Səbr Etməyin Qaydası



Yüklə 112,51 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü112,51 Kb.
#2263


1

Əhməd ibn Abdulhəlim ibn Teymiyyə

Səbr

etməyin qaydası


2

Müəllif: Şeyxulislam Təqiyyuddin Əbul Abbas Əhməd ibn



Abdulhəlim ibn Teymiyyə (vəfatı 728 hicri ili)

Tədqiqatçı: dr. Məhəmməd ibn Xəlifə ət-Təmimi

Tərcüməçi: Muxtar Əli

Redaktor: Ramil Həsən




3

MÜQƏDDİMƏ

Həqiqətən həmd sənalar Allaha məxsusdur. Biz də Ona həmd

səna edir, Ona sığınır və Ondan bağışlanma diləyirik. Nəfsimizin

şərindən və pis əməllərimizdən Allaha pənah aparırıq. Allahın doğru

yola yönəltdiyi kimsəni heç kəs bu yoldan azdıra bilməz, haqq yoldan

azdırdığı kimsəni isə heç kəs doğru yola yönəldə bilməz. Mən şəhadət

verirəm ki, Allahdan başqa haqq məbud yoxdur və şəhadət verirəm ki,

Məhəmməd Onun qulu və elçisidir.



"Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız

müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!" (Ali-Imran, 102)

"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan

zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar

törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər)

istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən

həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!" (ən-Nisa, 1)

"Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!

(Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı

bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir

səadətə (Cənnətə) nail olar." (əl-Əhzab, 70-71)

Həqiqətən ən doğru söz Allahın kəlamı və ən xeyirli hidayət yolu

Məhəmmədin (ona Allahın salavatı və salamı olsun) yoludur. Əməllərin

ən şərlisi (dinə əlavə edilmiş) yeniliklərdir. Hər bir yenilik bidət və hər

bir bidət isə zəlalətdir.

Uca Allahın Öz əzəmətli Kitabında insanları sövq etdiyi və

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) də öz pak

sünnəsində  əmr etdiyi ən yüksək xeyirxahlıq sifətlərindən biri səbrli

olmaqdır.  Səbr  sözü  Quranda  yüz  dörd  yerdə  müxtəlif  səbəb  və

məqamlarda varid olmuşdur.

Uca Allah Öz peyğəmbərinə səbrli olmağı  əmr etmiş və

buyurmuşdur:



(Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbr et.

Sənin səbr etməyin yalnız Allahın köməyilədir. (ən-Nəhl,127)

Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri

olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə,

əziyyətlərə) səbr et. (əl-Əhqaf, 35)


4

Həmçinin Allah təalə möminlərə də səbrli olmağı əmr etmişdir. O,

buyurur:

Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə

yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbr edin, (Allahın

düşmənlərinə qələbə çalmaq uğrundakı müharibə və döyüşlərdə sizə

üz verən müsibət və çətinliklərə) dözün! (Ali-Imran, 200)

Uca Allah səbr edənləri tərifləyərək buyurur:



Yaxşı  əməl sahibi əslində  ... dar ayaqda, çətinlikdə (ehtiyac,

yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr

edənlərdir. Onlar (İmanlarında, sözlərində və  əməllərində) doğru

olanlardır. Müttəqi olanlar da onlardır! (əl-Bəqərə, 177)

O səbr edənləri sevdiyini və onlarla birlikdə (bərabər) olduğunu

xəbər verərək buyurur:

"Allah səbr edənləri sevir." (Ali-Imran, 146)

"Səbr edin, həqiqətən Allah səbr edənlərlədir!" (əl-Ənfəl, 46)

Bu ayədə isə Allah təalə səbr etməyin səbr edənlər üçün xeyirli

olduğunu bəyan etmişdir:

"Əgər (onlardan intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər

üçün daha xeyirlidir." (ən-Nəhl, 126)

Rəbbimiz səbr edənləri onların etdiklərindən qat-qat üstün və

daha yaxşı mükafatlarla mükafatlandıracağını vəd vermişdir. O

buyurur:


"(Allah yolunda) səbr edənləri etdikləri yaxşı  əməllərin

müqabilində daha yaxşı mükafatlarla mükafatlandıracağıq!" (ən-Nəhl,

96)


"Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə

(axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!" (əz-Zumər, 10)

Həmçinin onları müjdəliyərək buyurur:



"(Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxsləri müjdələ!" (əl-

Bəqərə, 155)

Səbr edənlərin mükafatı Cənnət olacağı haqda isə Allah təalə

deyir:


"Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri)

ipəklə mükafatlandıracaqdır." (əl-Insan, 12)


5

Uca Allah səbri Islam dinində ən əzəmətli sayılan işlərlə bir sırada

qeyd etmişdir. Səbrlə yanaşı gələn bu əzəmətli işlər barəsində Quran

ayələrindən:

Yəqinlik;

"(Çətinliklərə) səbr etdikləri və ayələrimizə yəqinliklə (ürəkdən)

inandıqları üçün Biz onlardan (İsrail oğullarından) əmrimizlə

(insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik." (əs-Səcdə, 24)

Təvəkkül;



"(Yaxşı  əməllər) edənlərin mükafatı necə də gözəldir! O kəslər

ki, səbr edər və yalnız Rəbbinə təvəkkül edərlər (bel bağlayarlar)!" (əl-

Ənkəbut, 58-59)

Namaz;

"Ey iman gətirənlər! Səbir və namaz ilə (dua ilə Allahdan)

kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur)." (əl-

Bəqərə, 153)

Təqva (Allahdan qorxmaq);

Əgər səbr etsəniz və Allahdan qorxsanız (təqvalı olsanız),



onların hiyləsi sizə heç bir zərər yetirməz.” (Ali-Imran, 120)

"Əgər səbr etsəniz və Allahdan qorxsanız (təqvalı olsanız),

əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir". (Ali-Imran, 186)

"Kim Allahdan qorxub (təqvalı olub) səbr etsə (pis əməllərdən

çəkinsə) (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını  əsla zay

etməz!” (Yusif, 90)

Saleh əməl;



"Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır. Məhz onları

(günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir." (Hud, 11)

Cihad;


"Fitnəyə məruz qaldıqdan sonra hicrət edənləri, daha sonra

cihad edib (bu yolda hər cür əzab-əziyyətə) səbr edənləri isə (bütün)

bunlardan sonra Rəbbin, şübhəsiz ki, bağışlayandır, (onlara) rəhm

edəndir!" (ən-Nəhl, 110)

"(Ey möminlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və

(əziyyətlərə) səbr edənləri ayırd edib bilmək (ümmətə məlum etmək)

üçün sizi imtahana çəkəcəyik" (Məhəmməd, 31)

Istiğfar (bağışlama) diləmək və təsbih (Allahı zikr) etmək;




6

"(Ya Peyğəmbər! Allahın əmrinə, müşriklərin əziyyətinə) səbr et.

Allahın (sənə və möminlərə verdiyi zəfər) vədi haqdır. (Ümmətinin

sənin özünə aid etdiyin) günahının bağışlanmasını dilə. Axşam-səhər

Rəbbini həmd-səna ilə təqdis et! (Daim Allahı zikr et və ya gündə beş

vaxt namaz qıl!)" (əl-Mumin, 55)

"(Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki,

sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan).

(Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!" (ət-Tur, 48)

"(Ya Rəsulum! Elədə Məkkə müşriklərinin) dediklərinə səbr et.

Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə  şükür edib

şəninə təriflər de (sübh və əsr namazlarını qıl), gecənin bir vədəsində

(axşam və gecə saatlarında) və günorta radələrində də Rəbbini öyüb

təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun

müqabilində Allahın səni böyük savaba, yüksək dərəcələrə, yaxud

ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal) olasan!" (Taha,

130)


Haqq;

"And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana

və ya Peyğəmbərin əsrinə) ki, Insan (ömrünü bihudə işlərə sərf

etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir? Yalnız

iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri

tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi

səadətə qovuşanlardır!)" (əl-Əsr, 1-3)

Rəhmət;


"Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən,

mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!" (əl-Bələd, 17)

Şükür;


"Bunda çox səbir və  şükür edənlər üçün, sözsüz ki, neçə-neçə

ibrətlər var!" (Ibrahim, 5)

Quranda müxtəlif məqamlarda səbrə dəlalət edən ayələrin olması,

həmçinin bu barədə sünnədə varid olan hədislər onun əhəmiyyətinə və

şəninin uca olmasına dəlalət edir. Peyğəmbər (ona Allahın salavatı və

salamı olsun) ümmətini bu gözəl əxlaqa sövq etmişdir. Onun həyatı bu

ali əxlaqın bütün növlərinə ən gözəl nümunədir. Kim əgər onun həyatını




7

və sünnəsini öyrənərsə səbr etməyin yüksək məqama malik olduğunu

bilər.

dr. Məhəmməd ibn Xəlifə

ﻢﯿﺣﺮﻟا ﻦﻤﺣﺮﻟا ﷲا ﻢﺴﺑ

Rəhmli və mərhəmətli Allahın adı ilə.

Şeyxulislam Təqiyyuddin Əbul Abbas Əhməd ibn Teymiyyə

buyurur:

Fəsil:

Uca və nöqsansız Allah Öz mömin bəndələrini siniflərə bölmüş və

hər sinfi öncəkindən daha üstün etmişdir. Buna görə də möminlərin

başına yaxşı və ya xoşagəlməz işlər gəlsədə, onlar daim rəblərinin

verdiyi nemət içindədirlər. Həmçinin Allah Öz qəza və qədərini onlar

üçün qazanclı ticarət və haqqa aparan yol etmişdir. Necə ki, səhih

əsərində möminlərin imamı (ona Allahın salavatı və salamı olsun)

buyurmuşdur (hansı ki, qiyamət günü hər kəs öz imamı ilə çağrılacağı

zaman  möminlər də onunla çağırılacaqlar

1

): "Möminin işi nə qəribədir.



Həqiqətən, onun bütün işləri qəribədir. Allah ona elə bir şey təqdir

etməmişdir ki, onun üçün xeyir olmasın. Başına yaxşı bir iş gəldikdə

şükr edər və bu onun üçün xeyirlidir. Müsibət üz verdikdə isə səbr edər.

Bu da onun üçün xeyirlidir."

 2

Bu hədis Allahın hər bir mömin üçün təqdir etdiyi bütün qədəri

əhatə edir. Çünki yaxşısına şükr, xoşagəlməzinə isə səbr edərsə, Allahın

1

Bu əsəri, əl-Xatib "Tarix Bağdad" (1/317) əsərində Ənəsdən nəql etmişdir. İsra surəsinin



71-ci ayəsi, “Bir gün (qiyamət günü) bütün insanları öz imamları ilə birlikdə

(hüzurumuza) çağıracağıq.” haqda o demişdir: yəni, “öz peyğəmbərləri ilə birlikdə” .

Suyuti “Dərrul-mənsur” (5/316) əsərində bu rəvayətin İbn Əbi Hatim və İbn Mərdəvih

tərəfindən söylənildiyini bildirmişdir. Eyni məna Mücahiddən də rəvayət edilmişdir. Onu

İbn Cərir öz təfsirində (15/126) və Suyuti “Dərrul-mənsurda” ibn Munzirdən nəql etmişdir.

2

Hədisi, Imam Müslim ("Zühd" kitabi, "Möminin bütün işləri xeyirdir" fəsli (8/227)); Imam



Əhməd ("Musnəd" əsəri (1/173)) və  əd-Dərimi ("Sünən" əsəri, "ər-Raqaiq" kitabı, "Mömin

hər  işinə  görə  əcr  qazanır"  fəsli  (2/318)) rəvayət etmişdir. Hədisin ləfzi belədir: "Möminin



işi nə qəribədir. Həqiqətən, bütün işləri onun üçün xeyirdir...."

Lakin hədisi müəllifin qeyd etdiyi kimi: "...bütün işləri qəribədir...." ləfzi ilə tapa

bilmədim.



8

qəza-qədəri onun üçün hər zaman xeyirli sayılar. Həmçinin bu,

imandandır. Neçə ki, bəzi sələflər demişdir: "Iman iki hissədən ibarətdir.

Yarısı şükr, yarısı isə səbrdir."

3

 Allah təalə buyurur: "Həqiqətən, bunda



çox səbir və şükür edən hər kəs üçün, neçə-neçə ibrətlər vardır!”

 4

Əgər  bir  kəs  dinin  bütün  sahələrinə  nəzər  salsa  görər  ki,  o

ümumən səbr və  şükr üzərində qurulmuşdur. Ona görə ki, səbrin üç

növü var:



Birinci: Allaha itaət olan bir əməli edənə qədər ona səbr etmək.

Çünki elə bir əməl yoxdur ki, onu yerinə yetirmək üçün insan zahiri və

batini düşmənlərinə qarşı mübarizə aparmasın və səbr etməsin. Həm

vacib, həm də müstəhəb (bəyənilən) əməlləri yerinə yetirmək üşün səbrli

olması insana yetər.

Ikinci: Qadağan edilmiş  əməli etməmək üşün səbr etmək.

Həqiqətən insanın nəfsi, onun tələbləri, şeytanın gözəlləşdirdikləri və

pis yoldaşlar asilikləri əmr edir və günahlara sürükləyir. Insana güclü

səbri kifayət edər ki onları tərk etsin. Bəzi sələflər demişdir: "Yaxşı

əməlləri həm yaxşı, həm də pis insan edə bilər. Asilikləri (günahları) tərk

etməyə isə yalnız siddiqlər qadirdir."

5

Üçüncü: Insanın ixtiyarı olmadan başına gələn müsibətlərə səbr

etmək. Müsibətlərin iki növü var:

3

Vaki bin Cərrah "Zühd" əsərində (2/456, hədis 203), ət-Təbərani "əl-Kəbir" əsərində (9/107),



əl-Munziri "ət-Tərğib və ət-tərhib" əsərində (4/171, hədis 4974) ibn Məsuddan "Səbr imanın

yarısı, yəqinlik isə hamısıdır." ləfzi ilə rəvayət etmişdir.

Həmçinin Buxari "Səhih" əsrində "Iman" kitabı, "Peyğəmbərin (ona Allahın salavatı və

salamı  olsun)    "Islam  beş  dayaq  üzərində  qurulmuşdur"  kəlamı"  fəslində  öz  şərtinə  uyğun

olaraq ibn Məsuddan "Yəqinlik imanın hamısıdır." ləfzi ilə rəvayət etmişdir. ...

Şeyx əl-Albani "Silsilə əl-əhədis əd-daifə" əsərində (1/506-507, hədis 499) bu hədis haqqında

"münkər" demişdir. Onun sözünün xülasəsi: bu hədisin ibn Məsuddan rəvayət olunması

səhih, peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunması isə zəifdir.

Ibn Teymiyyənin "bəzi sələflər demişdir" sözü də buna dəlalət edir.

4

Ibrahim (5), Loğman (31), Səbə (19), Şura (33).



5

Əbu Nueym "Hilyətul övliyə" əsərində (10/197) öz sənədiylə Səhl bin Abdulla ət-

Tusturidən belə rəvayət etmişdir: "Yalnız Allaha itaət edən Allaha sevimli olmaz, lakin

Allahın qadağan etdiklərindən çəkinən Allahın sevimlisi olar. Asiliklərdən (günahlardan)

çəkinməyə yalnız Allaha yaxın olan siddiqlər qadirdir. Yaxşı  əməlləri isə həm yaxşı, həm

də pis insan edə bilər."




9

Birinci növ: Xəstəliklər və s. kimi heç bir məxluqatın ixtiyarından

asılı olmayan səmavi müsibətlər. Müsibətin bu növünə səbr etmək

asandır. Çünki bəndə onun Allahın qəza və qədəri ilə olmasının və

insanların buna müdaxilə edə bilməməsinin şahidi olur. Buna görə də ya

ixtiyari, ya da məcburi olaraq səbr edir. Əgər Allah kimin qəlbini,

müsibətdən doğan faydalar, həmçinin bu səbəblə nail olduğu lütf və

nemətlər haqqında düşünməyə müvəffəq etsə, o, bu müsibətə səbr

etməkdən,  ona  şükr  etmək,  razı  qalmaq  mərhələsinə  keçmiş  olar.  Bu

zaman başına gəlmiş müsibət onun üçün nemətə çevrilər. Qəlbi və dili

hər zaman bu duanı edər: "Rəbbim Səni zikr etmək, Sənə şükür etmək və

Sənə gözəl tərzdə ibadət etmək üçün mənə yardım et!"

6

 Bu bəndənin



Allaha olan məhəbbətinin güclü və ya zəif olmasından asılı olaraq güclü

və ya zəif olur. Hətta bunu biz insanların sözlərində də görə bilərik.

Necə  ki,  öz  sevglisindən  cəfa  görən  şair  ona  xitab  edərək  deyir  (şerin

mənası belədir):

Məni pis sözlərlə yada salmağın məni kədərləndirsə də,

(Pis sözlərlə də olsa) sənin yadına düşməyim məni sevindirir.

7

Ikinci növ: Insanların əməlləri səbəbi ilə bir kəsin başına gələn

müsibətlər. Bu həmin kəsin özünə, mal-dövlətinə və ya namusuna

toxunmaqla ola bilər. Müsibətin bu növünə səbr etmək çox çətindir.

Çünki insanın nəfsi özünün alçaldığını hiss edir və məğlub olmaq

istəmir. Buna görə də intiqam almağa can atır. Müsibətin bu növünə

yalnız peyğəmbərlər və siddiqlər səbr edə bilir. Peyğəmbərə (ona

Allahın salavatı və salamı olsun) əziyyət verildiyi zaman deyərdi: "Allah

6

Müəllif bununla Muaz bin Cəbəlin (Allah ondan razı olsun) hədisinə işarə edir. Hansı ki,



Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onun əlindən tutaraq demişdir: "Ey

Muaz  Allaha  and  olsun  ki,  mən  səni  çox  sevirəm.  Sonra  dedi:  ey  Muaz  sənə  tövsiyyə

edirəm  ki,  hər  namazdan  sonra  bu  duanı  deyəsən:  Allahım  Səni  zikr  etmək,  Sənə  şükür

etmək  və  Sənə  gözəl  tərzdə  ibadət  etmək  üçün  mənə  yardım  et!"  Hədisi  əbu  Davud

"Sünən" əsrində "Vitr namazı" kitabı "Istiğfar (bağışlanma diləmək)" fəslində (2/181, hədis

1522); həmçinin Nəsai "Sünən" əsərində "Səhv" kitabı "Duanın başqa növü" fəslində (3/53);

imam Əhməd "Musnəd" əsərində (5/245-247) rəvayət etmişdir.

7

Bax: ibn əd-Dumeynənin Divanı, Əhməd Ratib ən-Nəffaxın tədqiqi ilə (səh: 17).




10

Musaya rəhmət etsin. Ona daha çox əziyyətlər verilsə də səbr edərdi."

8

Həmçinin xəbər vermişdir ki, peyğəmbərlərdən biri öz qövmü



tərəfindən döyüldüyü zaman belə demişdir: "Allahım mənim qövmümü

bağışla, çünki onlar bilmirlər."

9

 Peyğəmbərimizin də (ona Allahın



salavatı və salamı olsun) öz qövmü tərəfindən əziyyət gördüyü zaman

eyniylə belə dediyi rəvayət olunmuşdur.

10

 O, bu duada üç məsələni bir



arada cəm etmişdir: onları əfv etmək, onlar üçün bağışlanma diləmək və

bilmədikləri  üçün  onları  üzürlü  hesab  etmək.  Səbrin  bu  növü  kömək

(qələbə), izzət, sevinc, əmin-amançılıq, qüvvət, Allaha məhəbbət, elmin

artması və insanların onu sevməsi ilə nəticələnir. Uca Allah buyurur:



"(Çətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün

Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu

göstərən rəhbərlər təyin etmişdik."

11

Səbr və yəqinliklə insan dində



imamlığa yüksəlir. Bu səbrə güclü yəqinlik və iman  əlavə olunduqda

bəndə Allahın fəziləti ilə xoşbəxtliyin uca məqamlarına yüksəlir. Bu,

Allahın bəndələrindən istədiyinə verdiyi lütfüdür. Allah böyük lütf

sahibidir.

Buna görə də uca Allah buyurur: "(Ey mömin kimsə!) Sən

(pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə

comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda

8

Hədisi Buxari "Səhih" əsərində "Peyğəmbərlər" kitabında 28-ci fəsildə (3405), həmçinin



Müslim "Səhih" əsərində "Zəkat" kitabı, "Qəlbləri yuşaltmaq üçün əta etmək" fəslində

(3/109) rəvayət etmişdir.

9

Hədisi Buxari "Səhih" əsərində "Peyğəmbərlər" kitabında 59-ci fəsildə (3477), həmçinin



Müslim "Səhih" əsərində "Cihad" kitabı, "Uhud döyüşü" fəslində (5/179) rəvayət etmişdir.

10

Abdulla ibn Məsud (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (ona Allahın salavatı və



salamı olsun) Huneyn döyüşündə götrülmüş qənimətləri əl-Caranədə bölüşdürdüyü

zaman insanlar onun üstünə axışdılar. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)

dedi: "Allah qullarından  birini öz qövmünə peyğəmbər olaraq göndərmişdi. Qövmü onu

döymüş və yaralamışdı. O isə alnının qanını silə-silə deyirdi: Rəbbim mənim qövmümü

bağışla, çünki onlar bilmirlər. Abdulla ibn Məsud (Allah ondan razı olsun) deyir: Sanki

indi də gözümün önündə görürəm Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)

alnından qanı silə-silə həmin kişinin hekayəsini danışır və deyir: Rəbbim mənim

qövmümü bağışla, çünki onlar bilmirlər." Bu hədisi imam Əhməd "Musnəd" əsərində

(7/378, hədis 4366) rəvayət etmişdir. Kitabın tədqiqatçısı bu hədisin səhih liğeyrihi

dərəcəsində olduğunu demişdir.

11

Səcdə (24)




11

düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu (xislət)

yalnız (dünyada məşəqqətlərə) səbir edənlərə verilir və yalnız böyük

qismət (savab, fəzilət) sahiblərinə əta olunur!"

12

 Yaxşılıqla dəf etmək,



əfv etmə və s. bu kimi saleh əməllərlə olur. Böyük qismət isə, Cənnətdir.

Bu səbrə nail olmağa insana bir çox şeylər kömək edir. Bunlardan,



Birinci: Bəndələrin əməllərini, iradəsini, hərəkət və

sükunətliliklərini uca və nöqsansız Allahın yaratmasına şahidlik etmək;

Allahın istədiyi olur, istəmədiyi isə baş vermir. Nə yüksəklikdə, nə də

dərinliklərdə bir zərrə belə ola bilməz ki, Allahın izni və istəyi olmadan

hərəkət etsin. Insanlar isə yalnız hərəkətləri yerinə yetirlər. Buna görə

də, başına gələn müsibətləri edən insanların kimliyinə baxma. Bax ki,

onu sənə göndərən kimdir. Belə olduqda qəm-qüssədən, kədər və

sıxıntılardan azad olarsan.



Ikinci:  Öz  günahlarını  etiraf  etmək  və  bilmək  ki,  Allah  bu

müsibətləri ona günahlarına görə göndərib. Uca Allah buyurur: "Sizə üz



verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların

(etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq)

Allah (günahlarınızın) çoxunu əfv edər."

13

 Əgər insan bilsə ki, başına



gələn bütün müsibətlərə səbəb onun günahlardır, onda insanları

qınamaq, günahlandırmaq əvəzinə, günahlarına bağışlanma diləyər və

tövbə edər. Işdi görsən ki, biri insanları ona əziyyət verdikləri üçün

söyür və təhqir edir, lakin özünü qınamır və bağışlanma diləmir, bil ki,

onun müsibəti həqiqi müsibətdir. Amma bağışlanma diləyib tövbə edər

və deyərsə ki, bu mənim günahlarım ucbatındandır, onun üçün bu

müsibət nemətə çevrilər.

Əli ibn Əbu Talib (Allah ondan razı olsun) məhşur  bir kəlamında

belə buyurur: "Bəndə gərək Rəbbindən başqa heç kəsdən istəməsin və öz

günahlarından başqa heç nədən qorxmasın."

14

 Həmçinin Əlidən (Allah



12

Fussilət (34-35)

13

Şura (30)



14

Beyhəqi "Şuəbul iman" əsərində (7/122), (9718); əl-Əsbəhəni "ət-Tərğib vat tərhib"

əsərində (2/266), (1586); ibn Abdulbərr "Cəmiu bəyənul elm və fadlih" əsərində (1/383),

(547-548) rəvayət etmişdir.




12

ondan razı olsun) və başqalarından belə dedikləri rəvayət olunur: "Bəla

yalnız günahların səbəbi ilə gəlir və yalnız tövbə ilə qaldırılır."

15

Üçüncü: Bəndənin, Allahın əfv və səbr edənlərə gözəl aqibət

verəcəyini bilməsidir. Uca Allah buyurur: "Hər hansı bir pisliyin cəzası

onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni)

bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir.

Həqiqətən, O, zalımları sevməz!"

16

Insanlar əziyyətlərə qarşı üç  sinfə bölünür:

Öznün haqqından daha artığını götürən, zalım;

Öz haqqı miqdarında götürən kəs, ədalətli (muqtəsid);

Öz haqqını tərk edib bağışlayan, muhsin.

Yuxarıdakı ayədə üç qismin hər biri qeyd olunmuşdur. Ayənin

əvvəli muqtəsidlərə, ortası muhsinlərə, sonu isə zalımlara aiddir.

Qiyamət günü carçı: "kimin əcrini (savabını) verməyi Allah Özünə

vacib edibsə ayağa qalxsın" deyə çağıracaq və yalnız əfv və islah edənlər

15

Əz-Zubeyr  ibn  Bəkkar  "Ənsab"  əsərində  Ömərin  Abbasa  (Allah  hər  ikisindən  razı  olsun)



yağış namazı qılmasını buyurduğu zaman, onun uzun duasının bir hissəsində belə

dediyini rəvayət edir: "Allahım, bəla yalnız günahların səbəbi ilə gəlir və yalnız tövbə ilə

qaldırılır." (böyü alim ibn Həcər "əl-Fəth" əsərində (2/497) bu rəvayətin "Ənsəb" əsərində

olduğunu söyləmişdir. Lakin həmin əsərin çap olunmuş hissəsində onu tapa bilmədim.)

Hicrətin 333 –cü ilində vəfat etmiş Əbu Bəkr Əhməd bin Mərvan əd-Deynuri "əl-Mucaləsə

və cavahirul elm" əsərində (3/102-103) Ömərin Abbasa (Allah hər ikisindən razı olsun)

yağış namazı qılmasını buyurduğu zaman, onun uzun yağış duasının bir hissəsində:

"Allahım, göydən bəla yalnız günahların səbəbi ilə nazil olur və yalnız tövbə ilə qaldırılır."

dediyini Abbasdan "movquf" (yəni, onun öz sözləri) olaraq rəvayət etmişdir.

Həmçinin bunu ibn Əsakir "Tarixud Dəməşq" əsərində (26/358-359, səh. 184 Ubadə bin

Əvfi – Abdulla bin Sövbun təcumeyi-halında) Tariq əbu Saleh Bəzim mövla ibn Həninin

yolu ilə Abbas bin Abdulmuttalibdən uzun bir hədisdə rəvayət etmişdir.

Buxarinin "Səhih" əsəsrində Ömərin Abbasa (Allah hər ikisindən razı olsun) yağış yağması

üçün dua etməsini buyurması sabit olmamışdır. (əl-Fəth 2/494) "Yağış namazı" kitabı,

"Quraqlıq zamanı insanların rəhbərdən yağış namazı qılmasını istəməsi" fəsli (1010-cu

hədis).  Lakin  orada  duanın  necəliyi  barədə  təfsilata  varmamış  və  bu  rəvayəti  qeyd

etməmişdir.

Bu hədis haqqında bax: "Iqtidaus siratal mustəqim" (səh. 337-338)

16

Əş-Şura (40)




13

qalxacaqdır.

17

 Həmçinin insan bildikdə ki, intiqam almaqla nə qədər əcr



itirəcək, onun üçün əfv və səbr etmək asanlaşar.

Dördünçü: bəndə əgər bağışlayar və yaxşılıq edərsə, bu əməli ona

müsəlman qardaşlarına qarşı pis zənlər etməkdən, aldatmaqdan,

intiqam almaqdan, pislikdən və kin bəsləməkdən çəkinməyi bəxş edər.

Bununla da o, intiqam almaqla qazanacağı mənfəətdən, qat-qat artıq

dünyada və axirət mənfəəti qazanmaqla əfv etmənin şirinliyini dadar və

Allahın bu ayəsi ona aid olar: "Allah yaxşı iş görənləri sevər!"



18

 Beləliklə

də o Allahın sevimli bəndələrindən olar. Onun halı bir neçə dirhəm

(gümüş) verib, minlərlə dinar (qızıl) götürənin halına bənzəyir. Insan

buna nail olduğu zaman Allahın verdiyi bu nemətə görə hədziz

dərəcədə sevinəcəkdir.



Beşinci: (Allah üçün deyil) özünə görə intiqam alan kəsə, bu

əməlin zəlillik (alçaqlıq) bəxş edəcəyini, əfv edən kəsi isə Allahın

ucaldacağını bilmək. Bu barədə Peyğəmbər (ona Allahın salavatı və

salamı olsun) buyurmuşdur: "Allah, əfv edən bəndənin yalnız izzətini



artırar."

19

  Əfv etməklə nail olduğu izzət onun üçün, intiqam almaqla



nail olduğu izzətdən daha sevimli və daha faydalıdır. Çünki intiqam

almaqla nail olduğu zahirən izzət olsada, daxilən zəlillikdir. Lakin əfv

etmək daxilən zəlillik olsada o, həm zahirən, həm də daxilən izzət bəxş

edir.


Altıncı və  ən böyük faydalardan biri: Veriləcək cəzanın və ya

mükafatın etdiyi əməlin növündən olmasını, həmçinin özünün zalım,

17

Ibn Mərdəveyh ibn Abbasdan (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbər (ona



Allahın salavatı və salamı olsun) buyurmuşdur: " Qiyamət günü Allah carçıya: "kimin

əcrini (savabını) verməyi Allah Özünə vacib edibsə ayağa qalxsın" deyə çağırmağı  əmr

edəcək  və  yalnız  bu  dünyada  əfv  və  islah  edənlər  qalxacaqdır."  Uca  Allah  buyurur:

"Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı

Allaha aiddir."

Hədisi Suyuti "əd-Durrul mənsur" əsərində (6/11); Xatib əl-Bağdadi "Tarix Bağdad"

əsərində (11/198); ibn Hibban "Rovdatul uqalə" əsərində (səh. 176-177) Həsən əl-Bəsridən

"mursəl" (yəni, onun sözləri) olaraq,  Beyhəqi "Şuəbil iman" əsərində (13/136, hədis 7050)

tam sənədlə, Həmməd bin əs-Səri "əz-Zuhd" əsərində (2/904)  və  Əbu Nueym "əl-Hilyə"

əsərində (9/204) Həsən əl-Bəsridən "movquf" (yəni, onun sözləri) olaraq rəvayət etmişdir.

18

Ali Imran (134, 148)



19

Müslim "Səhih" əsərində rəvayət etmişdir; "Ədəb, yaxşılıq və qohumluq əlaqələri" kitabı,

"Əfv etmənin müstəhəb (bəyənilən) olması" fəsli (8/20).



14

günahkar olduğunu bilmək; Əgər kim insanları əfv edərsə, Allah da onu

əfv edər. Əgər bağışlayarsa, Allah da onu bağışlayar. Bəndə, insanların

ona pislik etmələrinə baxmayaraq, onları əfv etməsinin, bağışlamasının

və yaxşılıq etməsinin Allahın bu növ əməllərlə (yəni, günahlarını  əfv

etmək, bağışlamaq və yaxşılıq etməklə) mükafatlandırmasına səbəb

olduğunu bilərsə əfv və səbr etmək ona asanlaşar. Ağıllı insana bu fayda

kifayətdir.



Yeddinci: Intiqam almaqla və ona edilmiş zülmün əvəzini tələb

etməklə məşğul olduqda vaxtının hədər getməsini, qəlbinin yalnız bunu

düşünməsini (ibadətdən uzaq düşməsini), geri qaytarılması mümkün

olmayan faydaların əldən çıxmasını bilmək; Yəqin ki bu, onun başına

gələn müsibətdən daha əzəmətlidir. Lakin əfv etsə və bağışlasa həm

qəlbi, həm bədəni onun üçün intiqam almaqdan daha mühüm olan

faydalı işlərlə məşğul olmağa vaxt tapar.

Səkkizinci:  Əgər bəndə özü (öz nəfsi, mənfəəti) üçün intiqam

alırsa bilsin ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) öz nəfsi

üçün heç zaman intiqam almamışdır.

20

 Halbuki ona verilən əziyyət dinlə



bağlıdır və Allaha qarşı edilmiş sayılır və o, Allahın yaratdıqlarının ən

xeyirlisi və Ona ən sevimli olanıdır. Peyğəmbər (ona Allahın salavatı və

salamı olsun) insanların ən şərəflisi, üstünü, bütün pis əxlaqlardan uzaq,

gözəl əxlaqa layiq olmasına baxmayaraq o, özü üçün bunu etməmişdir.

O halda bizlərdən hər hansı bir kəs özünün hansı eyibləri və şər əməlləri

olduğunu bilə-bilə necə (özü üçün) intiqam ala bilər. Əksinə arif (ağıllı)

insan öz istəklərini (nəfsini), onun üçün intiqam alınacaq dərəcədə

yüksək tutmaz. Belə insan üçün istəklərinin (nəfsinin), onun üçün

intiqam alınacaq dərəcədə qədir-qiyməti yoxdur.

Doqquzuncu: Əgər insana, Allah üçün etdiyi əməllərə görə istər

Allaha itaət olduğu üçün əmr, yaxud da asilik olduğu üçün qadağan

etdiyi işlər olsun, əziyyət edilərsə ona səbr etmək vacib olur. Buna görə

o, intiqam almamalıdır. Çünki ona Allah üçün etdiyi əməllərə görə

əziyyət verilmişdir. Əcrini də Allah verəcəkdir. Buna görə də Allah

20

Bax: Buxarinin "Səhih" əsəri, "Fəzilətlər" kitabı, "Peyğəmbər (ona Allahın salavatı və



salamı olsun) sifəti" fəsli (hədis 3560). ("Fəthul bəri" 6/566), Müslimin "Səhih" əsəri,

"Fəzilətlər" kitabı, "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) günahlardan uzaq

olması" fəsli (hədis 2327, 2328).



15

yolunda cihad edənlərin canları və malları tələf olsa da onlar bunu

itirməmişlər. Allah onlardan canları və malları satın almış

21

, qiymətini



də insanlar deyil Allah Özü verəcəkdir. Kim bunun qiymətini

insanlardan istəyərsə, Allah yanında onun qiyməti olmaz. Çünki kim bir

şeyi Allah üçün tələf edərsə, onu əvəzini (əcrini) Allah verəcəkdir.

22

Yox əgər, etdiyi asiliklərə görə ona əziyyət verilibsə, onda özünü



qınasın. Insan özünü etdiyi asiliklərə görə qınayarsa, ona əziyyət

verənləri qınamağa ehtiyac qalmaz.

Kim, bir şeyi əldə etmək üçün səy göstərdiyi zaman əziyyətə

(müsibətə) düçar olarsa səbr etsin. Çünki nail olmaq istədiyi nəticəyə

çatmamaq, səbr etməkdən daha acıdır. Kim günortanın istisinə, yağışa,

qara, səfərin çətinliklərinə, yolkəsənlərin etdiklərinə səbr etmirsə, onun

bazarlara ehtiyacı yoxdur (o dünyəvi işləri bacarmaz). Bu bütün

insanlara məlum olan bir işdir ki, kim həqiqətən bir şeyi əldə etmək

istəyirsə, buna nail olmaq üçün ona uyğun miqdarda da səbr etməlidir.

Onuncu: Bəndə səbr etdiyi təqdirdə, Allahın onunla olmasını, onu

sevməsini və ondan razı qalmasını bilmək; əgər Allah kiminlə olarsa,

ondan insanların dəf edə bilməyəcəyi zərərləri və bəlaları dəf edər. Uca

21

Müəllif bu sözü ilə Tövbə surəsinin 111-ci ayəsini nəzərdə tutur: "Allah, şübhəsiz ki,



Allah yolunda cihad edən möminlərin canlarını və mallarını Cənnət müqabilində satın

almışdır."

22

Əbu Yalə "Musnəd" əsərində (4/36, hədis 2040) Bişr bin əl-Valid əl-Kindidən, o əl-



Musəvvir bin əs-Saltdan, o Muhəmməd bin Munkədirdən o da Cəbirdən (Allah ondan razı

olsun) rəvayət etmişdir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)

buyurmuşdur: "Hər bir yaxşı əməl sədəqədir. Kişinin öz ailəsinə və malına etdiyi əta da

onun üçün sədəqə yazılar. Həmçinin namusunu (şərəfini) qorumaq üçün sərf etdiyi də

sədəqədir. Möminin tikintiyə (evə, binaya) və asiliklərə sərf etdiyindən başqa bütün

məsrəflərinin əvəzini verməyə Allah zəmanət vermişdir."  Əl-Hesəmi "Məcməuz zəvaid"

əsərində (3/136) bu hədis haqqında deyir: "Əbu Yalənin sənədində olan Musəvvir bin Salt

zəif rəvayətçidir."

Həmçinin əd-Daraqutni "Sünən" əsərində (3/28, hədis 101) və  əl-Hakim "əl-Mustədrək"

əsərində (2/50), hər ikisi də Abdulhəmid bin əl-Həsən əl-Hiləlidən, o da Muhəmməd bin

Munkədirdən eyniylə bu hədisi rəvayət etmişdir. Sonra əl-Hakim bu hədis haqqında

demişdir: "Bu səhih hədisdir. Lakin Buxari və Müslim onu öz “Səhih” əsərlərində rəvayət

etməmişdir. Bu mənalı hədisləri cəm etmək isə bu kitabın şərtlərinə uyğun deyil." əz-

Zəhəbi onun bu sözlərinə etiraz edərək demişdir: "Əksinə onlar bu hədisin zəif olduğunu

söyləmişdir."




16

Allah buyurur: "Səbr edin, çünki Allah səbr edənlərlədir!"



23

 "Allah səbr

edənləri sevər!"

24

On birinci: Səbr etməyin imanın yarısı olmasını bilmək

25

; Əgər



insan bunu bilərsə onda öz istəklərinin imanının bir hissəsindən belə

üstün olmasına yol verməz. Həqiqətən səbr etmək insanın imanını

saxlayar və onu naqisliklərdən qoruyur. Allah təalə iman gətirənləri

mühafizə edir.



On ikinci: Səbrinin istəklərinə (nəfsinə) hakim, qalib, üstün

olmasını bilmək; Elə ki, nəfsini alçaltdı, ona qalib gəldi, onda nəfsi onu

özünə qul və əsir etməz, onu həlaka atmaz. Yox əgər insan nəfsinə tabe

olarsa, onda nəfsi onu həlak edər. Yalnız Rəbbi ona rəhm edərsə, bu

həlakdan xilas olar.

Səbr etməyin insanın nəfsi və şeytanı üzərində yalnız üstünlüyü

(hökmranlığı) kifayət edər ki, qəlbi hökmran olsun və düşmənini dəf edə

bilsin.


On üçüncü: Bəndə səbr etdiyi təqdirdə Allahın mütləq ona kömək

edəcəyini bilmək; Çünki Allah səbr edənlərin və zalımları Allaha həvalə

edənlərin hamisidir. Kim özü öz nəfsinə qalib gəlmək istəsə, Allah onu

nəfsinin qulu edər. O, öz nəfsinin köməkçisi olar. Kömək edənlərin ən

xeyirlisi olan Allahın yardımından uzaq düşüb, öz aciz, zəif nəfsi ilə

yardımlaşanın halı necə olacaq?!



On dördüncü: Insanın ona əziyyət verənlərə səbr etməsi və (bu

əziyyətlərə) dözməsi, zülümkarın peşiman olmasına, haqqa qayıtmasına,

üzr  istəməsinə,  insanların  onu  qınamasına  və  bu  yolla  da  onun

utanmasına, sonunda isə  əziyyət verdiyi insanla dost olmasına səbəb

olar. Bu barədə uca Allah buyurur: "(Ey mömin kimsə!) Sən (pisliyi)

yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə

comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda

düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu (xislət)

yalnız (dünyada məşəqqətlərə) səbir edənlərə verilir və yalnız böyük

qismət (savab, fəzilət) sahiblərinə əta olunur!"

26

23

əl-Ənfal (46)



24

Ali Imran (146)

25

Bax: haşiyə-2.



26

Fussilət (34-35)




17

On beşinci: Ola bilsin ki, onun intiqam alması zülümkarın

fəsadının (şərinin) artmasına, ona verdiyi əziyyətin növlərini artırmasına

səbəb olsun. Lakin səbr etsə və bağışlasa bu zərərlərdən qorunmuş olar.

Ağıllı insan iki zərərli işin az zərərli olanını dəf etməklə, daha zərərli

olanını seçməz. Neçə-neçə insanlar intiqam almaq və fəsadın qarşısını

almaq istəmiş, lakin buna gücləri yetməmişdir. Çox-çox insanlar bu

yolda canını tapşırmış, hakimiyyəti, mal-dövləti əlindən çıxmışdır. Lakin

məzlum əff etsəydi buna düçar olmazdı.



On altıncı: Əgər kim səbr etməyib, intiqam alarsa zülümkarlığa

düçar olar. Çünki insan intiqam aldığı zaman, onun istəkləri (nəfsi)

həddini aşacaq və qəzəbindən nə dediyini və nə etdiyini bilməyəcəkdir.

O, əvvəlcə başqalarının köməyini gözləyən məzlum idisə, indi qəzəb və

cəzaya məruz qalan zalıma çevrilmiş olar.

On yeddinci: Insana edilmiş bu əziyyət (zülm) onun günahlarının

bağışlanmasına və ya dərəcəsinin (məqamının) yüksəldilməsinə

səbəbdir. Əgər səbr etməyib, intiqam alarsa nə günahlarına kəffarə, nə

də dərəcəsinin (məqamının) yüksəldilməsinə nail olar.



On səkkizinci: Insanın səbr etməsi və bağışlaması düşməninə

qarşı ən güclü silahıdır. Kim səbr edər və bağışlayarsa, bu, düşməninin

alçalmasına, zəlil olmasına, ondan və insanlardan qorxmasına səbəb

olacaqdır. Çünki o özü düşməninin zülmünə qarşı sussa da, insanlar

buna susmayacaqlar (laqeyd qalmayacaqlar). Lakin intiqam alarsa, belə

olmaz.  Ona  görə  də  görərsən  ki,  insanların  əksəriyyəti,  kimsə  ona

əziyyət verərsə və ya söyərsə, bunun əvəzini çıxmağa çalışır. Sanki,

əvəzini çıxdıqda çiyinlərində olan ağır yükü üstündən atar və rahatlaşar.



On doqquzuncu:  Əgər insan düşmənini (ona zülm edəni) əfv

edərsə, düşməni onu özündən üstün və qalib gəlmiş, özünü isə ondan

zəif görər. Bu da əfv edənə şərəf və fəzilət olaraq kifayətdir.

Iyirminci:  Əgər insan əfv edər və bağışlayarsa bu yaxşılıqdır

(həsənətdir). Bu yaxşılıqdan başqa bir yaxşılıq, ondan da başqa biri

doğar. Və beləcə onun yaxşılıqları (həsənətləri) çoxalmaqda davam edər.

Çünki yaxşılığın əcri, mükafatı ondan sonra yeni yaxşılığın edilməsidir.

Necə ki, pisliyin cəzası ondan sonra yeni pisliyin edilməsidir. Ola bilər

ki, bu əməli onun nicat tapmasına və əbədi xoşbəxtliyinə səbəb olsun.

Yox əgər intiqam alar və qalib gəlməyə çalışarsa bu nemət əlindən çıxar.



18

Dinin ikinci əsası isə  şükürdür. Şükür Allah təaləyə itaətdə

olmaqdır.

Allahın köməyi ilə tamam oldu. Ona həmd-səna olsun.

Peyğəmbərimiz Məhəmmədə və onun ailəsinə Allahın salavatı və

salamı olsun.



Yüklə 112,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə