Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   2   3   4   5   6   7   8   9   ...   145

 
8
Bir yazını isə  Məmmədağa özü fikirləşmişdi və furqonun girəcəyində 
«PNEVMATIÇESKIY TIR» sözlərinin aşağısında özü rəngbərəng hərflərlə yazmışdı:  
BIR GÜLLƏ ILƏ IKI DOVŞAN VURMAQ OLARMI? OLAR! 
Bu, müştəri yığmaq üçün yalandan yazılmış sözlər deyildi və ümumiyyətlə
Məmmədağanın yalanla heç arası yox idi. Bu mexanizmi o özü fikirləşib tapmışdı, 
özü də düzəltmişdi: taxta dovşanın döşündə  qırmızı bir nöqtə vardı  və güllə bu 
nöqtəyə  dəyəndə  həmin dovşan bir ayağı üstə sağ  tərəfə  əyilirdi, arxasından çıxan 
ikinci dovşan isə bir ayağı üstə sol tərəfə əyilirdi. 
Iş belə  gətirdi ki, həmin qəribə yay gecəsi Məmmədağa dənizdə üzə-üzə 
həmişəki kimi sahildəki furqonuna baxıb öyünə bilmədi... 
Məmmədağa rezin parçaların üzərinə yapışdırdığı kağız nişangahları, taxta 
dovşanı, tülkünü, ayını,  şiri və naməlum bir heyvanı, bankalardan düzəltdiyi 
piramidanı bir-bir nəzərdən keçirib birdən-birə darıxdı; tirdə işlədiyi müddətdən bəri 
birinci dəfə idi ki, beləcə darıxırdı; birdən-birə bu furqonun içi ona darısqal, 
cansıxıcı  gəldi. O heç cür başa düşə bilmədi ki, bu nədən oldu; dayandığın yerdə 
birdən-birə beləcə darıxasan, qəribə  iş idi; tüfənglərdən birini doldurub təkəlli 
qaldırdı və bir gözünü qıyıb nişan aldı. Həmişəki kimi onluğu vurdu, sonra özü də 
təəccüb etdiyi bir biganəliklə (nə olmuşdu axı, ona?!) məhəccəri aşıb kəlbətini 
götürdü və saçaqlı  dəmir gülləni rezindən dartıb çıxartdı: sonra yenə  məhəccəri 
keçib furqonun qapısına yaxınlaşdı, kəndin işıqlarına baxdı  və birdən-birə belə bir 
fikir onu sarsıtdı ki, hərgah, bu saat burada onun başına bir iş  gəlsə, heç kimin 
bundan xəbəri olmaz, bir müddət keçər, bu furqonu başqa birisi sürüb bura gətirər, 
hamı yenə gəlib nişan atar, amma heç kim yadına salmaz ki, dünyada Məmmədağa 
adında bir oğlan vardı və o oğlan bu furqonu çox istəyirdi, bu qumluğu da, bu dənizi 
də. Məmmədağa kənddən gələn işıqlara baxdı, baxdı və ona elə gəldi ki, bütün günü 
səhərdən axşamacan adamlarla olsa da, əslində o bu taxta dovşanın, tülkünün, 
ayının, şirin və naməlum heyvanın yanında tək-tənhadı.  
Məmmədağa ömründə belə şeylər fikirləşməzdi və bilməzdi ki, vaxt olar, onun 
başına belə fikirlər gələr... 
Furqona tərəf addımlayan adamın boğuq öskürəyindən məlum oldu ki, gələn 
milisioner Səfərdir.  
Milisioner Səfər içəri girib:  
– Axşamın xeyir, qağa! – dedi və dəsmalını çıxarıb sümükləri qabarmış arıq 
sifətinin tərini sildi.  
Məmmədağa bayaq ağlına gələn fikirlərin gözlənilməzliyindən başını qaşıya-
qaşıya:  
– Axşamın xeyir, Səfər! –  dedi və yenə  də  məhəccəri aşıb üstünə balaca 
döşəkcə qoyduğu taxta kətildə oturdu. Üzü quramalı bu döşəkcəni Səkinə xala 
düzəltmişdi və bu döşəkcə furqonda Məmmədağa üçün doğma şeylərin doğması idi.  
– Hə Səfər e, qağa? Adım Səfərdi, amma ömrümdə bircə dəfə səfərim olub, 
ode, o dağlardan, – milisioner Səfər əlini başının üstünə qaldırıb elə bil ki, o dağları 
göstərdi, – buraya, vəssalam! 
Milisioner Səfər otuz il idi Laçının dağlarından ayrılmışdı və həmişə o 
yerlərdən ötrü burnunun ucu göynəyirdi, yatanda da, duranda da o yerləri yadına 
salırdı, hər il hazırlaşırdı ki, oralara getsin, amma hər il də bir iş çıxırdı ortaya. 


 
9
Əlbəttə, əgər arvadı Zübeydənin ürəyindən olsaydı, indi çoxdan gedib gəzmişdi o 
yerləri. 
Məmmədağagilin məhəlləsində  də  gəlmələr vardı. Bunlar o adamlar idi ki, 
rayonlardan köçüb Bakıya gəlmişdilər, kimisinə hökumət məhəllədə boşalan 
evlərdən vermişdi, kimisi də pulla xüsusi mülk almışdı. Gəlmələr, adətən, məhəllədə 
özünü qərib hiss edirdi, heç kimlə qaynayıb-qarışmırdı. Məhəllə gəlmələrdən əvvəl 
bu evlərdə yaşayanları yaddan çıxarmırdı; onların çoxu təzə tikilmiş binalarda 
mənzil alırdı, bir müddət məhəllə ilə  əlaqə saxlayırdı, sonra yavaş-yavaş bu əlaqə 
kəsilirdi, amma məhəllə onları uzun müddət yaddan çıxarmırdı. 
Ata-babadan bu məhəllədə yaşayan və  əri  Əbdül onu da, uşaqlarını da atıb 
qaçandan sonra Sarı hamamda kassir işləyən Ağabacı deyirdi: 
– Bu qarabağlıları görürsüz, ağəz, vəzəri yemirlər, deyirlər ki, adam belə 
göyərti yeməz... 
Zərgər Ələşrəfin arvadı Ziba deyirdi: 
– Ağəz, sən də söz danışdun də, zər qədrini zərgər bilər! 
Bərdədə ev-eşiyini satıb ailəsi ilə Bakıya köçmüş  və indi tramvay sürücüləri 
kursunda oxuyan Allahverdi deyirdi: 
– Ə, sən ölməyəsən, məhəttələm bu bakılıların işinə!.. Səhərdən axşama kimi 
hər gün küftə-bozbaş bişirirlər. Səhər ayılıb eşidirsən ki, ət taxtasında  ət döyürlər 
tıqqatıq, gecə yerinə girirsən, yenə də görürsən ki, ət taxtasında ət döyürlər tıqqatıq... 
Inqilabdan əvvəl Xarkovda universitet qurtarmış rus dili müəllimi Alxas bəy 
isə müsbət səkkiz şüşəli eynəyinin üstündən adama baxa-baxa deyirdi: 
– Oğul, bu nə qarabağlı söhbətidi, bu nə bakılı söhbətidi, nə çuşkabazlıqdı, nə 
həmşəribazlıqdı, ayıb deyil? Niyə özünüz özünüzə bir ad qoyub bihörmət 
edirsiniz?.. 
... Əlbəttə, milisioner Səfərin bütün bunlardan xəbəri yox idi və o, üz-gözünün 
tərini silib yaş dəsmalını yelləyə-yelləyə: 
– Qağa, – dedi, – birindən soruşublar ki, haralısan, deyib hələ evlənməmişəm. 
Bu, düzdü, amma o yerlərin dağları yaddan çıxmır də!.. Yaddan çıxmır ki, çıxmır... 
Bu saat oralarda olasan, qağa, başın haqqı, gərək yun cempir geyəsən, üstündən də 
pencək düymələyəsən. Yoxsa ayazdan dişin dəyəcək dişinə. Gərək pürrəng, 
xoruzpipiyi bir çay da içəsən ki, canın qızışsın, özün də ləzzət aparasan. – Söhbət 
çayın üstünə gəlib çıxanda milisioner Səfər lap bikeflədi. – Buranın çayı çay deyil 
ha!.. Nə qədər rəng tökürsən tök, nə cürə deyirsən dəmlə, amma o yerlərin çayının 
ləzzətini vermir... – Bilirsən nədəndi, qağa! Suyundan! O buz kimi dağ suyu ki, 
daşın dibindən pıqqıldayıb çıxır, başqa şeydi, qağa!.. 
Milisioner Səfər papağını  çıxarıb çoxdan tükü tökülmüş daz başının tərini 
sildi. Gün onun üz-gözünü qapqara qaraltmışdı, başının papaq altında qalan hissəsi 
isə ağappaq idi, elə bil, ağ kasanı çevirib qoymuşdular başına. 
– Başın haqqı, qağa, bu saat o çaydan iyirmi stəkan içərəm, doydum demərəm. 
Samovar da ki, başında çaynik, dızıldaya bir tərəfdə... 
Milisioner Səfər lap yanıb-yaxılırdı ki, indi dağ suyundan xoruzpipiyi çay içə 
bilmir, Məmmədağanı isə bu saat dünyada ən az maraqlandıran şey çay idi; o hələ 
də bayaqkı fikirlərinə mat-məəttəl qalmışdı və başa düşə bilmirdi ki, nədən idi bu 
fikirlər, nə olmuşdu ona; get-gedə yaşa dolur, bundandı bəlkə? Yəni doğrudan 
yaşdandı? O, gözlərini milisioner Səfərin ağappaq başından çəkib taxta dovşana


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə