Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə7/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   2   3   4   5   6   7   8   9   10   ...   184

 

18

Mən bozluğuma salıb deyə bilərdim ki, əzizim Məleykə xanım, tıq-tıq xanım, 



şıq-şıq xanım, axı, mənim sizinlə  nə söhbətim; biz söhbətləşsək də söhbətimiz 

tutmaz, boş  və  mənasız olar, çünki mən sizi adicə meşşan hesab edirəm, hərçənd 

əskik bir işinizi görməmişəm, amma mən belə hiss edirəm; biz elə yad adamlarıq ki, 

şükür iyirmi metrlik maqnitofon lentinə.  Əlbəttə, bunları deyə bilərdim, amma 

demədim, çünki bunları demək də elə bir söhbət idi, mən isə, Məleykə xanımla 

söhbət etmək ehtiyacından yüz faiz azad idim, necə ki, Safura xanımla söhbət etmək 

ehtiyacından, necə ki, Səmədlə söhbət etmək ehtiyacından, necə ki, Məliklə, 

Sənubərlə, Kərimlə,  əmioğlu Bəylərlə, xalaqızı  Mədinəylə, day nə bilim kimlə

kimlə, kimlə söhbət etmək ehtiyacından. 

Insanı başa düşəcək yeganə adam – o özüdür. 

Məleykə xanım gözlərini pəncərəyə zillədi və dedi ki, özünüz bilən yaxşıdır, 

amma bu cür qaradinməzlik də bir şey deyil. Mən cavab vermədim və özüm özümlə 

zarafat elədim ki, sakit ol, əzizim, əsəbiləşmə. 

Bələdçi qadın gəlib soruşdu ki, yenə çay içəcəksiniz? Dedik ki, yox, 

içməyəcəyik. O da üzr istədi ki, daha gəlib bizi narahat eləməyəcək, sonra da gizli iş 

görən adam kimi, ehmallıca kupenin qapısını örtüb getdi.  

Məleykə xanım gözünü zülmət pəncərəyə dikdi, mən də  «Ədəbiyyat və 

incəsənət» qəzetinə. Məleykə xanım pəncərədə öz fikirlərinə baxırdı, çünki bu 

zülmətdə başqa bir şey görünməzdi, hərçənd məncə Adəm və  Həvvadan bəri  ən 

şəffaf bir şey varsa, o da Məleykə xanımın və  Məleykə xanımların fikri və 

düşüncəsidir: bu tərəfdən baxanda o tərəfi görünür, çünki ortada heç nə yoxdur. 

Məleykə xanımlar çoxdur. 

Məleykə xanım gözlərini pəncərədən çəkməyib fikirli-fikirli dedi ki, görünür, 

qatarda sərnişinlərin bir-birini sorğu-suala tutması  səbəbsiz deyil: görünür, 

pəncərənin bu eyni zülməti, bu aramsız hərəkət, təkərlərin bu çıqqaçuku insanlarda 

bir ünsiyyət ehtiyacı doğurur; görünür, yol insanları tənhalığa aparır, insanlar isə bu 

tənhalıqdan qaçırlar. 

Sonra Məleykə xanım mənə baxdı. 

Əlbəttə, mən yenə  də danışmaya bilərdim, çünki bu yol – pəncərənin bu eyni 

zülməti, aramsız hərəkət, təkərlərin bu əbədiymiş kimi çıqqaçuku məni hansı 

mücərrəd bir tənhalığa isə aparmırdı, aparsaydı da, mən bu tənhalıqdan qaçmazdım. 

Mən tənhalıqdan qorxmuram. Mən belə fikirləşirəm: tənhalıq – təkbətəklikdir, 

insanın özü ilə özü arasındakı təkbətəklik; mən bu təkbətəklikdən zövq alıram, çünki 

mənim ən yaxşı müsahibim mən özüməm; çünki özümdən başqa heç kim məni başa 

düşməz, necə ki, mən başqalarını özləri kimi başa düşə bilmirəm; tənhalıq deyilən 

anlayış insan ömrünün tələbatıdır – bunu dərk etmədikdə faciə baş verir, dərk 

etdikdə isə hər şey öz qaydasına düşür.  

Bax, elə  Məleykə xanım. Bizim hisslərimizdə, həyəcanlarımızda, 

düşüncələrimizdə  nə yaxınlıq ola bilər – heç nə – biz yadıq. Ümumiyyətlə, hansı 

mənadasa hamı bir-birinə yaddır və bu yadlığa öyrəşmək lazımdır. 

Bu, mənim əqidəmdir ki, başqası ilə söhbətdə heç zaman dərinə getmək lazım 

deyil, hissləri, həyəcanları başqalarının yanında çılpaqlaşdırmaq lazım deyil, çünki 

bunun  əhəmiyyəti yoxdur, üzdə olmasa da, daxilən sənə gülə bilərlər,  ələ sala 

bilərlər, inanmaya bilərlər – bu hisslər, həyəcanlar, yalnız sənin özünə mənsubdur, 

onlar həqiqətdə yalnız sənin özün üçün doğmadır. 



 

19

Bütün bunlara görə  də  mən Məleykə xanıma cavab verməyə bilərdim, amma 



onun mənə baxan gözlərində bir istehza hiss etdim, daha doğrusu, bu, istehza 

deyildi, Məleykə xanım bu baxışlarla elə bil mənim halıma acıyırdı. Bu cür baxışları 

birinci dəfə deyildi ki, öz üzərimdə hiss edirdim. Nə vaxtsa Səməd də beləcə 

baxmışdı  mənə, nə vaxtsa Bəylər də beləcə baxmışdı  mənə, haçansa Nəcibə  də, 

Həsən də, Osman da beləcə baxmışdılar mənə – çox adam. Bu cür baxışlar bir an, 

cəmi bircə an məni daxilən sarsıdırdı  və  məndə, bir növ, intiqam hissi oyadırdı, 

amma mən bu sarsıntının doğurduğu hissin də üstündən ötüb keçirdim, çünki 

bilirdim – kifayət edər. 

Amma indi, necə oldusa, mən həmişəki kimi bu sarsıntının da, bu hissin də 

üstündən ötüb keçə bilmədim. Heç özüm də bilmirəm niyə bütün həyatım boyu 

başıma gələn ən qəribə və indiyəcən heç kimə danışmadığım bir hadisəni Məleykə 

xanıma danışdım. Bəlkə də ona görə danışdım ki, iyirmi metrlik maqnitofon lentinin 

uzunluğuna heyrət etsin. 

Məleykə xanıma dedim ki, Pikassonun «Kasıbların süfrəsi» qrafikası 

yadınızdadırmı?  

Məleykə xanım dedi ki, bəli, yadımdadır, «mavi dövrün» bəhrəsidir: kişi ilə 

qadın yeməkxananın bir küncündə oturublar, qarşılarında içi boş boşqab, bir tikə 

çörək, iki stəkan və bir şüşə var; kişi sol əlini qadının çiyninə qoyub, sağ əlini onun 

qoluna söykəyib; ayrı-ayrı səmtə baxırlar, fikirlidirlər. Sonra Məleykə xanım mənə 

elə baxdı, yəni ki, indi gördünüzmü «Kasıbların süfrəsi» yadımdadır, ya yox? Mən 

bu təkəbbürlü baxışları cavabsız qoydum və dedim ki, yaxşı hafizəniz var, tamamilə 

doğrudur, mən həmin əsəri nəzərdə tuturam. 

Bir gün – sentyabr təzəcə girmişdi – evdə köhnə kağız-kuğuzlarımı sahmana 

salırdım. Bu köhnə kağızlar arasında «Kasıbların süfrəsi»nin nə vaxtsa aldığım bir 

reproduksiyası gözümə  dəydi. Çoxdan idi bu şəkli görmürdüm, bir az baxıb  şəkli 

yazı masamın siyirtməsinə qoydum. 

O gün xeyli işim var idi və gecə  bərk yorğun idim və yuxum gəlirdi, amma 

yerimə girən kimi «Kasıbların süfrəsi» birdən-birə gözlərimin qabağına gəldi. Bir az 

bu  şəkil barədə fikirləşdim, sonra fikirləri başımdan eləyib yatmaq istədim, amma 

yata bilmədim, bu şəkil gözlərimin qabağından getmirdi. Gözlərimi yumurdum, 

açırdım, yerimdə yüz dəfə o tərəf-bu tərəfə çevrilirdimsə  də, «Kasıbların 

süfrəsi»ndəki kişi ilə qadın bir an belə məndən əl çəkmirdi. 

Durub əl-üzümü yudum, eyvana çıxıb bir az təmiz hava aldım, fəqət hamısı əbəs 

idi, bu iki obraz məni tək buraxmırdı; o gecə bircə  dəqiqə belə yuxuya gedə 

bilmədim. Mənim əzablı günlərim də həmin gecədən başladı. 

Oturub işləyəndə  də,  şəhərə  çıxıb gəzişəndə  də, kinoya baxanda da, musiqiyə 

qulaq asanda da – hər yerdə və daima bu iki fiqur gözlərimin qarşısından getmirdi, 

onların baxışları  hər an məni təqib edirdi. Mənə elə  gəlirdi ki, onlar bir yerdə 

oturmuşlarsa da, bu an daxilən bir-birilərindən ayrıdırlar; onlar bir-birilərini 

sevirdilər, fəqət qarşılarındakı bu süfrə bu sevgini darmadağın edir; vaxtiylə  ən 

yaxın,  ən istəkli adamlar idilər, indi isə, hər  şeyə olduğu kimi, bir-birilərinə  də 

biganədirlər.  Əgər yeməkxananın başqa bir küncündə oturmuş harın bir alverçi bu 

dəqiqə bu qadına gözü ilə işarə edərsə, o neçə frankdan ötrüsə qalxıb onunla gedər, 

özü də hissiz, həyəcansız – biganə; kişi isə, qadın getdikdən sonra, ancaq onu edə 

bilər ki, tanışı qarsona yalvarsın, qarson yenə  də ona nisyə ucuz çaxır versin və o 

içib keflənsin, sonra da başını mizin üstünə qoyub sərxoş-sərxoş ağlasın. 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə