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  tərəfindən  milli  ödəniş  sisteminin  iştirakçılarına 

ünvanlanan bir bildiriş

1

 [Bax: şəkil 1] son 7 ay ərzində valyuta bazarlarında müşahidə edilən sirli 



sükutda sunami effekti yaratdı.  

Sıravi  vətəndaşdan  dövlət  məmuruna, 

biznesmendən  bank  menecerlərinə  hər  kəs 

“Manat 


yenə 

devalvasiya 

edilirmi?” 

panikasına qapıldı. Halbuki, təxminən on gün 

əvvəl Mərkəzi Bankın sədri "Valyuta bazarı 

tarazlaşıb,  manat  sabitləşib”  deyə  fikir 

bildirmişdi

2

. Bundan başqa yaranmış ictimai 



narahatlığı  nəzərə  alaraq  Mərkəzi  Bank 

bildirişə  əlavə  izah  verərək  sentyabr  ayının 

son gününün şənbə gününə təsadüf etməsi və 

rəsmi  hesablaşmaların  tamamlanmasına  ehtiyac  arqumenti  ilə  əsaslandırdı

3

.    Normal  halda  bu 



açıqlama panikaya son qoymalı idi. Lakin, əldə etdiyimiz məlumatlardan aydın oldu ki, ötən üç 

gün ərzində valyuta bazarlarında xarici valyutaya tələb əhəmiyyətli səviyyədə artıb. Bu isə valyuta 

bazarlarında həssaslığın hələ də yüksək səviyyədə qalması deməkdir. 

 

Bəs, ictimai narahatlığa səbəb nə idi? 

Qeyd edək ki, Azərbaycanda ilk devalvasiya (21 fevral 2015-ci il) oxşar şəkildə, yəni bank sektoru 

üçün  şənbə  gününün  rəsmi  iş  günü  elan  edilməsi  ilə  baş  vermişdi.  Bu  isə  valyuta  bazarları 

iştirakçıları da daxil olmaqla bütün steykholderlərdə şənbə sindromu yaradıb. Nəzərə alsaq ki, ötən 

devalvasiyaların  nəticələri  kifayət  qədər  ağır  olub  və  zərərin  kompensasiyası  heç  bir  halda 

mümkün olmayıb ictimayətin narahatlığını haqlı hesab etmək olar.  

Mərkəzi Banka olan inamsızlıq panikanı dərinləşdirən digər mühüm faktordur. Beləki, xüsusi ilə 

də  birinci  devalvasiyaya  günlər  qalmış  Mərkəzi  Bankın  devalvasiya  risklərini  birmənalı  inkar 

etməsi  müasir  tarixin  ən  böyük  yalanı  idi.  Bu  isə  post  devalvasiya  dövründə  qurumun  ictimai 

reputasiyasına  ciddi  zərər  vurmaqla  ölkənin  məzənnə  siyasətinə  birbaşa  cavabdehlik  daşıyan 

orqanla əhali arasında dərin ehtimadsızlıq yaradıb. Faktiki olaraq bu gün həm sahibkarda, həm də 

sıravi vətəndaşda Mərkəzi Bankın mövqeyinə şübhələr hələ də qalmaqdadır.  

Mərkəzi Banka olan inamsızlığın digər nəticəsi isə qurum tərəfindən rəsmi şəkildə açıqlanan və 

dəfələrlə təkrarlanan “üzən məzənnə rejimi”nin tətbiqi siyasətinin ictimaiyyət tərəfindən hələ də 

qəbul  edilməməsidir.  Baxmayaraq  ki,  qurum  2017-vi  ilin  yanvar  ayından  milli  valyutanın 

                                                           

1

 Marja.az, “Şənbə günü milli ödəniş sisteminin iştirakçısı olan banklar işləyəcəklər”, 29.09.2017 



http://marja.az/mobile/?module=news&id=13730

  

2



 Apa.az, Elman Rüstəmov: "Valyuta bazarı tarazlaşıb, manat sabitləşib", 19.09.2017  

http://m.apa.az/az/iqtisadiyyat-xeberleri/maliyye_xeberleri/elman-rustemov-valyuta-bazari-tarazlasib-manat-

sabitlesib-5217

  

3



 Aznews.az, “Heç bir devalvasiyadan söhbət gedə bilməz”, 29.09.2017 

 

http://www.aznews.az/news/iqtisadiyyat/152723.html



  

Şəkil 1: Mərkəzi Bankı, bildiriş 

 “Milli  ödəniş  sisteminin  iştirakçılarına!  Dövlət 



büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, 

hesablaşmaların  başa  çatdırılmasının  təmin 

edilməsi  zərurililiyini  nəzərə  alaraq,  ölkədaxili 

hesablaşma-kassa  əməliyyatlarının  aparılması 

məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün 

iş  günü  elan  edilir.  Eyni  zamanda  bildiririk  ki, 

ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixli yeni 

əməliyyat günü hesab edilir” 


 

məzənnəsinin tələb və təklif əsasında formalaşdırığını qeyd edir ancaq aparılan qiymətləndirmələr 



bu  faktı  təkzib  edir.  Beləki,  xüsusi  ilə  də  aprel-  avqust  aylarında  qlobal  birjalarda  əhəmiyyətli 

səviyyədə (təxminən 13%) dəyərsizləşən ABŞ dollarının “manat” qarşısında məzənnəsi üçün heç 

bir  dəyişiklik  baş  verməyib.  Və  yaxud  cari  ilin  iyun  ayında  “manat”ın  məzənnəsinin 

formalaşmasında  əsas  element  olan  neft  qiymətlərinin  1  barrel  üçün  44  ABŞ  dollarına  qədər 

ucuzlaşması  dövründə  belə  məzənnədə  hər  hansı  bir  ani  volatilin  belə  hiss  edilməməsi  kimi 

faktorlar [bax: qeyd 2] Mərkəzi Bankın hələdə tənzimlənən məzənnə siyasətini davam etdirməsi 

faktını gücəndirir.  

Qeyd  2:  04.04.2017-  02.09.2017-ci  il  tarixlərində  ABŞ  dolları/manat  cütlüyündə  məzənnə 

dinamikası  cəmi  0.29%  olub.  Məzənnə  dinamikası  bir  xətli  olmaqla  manatın  möhkəmlənməsi 

istiqamətində dəyişib.  

Halbuki, ötən həftənin cümə günü yaranan ajiotaj valyuta bazarlarının və ictimai fikirin nə qədər 

həssas  olmasını  bir  daha  sübut  etdi.  Yuxada  sadalanan  real  bazar  konyukturunun  valyuta 

bazarlarına  və  ictimai  fikrə  zəif  təsirinin  əsas  səbəbi  isə  məhz  steykholderlərdə  üzən  məzənnə 

rejiminin mövcudluğuna inamın olmamasından qaynaqlanır.  

Baş  verənləri  maraqlı  edən  digər  məqam  isə  odur  ki,  nəinki,  proseslərdən  kənarda  olan  biznes 

subyektləri və yaxud sıravi vətəndaşlar hətta, bank menecerləri belə panikaya düşənlər sırasında 

idi.  Halbuki,  sonuncular  valyuta  bazarlarının  birbaşa  iştirakçısı  kimi,  məzənnəni  formalaşdıran 

konyuktur haqqında daha çox məlumatlıdırlar və əgər məzənnə deyildiyi kimi, inzibati formada 

deyil,  bazar  şərtləri  əsasında  formalaşırsa  nə  üçün  bank  təmsilçiləri  narahat  olanlar  sırasına 

daxildirlər. Bu faktın özü belə  onu deməyə  əsas verir ki,  milli  valyuta hələ  diktə  məzənnəsinin 

predmeti olaraq qalır.  



Devalvasiyaya ehtiyac varmı? 

Hazırda milli valyutanın məzənnəsinə təsir edən daxili və xarici, fundamental və psixoloji faktorlar 

birmənalı olaraq manatı möhkəmləndirəcək istiqamətlidir. Beləki;  

-

 



Cəmi bir-neçə gün əvvəl neft qiymətləri 2017-ci ilin ən yüksək səviyyəsini test edərək 60 

ABŞ dollarına qədər bahalaşdı.   

-

 

ABŞ dolları aprel ayı ilə müqayisədə hazırda öz dəyərini 10 faizdən artıq itirib və dünyanın 



ən güclü iqtisadiyyatını təmsil edən valyutanın yaxın gələcəkdə kəskin möhkəmlənəcəyi 

ehtimalı kifayət qədər zəifdir.  

-

 

Azərbaycanın  əsas  xarici  ticarət  tərəfdaşlarında  da  iqtisadi  tərəddüdlər  azalıb  və  yerli 



valyutalarda  əhəmiyyəli  səviyyədə  möhkəmlənmə  prosesi  gedir  (Rusiya,  Türkiyə, 

Qazağıstan, Ukrayna və s.). 

-

 

Tədiyə və ticarət saldosunda profisit yaranıb



4

-



 

Ölkənin strateji valyuta ehtiyyatları artır (cari ilin yanvar-sentyabr aylarından 11.5%

5

) , 


-

 

Gizli  yığımların,  əmanət  və  depozitlərin  əsas  hissəsinin  xarici  valyutada  saxlanılması 



davam edir.  

                                                           

4

 CBAR, “CBA keeps refinancing rate at 15%”, 18.09.2017 



https://en.cbar.az/releases/2017/09/18/cba-keeps-refinancing-rate-at-15/

  

5



 CBAR, “CBA keeps refinancing rate at 15%”, 18.09.2017 

https://en.cbar.az/releases/2017/09/18/cba-keeps-refinancing-rate-at-15/

 



 

-



 

Valyuta bazarlarına ciddi təsir faktorlarından sayılan Beynəlxalq Bankın xarici valyutada 

borc öhdəlikləri restrukturizasiya edilib. 

-

 



Dövlət  vəsaitləri  hesabına  idxal  məhsullarının  alışına  tətbiq  edilən  məhdudiyyət  davam 

edir. 


-

 

Əhalinin  alıcılıq  səviyyəsi  azalıb  ki,  bu  da  real  sektorun  valyuta  tələbatını  əhəmiyyətli 



səviyyədə azaldır. 

Sadalanan  şərtlər  faktiki  olaraq  milli  valyutanın  məzzənnəsinə  mənfi  deyil  müsbət  təsir  edən 

faktorlardan hesab edilir ki, bu da növbəti devalvasiya ehtiyacını lüzumsuz edən başlıca səbəbdir. 

Digər  tərəfdən  isə  Mərkəzi  Bankın  sədri  tərəfindən  sentyabrın  19-da  kütləvi  informasiya 

vasitələrinə verdiyi açıqlamada

 

”manatın məzənnəsi üçün hər hansı risklər görmürük” deməsi

6

 də 


fakt olaraq öz əhəmiyyətini qoruyur. Əgər bu açıqlamadan sonra qurum devalvasiya qərarı qəbul 

edərsə  o zaman valyuta  bazarlarına təsir imkanını  bir dəfəlik itirə  bilər ki,  bu da hazırki  şərtlər 

daxilində arzuolunan deyil. Həmçinin deyure olaraq üzən məzənnə rejimi adı altında idarə edilən 

valyutanın bazar konyukturu formalaşmadan kəskin devalvasiyası Mərkəzin Bankın qeyri-ciddi 

reputasiyanı daha da zəiflədə bilər.  

Yuxarıda  sadaladığımız  faktorların  yekun  məntiq  nəticəsi  kimi  bildirmək  istəyirik  ki,  qısa 

müddətli dövr üçün ölkədə devalvasiya riski aktual deyil və bazar iştirakçılarının narahatlığına 

gərək yoxdur.  

  

Nəticə 

1.

 



Valyuta bazarlarında müşahidə edilən sabitlik dayanıqlı deyil.   

2.

 



Milli valyutanın (manat) hazırki məzənnəsi bazar tarazlığının deyil, inzibati konsensusun 

nəticəsidir və yüksək risk daşıyıcısıdır. Manatın məzənnəsi valyuta hərracları iştirakçıları 

arasında deyil Mərkəzi Bankın qapalı qapıları arxasında müəyyənləşir. Ölkə ictimaiyyəti 

hesab  edir  ki,  Mərkəzi  Bank  istəsə  bazarın  konyukturundan  asılı  olmayaraq  yenidən 

devalvasiya qərarı verə bilər.  

3.

 



Aiddiyyatı  qurumlara,  xüsusi  ilə  də  Mərkəzi  Banka  ictimai  etimadsızlığın  səviyyəsi 

təhlükəli həddədir. 

4.

 

Mərkəzi Bank kommunikasiya alətlərindən effektiv istifadə etmir. 



5.

 

Valyuta bazarlarında pisxoloji faktorların təsiri yüksək olaraq qalır 



 

 

 

 

 

                                                           

6

 Apa.az, “Elman Rustamov: We see no risk for manat rate”, 19.09.2017 



http://en.apa.az/azerbaijan-economy/finance-news/elman-rustamov-we-see-no-risk-for-manat-rate.html

  



 



 



 

 

 

İstinadlar 

Azərbaycan Respublikasının Mərkəzi Bnakı, “CBA keeps refinancing rate at 15%”, 

https://en.cbar.az/releases/2017/09/18/cba-keeps-refinancing-rate-at-15/

  

 



Marja.az, “Şənbə günü milli ödəniş sisteminin iştirakçısı olan banklar işləyəcəklər”, 29.09.2017 

http://marja.az/mobile/?module=news&id=13730

  

 

Apa.az, Elman Rüstəmov: "Valyuta bazarı tarazlaşıb, manat sabitləşib", 19.09.2017  



http://m.apa.az/az/iqtisadiyyat-xeberleri/maliyye_xeberleri/elman-rustemov-valyuta-bazari-

tarazlasib-manat-sabitlesib-5217

  

 

Aznews.az, “Heç bir devalvasiyadan söhbət gedə bilməz”, 29.09.2017 



http://www.aznews.az/news/iqtisadiyyat/152723.html

  

 



Apa.az, “Elman Rustamov: We see no risk for manat rate”, 19.09.2017 

http://en.apa.az/azerbaijan-economy/finance-news/elman-rustamov-we-see-no-risk-for-manat-



rate.html

 

: new -> wp-content -> uploads -> 2017
uploads -> Qlobal İqlim Dəyişmələri: Ətraf Mühit və Təhlükəsizlik Ekologiya və Təbii Sərvətlər Nazirliyi
uploads -> Azərbaycanda sığorta sisteminin Ümumu Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
uploads -> Azərbaycanda sosial təminat islahatları
uploads -> Kənd Təsərrüfatı İlində Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi
uploads -> Microsoft Word elillerinsosialmudafiesi20160712. docx
uploads -> Neft gəlirlərindən istifadə sahəsində şəffaflığı necə qiymətləndirirsiniz
2017 -> Azərbaycan “manat”ının performansı və
2017 -> İset iqtisadiyyat üzrə bakalavr proqramı Maliyyə və dövlət siyasəti sahəsində ixtisaslaşma proqram haqqinda
2017 -> Azərbaycan “manat”ının performansı və
2017 -> Fakultas pertanian universitas tunas pembangunan


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə