SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə26/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   22   23   24   25   26   27   28   29   ...   104

 
Dördüncü, Beşinci, Altmcı, Yeddinci, Səkkizinci, nə bilim neçənci, neçənci 
olmaq  istəyirəm.  Məktubumu  qurtarıram.  Son  sözü  yazıb  ki-brit  çəkib  bu 
məktubu yandırıram. Son söz... Təhminə... 
 
TƏKLİK TİLSİMİ 
 
Saat  düz  üç  tamamda  Səfdər  dayı  pilləkəni  düşməyə  başladı.  Fər-qinə 
varmadığı  mexaniki  bir  vərdiş  halını  almış  adəti  üzrə,  ürəyində  pillələri 
saya-saya  düşdü.  Üçüncüdən  ikinci  mərtəbəyəcən  on  yeddi  pillo  idi. 
İkincidən birinciyəcən on səkkiz pillə... 
 
- 17, o da 18, 35 - deyə ürəyində təkrar edib idarənin qapısmdan küçəyə 
çıxdı. 35, o da 3719, elər... yox, 35-in 3719-a dəxli yoxdur. 3719 təxmini 
hesablamanm balansıdır. 4012 olmalıdır. Deməli, 293 manat çatmır. Görəsən 
harda səhv ediblər. Keçən kvartalda 145 manat səhv etmişdilər. 145, ya 147? 
Yox 147. Bəs niyə 145 dedi? hə, ev nömrəsiylə çaşdırır. Ev nömrəsi 45-dir. 
Mirzə Fətəli, 45. 
 
Skleroz məni birtəhər eləyib. Pensiya vaxtın çatıb, Səfdər. Yox, hələ iki 
ilin var. Daha doğrusu, bir il 9 ay. Yaxud 21 ay, 21 ay neçə gündür? Neçə 
belə gün? Deməli, yanvar otuz bir, fevral gələn il 29-dandır, mart... 
 
Bəsdir,  Səfdər,  sənin  lap  başın  xarab  olub.  Neynirsən  bu  mənasız 
hesablamalarla beynini yomrsan. Bəsdir. Yaxşı, deməli, balans 3719 manat, 
əysiyi...  Əşi,  cəhənnəm  olsun  balans  da,  əysiyi  də.  Saat  3-dür.  Dördə  beş 
dəqiqə  işləyib.  İş  günü  qurtardı.  Bu  gün  şənbədir.  Sabah  bazar.  Bazar 
ertəsinə qədər bütün balansı, planı, prixodu, rasxodu, bütün rəqəmləri unut. 
Unut ki, mühasibsən. 
 
Bazar ertəsi səhər saat 9-da yenə başlayarsan mühasibliyinə. İndi bəsdir. 
Bir  dənə  rəqəm  yadına  salma.  Yaxşı,  oldu.  Elə  bil  beynimə  qa-laq-qalaq 
rəqəm  yığıblar,  rəqəm  lər  başımda  elə  bil  tillə  vurub.  At  ha-mısını. 
Adamlara, küçəyə bax. 
 
Küçəni keçib gündə nahara gəldiyi balaca, darısqal yeməkxanaya girdi. 
Hər gün oturduğu küncdəki stolun arxasına keçdi. 
 
Görünür,  masanın  dalından  indicə  durmuşdular,  üstü  kiminsə  ar-
tıqlarıyla dolu idi. Bulaşıq boşqabdakı kotletin qahqlarına papiros kötükləri 
basılmışdı. Süfrəyə pivə dağılmışdı. 
Səfdər  dayı  ani  hərəkətlə  çığara  kağızmda  çap  olunmuş  yeməklə-rin 
siyahısmı  götürdü.  Dərhal  da  kənara  qoydu,  nə  yeyəcəyini  də  bi-lirdi, 
yeməklərin qiymətlərini də. Borş, kotlet, kompot, bir şüşə “İsti- 
su”,  borş  35  qəpik,  kotlet  vermişeliylo  42  qəpik,  on  beş  qəpik  kompot, 
iyirmi qəpik “İstisu”, on qəpik çörok. Comisi bir manat otuz qəpik, beş-on 
qəpik az, ya beş-on qopik çox, deməli, ayda... 
 
“Səfdər,  -  dedi,  -  yenə  rəqəmlər?  Bəsdir,  kişi,  at  bu  rəqəmləri 
beynindən” . 
 
Xidmətçi gəlib masanın üstünü yığışdırdı. Süfrəni çırpdı. Çevirib o biri 
üzünü  saldı.  Bu  üzü  də ləkəli  idi.  Amırıa  bu ləkələr qalıb  qartımış  ləkələr 
idi, hopub solmuşdu, o biri üzdəki kimi təzə deyildi. 
 
Səfdər dayı sifarişini elədi. İncəvara, tez gətirdilər. Borş dadlı idi. Bir 
az duzu çatmırdı. Ya bəlkə Səfdər dayı şor yeyən idi. Kotlet də pis deyildi. 
Əlbəttə, Minanın yemoklərinə çatmazdı, amma hər halda... 
 
Səfdər dayı köksünü ötürdü. Yaxşı yumşaq ətdir, - deyə düşündü. Lap 
qocamalıdır. Mənim kimi dişsiz qocalar üçündür. 
 
Ağzınm müxtəlif ycrlərində comi-cümlətanı 9 dişi qalmışdı. Kotleti 
yeyib qurtardı, ağzını siləndə cıqqıltıyla yerə nə isə düşdü. 
 
Səfdər dayı baxıb “bəli, bu da belo getdi” - dedi, əyilib düyməni götürdü, 
döş cibinə qoydu. 
 
Ağ parusin pencəyinin yeddi diiyməsi vardı. Yuxarıdan ikinci, üçüncü 
və bcşincisi düşmüşdii. İndi də yeddincisi düşdü. 
Diiymoləri do dişləri kimi pərakəndə tökülürdü. Biri ordan düşürdü, biri 
burdan. 
 
Kompotu iço bilmədi. Pis tomi vardı. Özü də bulaşıq suyuna ox-şayırdı. 
Görünür, çürümüş mcyvolərdən hazırlanmışdı. 
Gərək  gcdom  özümo  diş  qayırtdıram.  Bu  dal  dişimi  də  gorok  çək-
dirom.  Hordon  bir  yaırıan  zoqquldayır.  Gərək  mütləq  gcdoırı.  Deyi-rom, 
amma heç getmirom. Elə günü güno satıram. 
 
Eh,  heç  adaının  başı  açılır  ki...  Gərok  evin  damına  da  qır  saldıram. 
Yoxsa  payızda  yenə  damacaq.  Damanda  adamın  bütün  ovqatı  təlx  olur. 
Gorok bütiin otaqlara loyonlor, vcdrolor, boşqab-qazan, bankalar dü-zoson. 
Horosindon  do  bir  cür  sos  çıxır.  Mis  loyono  damcılayanda  bir  sos  çıxır, 
vcdroyo  başqa,  qazana  başqa,  boşqaba  başqa...  Kap,  kap, kap...  Çap,  çap, 
çap... Pap, pap, pap... 
Dünyada üç şey adamı lap zinhara yetirir, çəkmən sıxa, dişin ağ-rıya, 
cvin dama. 
 
Səfdər  dayı  minnətdarhqla  köhnə  yalınayaq  çəkməlorino  baxdı. 
Ayaqları  bu  çəkmələrin  içində  elə  rahat,  elə  xoş  idi  ki...  Bəzən  adam  öz 
yorğan-döşoyində belə xoş, rahat olur... 


Bəli, Səfdər kişi, evin damır, dişlərin də tökülüb, düymələrin də bir bir 
düşür, vaxtdır, kişi. Bəsdir dünyanm səfasmı çəkdin. Deyəsən, əcəli qapınm 
dalmda bir az çox gözlədirsən axı... 
  Yox,  vallah,  -  dedi,  -  əcəldən  qaçmıram.  Ölümdən  də  qorxmuram. 
Məndən əskik adamları aparmayıb ki... Tay-tuşumun da çoxu ordadır. 
 
Bayaqdan  bəri  susmuş  radiocihaz  birdən  dilə  gəldi.  Xeyli  xırılda-dı, 
ayrı-ayrı  sözləri  deyib  yenə  susurdu.  Ancaq  anlamaq  olurdu  ki,  rayon 
qəzetləri üçün mətn oxunur. 
 
  Təkrar  edirəm.  Kolxoz  və  sovxozlarımız  bu  il...  dövlətə...  plan-da 
nəzərdə  tutulmuş...  təkrar  edirəm,  kolxoz  və  sovxozlarımız  bu  il  dövlətə 
planda nəzərdə tutulmuş 1200 ton əvəzinə 1897 ton taxıl, 90 ton əvəzinə 105 
ton barama, 370 min əvəzinə 379 min yumurta, 222 ton əvəzinə 226 ton yun 
satmışlar, təkrar edirəm, 1200 ton əvəzinə... 
 
Səfdər  dayı  bir  manat  altı  şahısını  verdi,  küçəyə  çıxdı. 
Gedim bir arvada baş çəkim, - deyə düşündü. 
Arvadı  iki  ay  bundan  qabaq  basdırmışdı.  Qəbir  üstünə  adətən  cümə 
axşamları gedərdi. Srağagün də getmişdi. 
 
Amma  bu  gün  nədənsə  birdən  Minaya  baş  çəkmək  ehtiyacı  duydu. 
Taksi dayanacağına çatdı. Növbə tutdu. 
 
Ondan qabaq dörd adam vardı. Küçə saatına baxdı. Əqrəblər baş-larmı 
12-nin üstünə qoyub yatmışdı. 
 
14-17 nömrəli bir taksi gəldi. Sonra dalbadal ikincisi, üçüncüsü gəldi. 
Səfdər  dayınm  növbəsi  çatmışdı.  Təxminən  5-6  dəqiqə  də  göz-lədi.  Dolu 
maşınlar  bir-bir  ötürdü.  Səfdər  dayı  qeyri-ixtiyari  nömrələ-rə  baxır,  ani 
olaraq  nömrənin  birinci  yarısıyla  ikinci  yarısını  toplayır-dı.  41-18,  deməli 
59, 22-15, eylər 37. 
 
Tindən  yaşıl  işıqlı  taksi  buruldu.  Nömrəsi  27-00.  Səfdər  dayı-27  üstə 
gəl  00  eylər  27  -  deyə  düşündü  və  bu  qəribə  əməliyyata  təəc-cübləndi. 
Amma fıkirləşdi ki, bu rəqəmi 27-00 kimi də oxumaq olar. 
 
  Sizin növbənizdir? 
 
  Bəli, bəli. 
 
  Hara gedəcəyik? 
 
  Qəbiristanlığa. 
 
Sürücü  qeyri-ixtiyari  gülümsündü,  amma  dərhal  da  üzündən  gülüşü 
sildi. 
 
Səfdər  dayı  onun  nəyə  güldüyünü  başa  düşdü.  “Doğrudan  da  yə-qin, 
mənim  görkəmim  elədir  ki,  sürüb  aparıb,  elə  birbaş  qəbrə  qoymaq  olar. 
Yəni elə əslinə qalsa adamlar anadan olandan öz qəbirlərinə tə- 
 
rəf  getmirlər?  Yolları  nə  qədər  uzaq  düşsə  də,  nə  qədər  dolama-dola-ma, 
eniş-yoxuş olsa da, axır gəlib mənzilə çatırlar. Molla Nəsrəddin demişkən, 
hara getsələr, axırda gəlib bura çıxacaqlar” . 
 
Sayğacda rəqəmlər bir-birini təqib edirdi. 12qəpik, 13, 14,15qəpik... 
 
Pəncərələrin dalında Qız qalası, bulvar, Azneft meydam arxaya qaçırdı. 
Elə  bil  onları  sayğacın  rəqəmləriylə  nömrələmişdilər:  Qız  qa-lasmın 
nömrəsi 12, bulvarınkı 13, Azneft meydanınkı 14. 
 
Maşın şəhərin hündürünə dırmaşdı. 
 
Minanın  qəbri  içərilərdə  idi.  Maşın  yolundan  çox  kənar.  Səfdər  dayı 
maşını  saxlatdırıb  on  şahısım  verdi,  düşdü.  Qəbirlərin  arasıyla  ar-vadmın 
son  məskəninə  tərəf  addımlamağa  başladı.  Həmişəki  kimi  ye-nə  də 
qəbirlərin üstündəki yazıları oxuyurdu. 
 
Əskər Teymurov 
1905-1957 
 
Tofıq Babayev 
 
1927-1946 
 
Adlar və rəqəmlər. Adlar və rəqəmlər. Yəni bu rəqəmlori bura yazmaq 
vacibdir? Yəni adamdan elə bu iki şey qalır? Adı və bu iki ta-rix? Axı, niyə 
belə? Axı, əslinə qalsa bu yazılarm adamın şəxsən özüno dəxli də yoxdur. 
Adını özü qoymayıb. Familini də həmçinin, to-vəllüdü, ölümii də özündən 
asılı deyil. Olmaz ki, bura adamın şoxsən özünə dəxli olan şeylər yazsınlar, 
məsələn, kim idi, bu dünyada no iş görüb, nə iş qoyub gedib, ya məsələn, 
tutalım,  xasiyyəti  necə  idi?  Ki-mə  nə  yaxşılığı,  nə  pisliyi  keçib?  Övladı 
olub,  yoxsa  yox,  öləndon  sonra  kimi  qalıb?  Yoxsa  quru  rəqəmlərdən  nə 
çıxsrn? 
 
Faiq Mərdanov 
 
1912-1959 
 
Bəhmən Salayev 
 
1938-1965 
 
Qeyri-ixtiyari  rəqəmləri  toplamağa  başladı.  1912+1959=3871.  Sonra 
fıkirləşdi  ki,  burda  toplamaq  düz  olmaz,  çıxmaq  lazımdır.  1959-1912=47. 
Deməli, biçarə Faiq Mərdanov 47 il ömür sürüb. 1965- 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə