Bülbülü Şeydanm halm sorm a nasehdən, fəqir,
H ər tikəndə qanı vardır, könlünü güldən soruş.
Hə, onu deyirəm axı, həmin bu Səlim Şeydadır, mənəm, bir də Sərraf,
mömin kişilərdən biri idi. Gündüz mollahq edirdi, axşamlar Əsli Kərəm
oxuyurdu. Hə, üçümüzük - Məmməd Nəsir əlini boğazı-na çəkdi, - bax bura
qədər içmişik, nuş olmuşuq. Amma indi gərək paxmellənək. Di gəl bir qara
qəpik pulumuz qalmayıb. Bir də gördük Sisyanov küçəsiylə Bandelninin
tinindən Əhməd Fani gəlir. Getdik tutduq onu, dedik bəs Mirzə, sən bilirsən
ki, biz sənin dostunuq. Dedi, bəli, bilirəm. Niyə də bilməyim, axı? Dedim:
bəs bilirsən ki, biz ölmüşük. Dedi: xeyr. Bunu bilmirdim, çünki bu gün hələ
qəzetlərə baxmamışam. Yəqin, nekroloqdan-zaddan çıxmamış olmaz.
Dedim: bəs, qəzeti görsən inanarsan? Dedi: bəli, inanaram, Dedim: Hüseyn
Sərraf, cum bir qəzet al. Dedi: köhnəsini, təzəsini? Dedim: hansından tapsan.
Bəli, aldı gətirdi. Dedim sər bura. Sərdi Əhməd Faninin aya-ğının altma.
Dedim: bəs, Mirzə, üçümüz burda uzamb qalsaq, inanar-san ki, ölmüşük?
Dedi: bəli, indi inandım. Çıxartdı bir qızd Nikolay onluğu verdi. Onluq
deyirəm sənə, onluq, qızıl onluq... Bəli, getdik, bir həftə kefın istəyən içdik.
Bir-birimizi səhər tapdıq, axşam itirdik. İn-di pulumuz qurtarıb, gərək
paxmel olaq. Neyləyək? Üçümüzük. Mə-nəm, Səlim Şeydadır, bir də Hüseyn
Sərraf. Gedirik Tarqovıynan...
Nemət gördü ki, canını asanhqla qurtaran deyil.
- Məmməd Nəsir, - dedi, - de görüm Krasnovodska haçan gedirik e?
Məmməd Nəsir bir an söhbətinə ara verdi. Nemətin sözlərini dərk
etmək istədi. Döyükdü. Sonra birdən başa düşdü.
Krasnovodska? Hə, hə, bildim. Haçan istəyirsən. Sənin könlün haçan
istəsə, Məmməd Nəsir qulluğuııda hazır.
Nemət bura təzə işə girəndə bir gün Məmməd Nəsir onu tutdu ki, gəl
minək gəmiyə gedək Krasnovodska.
Nemət təəccübləndi.
Krasnovodskda nə var?
Heç nə. Elə-belə. İndi şənbədir. Minək gəmiyə gedək. Çaxır gö-türək,
bala-bala vuraq özümüzçün. Dənizin seyrinə dalaq, külək də bala-bala
üzümüzə vursun. Düşək Krasnovodskda bir yaxşı xudmani yer ta-paq.
Oturaq bir balaca vuraq. Sonra yenə minək gəmiyə, bala-bala vura-vura
qayıdaq geri. Səhər də beçə xoruz kimi çıxaq işə. Necədir sənınçün?
Nemət:
- Yox, - dedi, —bu işdə bir məna görmürəm.
Məmməd Nəsir kəhrəba təsbehini pencəyinin sürtülmüş qoluna keçirtdi:
- Oğul, - dedi, - hər şeydə bir məna olsaydı, həyatın bir mənası olmazdı.
Çıxıb getdi. Sonralar işçilər Nemətə dedilər ki, Memməd Nəsir bu təklifı
hamıya eləyir. İndiyəcən heç kəs də razı olmayıb.
“Krasnovodsk! Barı bir səfalı yer ola. Deyirlər, nə su var, nə də bir
kölgəlik” .
Məmməd Nəsirin dumanlı yorğun gözlərində nə isə bir həvəs qı-ğılcımı
oyandı:
Bu gün şənbədir, verək özümüzü sübh obaşdannan. Mən bu gün
özümə əməlli maya qoymuşam. Amma səniynən yenə içərəm.
Gələn şənbə, Məmməd Nəsir. Allah qoysa, gələn şənbə mütləq
gedərik.
Eh, - deyə Məmməd Nəsir əlini yelləyib getdi. Nə qədər sərxoş olsa
da, başa düşdü ki, nisyə söhbətdir.
İdarənin çöl qapısının ağzında anqutboğaz bir oğlan Ncməto miira-ciət
etdi:
Nəşriyyat buradır?
Nemət bu oğlanı ilk dəfə görürdü. Qoltuğunda iri bir qovluq vardı. -
Sizo kim lazımdır?
Oğlan boğazını arıtladı.
- Monə, - deyə kəkələdi, - burda kitablara kim baxır?
Kitablara?
Hə, kitab çap eləmək işinə.
Nemot: “Yəqin, cavan yazıçıdır, aman Allah” - deyə düşündü.
Kitab yazmısan?
Boli.
Nədəndir?
Bizim müasir cəmiyyətin həyatmdan.
Hekayədir, romandır, poemadır?
Hamısı var. Hekayə də, şeir də. Altı ildir yazıram. Apardım jur-nala,
dedilor nəşriyyata aparsan yaxşıdır. Birbaşa kitabın çıxar. Dedi-lor, onlar
belə şeylər axtarırlar.
Bir an içində kinolent kimi səhnələr Nemətin gözü qarşısından keçdi. Bu
nataraz gəncin ömrünün epizodları: oxuduğu kitablar, izlə-diyi mətbuat,
yazmaq meyili, qaraladığı səhifələr. Müxtəlif redaksiy-aların daş qapıları.
Qarşılarındakı adamın cızmaqaraçı olduğunu təyin edən, şəbədə üçün obyekt
axtaran bəzi redaksiya işçilərinin nabələd adamçün aydın olmayan dolamaq
priyomlan. Nəzakət pərdəsiylə örtülmüş istehza, rişxənd, lağ. Yaxa
qurtarmağın yetmiş iki müxtəlif fəndi. Sanki bütün bunlan Nemət öz gözüylə
görmüşdü. Daha doğru-su, görmüşdü də.
Bu və buna bənzər yüzlərcə hədər həvəs...
Bütün bunlar Nemətə nə qədər tanış idi! Öz başına gəlməmişdisə də,
onda elə bir duyğu vardı ki, guya bütün bu işlərdən özü keçib. Hər halda, o
bu gəncə nə qədər acı və kədərli, mütləq lazımlı söz deyə bi-lər, həyat dərsi
verə bilərdi.
Birdən-birə Nemət istədi ki, qayıdıb Məmməd Nəsiri, məhz Məm - məd
Nəsiri, ayrı adamı yox, tapsın, bu gənci də götürsün, gedib xud-mani yerdə
otursunlar, bala-bala içsinlər, içib səmimi olsunlar, bala-bala söhbət eləsinlər,
ürəklərini boşaltsınlar, çünki Məmməd Nəsir demişkən, qammı doldurmasan,
ürəyini boşalda bilməzsən. Düz deyir. Ayıq vaxtı ürəyinin dibində pas atıb
qalanlan, çürüyüb ürəyində itən-ləri üzə çıxarıb özgəsinə açmaq olmur.
Onlar da qalır, kif atır, çürüyüb ürəyini də çürüdür, ömrünü də.
İçəndən sonra Nemət bu anqutboğaz, bu yöndəmsiz geyinmiş oğ-lana
deyərdi ki, bala, mənə qulaq as. İnan, hələ gec deyil. Mənim da-yım, Allah
ona rəhmət eləsin, Allah bütün ölənlərinizə rəhmət eləsin, mənim dayım
demişkən, İlyas Nizami deyilsənsə, vaz keç, boşla, gi-rişmə bu işə. Özüvə
peşə seç. Texniki peşə olsa daha yaxşı. Yazıqsan, bala. Sonra başına
döyəcəksən, gec olacaq. Bunun axın yoxdur. Sənin kimi yüzlərcə, minlərcə
gənc bax bu saat, sənin yazdığını, lap elə sə-nin yazdığın kimi, ya bir az ayrı
cür, heç təfavütü yoxdur, bir az daha yaxşı, ya daha pis, daha savadlı, ya
daha bisavad, hə, sənin yazdıqları-nı onlar da yazır. Hələ gec deyil,
cavansan. Ömrün qabaqdadır. At bu işin daşını. Əlbəttə, əgər İlyas Nizami
deyilsənsə! Yox, bəlkə İlyas Nizamisən? Hə, onda başqa məsələ. Bəlkə elə
doğrudan İlyas Nizami oldun. Kim bilir?
Nemət:
- Çıx üçüncü mərtəbəyə, - dedi, - on birinci otaq.
Nəşriyyatdan çıxıb studiyaya tərəf getdi. Meydançadan keçəndə gördü
ki, on bir-on iki yaşında uşaqlar futbol oynamağa hazırlaşırlar. Ayaq
saxladı. Dayanıb onları izləməyə başladı.
İçlərində ikisi lap balaca idi. Yeddi-səkkiz yaşmda. Yəqin, onlan qapıçı
qoyacaqlar. Həmişə uşaqlar ən balacaları, ən zəifləri qapıçı tə-yin edirlər.
Oğlanlardan biri daş qoydu - ştanqa! Bir neçə addım saydı, ikinci daşı
qoydu. Bu bir qapı! Sonra gedib eyni üsulla ikinci qapmı düzəlt-dilər.
Doğrudan da balacaları qapıçı qoydular. İki dəstəyə bölündülər. Üç-üç.
Bir nəfər artıq idi.
- Sən sudya!
“Sudya” cığallığa başladı.
Özün ol sudya. Mən istəmirəm. Mən oynamaq istəyirəm.
Yaxşı, indi sən ol. Üç qoldan sonra mən olaram, sən oynayarsan.
Razılaşdılar. Kapitan yerdən çöp götürüb yumruğunda gizlətdi. O
biri komandanın kapitanı tapdı.
Oyun başlandı.
Nemətin öz uşaqlığı yadma düşdü. O qədər bax lap bu cür futbol
oynayıb ki... Küçə futbolunun ənənələri, texnikası, qanunları dəyiş-məzdir.
25 il bundan qabaq da hər şey beləcə idi. Daş ştanqalar. Ba-laca qapıçılar.
Vaxt yox, qol hesabı oyun. Qollarm cığallanması. “Yox, yan getdi”, ya da
“hündürdən getdi, ştanqanın üstündən” - hər şey, ey-nilə olduğu kimi
qalmışdı.
Tofıq, ver mənə! Özün çıx. Ala, Nazim!
Ruka! Ruka! - deyə qışqırışdılar.
Əli topa toxunmuş oğlan küçə futbolunun əfsanəvi qanununa isnad etdi.
“Prijataya ruka” - dedi. Mübahisə başlandı. Birdən kiminsə ağlı-na gəldi ki,
hakimin do bir rolu ola bilər, hakim amiranə bir səslə:
- Pinal, - dedi. Nəhayət, o da bir anlıq xəlifə olmuşdu. Cərimonin
səbəbkarı bir kəlmə də kəsmədi. Dinməzcə penalti yerini təyin etməyə
başladı: qapıdan addımladı. “İndi gör necə addımlayacaq!” Doğrudan da
addımlarını elə iri atırdı ki, qorxurdun bağanağı aralı qalsın.
Belə saya-saya onuncu addımda gəlib rəqibin qapısına çıxdı. Özü də
başa düşdü ki, deyəsən çox ağ eləyib. Sonuncu addımını bir az qı-sa etdi.
- Bax, buradır, - dedi, - vurun!
Dostları ilə paylaş: |