Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   2   3   4   5   6   7   8   9   ...   145

 
14
üzrxahlıq edərdi. Məhəllədə hamı onun xətrini istəyərdi və cavanlar onunla 
hesablaşardı. Məhəllənin fikri yekdil idi: 
– Məmmədağa kişi oğlandır! 
Bəzən molla Süleyman da çəliyini tıqqıldada-tıqqıldada günün altında par-par 
parıldayan alüminium örtüklü furqonun yanından keçirdi. Məmmədağagilin küçəyə 
baxan pəncərələrinin qabağında ayaq saxlayıb çəliyini qaldırırdı, ağacın ucu ilə 
şüşəni döyüb Məmmədağanın anasını çağırırdı, çeşməyinin arxasında irilənmiş 
zəhmli gözlərini düz arvadın gözlərinə zilləyib deyirdi: 
– Səkinə bacı, maşallah! Maşallah! Yaxşı oğlun var! Allah-taala onu sənə çox 
görməsin! Xoşbəxt olsun! 
Səkinə xala da ürəyindəki gizli təlaşla dil-ağız edirdi: 
Çox sağ ol, molla! Ömrün uzun olsun!  
Səkinə xala qorxurdu ki, molla Süleymanın Məmmədağaya gözü dəyər; səhər 
mis qazanda ayrıca bozbaş asırdı, elə qazanla da göndərirdi molla Süleymangilə; bu 
da, bir növ, rüşvət kimi bir şey idi. 
 Molla Süleymanın iki oğlu var idi, ikisi də dustaq yatırdı. Biri müharibə vaxtı 
əsir düşüb faşistlərin tərəfinə keçmişdi, o birisi isə on beş yaşında bir qızı 
zorlamışdı. 
Səkinə xala oğlundan çox razı idi. Məmmədağa keçən il bacısı Solmazı  şah 
qızı kimi köçürmüşdü. Solmazın indi yaxşı ev-eşiyi vardı, özü də yaxşı adama rast 
gəlmişdi. 
Səkinə xalanın dünyada bircə nigarançılığı vardı ki, o da Məmmədağa sarıdan 
idi. Həm işi elə iş idi ki, adamı nigaran qoyurdu, həm də evlənmirdi ki, evlənmirdi: 
Səkinə xala məhəllənin  ən yaxşı  qızlarının adını  çəkirdi, amma Məmmədağa heç 
kimi yaxın qoymurdu və belə söhbətlərdən də xoşu gəlmirdi. Səkinə xala bilirdi ki, 
oğlu bircə  dəfə «hə» desə, məhəllənin  ən adlı-sanlı ailəsindən  ən yaxşı  qızı  gəlin 
gətirər evinə. Hətta qonşuları upravdom Kərim özü bir-iki dəfə işarə vurmuşdu ki, 
Məmmədağa nahaq subay gəzir. Upravdom Kərimin bütün məhəllənin yaraşığı bir 
qızı vardı, gündüz kitabxanada işləyirdi, axşam institutda oxuyurdu... 
... Həmin qəribə yay gecəsi məhəllələri, evləri, Dar dalanın qabağındakı tut 
ağacı  Məmmədağanın yadına düşdü və  nədənsə ona elə  gəldi ki, buradan – 
Zuğulbanın bu qumlu dəniz sahilindən onların məhəlləsinə cəmi bir saatlıq, furqonla 
iki saatlıq yol deyil, gərək günlərlə gedəsən bu yolu; birdən-birə ona elə  gəldi ki, 
məhəllələri də milisioner Səfərin başı qarlı dağları kimi, bu yerlərdən çox uzaqdı; 
üzünü furqonun məhəccərinə söykəyib, səhərdən bəri papağı ilə sifətini yelləyə-
yelləyə özünü tənbehləyən milisioner Səfərə tutub: 
Deyirsən, yaxşı vaxtıdı o dağların? – dedi.  
Milisioner Səfər məsələnin bu cür asan və yüngül həll olunmasına sidq-
ürəkdən sevinib: 
– Başın haqqı, qağa, – dedi, – bu saat orada bir büsat var ki, qiyamətdi!..  
Sonra bir az susub əlavə etdi: – Deyəsən, müştərilərin gəlir. 
Milisioner Səfər papağını başına qoyub furqonun qapısından çölə boylandı və 
bu dəfə lap açıq-aşkar qanı qaraldı: 
– Qurumsaq oğlu qurumsaq, içib deyəsən yenə...  
Bir-birinin ardınca iki nəfər içəri girəndə spirt iyi furqonu başına götürdü və 
Məmmədağa qabağındakı kök oğlanı o saat tanıdı. 


 
15
Kök oğlan əvvəlcə milisioner Səfərə tərs bir nəzər saldı, sonra Məmmədağaya 
baxdı, sonra da taxta dovşana, tülküyə, ayıya, şirə və naməlum heyvana baxıb güldü: 
– Alə, kefdi ki bu, – cibindən bir dənə beşlik çıxarıb məhəccərin üstünə çırpdı: 
– Əlli dənə güllə ver! Atacağıq səhərə kimi! 
Onun yanındakı arıq oğlan da elə bil şüar deyirdi, əlini yuxarı qaldırdı: 
– Atacağıq! 
Məmmədağaya məlum oldu ki, Mirzoppa onu tanımadı, buna baxmayaraq, lap 
yüz güllə verərdi onlara, amma o yerdə ki, söhbət tüfəngdən-güllədən gedirdi, qoy 
tirin saçaqlı gülləsi olsun, fərqi yox idi, qardaşı da içib gəlsəydi, atmağa qoymazdı. 
Mirzoppa yağlı göz qapaqlarını  qıyıb taxta dovşana baxdı  və bu dəfə lap 
bərkdən güldü: 
– Alə, doğrudan kefdi e, bu! Nöş indiyəcən bura gəlməmişik biz? 
Mirzoppa arıq oğlana baxdı. Arıq oğlan əlini yuxarı qaldırıb: 
– Atacağıq! – dedi. 
– Tüfəngin yaxşısını ver a, xalaoğlu, fiktivni iş görmə bizimlə!..  –  Bunu da 
Mirzoppa Məmmədağaya dedi. 
Əlbəttə, başqa vaxt olsaydı, Məmmədağaya belə sözlər demək mümkün olan 
iş deyildi, yəni bu sözləri deyən, TIR-in saçaqlı gülləsi kimi, furqonun qapısından 
çölə atılardı, amma Məmmədağanın bir xasiyyəti vardı ki, lazım olanda acı sözü 
udmağı bacarırdı; bu dəfə də Mirzoppanın yağlı sifətinə baxıb təkcə bunu dedi: 
– Qalsın sonraya. Bağlamışam tiri. 
– Neynəmisən? – Mirzoppa arıq oğlana baxdı, yəni ki, bu nə  səfeh sözdü 
eşidirik, sonra üzünü Məmmədağaya tutdu. – Tez elə, alə, tez elə! 
Arıq oğlan yenə əlini qaldırıb: 
– Atacağıq! – dedi. 
– Atmayacaqsınız! – Bunu da milisioner Səfər dedi. 
– Sən mumla! – Bunu da Mirzoppa milisioner Səfərə dedi, sonra da əlini 
boğazına apardı. – Yığmısan məni, bax, bura! Hara gedirəm düşürsən dalıma. Əl çək 
məndən, deyirəm sənə! 
Milisioner Səfər papağını çıxarıb bu dəfə furqonun içinə dolmuş araq iyindən 
özünü yelləyə-yelləyə: 
–  Ə, Mirzoppa, adam olmadın də, sən! – dedi. – Ayaq üstə dura bilmirsən
harana yaraşır indi tüfəng atmaq? 
Mirzoppa cibindən bir dənə də əzik beşlik çıxarıb məhəccərin üstünə çırpdı: 
– Puluna minnət! Yüz güllə ver! – dedi. 
Arıq oğlan yenə əlini yuxarı qaldırıb şüarını dedi: 
– Atacağıq! 
– Atmayacaqsınız! – Bunu təzədən milisioner Səfər dedi. 
Mirzoppa köynəyinin açıq yaxasından tükləri pırtdayıb çıxmış kök sinəsini 
qaşıya-qaşıya: 
– Sənə demirəm  əl çək bizdən? – dedi. – Nə istəyirsən? Pulun yoxdu, pul 
verək?! 
Əlbəttə, bu söz milisioner Səfər üçün dünyanın ən böyük təhqiri idi. Hirsindən 
səsi xırıldaya-xırıldaya dedi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə