Firuz Mustafa
232
bu s
əhər Buzlağa baş çəkmək istədim, oradakı silahlı adamlar
m
əni heç yaxına qoymadılar. Dedilər ki, artıq buralar qoruq-
muzey kimi n
əzarətdədir.
Əfrayıi. Bir şey eşitmişəm mən bu günlərdə,
S
ənə də söyləyim, agah olasan.
Deyirl
ər ki, Həmzə o mağarada
X
əzinə axtarır, dəfinə gəzir.
Ca
vad Əmirxanlı. Yaxşı, səndən bir şey soruşum; bilmir-
s
ən ki, Həmzənin yanındakı o qara örpəkli qız kimdir?
Əfrayıi. Niyə bilmirəm ki? Bilirəm, bəli,
Ağcadır o gözəl hurinin adı.
Özü d
ə Mövludun gəlinidir o,
Am
ma başqasına yetişir dadı.
Ca
vad Əmirxanlı. Heç nə anlamadım, bir az aydın danış.
Əfrayıi. Mövludun oğlunun arvadıdır o,
Amma deyirl
ər ki, Həmzə saxlayır.
Ca
vad Əmirxanlı. Necə yəni “Həmzə saxlayır”?
Əfrayıi. Ta bunun necəsi-filanı yox ki,
H
əmzə məşuqə tək saxlayır onu.
Bu mahalda ha
mı danışır bunu.
Çapar
lı əxlaqsız, pozğun bir adam,
Bi
şərəf, bihəya, arsız, riyakar,
Ondan h
ər nə desən gözləmək olar.
Hava ya
vaş-yavaş qaralırdı. Deyəsən, Əfrayıl harasa tələ-
sir
dı.
Ca
vad Əmirxanlı. Əfrayıl, getmək istəyirsən?
Əfrayıi. Daha axşam düşür, gedək deyirəm,
Gör
ək başaımıza nə gəlir bizim.
Ca
vad Əmirxanlı. Yaxşı, onda sən get, mən hələ burada-
yam, bir az g
əzişəcəyəm.
Əfrayıl ayaqlarını sürüyə-sürüyə getdi.
Bir azdan qaran
lıq düşdü.
Seçilmiş əsərləri, I CİLD
233
Ca
vad Əmirxanlı çayın sahili ilə uzüyuxarı getməyə başla-
dı. Bu çay öz mənbəyini mağara tərəfdən götürürdü.
“Amma indi oraya getm
ək mümkün deyil, o tərəflər silahlı
adamla
rın nəzarətinə verilib”.
Ca
vad Əmirxanlınının içini bayaqdan bəri bir sual did-
m
əkdə idi: “O qız buraya necə gəlib çıxıb?.. Həmzənin qəbul
ota
ğındakı qız. Bu, odur, Bəyazdır, buna heç bir şübhə ola bil-
m
əz. Düzdür, sifətini tam görə bilmədim, üzünü nədənsə yay-
lıqla bərk-bərk örtmüşdü, amma gözlərindən tanıdım onu. Doğ-
rudan
mı yaddaşım məni aldadır? Yox, ola bilməz. Bu, odur,
odur. B
əyazdır”.
“Q
əbul otğının” bir küncünə qoyulmuş stolun atxasında
əyləşərək Həmzə Çaparlının yanına gəlib-gedənləri qarşılayıb-
yola sa
lan qız eyzən o idi, Bəyaz idi. Buna şəkk-şübhə ola bil-
m
əzdi. Cavad Əmirxanlı mat-məəttəl qalmışdı. Axı bu, necə
ola bil
ərdi? Bəlkə onlar, Ağca ilə Bəyaz, əkiz baçi idilər? Yox,
b
əlkə onu qarabasma izləyir? Bəlkə heç Bəyaz adlı bir bəni-in-
san yoxdur bu dünyada? B
əlkə...”
Ayaq s
əsi eşidildi.
Ca
vad Əmirxanlı. Aliyə, bu, sənsən. Nə gəzirsən bu qaran-
lıqda?
Aliy
ə. Darıxdım. Səni görməyə gəldim, Cavad.
Ca
vad Əmirxanlı. Qəribə adamsan, vallah.
Aliy
ə. Niyə ki? Cavad, mən yaxşı bilirəm sən niyə gəlmi-
s
ən bura.
“Dey
əsən bu, doğrudan da havalıdır.Gecənin bu vədəsi nə
g
əzir burada? Bəs mən? Bəs mən özüm nə axtarıram? Bəlkə
m
ən də havalanmışam?”
Aliy
ə. Cavad, siz tərəflərdə Həmzə Çaparlı adlı birisi var,
y
əqin ki, adını eşitmisən onun. Bəlkə elə özünü də tanıyırsan....
Ca
vad Əmirxanlı. Hə... Nə olub ki?
Firuz Mustafa
234
Aliy
ə. Sən Buzlaqdan torpaq almağa gəlmisən bura. O, sə-
n
ə torpaq verməyəcək, Cavad. Onun qapısına getməyə dəyməz,
Cavad. O, ha
mının, sənin də, mənim də, elə bütün bu rayonun
ba
şına oyun açır. Heç bilirsən nə hoqqalardan çıxır Həmzə Ça-
par
lı?..
Araya sükut çökdü. Olsun ki, Ca
vad Əmirxanlı ya həmyer-
lisi H
əmzə Çaparlının nə hoqqalardan çıxdığını bildiyi üçün,
ya bilm
ək istəmədiyi, ya da bilmək istədiyi üçün susub süaledici
n
əzərlərlə qadının üzünə baxdı.
Aliy
ə. O, ən ağlagəlməz işlərdən çıxır. Mən yaxşı bilirəm,
iki böyük hovuzu var onun. Birind
ə delfin, digərində timsah
saxla
yır.
Ca
vad Əmirxanlı yenə susdu.
Aliy
ə.Timsaha adam əti yedizdirir. Onun timsahı başqa ət
yemir.
Ca
vad Əmirxanlı təəccüblə qadının üzünə baxdı. Aliyə san-
ki bu anlarda iç
ərisində timsah gərdiş edən hovuzun kənarında
dayan
mışdı: onun üz-gözündən kədər və iztirab tökülürdü.
Aliy
ə. İnanmırsan? Həmzə Çaparlının xəstəxana və morqla
müqavil
əsi var; sahibsiz ölüləri ona təhvil verirlər. Onun yaxın
ada
mı var kənddə, adı Mövluddur, meyitləri o atır timsaha.
Ca
vad Əmirxanlı hələ də susmağında, Aliyə isə danışma-
ğında idi.
Aliy
ə. İnanmırsan, Cavad? Əvvəllər mən də inanmırdım.
Amma öt
ən il bir qonşumuzun başına gələn işdən sonra mən
inan
dım ki, eşitdiklərim həqiqətdir. Qonşumun qonağı gəlmişdi
başqa rayondan. Deyəsən, əsgərlikdə bir yerdə xidmət ediblər-
Dostları ilə paylaş: |