SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix29.08.2018
ölçüsü2,33 Mb.
#65257
  1   2   3   4   5   6   7   8   9   ...   23


 

 



 


 

  



                           

 

Layihə Avropa İttifaqı                        Hüquq və İnkişaf İctimai Birliyi 



tərəfindən maliyyələşdirilir 

 

 

                                                                                           



 

SEÇKİ HÜQUQU VƏ  

ONUN HÜQUQİ MÜDAFİƏSİNƏ DAİR 

PRAKTİK VƏSAİT 

 

 

 

 

Kitabça Avropa İttifaqının  maliyyələşdirdiyi və “Hüquq və İnkişaf” 

İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanda seçki hüquqlarına 

və  məlumatlılığına  dəstək”  layihəsi  çərçivəsində  hazırlanıb  və  çap 

olunub.  

Kitabçanın  məzmununa  görə  “Hüquq  və  İnkişaf”  İctimai  Birliyi 

məsuliyyət daşıyır və heç bir halda Avropa İttifaqının mövqeyini əks 

etdirmir.  



 

© “Hüquq və İnkişaf” İctimai Birliyi  




 



M Ü N D Ə R İ C A T 



I.  SEÇKİ HÜQUQU VƏ ONUN HÜQUQİ MÜDAFİƏ 

STANDARTLARI.................................................................................. 

1.  BEYNƏLXALQ HÜQUQİ AKTLARDA SEÇKİ HÜQUQU..................... 



2.  AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASINDA SEÇKİ 

HÜQUQUNUN  HÜQUQİ MÜDAFİƏSİ.................................................... 

3.  SEÇKİ HÜQUQLARI VƏ ONUN HÜQUQİ MÜDAFİƏSİNİN 



PRİNSİPLƏRİ.................................................................................................... 

14 


4.  SEÇKİLƏRİN HÜQUQ SİSTEMİ………………………………………...  19 

5.  AZƏRBAYCANDA SEÇKİ QANUNU VƏ SEÇKİ 

ADMİNİSTRASIYASINA DAİR BİRGƏ RƏYLƏR..................................  25 

 

 



II. AZƏRBAYCANDA SEÇKİLƏRİN HÜQUQİ TƏNZİMİ...........  35 

 

 

III.   SEÇKİ KOMİSSİYALARINA VƏ MƏHKƏMƏLƏRƏ     

ŞİKAYƏTLƏRİN VERİLMƏSİ..................................................  39 

1.  SEÇKİ KOMİSSİYALARINA ŞİKAYƏTLƏRİN VERİLMƏSİ………… 

39 

2.  MƏHKƏMƏLƏRƏ ŞİKAYƏTLƏRİN VERİLMƏSİ……………………. 



44 

3.  İNZİBATİ XƏTA HESAB EDİLƏN SEÇKİ HÜQUQ POZUNTULARI 

ÜZRƏ ŞİKAYƏTLƏRİN VERİLMƏSİ.......................................................  46 

4.  CİNAYƏT ƏMƏLİ HESAB EDİLƏN SEÇKİ HÜQUQ POZUNTUSU 

ÜZRƏ ŞİKAYƏTLƏRİN VERİLMƏSİ.......................................................  50 

5.  SEÇKİ HÜQUQ POZUNTUNA DAİR ŞİKAYƏTLƏRİN 

ARAŞDIRILMASI VƏZİYYƏTİ.................................................................  52 

 

 



IV.  SEÇKİ ŞİKAYƏTLƏRİNİN, İDDİA ƏRİZƏLƏRİNİN 

 

      FORMALARI VƏ NÜMUNƏLƏRİ..............................................  56 

 

 

V.  AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ 

 

QANUNVERİCİLİYİNDƏN ÇIXARIŞLAR.....................................  68 

 

 



 


 



I.  SEÇKİ HÜQUQU VƏ ONUN 



HÜQUQİ MÜDAFİƏ STANDARTLARI 

 

1.  BEYNƏLXALQ HÜQUQİ AKTLARDA  

                       SEÇKİ HÜQUQU 

Seçki hüququ obyektiv mənada vətəndaşlara seçkilərdə iştirak etmək 

qaydalarını müəyyənləşdirən və praktikada bunu tənizmləyən hüquq 

normaları toplusu barədə konstitusiya tələbidir. 

Seçki  hüququ  subyektiv  mənada  vətəndaşların  seçib-seçilmək 

hüququdur.  

Seçki hüququ aktiv və passiv seçki hüququ kimi iki yerə bölünür. 

Aktiv seçki hüququ - vətəndaşın dövlət hakimiyyəti orqanlarına və 

yerli idarəetmə orqanlarına seçmək, referendumda və demokratiyanın 

digər  formalarının  həyata  keçirilməsində  iştirak  hüququdur.  Bu 

hüquq  ona  görə  aktiv  adlandırılır  ki,  onu  vətəndaşın  özü  öz 

hərəkətləri  ilə  reallaşdırır:  bəzən  qeydəalma  forması  ilə  seçki 

siyahısına  daxil  edilməli,  seçki  məntəqəsinə  özü  gəlməli,  bülleteni 

alıb  onu  doldurmalı, səs  vermək istədiyi  namizədləri,  yaxud  siyasi 

partiyanı seçərək, bülleteni seçki qutusuna atmalıdır. 



Passiv  seçki  hüququ  -  vətəndaşların  nümayəndəli  orqanlara 

seçkilərdə  və  ya  seçkili  vəzifələrə  namizəd  kimi  qanunla  müəyyən 

edilmiş qaydada iştirak etməyə əsas verən subyektiv hüququdur, yəni 

seçilmək hüququdur.  

Dünya  təcrübəsində  seçki  sisteminin  iki  əsas  tipi 

 majoritar və proporsional seçki  sistemləri  mövcuddur.  Bunlardan 



əlavə bir sıra ölkələrdə hər iki sistemin ayrı-ayrı ünsürlərini özündə 

əks etdirən qarışıq seçki sistemi adlanan forma da tətbiq edilir. 




 



Majoritar sözü  fransız  dilindən  tərcümədə  "çoxluq"  deməkdir. 

Bu  seçki  sisteminə  uyğun  olaraq,  deputatlığa  (lat.  “deputatus”  – 

“göndərilmiş”) namizəd seçkilərdə fərdi qaydada iştirak etməlidir və 

o,  seçkili  orqana  deputat  seçilmək  üçün  seçki  dairəsi  üzrə  digər 

namizədlərə nisbətdə daha çox səs toplamalıdır.  



Proporsional  seçki  sistemi  səslərin  ayrı-ayrı  şəxslərə  deyil, 

partiyalara verilməsidir. Bu seçki sistemi İlk dəfə olaraq 1889-cu ildə 

Belçikada tətbiq olunub. 

Demokratiyanın  bərqərar  olması  və  ən  yaxşı  idarəetmənin  ən  təsirli 

mexanizmləri  sırasında  seçkilər  həlledici  rol  oynayır.  Xalq 

hakimiyyətinin  həyata  keçirilməsinin  təmin  edilməsi  seçkilər 

nəticəsində  meydana  çıxır.  Seçkilər  hakimiyyətin  xalq  etimadını  və 

müdafiəsinin  əldə  etməsinin  ən  təsirli  və  sınanmış  vasitəsidir.  Bu 

mühüm  vasitə  cəmiyyəti  ədalətsizlikdən  və  diktatura  təhlükəsindən 

qoruyur. 

Seçki  hüququnun  və  ümumiyyətlə  seçkilərin  tarixi  ən  qədim 

zamanlardan başlayır. Müasir seçki hüququ dövlət hakimiyyətinin və 

yerli  özünüidarənin  təşkilinin  hüquqi  tənzimlənməsinin  ayrılmaz 

hissəsidir.  

Seçkilər ilk dəfə eramızdan əvvəl VI-V əsrlərdə qədim Yunanıstanın 

şəhər-dövlətlərində  keçirilib.  Orta  əsrlərdə  kilsədə  dini  rəhbərlərin 

müəyyənləşdirilməsində seçkidən istifadə olunub. 

1789-cu ildə isə ilk dəfə olaraq seçki hüququ Fransada təsdiq edilib. 

Bundan  sonra  Avropanın  bir  sıra  inkişaf  etmiş  dövlətlərində  seçki 

hüququndan  istifadə  edilməyə  başlanılıb.  Lakin  bu  seçkilər  heç  də 

demokratik  olmayıb.  Belə  ki,  seçkilərdə  ancaq  mülkü,  torpağı, 

əmlakı  çox  olan  şəxslər  seçilə  və  səs  verə  bilib.  Həmin  illərdə 

seçkilərdə ancaq kişilər iştirak edib. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə