Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
  1   2   3   4   5   6   7   8   9   ...   145


 
 
Seçilmiş  
 
 
əsərləri   
 
 
 
 
 


 
2
Redaktor:  
Dilsuz 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
        Elçin.    
 
 
E46   «Seçilmiş əsərləri» (10 cilddə), 2-ci cild
«ÇINAR-ÇAP» müəssisəsinin  nəşriyyatı, Bakı, 2005, – 523 səh. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
E
 
122
4702060200
                  
            
 
     ©  «ÇINAR-ÇAP» , 2005 


 
3
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
POVESTLƏR 
 
 
 
 
 
 
 
 


 
4
 
 
  
 
 
(Gümüşü Furqon
 
 
 


 
5
 
– Adamın gərək naxışı gətirə!.. Bir də görürsən ki, bir-birindən bixəbər 
iki nəfər – bir qız, bir oğlan çöl-biyabanda bir-birinə rast gəldi; birdən 
belə məlum elədi ki, elə bir-birilərindən ötrü gəliblər bu dünyaya... 
 
(Qəssab Ağanəcəfin arvadı Balacaxanımın küçə qapısı ağzında dayanıb 
tum çırtlaya-çırtlaya cavan qızlara dediklərindən.) 
 
– Mənim də istədiyim budu ki, Məmmədağa xoşbəxt olsun!.. 
 
(Bu sözləri bir axşam Əli, Səmədullaya demişdi, həmin axşam ki, 
Yadulla və Fatmanın toyu idi və Ələkbərin klarneti adamın sümüyünü 
yerindən oynadırdı.) 
 
Mənimki belə gətirdi, təki Məsməxanım xoşbəxt olsun!.. 
 
(Voronejə gedən qatarın pəncərəsindən ağaran qış gecəsinə baxa-baxa 
Güldəstə belə fikirləşmişdi.)


 
6
 
 
 
 
I HİSSƏ
 
 
Bu hissə oxucunu Məmmədağa ilə, Məmmədağanın ay işığında 
gümüş kimi ağaran alüminium örtüklü furqonu ilə, milisioner Səfərlə, 
Məmmədağanın məhəllə uşağı Mirzoppa ilə və nəhayət, Məsməxanımla 
tanış edir, oxucu Məmmədağa ilə  Məsməxanımın bir-birilərinə 
söylədiklərinin və söyləmədiklərinin şahidi olur. 
 
Həmin qəribə gecə idi. Aydın məsələdir ki, Abşeronda bu cür gecələr saysız 
olmuşdu və bundan sonra da olacaqdı, amma alüminium örtüklü furqonun arxasında 
birdən-birə bir topa qıpqırmızı bulud görünəndə  Məmmədağa fikirləşdi ki, qəribə 
gecədi bu gecə; bu gecənin nə üçün qəribə olduğu ona məlum deyildi və o özü də öz 
fikrinə  təəccüb edib gözlərini qıydı, bir müddət altdan-yuxarı  qıpqırmızı buluda 
baxdı, sonra başını qaşıya-qaşıya dənizə baxdı, amma bu işdən bir şey anlaya 
bilmədi. 
Həmin qəribə yay gecəsi təzəcə başlayırdı  və bir azdan alüminium örtüklü 
furqonun arxasında bir parça buludu qıpqırmızı qızardan günəş tamam batacaqdı, ay 
çıxacaqdı, ulduzlar çıxacaqdı, qurbağalar quruldamağa başlayacaqdı, cırcıramaların 
səsi aləmi başına götürəcəkdi. Zuğulba qayalarının yuxarısındakı pansionatın, 
sanatoriyanın həyətində yanan işıqlardan başqa kəndin bütün işıqları sönəcəkdi, 
Bakıya gedib-gələn elektrik qatarının səsi bir müddət lap aydın eşidiləcəkdi, sonra 
bu səs də  kəsiləcəkdi, bir sözlə, Zuğulbanın bu dəniz sahilini həmişəki yay gecəsi 
bürüyəcəkdi. 
Indi bir tərəfdən də ay dənizdə üfüqü qıpqırmızı qızartmışdı və dənizin mavi-
qırmızı suyu üfüqdən sahiləcən par-par parıldayırdı, amma Məmmədağa Abşeronda 
bu cür yay gecələrini çox görmüşdü və  təkcə bir tərəfdən günün batması, bir 
tərəfdən də ayın çıxması bu gecəni onun üçün qəribə edə bilməzdi. 
Həmin gün axşama kimi külək  əsirdi və külək bir saatdan bir dəyişirdi, gah 
xəzri ağappaq köpüklənmiş dalğaları qayalara çırpırdı, gah da gilavar əsirdi, amma 
axşamçağı birdən-birə külək dayandı  və  ağcaqanad yenə yamanca baş qaldırdı; 
Zuğulbanın dənizindən, qumundan, qayalarından olmazdı, amma ağcaqanadı da 
yaman ağcaqanad idi. Ağcaqanad Məmmədağanın gözünün düşməni idi, amma bu 
dəfə küləyin belə naxələf çıxması onun qanını qaraltmadı, çünki qəribə gecə idi bu 
gecə. 
Məmmədağa yenə gözlərini qıyıb qırmızı bulud parçasına baxdı. Qırmızı 
bulud parçası yavaş-yavaş solurdu və necə oldusa, bu solğunluq həmin qəribə yay 
gecəsinə bir nisgil gətirdi. Məmmədağa bu nisgilin də  səbəbini başa düşmədi və 
axırda bu qərara gəldi ki, qəribəlik elə ona görə qəribəlikdi ki, səbəbi məlum deyil. 
Bu qərara gəlib sidq-ürəkdən gərnəşdi və başını qaşıya-qaşıya furqonun balaca taxta 
nərdivanını qalxıb içəri girdi. 


 
7
Məmmədağanın üstündə alabəzək iri hərflərlə «PNEVMATIÇESKIY TIR» 
yazılmış furqonu sübh tezdən yolun başında görünəndə çayçı  Qəzənfərin qanı 
qaralırdı, çünki müştərilərinin bir çoxu – kəndin cavanları, yeniyetmələr həmin gün 
səhərdən axşamacan furqonun yanından  əl çəkmirdi, tüfənglə nişan alırdı, parça 
toplarla bankalardan düzəldilmiş piramidaları vurub dağıdırdı, rezin halqaları 
tullayıb qarmaqlara keçirirdi. 
Yayda Zuğulbaya gələndə  Məmmədağa həmişə furqonu kənddən aralıda, 
sahildəki qumluqda saxlayırdı. Məmmədağa belə fikirləşirdi: o yerdə ki, genişlik 
yoxdu, orada istirahət də yoxdu; o yerdə ki, baxanda üfüq görünmədi, yağış yağanda 
üstünə damcılamadı, gün çıxanda səni qaraltmadı, yəni o yerdə ki, dənizlə, 
qayalarla, ağaclarla təkbətək olmadın, orada əsl istirahət yoxdu. Təkbətək o mənada 
yox ki, ancaq sənlə dəniz – ikiniz olasınız, o mənada ki, sənlə dənizin arasını asfalt 
kəsməsin, dəmir yolu kəsməsin, tüstüdən, mazutdan, maşın səs-küyündən uzaq 
olasan. 
Məmmədağa istəsəydi, Bakının  ən yaxşı yerlərindən birindəki TIR-ə  işə 
düzələrdi; idarələrində hamı onu tanıyırdı  və ona hörmət edirdi, çünki o həftə 
olmurdu ki, planı doldurmasın və indiyə kimi heç bir əskik işi olmamışdı ki, başını 
aşağı diksin; amma bunu istəmirdi Məmmədağa, çünki öz furqonunun, öz yolçuluq 
sənətinin aşiqi idi. Həftədə bir dəfə Bakıya gedirdi, pulunu təhvil verirdi, bazar 
gününü öz evlərində qalırdı, sonra yenə də yola çıxırdı. Abşeronda onun gəzmədiyi 
kənd yox idi. Hər kənddə bir, uzaqbaşı iki gün qalırdı, istəyirdi ki, heç kim onun 
furqonundan bezməsin və furqon hər dəfə özü ilə bir bayram gətirsin. 
Bu həftə Bakıdan Xırdalana getmişdi, oradan Dügaha, oradan Məhəmmədliyə, 
oradan Fatmeyiyə, oradan da bura gəlmişdi  – bu qəribə gecəli Zuğulbaya. Sabah 
sübh tezdən Bakıya qayıtmalı idi. 
Axşam saat səkkizdən, doqquzun yarısından sonra TIR-ə gələn olmurdu, çünki 
hər gecə kənddə kino göstərilirdi və hərdən Məmmədağa özü də furqonu bağlayıb 
kinoya gedirdi, amma çox zaman axşamlar, gecələr də öz furqonu ilə məşğul olurdu
silib - təmizləyirdi, içini səliqəyə salırdı, tüfəngləri yağlayırdı, maşının kapotunu 
qaldırıb hissələrini gözdən keçirirdi, sonra da dənizdə çimirdi. 
Məmmədağa dənizdən sahildə dayanmış furqonuna baxmağı xoşlayırdı; hər 
dəfə furqonun təmiz alüminium örtüyünə, üstündəki rəngbərəng iri hərflərlə 
yazılmış şüarlara baxdıqca hiss edirdi ki, öyünür, lap lovğalanır və dənizin suyu da 
bu lovğalığı tamam təmizləyirdi, elə bil, ovcunda balıqqulağı yuyurdu, 
büllurlaşdırırdı, bir uşaq sevincinə çevirirdi; bu uşaq sevinci dənizin içində 
Məmmədağanın bütün bədəninə yayılırdı. Məmmədağa yaxşı başa düşürdü ki, bu 
dünyada furqonu olmaq və  həmin furqonu bu cür bəzəmək elə böyük bir iş deyil. 
Bunu başa düşürdü, amma hər dəfə  də alüminium örtüklü furqona baxdıqca, 
üstündəki yazıları oxuduqca belə məlum olurdu ki, yenə öyünür əməlli-başlı. 
Alüminium furqonun hər iki tərəfində iki eyni şüar yazılmışdı. 
Birincisi: 
Uçis iskusstvu metko strelyat!  
Ikincisi: 
Yunoşi i devuşki!  
Ovladevayte texniçeskimi vidami sporta! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə