qiqoləri Zaurun gözünün çimirini almaq üçün qısaca mürgü döydüyü anlara
düşüb. İndi isə gecəyarını ötüb - təqvimin başqa tarixidir. Am - ma nə tarix,
nə təqvim? Moskvadan Afrikaya on bir saatlıq uçuş ərzin-də-onlar
Avropanın, Aralıq dənizinin, Saxaranm üstündən keçmişdilər - bütün vaxt-
zaman anlayışları qanşıq düşmüş və Zaurgilin ömrünə üç saat əlavə
olunmuşdu. Bakıyla Moskva arasmdakı bir saatlıq fərqi də bunun üstünə
gəlsən - ömürlərindən dörd saatlıq hədiyyə almışdılar. Doğrudur, bu
hədiyyəni qaytarmaq lazım gələcəkdi - üç saatını bura-dan Moskvaya
uçanda, bir saatım da Moskvadan Bakıya qayıdanda...
Yer kürəmiz zaman zolaqlarına bölünüb, Qərbdən Şərqə getdikcə hər
zolaqda bir saat irəli düşürsən. Moskvada saat on bir olanda. Ba-kıda on
ikidir... Daima üzü Qərbə doğru gedəsən, elə bir sürətlə ki, bir saat içində bir
vaxt zolağından o birinə keçəsən - hamısında da, m ə-sələn, saat on bir
olsun? Vaxtı bu sayaq aldatmaq mümkündürmü?
Adamın ağlma nə qəribə fıkirlər gəlir. Fantastika! Halbuki ən böyük
fantastika elə real gerçəklikdir, bax, elə məsələn, onların bu-günkü günü:
zarafat gəlməsin sənə, dünyamn o biri başına gəlib çıxıb-lar. Afrikada,
Dakar şəhərindədirlər. 17 mərtəbəli “Enqor” otelində-dirlər və bu otel
Atlantik okeanmm əlli metrliyindədir...
Bu son üç günün təəssüratı, məsafə ölçüləri, məkan dəyişkənliyi də
ağlasığmaz bir gerçəklik idi... Əlbəttə, hər bir şey şüurla dəqiq izah
olunurdu, amma, hər halda beyinə sığışdırmaq zor idi ki, cəmisi on beş saat
bundan qabaq Moskvadaydılar. Moskvada qar yağırdı, onları Sverdlov
meydanından Şeremetyevo aeroportuna aparan avtobusun pəncərələri buz
bağlamışdı. On bir saatlıq uçuşdan sonra isə təyyarə Dakarda yerə endi və
onlar trapa çıxanda sifətlərini sanki odlu bir nə-fəs qarsıdı - Afrikanm
nəfəsi. Bu qəribə bir nəfəs idi, Afrika torpağın-da hər şeyə çökmüşdü; elə
bil, havada da, yemək-içməkdə də duyu-lurdu... Bu həm otir, qoxu, iy idi,
həm dad-tam... Müəyyən bitkilərlə-manioka, araxis - onlardan alınan
yağlarlamı bağlıydı - bu qoxu, tam, ya okeanın törəmələrinə - balıqlarla,
yosunlarlamı? Kim bilir... Amma bu ağlasığmaz dəhşətli isti - adamın sanki
bədənini əridib paltarına yapışdıran bu isti də Afrika idi, şirintəhər iy-dad da
Afrika idi, aero-portda ilkin gördükləri adamlar da - göyümtülə çalan zil
qara bənizli zəncilər də...
Adamı çaşdıran təbiət mənzərələriydi. Bəzən, illah da axşamçağı, ala-
toranhqda adamsız sah ələr- ağaclar, otlar, yol Abşeron peyzacla-rmı
andırırdı. Uzaqdan ləpələrin uğultusu və cırcıramaların səsi gəlirdi.
fıkirlərə dalıb yolla gedirdin və birdon diksinirdin: belə tanış “Abşe-ron
yoluyla” uzun Afrika paltarı geymiş qıvrımsaç zənci qadınları ad-
dımlayırdılar. Qıvırcıq saçları qısa-qısa hörüklərə hörülüb, başlarında iri
əmmaməyə bənzər bir sarıq. Bu qədər tamş mənzərənin, belə tanış səslərin
fonunda tamam başqa bir xalqın, başqa irqin, başqa dünyamn adamlarmı
görmək zehni sarsıdırdı...
Otelin qabağında okean sahili də qəribə təsir bağışlayırdı: bütün
çimərlik boyu bir-birindən müəyyən məsafələrdə dirəklər basdırıl-ımşdı.
Uzaqdan qəbiristanlığa oxşayırdı bura. Eyni boylu-biçimli əs-gər
məzarlarına... Kimləri basdırıblar bu çimərlikdə - dənizdə batan-larımı?
Yox, bu dirəklər sərhəd dirəkləriydi - çimərliyin ayrı-ayrı sa-hələri “Enqor”
otelinin ayrı-ayrı nömrələrinə mənsub idi: bu nömrə-lərin sakinlərinə... Sahil
qarış-qarış parçalanmış, bölünmüş, paylan-mışdı, okean isə sərhədsiz, azad
idi...
Üç gün qaldılar Dakarda, Atlantik okeanmda çimdilər, şəhori do-
laşdılar, - uca, ağappaq binaları, qamışla samandan quraşdırılmış ko-maları
gördülər, Kermel bazarını vo əsrlərdən bəri qolu bağlı qulların zindanı olan
Qore adasını gəzdilər...
Sabah isə geri, vətəno qayıtmalıydılar.
Zaur: “Vallah, sağ olsun anam, - deyə düşünürdü, - axı, bu səya-hətə
çıxmağımızı o tokid elodi. “Sonra oğul-uşaq basacaq sizi, maca-lınız
olmayacaq belə-belə səyahətləro, nə qədər cavansız, əliz-qoluz bağlı deyil,
gedin gozin do” ... Anası düz deyirdi, - belə soyahət insa-na ömründə olsa-
olsa bircə korom düşür... Anası onu çox dilə tutdu.
Zaur etiraz clomirdi, amma doğrusu, çox elə meyili do yox idi. Axır
vaxtlar hor şcyə neco yanaşırdısa, bu səyahəto do eyni cür ınüna-sibət
bəsləyirdi tam bir biganolik, laqeydlik... “No olar, gedorik-ge-dərik,
gctmorik-getmorik” ... Bir yana baxanda, soyahotlor, xoş günlor, hoyatın
bütün başqa naz-nemətləri mogor Zaur bütiin bunların xət-rinə
doyişmomişdimi ömriinü? Amma indi bu barodo düşünmok isto-mirdi,
ürnumon heç bir şey düşünmok istəmirdi.
Qaranlıqda pıçıltıyla arvadım çağırdı:
- Yatınısan? Cavab çıxmadı. Bilirdi ki, cavab çıxmayacaq. Fi-rongizin nə
zaman yatdığını sakit, dinc nəfəs almasından bilirdi. “Fi-ıongiz hcç zaman
xoruldamır” . Bu, nikahlarının ilk ayında Zaurun clo-diyi on böyük vo xoş
koşflordən idi. Doğrudan da, Firongizin xorul-daya bilocoyini təsəvvür eləmək
də mümkün deyildi. Zaur fikrindo homişo Firongizi çox bahalı şüşodon
cilalanınış şoffaf güldana bonzo-
dirdi. Ağla sığışdırmaq olmurdu ki, belə bir güldan xoruldaya bilər, qışqıra
bilər və bir də Zaurda belə bir təsəw ür vardı ki, qəfılcən bu güldana naqolay
toxunmaq, onu salıb smdırmaq olar... Özündən altı yaş kiçik olan bu qıza,
onun arvadı olmuş Firəngizə münasibətində do-laşıq bir duyğu kələfi vardı -
həm nəvaziş, həm qayğı, həm də qalm bir pərdə... Firəngiz çox utancaq idi,
kimsə onun haqqmda danışanda qıpqırmızı qızarar, yanaqlarmı puçur-puçur
həya təri basardı. Bu, bə-zən Zauru əsəbiləşdirərdi, nədənsə dərhal
Firəngizin ailəsi - atası Mur-tuz, anası Alya, qardaşı Spartak gəlib dururdu
gözlərinin qarşısmda: o zaman Zaura elə gəlirdi ki, Murtuzun kobudluğu,
“mənəm-mənəm-liyi”,
Alyanın
özündən
müştəbehliyi,
Spartakın
cüvəllağıhğı kimi Fi-rəngizin isməti, məsumluğu da yapma bir naxışdır,
aləmə nümayiş et-diriləsi zahiri bir dəyərdir. Amma Firəngizi təklikdə,
ailəsindən ayrı-ayrılıqda qavrayanda, Zaur qıza daha mehriban münasibət
bəsləyirdi, onun, doğrudan da, çox təvazökar, utancaq olduğuna inanırdı,
saflığı-na və uşaq təmizliyinə, sadəliyinə həsəd aparırdı: düşünürdü, nə
yazıq ki, mən özüm daha heç bir vaxt belə saf və sadədil, dinc və arxayın ola
bilməyəcəyəm...
Bəlkə də Zaurun nicatı məhz bundaydı - özüyçün deyil, başqala-rıyçün,
Firəngiz üçün, gələcək övladları üçün yaşamaqda... Və elə bir həyat
qurmaqda ki, zahirən belə həyat hamıya - o cümlədən Firəngizə və gələcək
övladlarına bəxtiyar bir yaşayış kimi görünsün... Və bəlkə o zaman -
Firəngizin, gələcək övladlarının gözlərində bu xoşbəxtliyi, arxayınlığı,
qayğısızlığı görərkən Zaur özü də səadətin yoluxucu təsi-rini duyacaq, öz
içində ailə sevincinin əks-sədasmı eşidəcəkdi.
Zaur gələcək güzəranlarını, mənzillərinin quruluşunu, avadanlığı-nı
xəyalında canlandınnağa çalışdı, amma hiss elədi ki darıxır, ürəyi qısılır.
Ayrı bir şey haqqında düşünmək istədi, fıkri bir məsələdən başqasına qaçdı,
bilmədi nə barədə düşünsün və ümumiyyətlə bir şey haqqında düşünmək
vacibdirmi... Bəlkə də yox, amma onda da bilmir-di ki, qəfıl ayıldığı bu
gecə saatlarını - yata və dura bilmədiyi bu qeyri-müoyyon vaxt boşluğunu
nəylə doldursun... Görəsən aşağıda, otelin qarşısındakı eyvanda neçə dənə
gün çətiri var? Azı iyirmi - otuz dənə... Nə rəngdədirlər onlar? Qırmızı, sarı,
yaşıl, göy, mavi, çəhrayı, sarı... yuxu doğrudan da onu çəkib apardı...
Bu iyi yuxuda duydu və yuxuda da dərk elədi ki, yuxudadır, ayıl-
mayıb. Amma yuxuda da tanıdı bu iyi. Bu iy tək bircə idi, təkrarsız idi.
Afrikanın iyi kimi. Amma bu Afrikamn iyi deyildi.
Zaur hələ də yuxu içində idi, yuxu içində fıkir eləyirdi: hardan gə-lib
çıxdı bu qoxu bura, Dakara, otelin 17-ci mərtəbəsinə? Yuxuda fı-kirləri elə
bil qıc olub tutulmuşdu, silkinib yuxudan çıxa, ayıla bilmir-di və buna görə
də daha da eymənirdi. Bu iyin nə iy olduğunu, bu qo-xunun kimin qoxusu
olduğunu bilirdi axı... hələ də yuxudaydı, amma bu qoxudan başqa -
Təhminənin qoxusundan başqa - müxtəlif fransız ətirlərinin qarışığından
yaranan bu təkrarsız qoxudan başqa - heç bir şey duymurdu. Bu ətir
qarışığının sirrini bircə Təhminə bilirdi və hə-min sirri hamıdan gizli
saxlayırdı. “Hər hansı bir ətiri, ən nadir tapılan ətirləri belə almaq olar, -
deyərdi Təhminə. - Deməli, bu ətirləri hər hansı bir qadın vura bilər. Aırıma
hər qadının öz təkrarsız qoxusu ol-malıdır. Odur ki, həmin ətirləri bir-
biriylə qarışdırmaq lazımdır, hərə-sindən bir azacıq qarışdırmaq lazımdır.
Nə qədər? Bu, sirdir və bu sir-ri bircə mən bilməliyəm” .
Röyasız yuxu içində - sönmüş ekran qarşısındaymış kimi - Zaur
intizarla gözləyirdi. Budur bax, bu saat ekran işıqlanacaq, yuxu rəng-lərə
boyanacaq, səslərlə dolacaq və Təhminə canlanacaqdır - onunçün nə var ki,
məsafələri qət etsin, qitələri, okeanları aşsm, sərhodlori kcç-sin. Əgər
dünyanın o başında güclə duyulan, zərif və zəif qoxusu Za-uru
haqlamışdısa, sifətinin, səsinin, nəfəsinin, gülüşünün bura golib çıxması
çətinmi iş idi? Yuxunun dolaşıq, qarmaqarışıq məntiqino da-yanaraq
düşünürdü: hansı reyslə uçub gəlib bura, axı Moskvadan bura toyyarə
həftədə bir uçur? Yuxuda belə bunu unutmamışdı vo yuxuda düşünürdü ki,
axı bu yuxudur, gərək oyanam, gərək cohd cloyom oyanmaqçün, gərok
olimi uzadıb gecə çırağını yandıram. Əlini uzadır-dı, gecə çırağını
yandırırdı, amma çıraq yanmırdı vo Zaur başa düşürdü ki, holə də
yuxudadır, yuxuda uzadıb əlini çırağa, əslində iso heç uzat-mayıb da,
yuxuda yandırıb çırağı, əslində heç yandırmayıb da, yuxuda ayılıb yuxudan,
oslindo heç ayılmayıb da...
Ayılmayıbsa, deməli, indicə görəcək onu... Vo o gündon bori bi-rinci
dəfo görocok Təhminəni. Neçə ay keçmişdi o gündən? Yox, ara-da bir dofo
görmüşdü Təhminəni. Yuxuda yox, real hoyatda da yox, - televizorda
görmüşdü... Bircə dəfə, vəssalam. İndi iso... buyur, Qorbi Afrikada,
müstəqil Seneqal respublikasmın paytaxtı Dakar şəhorində golib duracaqdı
gözləri qarşısında:.. Nə tez də sənədlərini toplayıb təhvil verib: tibbi arayış,
anket, üç imzalı xasiyyətnamo, viza... hamısı da belo tocili, tez... Bütün
bunları toplayıb düzəldib, bütün bunlardan kcçib. Hər şeyin çəmini, yolunu
tapıb ki, tez-tələsik uçub bura gəlsin.
Dostları ilə paylaş: |