Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 03 (48- 2016)”



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə16/16
tarix25.08.2018
ölçüsü1,06 Mb.
#64028
1   ...   8   9   10   11   12   13   14   15   16

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

61 


 

 

 



 

 

 



 

 

 



 

Yəsna, 49-cu Hat “İspentəməydqat” 

 

1.  Budur,  Bəndvə  mənə,  yoldan  azanları  doğruluqla 



sevindirmək  istəyən  şəxsə  çoxdandır  ki,  düşmənçilik 

edir,  ey  Məzda,  uğurlu  mükafatla  mənə  doğru  gəlib 

məni  himayənə  al.  Ey  Bəhmən, Bəndvəyə  ölüm nəsib 

et. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

62 



2.  İndi  bu  yalançı  rəhbər  olan  Bəndvə  çoxdandır  ki, 

mənim  yolumu  kəsir,  doğruluqdan  boyun  qaçıran  bu 

adam  istəmir  ki,  Sipəndarmuz  onunla  olsun,  nə  də 

Bəhmənlə sorğu-sual etmək istəyir. 

3. Ey Məzda, bizim dinimizdə doğruluq yaxşılıq üçün, 

yalanpərəstlərin 

dinində 

yalan 


pislik 

üçün  


yaranmışdır.  Buna  görə  də  arulayıram  ki,  hamı 

müqəddəs  ruha  qovuşsun.  Yalanpərəstlərlə  get-gəl 

etməyi qadağan edirəm. 

4.  Dilləri  ilə  qəzəb  və  zülm  törədən  o  pis  düşüncəli 

adamlar  çobanlar  arasında  çoban  hesab  edilmirlər. 

Onların yaxşı əməlləri yox , pis əməlləri artmaqdadır. 

Onların yeri yalanpərəstlər üçün olan div ölkəsidir. 

5.  Ey  Məzda,  budur  müvəffəqiyyət  və  firavanlıq  o 

adamındır ki,  dinini  uğurlu davranışla  əlaqaləndirərək 

doğruluq  vasitəsilə  dindarlığı  yaxşı  öyrənsin.  Ey 

Əhura,  bu  kimi  adamlarla  birlikdə  sənin  ölkənə 

gələcəyik. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

63 


6.  Ey  Məzda,  ey  Ordubehişt,  ağlınızla  düşündüyünüz 

şeyləri bizə deməyi sizdən tələb edəcəyik ki, sizin kimi 

şəxslərin  dinini  yaymaq  yolunu  yaxşı  öyrənək,  ey 

Əhura. 


7.  Bunu  BƏhmən  eşitdi,  ey  Məzda,  Ordubehişt  də 

eşitdi. Sən özün də qulaq as, ey Əhura: ‖Hansı rəhbər, 

hansı  başçı  ədalətlidir  ki,  kəndlinin  səsinə  xeyirli  səs 

versin?‖ 

8.  Fraşaoştra  ilə  Ordubehişt  arasında  daha  qayğıkeş 

əlaqə yarat. Bu haqda səndən xahiş edirəm, ey Məzda 

Əhura.  Özümüz  üçün  də  sənin  uğurlu  ölkənin 

bağışlanmasını istəyirik ki, sənin elçilərin olaq. 

9.  Xeyir  yetirmək  üçün  yaranmış  adam  fərmanları 

yerinə  yetirər.  Ey  Camasp,  doğruluğa  qoşulan 

adamların  ruhları  axirətdə  ən  yaxşı  mükafatdan 

bəhrələnərlər  və  doğru  danışan  adam  yalanpərəstlə 

əlaqə saxlamağa rəğbət göstərməz. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

64 



10.  Bunu,  ey  Məzda,  sənin  dərgahında  saxlayaram: 

uğurlu davranışı, doğruluq tərəfdarının ruhunu, namazı 

və o dindarlığı və səyi ki, sən ey böyük qüdrət sahibi, 

tükənməz qüdrətinlə onu qoruyasan. 

11. İndi pis davranışı, danışığı, düşüncəsi və dini olan 

yaramaz hökmdarın fərmanı altındakı adamların, yalan 

tərəfdarlarının  ruhu  uğursuz  fikirlər  qəbul  etmişlər. 

Onlar yalanpərəstlər ölkəsinin dindaşlarıdırlar.  

12.  Ey  Ordubehişt,  ey  Bəhmən,  mənə  sizi  sitayişlərlə 

tərif  edib,  yardıma  çağıran  Zərdüştə  sizin  yardımınız 

nədir? Ey Məzda Əhura, mənim diləyim sizin ən yaxşı 

mükafatınızdır. 

            

 

Yəsna, 50-ci Hat “İspentəməydqat” 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

65 


1.

 

Mənim 



ruhum 

bir 


kimsənin 

yardımından 

bəhrələnəcəkdirmi? 

Mən 


yardıma 

çağırdıqda 

heyvanlarımı  və  məni  həqiqi  tanınmış  qoruyan  doğruluq 

friştəsindən,  ey  Məzda  Əhura,  səndən  və  uğurlu 

davranışdan başqa kimdir?  

2.

 



Ey Məzda, bəhrəli heyvan istəyərək kənd işində çalışmaq 

arzusunda  olan  adama  və  doğru  din  üzrə  yaşayaraq 

Günəşə  bel    bağlayan  bir  çox  adamlara  hesab  günündə 

ağıllılar sarayında (behiştdə) necə yer verəcəksən? 

3.

 

Məzdanın vədi üzrə, Ordubehiştin köməyi və Şəhrivərin , 



Bəhmənin  vasitəçiliyilə  Əşi  qayğıkeşlik  edərək  yalançı 

qonşunun  bəhrələndiyi  var-dövlət  qədər  verəcəyi  sərvət 

onun olacaqdırmı? 

4.

 



Budur,  sitayişlə  sizə  tapınıram,  ey  Məzda  Əhura, 

doğruluq  və  uğurlu  davranış  friştələri  və  yüksək  mənəvi 

hökmdarlığa  ki,  dindarların  arzu  etdikləri  kimi,  əməlləri 

yoxlayan şəxs itaətkarları behiştə yola salsın. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

66 



5.

 

Ey  Məzda  Əhura.  Ey  Ordubehişt,  əlbəttə  sizdən 



bəhrələnəcəyəm. 

Çünki 


siz 

peyğəmbərinizə 

mehribansınız. Aydın-aşkar yardımınızla, bir əl işarəsi ilə 

bizə behişt nəsib olur. 

6.

 

Ey  Məzda,  peyğəmbər  -  doğruluğun  dostu  olan  Zərdüşt 



yüksək  səslə  namaz  qılır,  olsun  ki,  ulu  ağıl  uğurlu 

davranış  friştəsi  yardımı  ilə  öz  dinini  öyrətsin  və  dilini 

doğru yola yönəltsin. 

7.

 



Budur  sizin  üçün  iti  yürüşlü,  çevik  atları  geniş  sitayiş 

çölündə  çapdırıram  ki,  ey  Məzda,  ey  Ordubehişt  və  ey 

Bəhmən, onlarla mənim yardımıma yollanasınız. 

8.

 



Ey Məzda və ey Ordubehişt, əllərimi qaldıraraq üzümü sizə 

tutur,  əməyimlə  yaranmış  məşhur  nəğmələrimi  dindarların 

namaz və uğurlu davranış yaradıcılığı ilə birgə sizə təqdim 

edirəm. 


9.

 

Bu  dualarla  sitayiş  edərək  uğurlu  əməllərlə  sizə  doğru 



gəlirəm,  ey  Məzda,  ey  Ordubehişt.  Arzuladığım  mükafata 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

67 


çatdıqdan  sonra  çalışacağam  ki,  uğurlu  düşüncə  sahibi  də 

ondan bəhrələnsin. 

10.

 

 Mənim  görəcəyim  əməllər,  həm  də  ondan  əvvəlki  işlər, 



ey  müqəddəs  ağıl,  Günəşin  işığı  və  günün  səhəri  kimi 

açıq  dəyərli  olan  hər  şey  sizə  sitayiş  üçündür,  ey 

doğruluq, ey Məzda Əhura.  

11.


 

 Ey  Məzda,  mən  istəyirəm  ki,  sizə  sitayiş  edən  adlanan 

və nə qədər gücüm, təvanım var belə olam, ey doğruluq, 

dünyanı  yaradan  müqəddəs  ağıl  vasitəsilə  elə  şərait 

düzəldər  ki,  onnun  məşiyyətinə  uyğun  olan  yerinə 

yetirilər. 

                

 

 



 

 

 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

68 



Yəsna, 51-ci Hat “Vohuxşətraqat” 

 

1.  Doğruluğun  ən  yararlı  bəhrəsi  olan  yaxşı  seçilmiş 



ölkə  o  adam  üçün  hazırlanar  ki,  ey  Məzda,  səylə  ən 

yaxşı əməllər yerinə yetirilmiş olsun. İndi istəyirəm ki, 

bunu özümüzdə həyata keçirəm. 

2.  Beləliklə,  ey  Məzda,  əvvəlcə  sizin  əlinizdə  olan 

əbədi ölkəni ki, Ordubehiştin və sizindir, mənə göstər. 

Ey  Sipəndarmuz,  bəhmən  vasitəsilə  ölkənizin  xeyrini 

sitayiş edən adama bağışla. 

3. Ey Əhura və ey Ordubehişt, o adamları eşitməlisiniz 

ki,  əməllərində  və  dillərində  sizin  dediklərinizə 

qoşulsunlar.  Sən  ey  Məzda.  Müqəddəs  ağılla  onların 

ilk mürəbbisisən. 

4. Əməyin mükafatı üçün harda dayansın, harda əlaqə 

saxlasın? Harda doğruluqdan bəhrələnsinlər? Hardadır 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

69 


pak  dindarlıq?  Hardadır  müqəddəs  ağıl?  Hardadır 

sənin əbədi ölkən, ey Məzda? 

5.  Bunların  hamsını  soruşuram:  Doğru  əməlli,  ağıllı 

kəndli  o  şəxsə  ki,  düzgün,  ağıllı  mühakimə  aparana, 

hər  iki  mükafatı  veməyə  qadir  olan  namaz  qılarsa,  o, 

heyvanlardan necə düzgün bəhrələnə bilər? 

6.  O,  Əhura  Məzda  dünyanın  sonunda  istədiklərini 

yerinə  yetirən  adama  öz  ölkəsində  olan  ən  yaxşı  şeyi 

və ou sevindirməyənə ən pis şeyi verər. 

7.  Heyvanı,  suları  və  otları  yaradan,  ey  Məzda,  ən 

müqəddəs ağlın köməyi ilə mənə yetkinlik və əbədilik, 

hesab  günündə  uğurlu  davranış  vasitəsilə  dözüm  və 

sarsılmazlıq bağışla. 

8. İndi də iki məsələdən söz açıram, ey Məzda, çünki 

bunları 

ağıllı 


adamlara 

çatdırmaq 

lazımdır:  

yalanpərəstə  pislikdən  və  doğruluq  tərəfdarına  verilən 

yaxşılıqdan.  Bəli,  o  peyğəmbər-  ağıllılara  bunu 

çatdırmaqla sevinir.  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

70 



9.  Ey  Məzda,  qızarmış  od  və  dəmirdən  iki  tayfaya 

verəcəyin 

əvəzdən  canlarda  bir  əlamət  qoy: 

yalanpərəst  üçün  ziyan  və  doğruluq  tərəfdarı  üçün 

xeyir əlaməti. 

10.  Ey  Məzda,  ondan  başqa  məni  aradn  aparmaq 

istəyən  kimdir?  O  adam  ki,  yalan  yaranışdan 

doğulmuş,  buna  görə  də  insanların  bədxahıdır. 

Doğruluq  friştəsini  yanıma  çağırıram  ki,  uğurlu 

mükafatla gəlib çatsın. 

11.  Spitman  Zərdüştə  dost  olan  adam  kimdir,  ey 

Məzda? Ya doğru din üzrə öyüd verən kimdir? Ya pak 

dindarlıq kimdir? Ya da müqəddəs ağıl üzrə muğ dini 

haqqında düşünən o düzgün əməlli adam kimdir?  

12.  Qış  fəslində  yolu  keçərkən  Kavinin  alçaq  nökəri 

onu-  Spitman  Zərdüştü  sevindirmədi,  belə  ki,  onun 

heyvanları  soyuqdan  titrəyərkən    Kavinin  nökərinin 

yanına getilər, o, düşərgə etməyə mane oldu. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

71 


13.  Beləliklə,  yalanpərəstin  əsil  mahiyyəti  özü  üçün 

düzgün  yolun  mükafatını  aydın  şəkildə  puça  çıxardı. 

Əməllər Sirat körpüsü üstündə göründükdə onun ruhu 

qorxuya  dalacaqdır.  Çünki  o  öz  dili  və  əməli  ilə 

düzgün yoldan dönmüşdür. 

14. Kəndlilik qanununa və göstərişinə Karapanlar itaət 

etmirlər.  Onlar  öz  əməlləri  və  sözləri  ilə  heyvanlara 

etdikləri əzab  -əziyyətə  görə  son  gündə  yalanpərəstlər 

ölkəsində aparacağın mühakiməni yerinə yetir. 

15.  Behiştdə  qabaqcadan  Zərdüştün  muğlara  mükafat 

vəd  etdiyi  kimi  Əhur  məzda  ilk  dəfə  oraya  gəlir. 

Müqəddəs  ağıl və doğruluq  tərəfindən sizin  üçün vəd 

etdiyi xoşbəxtlik budur.  

16.  Şahlıq  edən  Geygəştasp  bu  muğ  dinini,  Məzda 

Əhura  doğruluq  ilə  düşündükləri  təlimatdakı  uğurlu 

davranış  yolları  ilə  birlikdə  qəbul  etdi.  Beləliklə,  iş 

bizim xeyrimizlə bitdi. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

72 



17. Fraşaoştra əziz bir əndamı mənə təklif etdi. Onun 

uğurlu  inamına  görə  qüdrətli  Məzda  Əhura  aru 

etdiklərini  ona bağışlasın  ki,  o, doğru var  – dövlətdən 

bəhrələnsin.  

18. Camasp bu dini doğruluq üzrə şan-şərəf zənginliyi 

kimi  qəbul  etdi.  Bəli,  ey  Əhura,  müqəddəs  ağıl 

ölkəsini  axtarırdı,  onu  mənə  bağışla  ki,  onlr  onun 

pənahında olsunlar, ey Məzda.  

19.  Bu  şəxs  Medyumah  Spitman  onu  dünyada  Məzda 

dinindən,  o  şeydən  ki,  həyt  işlərində  ən  xeyirlidir, 

öyrətməyə  çalışan  adamı  ürəkdən  tanıdıqdan  sonra 

özünü ona təslim etdi. 

20. Bu mükafatı bizdən əsirgəməyin, ey o şəxsiyyətlər 

ki, doğruluq, uğurlu davranış və dindarlıqla birsiniz və 

namazda  təriflənirsiniz.  Məzda  öz  göstərişi  il  yardım 

göstərəcəkdir. 

21.  İnsan  dindarlıq  nəticəsində  pak  olur.  Bu  adam 

düşüncə,  söz,  əməl  vasitəsilə  dininin  doğruluğunu 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

73 


daha da artırır. Məzda Əhura müqəddəs ağıl vasitəsilə 

ona  əbədi  ölkəni  verir.  Bu  xeyirli  mükafatı 

arzulayıram.  

22.  Mənim  çağırışımla  doğruluq  üzrə  sitayişi  yaxşı 

olan adamları Məzda Əhura tanıyır, onlar kim idilər və 

kimdirlər.  Onları  adları  ilə  tərifləyirəm  və  dua  ilə 

onlara yaxınlaşıram.  

              

 

 

Yəsna, 53-cü Hat “Vəhiştəiştəqat” 



 

1.Ən  yaxşı  tanınmış  var-dövlət  Zərdüşt  Spitmanındır 

ki,  doğruluq  sayəsində  Məzda  Əhura  ona  verəcəkdir. 

Bəli,  eləcə  də  o  adamlara  ki,  onun  xeyirli  dininin 

sözlərini  və  işlərini  öyrənib  yerinə  yetirirlər,  o,  xoş, 

şən, əbədi həyatı bağışlayacaqdır. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

74 



2.  Bunlar  da  sevinclə  Məzdaya  tapınaraq  sitayiş  edib 

düşüncə,  söz  və  əməldə  onu  sevindirməlidirlər.  Məhz 

Geygəştasp,  Spitman  Zərdüştün  oğlu  və  Fraşaoştra 

Əhuranın  göndədrdyi  xilaskar  dininin  düzgün  yolunu 

hamarlayacaqlar. 

3.  Ey  həçətasp  nəslindən  və  Spitman  ailəsindən  olan 

Pauruçista,  ey  Zərdüştün  ən  gənc  qızı,  bu  adamı  bu 

təcrübəli  şəsi  Zərdüşt  sənə  verdi.  Uğurlu  davranış  və 

doğruluqla ona yanaş, öz ağlınla Məzdadan öyüd al, ən 

pak dindar və uğurlu düşüncə sahibi ol. 

4. Bəli, Pauruçistanı məhəbbətlə dinə rəhbərlik edirəm 

ki, atasını , ərini, kəndliləri və başçıları, o pakdinliləri 

pak dinini sevindirə bilsin. Xeyirli dininə görə həmişə 

əbədi  olan  Məzda  Əhura  onu  uğurlu  davranışdan 

təntənəli şəkildə bəhrələndirər. 

5.  Ərə  gedən  qızlara  və  sizə  də  faydalı  olan  bir  neçə 

söz deyirəm, yadınızda saxlayın və ürəklərinidə uğurlu 

davranışla  yaşamağa  çalışmaqda  onu  başa  düşün. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

75 


Doğruluqda  biriniz  digərindən  üstün  olmağa 

çalışmalıdır,  çünki  bu,  onun  üçün  yaxşı  mükafat 

gətirəcəkdir. 

6.  Həqiqətdə  məsələ  belədir,  ey  kişilər  və  qadınlar, 

yalanpərəstdə  gördüyünüz  firavanlıq  onun  özündən... 

alınacaqdır,  dini  alçaldan  yalanpərəst  üçün  təəssüf  və 

cəhənnəm fəzasından başqa bir şey yoxdur. Siz də ulu 

mənəvi həyatı itirə bilərsiniz. 

7.  Nə  qədər  ki,  ürəkdən  çalışmaq  həvəsi  ətinizdə-

qanınızda  vardır,  mükafatınız  bu  muğ  dini  olacaqdır 

ki,  onunla  yalanpərəstin  ruhu  uzaqlaşıb,  beli  sınıb, 

aradan gedəcəkdir. Bu muğ dinini əldən versəniz, axır 

sözünüz peşmançılıq sədası olacaqdır.  

8.  Beləliklə,  pis  əməllərin,  aldanmış  və  zavala 

uğramışların hamısının naləsi yüksələcəkdir. Olsun ki, 

Məzdanın 

yaxşı 

hökmdarlarından  biri 



onları 

məğlubiyyətə  uğradıb  məhv  etsin  və  onlar  qarşısında 

kəndlilərə  dinclik  versin.  Hamıdan  yüksək  olan  o 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

76 



kimsə  çox  tezliklə  onlara  ölüm  zəncirləri  ilə  cəza 

verəcəkdir. 

9.  Uğursuz  din  tərəfdarı  yox  olmalıdır.  Böyük  şəxsi 

alçaltmaq arzusunda olan bu adamlar - dini alçaldanlar 

cəza  görməlidirlər.  Haradadır  o  düz  əməlli  hakim  ki, 

onların  həyatını  ,  azadlığını  əllərindən  alsın?  İndi  isə, 

ey  Məzda,  qüdrət  sənindir  ki,  doğruluqla  həyat  sürən 

yoxsulların yaşayışını yaxşılaşdırasan.



 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə