SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 15,16 Kb.

səhifə1/62
tarix19.07.2018
ölçüsü15,16 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   62


AZƏRBAYCAN  TARİX  QURUMU 
SƏDƏRƏK XEYRİYYƏ  CƏMİYYƏTİ
NAXÇIVAN  QƏDİM DƏN  GÜNÜM ÜZƏ QƏDƏR 
(Naxçıvan  Muxtar  Respublikasının  90  illiyinə  həsr olunmuş 
məqalələr toplusu)
Bakı  2014


Redaksiya  h e y ə ti:
Akadem ik İsmayıl  Hacıyev 
t.ü.e.d.,  prof.  Tofiq M ustafazadə 
t.ü.f.d.  N əcəf Museyibli 
t.ü.f.d  İradə  M əmmədova
İsmayıl  HACIYEV
AMEANaxçıvan  Bölməsi 
E-mail:  ismayil_haciyev@yahoo.com
NAXÇIVANIN  M UXTARİYYƏT  STATUSU
M əqalədə 
Azərbaycan 
Cümhuriyyəti 
dövründə 
Naxçıvan 
əhalisinin  erm əni  basqınlarına  qarşı  inadlı  mübarizəsi,  böyük 
dövlətlərin  ikili siyasətinə  qarşı  Miisəlman  M illi  Şurasmın,  görkəm li 
şəxsiyyətlər'ın fəaliyyətlər'ı  araşdırılmışdır.  Naxçıvanın Azərbaycanın 
tərk'ıbində  qorunub  saxlam lm ası  üçiin  keçirilən  referendumun 
nəticəsi,  B.Şahtaxtinskinin  siyasi  mübarizəsi  Naxçıvan  diyarına 
Azərbaycanın  tərkibində  muxtar'ıyyət  statusunun  verilməsinə  gət'ırib 
çıxarmışdır.  Çıxarılan  nəticə  ondan  ibarətdir  ki,  əgər  1917-1921-ci 
illərdə  naxçıvanlılarm  qəhrəmanlığı  və  məqsədyönlü  fəaliyyətləri 
olmasa 
idi, 
Naxçıvanın 
Azərbaycam n 
himayəsində 
qoruyub 
saxlam aq çox çətin olardı.
Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  Naxçıvan  Muxtar 
Respublikası  çox  mürəkkəb  tarixi  inkişaf  yolu  keçmişdir.  Bütün 
dövrlərdə  Naxçıvan  nəinki  qonşu  dövlətlər,  həmçinin  dünyanm  digər 
dövlətləri  üçün  də  çox  böyük  coğrafi-siyasi  və  strateji  əhəmiyyət 
kəsb  etmişdir.  Xüsusilə,  XX  əsrin  əvvəllərində  yaranmış  şəraitdən 
istifadə  edən  erməni  daşnakları  Naxçıvana  qarşı  ərazi  iddiaları  irəli 
sürmüş,  bu  ərazini  “ Böyük  Ermənistan”a  qatmaq  üçün  cəhdlər 
göstərmiş, 
azərbaycanlılara 
qarşı 
soyqırım 
siyasəti 
həyata 
keçirmişlər.  Çətin  və  mürəkkəb  mərhələlərdən  keçən  Naxçıvan 
Muxtar  Respublikası  Azərbaycanın  əzəli  və  əbədi  tərkib  hissəsi  kimi 
qorunub 
saxlanılmış, 
ona 
muxtariyyət 
statusu 
verilmişdir. 
Naxçıvanın  muxtariyyət  statusu  qazanması  bu  bölgədə  1918-1921-ei 
illərdə  cərəyan  edən  ictimai-siyasi  hadisələrin,  onlara  təsir  edən 
daxili 
və 
xarici 
amillərin, 
əhalinin 
inadlı 
mübarizəsinin, 
referendumun  nəticəsinin  və  iki  mühüm  beynəlxalq  müqavilənin 
sayəsində olmuşdur.


XX  əsrin  əvvəllərində  dünyada  baş  verən  sosial-siyasi  proseslər, 
xüsusən, 
Birinci 
dünya 
müharibəsinin 
nəticələri, 
iüısiya 
imperiyasının  dağılması,  siyasi  həyata  yeni  müstəqi!  dövbtlərin 
gəlməsi  Naxçıvan  diyarının  da  taleyində  dərin  iz  bura\mışdı. 
Rusiyada  çarizm  devrildikdən  sonra  imperiyanın  əksər  əyabıSorində 
olduğu  kimi,  Naxçıvan  bölgəsində  də  ikihakimiyyətlilik  mc  dana 
gəlmiş,  bu  diyar  bir  sıra  dövlətlərin  maraq  dairəsində  olmuşdür  [37, 
s.  90].
1917-1920-ci  illər  Naxçıvan  diyarı  üçün  çətin  inkişal'  ciövrü 
olmuş,  bu  qədim  Azərbaycan  torpağmın  real  olaraq  Ermonistana 
ilhaq  edilmək  təhlükəsi  yaranmışdı. 
Birinci  dünya  müharibosində 
qalib  gəlmiş dövlətlərin himayə etdiyi  Ermənistanın  daşnak  hökuməti 
bu  bölgəni  “Böyük  Ermənistan”a  qatmaq  üçün  silahlı  təcavüzə  əl 
atmış,  bu  məqsədlə  Andronik,  Dro,  Njde  və  b.  qaniçənlərin  başçılıq 
etdikləri  quldur daşnak dəstələrindən  də  fəal  istifadə  edilmişdi.  Lakin 
diyarm  yerli  azərbaycanlı  əhalisi  bu  amansız  təcavüzlərə  mordliklə 
müqavimət  göstərmiş,  özünün  yeganə  xilas  yolunu  tarixi  votonə  - 
Azərbaycana  birləşməkdə  görmüşdü.  Naxçıvan  diyarının  əhaüsi  hoh
o  vaxt  öz  qəti  fıkrini  belə  ifadə  etmişdi:  “Bu  xalq  mədəni  dövlotlorin 
alovlarında  məhv  olmağa  razı  olar,  amma  Azərbaycandan  aynlmaz” 
[11,v. 12].
Fevral 
inqilabı 
keçmiş 
Rusiya 
imperiyasının 
bütün 
ərazilərində,  o  cümlədən  Naxçıvanda  da  tamamilə  yeni  siyasi  şorait 
yaratdı.  1917-ci  il  martın  9-da  diyarda  mülki  hakimiyyot  ycni 
yaradılmış  Xüsusi  Zaqafqaziya  Komitəsinə  (OZAKOM)  vcrildi  [38, 
s.  68].  Xüsusi  Zaqafqaziya  Komitəsi  Cənubi  Qafqazda  mülki  işlori 
idarə  etmək  üçün  təsis  edilmişdi,  ancaq  qanunvericilik  hüququna 
malik 
deyildi. 
Komitənin 
sədri 
V.A.Xarlamov, 
üzvlori 
iso 
M.Y.Cəforov,  K.Abaşidze,  M.Papacanov  və  A.Çxenkcli  idi.  Xiisusi 
Zaqafqaziya  Komitəsinin  1917-ci  il  26  aprel  və  18  iyun  tarixli 
qərarları  ilə 
Naxçıvana  iki  müvəkkil  (B.Maqsudov,  Mxitaryants) 
təyin  edildi  [32,  s.  37].
Naxçıvan,  Culfa  vo  Ordubad  şohorlorində  Müsəlman  vo 
Erməni  milli  komitolori  yaradıldı.  Bu  komitolor  faktiki  olaraq  ycrli
idarəetmə  fiınksiyalarını  yerinə  yetirməyə  başladılar.  Eyni  zamanda, 
onlar  öz  silahlı  qüvvələrini  yaratmaq  məqsədi  ilə  əhali  arasında  fəal 
iş aparırdılar.
1917-ci  il  noyabrın  11-də  Tiflisdə  keçirilən  müşavirədə  gürcü 
menşevikləri,  Azərbaycan  müsavatçıları,  erməni  daşnakları  və  sağ 
eserlərinin  nümayəndələri  Rusiya  bolşevik  hökumətini  tanımaqdan 
imtina  etdilər.  Belə  qərar  qəbul  edildi  ki,  Müəssislər  Məclisi 
tərəftndən  hakimiyyət  məsələsi  həll  edilənə  qədər  regionu  idarə 
etmək  üçün  Zaqafqaziya  hökuməti  yaradılsın.  Noyabrın  15-də 
Zaqafqaziya  Komissarlığı  yaradıldı  [43,  s.  71].  Gürcü  menşeviki
E.P.Gegeçkorinin  rəhbərlik  etdiyi  hökumətdə  10  komissarlıq  təsis 
edilmişdi. 
Zaqafqazi'ya 
Komissarlığının 
əsas 
fəaliyyət 
istiqamətlərindən  biri  diyarı  bolşevik  Rusiyasından  ayırmaq  və 
Türkiyə  ilə  münasibətləri  nizamlamaqdan  ibarət idi.
Zaqafqaziya  Komissarlığının  yaradılması  ilə  Naxçıvanın  inzibati 
idarəçiliyində  əsaslı  dəyişiklik  baş  vermədi.  Diyarda  Zaqafqaziya 
Komissarlığının  müvəkkilliyi  fəaliyyət  göstərsə  də,  yerlərdə  əsas 
hakimiyyət  yenə  də  milli  komitənin  əlində  idi.  Naxçıvan  şəhərində 
isə Qarışıq  Komitə  fəaliyyət göstərirdi.
Ərzincan  barışığı  imzalandıqdan  sonra  (1917,  18  dekabr)  rus 
qoşunları  Naxçıvanı  tərk  etdi.  Onların  malik  olduqları  silah-sursatı 
erməni  daşnakları  ələ  keçirdi.  Yerli  azərbaycanlılarla  müqayisədə 
ermənilər  kifayət  qədər  silah-sursat  üstünlüyünə  malik  idi.  Rus 
komandanhğı  erməniləri  silahlandırdığı  halda,  müsəlmanlara  silah 
verməkdən  imtina edirdi.
1918-ci  ilin  əvvəllərindən  başlayaraq  daşnakların  silahlı  dəstələri 
Naxçıvanın  bir çox  kəndlərini  yerlə  yeksan  etmiş,  çoxlu  dinc  əhalini 
qırmışdı  [40,  s.  15].  Yanvarın  29-da  Əznəbürd  kəndinin  erməniləri 
22  nəfər  müsəlmanı  qətlə  yctirdilər.  Martın  əvvəllərində  Naxçıvan 
şəhərində  və  ətraf  kəndlərdə  ermənilərlə  azərbaycanlılar  arasında 
qarşıdurma  qızışdı.  Naxçıvan  şəhərindəki  döyüşlərdə  azərbaycanlılar 
özlərini  müdafıə edirdilər, bölgənin digər yerlərində vəziyyət ağır idi. 
Kəndlərdə  yerli  müsəlmanlar  silahlı  erməni  dəstələri  qarşısında, 
demək  olar ki,  müdafıəsiz qalmışdılar.




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə