Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   5   6   7   8   9   10   11   12   ...   145

 
22
cavabını da alsın, yoxsa dil töksün yenə? Axır qərara gəlib üz-gözünü qırışdırdı, bir 
az boynunun ardını qaşıyıb dedi: 
Heç kimə deməsən, sənə bir hörmət eləyərəm, öz canımçun! 
– Nə? 
– Hörmət eliyərəm sənə. Əntiqə yerə apararam səni... 
Təbii ki, Mirzoppanın heç bir sözünün Məmmədağanın yanında etibarı yox idi 
və Mirzoppa özü də bunu bildiyinə görə  məsələni çox uzatmadı, ağzını onun 
qulağına dirəyib pıçıldadı: 
– Əntiqə arvadlara baxmağa!.. 
Məmmədağa bilirdi ki, Mirzoppadan nə desən çıxar və o, dünyanın ən əbləh 
işlərini görər ki, başqasının heç ağlına gəlməz, amma bu dəfə  də onun sözlərinə 
inanmadı. Mirzoppanın  ətli-yağlı dodaqlarının qulağına yaxınlaşmasından  əti 
ürpəşdi. Mirzoppa isə o tərəf-bu tərəfə baxıb yenə də ağzını onun qulağına dirədi: 
– Hamamda çimən arvadlara. Lap lüt, öz canımçun! 
Elə bil, Məmmədağanın ürəyi qırılıb ayaqlarının altına düşdü və o heç özü də 
bilmədi ki, necə soruşdu: 
– Yalançının? 
– Eh, malades sənə, zarafatım-zadım var bəyəm sənnən? Gəl dalımca. 
Məmmədağagilin məhəlləsinin yuxarı başında Sarı hamam deyilən köhnə bir 
hamam vardı; ona görə belə deyirdilər ki, bu hamamın divarları lap əvvəldən, 
nədənsə, həmişə sarı rənglə əhənglənərdi. Hamamın üzü küçəyə baxırdı, arxası isə 
başqa ikimərtəbəli binanın arxasına söykənmişdi, amma arada bir az boş yer vardı 
və bu bir az yerdə quşbaz Ağamehdi özünə quşxana düzəltmişdi, göyərçinlərini bu 
quşxanada saxlayırdı və gecələr bura zülmət qaranlıq olurdu. 
Mirzoppa onu quşxananın yanına gətirdi, əli ilə quşxananın üstünü göstərib: 
– Ode, oradan baxanda hamısı görünür əntiqə, – dedi. – Indi qalxarıq, 
baxarsan. 
Sarı hamamın arxa tərəfində, yuxarıda balaca bir pəncərə vardı  və bu işıq 
gələn pəncərə  Ağamehdinin quşxanasının üstündən bir adam boyu hündürdə idi; 
Mirzoppa iz axtaran it kimi gəlib bu balaca pəncərəni tapmışdı. 
Məmmədağa, elə bil, yuxudaydı və bura necə gəldiyini heç özü də bilmirdi; o, 
başa düşürdü ki, Mirzoppaya qoşulub bura gəlməyi çox pis işdi və burasını da başa 
düşürdü ki, bir halda ki, Mirzoppa it kimi iyləyə-iyləyə  gəlib bu balaca pəncərəni 
tapıb, deməli, dünyanın ən alçaq adamıdı və alçağa qoşulmaq da alçaqlıqdı; o qaçıb 
buradan getmək istədi; buranın nəm havası az qalırdı onun ürəyini bulandırsın, 
amma elə bil ki, nəsə maqnit kimi onu özünə çəkib burada saxlayırdı, həm də, daha 
gec idi, indi buradan qaçıb getsəydi, Mirzoppanın yanında, doğrudan da, maymaq 
olacaqdı, onun ürəyindən bir inilti keçdi ki, tezcə qurtaraydı bütün bu əhvalat. 
– Hələ kişilər çimir.... - Mirzoppa qulaqlarını  şəkləyib həmin balaca 
pəncərədən gələn tas-ləyən səsinə, su şappıltısına qulaq asırdı, çimənlərin kişi, ya 
arvad olduğunu bu səbəbdən bilirdi və Məmmədağaya məlum oldu ki, Mirzoppa bu 
quşxananın yanında az geçələr keçirməyib. 
Göyərçinlər adam hiss eləyib quruldamağa başladı  və bu qurultu 
Məmmədağanın ürəyini daha da artıq döyündürdü. Mirzoppa tərləmiş  əli ilə 
Məmmədağanın biləyindən tutub: 
– Qorxma, – dedi. 


 
23
Məmmədağa biləyini Mirzoppanın  əlindən çəkdi, ona elə  gəldi ki, 
Mirzoppanın  əli Dudunun ağzından axan suda islanıb; cınqırığını  çəkmədən 
qulaqlarını şəkləmiş Mirzoppanın qaranlıqda güclə görünən ətli sifətinə baxdı – bu, 
əsl Mirzoppa idi, daha gizlincə Duduya şəkərbura yedizdirən, Duduya konfet alan 
Mirzoppa deyildi. Məmmədağa bütün şüuru ilə, ağlı ilə başa düşürdü ki, bu 
rüsvayçılıqdan qurtarmaq üçün buradan qaçıb getmək lazımdı və üstəlik Mirzoppanı 
da yaxşıca əzişdirmək lazımdı, amma ayaqları sözünə baxmırdı və ürəyi də elə hey 
səksəkə içində çırpınırdı. 
Mirzoppa yenə  də  tərli  əli ilə onun biləyini sıxdı, yəni ki, iş var. Balaca 
hamam pəncərəsindən daha səs gəlmirdi, yəqin çimənlər çimib nömrədən 
çıxmışdılar. Bir az sakitlik çökdü və bu sakitlik içində, ancaq quşbaz Ağamehdinin 
göyərçinləri quruldayırdı; sonra pəncərədən yenə səs gəldi və Mirzoppa pıçıldadı: 
– Şərəbanıdı, təmizləyir nömrəni. 
Şərəbanı Sarı hamamda süpürgəçi idi. Sarı hamamın ümumi kişi  şöbəsindən 
və ümumi arvad şöbəsindən başqa üç ayrı-ayrı nömrəsi vardı və bu balaca pəncərə 
də həmin nömrələrdən birinin pəncərəsi idi. 
Sonra yenə sakitlik çökdü və bir azdan yenə tas-ləyən, öskürək səsi gəldi, su 
şırıldadı və Mirzoppa da bu dəfə lap yavaşcadan pıçıldadı: 
– Qalx. 
Məmmədağa taxta nərdivanla yuxarı  dırmaşdı  və quşxananın damında 
pəncələri üstə qalxıb balaca pəncərəyə  tərəf boylandı. Birdən-birə onun bütün 
bədəni uçundu, gözləri torlandı  və bu tor pərdə arxasında elə  şeylər gördü ki, elə 
bildi bu saat yer ayaqlarının altından qaçacaq və o, harasa düşəcək, özü də uçub 
düşəcək harasa; arvad bir ləyən suyu qızın başına tökdü və su qızın saçlarındakı, 
üzündəki, bədənindəki bütün sabunu yuyub aparanda Məmmədağa dəhşətə gəldi ki, 
hər gün yüz dəfə küçələrində gördüyü bu arıq, bu kifir qız bu qədər qeyri-adiymiş, 
bu qədər sehrliymiş, tilsimliymiş. 
Mirzoppa aşağıdan Məmmədağanın  şalvarının balağını dartdı, yəni ki, düş 
aşağı, bir az da mən baxım; Məmmədağa, ancaq indi yadına saldı ki, Mirzoppa 
aşağıdadı və dəhşətlə o biri ayağını qaldırıb onun əlini itələdi. Məmmədağanı dəhşət 
basmışdı  və bu dəhşət içində o görürdü ki, bu dəfə arvad özu sabunlanır, qız da 
əyilib ona kömək edir, anasının kürəyini, belini sabunlayır və  hər dəfə  qız  əyilib 
durduqca Məmmədağanın bütün bədəni uçunurdu və o vaxt o özü də bilmirdi ki, bu 
nə deməkdir. 
Mirzoppa aşağıda daha dözə bilməyib nərdivana qalxdı, yuxarı dırmaşıb onu 
kənara sıxışdıraraq quşxananın üstündən balaca pəncərəyə sarı boylandı  və 
Məmmədağa nəfəsini qısıb gözlədi ki, bu saat nə isə bir hadisə olacaq. Birdən-birə 
Mirzoppanın sinəsindən bir inilti qopdu və o, yekə başını hamamın köhnə divarına 
çırpdı. Məmmədağa daha özünə  gəlib quşxananın damından birbaş yerə – 
hamamdan nəm çəkmiş torpağın üstünə atıldı. Quşxanadakı göyərçinlər daha da 
bərkdən quruldamağa başladı  və  Məmmədağa gözünü açanda Mirzoppa da özünü 
yerə atmışdı; bir müddət beləcə dayandılar – Mirzoppa ayaq üstə, Məmmədağa yerə 
sərilmiş, sonra Mirzoppa Məmmədağanın heç vaxt görmədiyi və təsəvvür etmədiyi 
bir hönkürtü ilə zır-zır ağlamağa başladı. 
Hamamda çimən arvad Mirzoppanın anası idi, hamamda çimən qız da 
Mirzoppanın bacısı Ədilə idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə