SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə2/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   2   3   4   5   6   7   8   9   ...   62

Osmanlı  komandanhğı  ermənilərin  törətdikbri 
vəhşiliklərin 
davam 
etdirildiyini 
daşnaklara 
xatırladıb 
türk 
ordusunun 
müsəlmanların  qırılması  təqdirində  sadəcə  müşahidəçi  olmayacağını 
bildirdi.  Türkiyə  silahlı  qüvvələrinin  Qafqaz  ordusu  Baş  komandanı 
Mehmed  Vehib  paşa  öz  ordusuna  hücum  əmri  verdi.  Osmanlı 
ordusunun  bütün  cəbhə  boyu  irəliləməsi  fevralın  23-də  Zaqafqaziya 
Seyminin  açılmasına  kimi  davam  etdi  [41,  s.  13].  1918-ci  il  fcvralın 
23-də  Zaqafqaziya  Komissarlığmm 
əvəzinə 
yeni 
orqan  -  
Zaqafqaziya  Seymi  yaradıldı  [46,  s.  90].  Həmin  ilin  aprelin  22-də 
Zaqafqaziya  Seymi  müstəqil  Zaqafqaziya  Federativ  Respublikasının 
yaradılması  haqqında  qərar  qəbul  etdi.  A.Çxenkelinin  başçılığı 
altında  12 nəfərdən ibarət yeni  hökumət yaradıldı  [46,  s.  107-108].
Cənubi  Qafqaz  bölgəsində  baş  vermiş  hadisələr  son  nəticədə 
Zaqafqaziya  Federasiyasının  süqutu  və  üç  müstəqil  dövlətin  -  
Azərbaycan,  Ermənistan  və  Gürcüstan  respublikalarımn  yaranması 
ilə  nəticələndi.  Azərbaycanm  müstəqil  dövlət elan  edilməsi  Naxçıvan 
diyarı  əhalisində  müəyyən  ümidlər  yaratdı.  Naxçıvan 
b ö l g v ' i s i n i n  
qarşılaşdığı  problemləri  həll  etmək  və  çətinlikləri  aradan  qaldırmaq 
üçün  istər  yerli  əhali  və  onun  başçıları,  istərsə  də  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  hökuməti  tərəfındən  müəyyən  işlər  görülmüş, 
ermənilərin  ərazi  iddialarının 
və  etnik  təmizləmə  siyasətinin 
reallaşdırılması  istiqamətində  ilkin  cəhdləri  dəf olunmuşdu.
Erməni  tərəfın  Azərbaycan  xalqına  qarşı  düşmənçilik  siyasəti 
aparmasına  baxmayaraq,  Azərbaycan  Milli  Şurası  Ermənistan 
nümayəndələrinin  yardım  üçün  müraciətlərini  qəbul  edərok  əzəli 
Azərbaycan  şəhərini  -   İrəvan  şəhərini  onlara  paytaxt  kimi  güzəşt 
edilməsinə  razılıq  verdi.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Nazirlər 
Şurasının  sədri  Fətəli  xan  Xoyski  Tiflisdən  xarici  işlor  naziri 
M.H.Hacınskiyə  göndərdiyi  teleqramda  yazırdı  ki, 
biz  İrovanı 
ermənilərə  verməyə  razılaşdıq”  [12,  s.  51-52].  Azərbaycan  hökuməti 
bu 
güzəştə 
getməklə 
Ermənistanın 
ölkəmizə 
qarşı 
torpaq 
iddialarından  əl  çəkəcəyini  zənn  edirdi.  Bu  xeyirxahlıq  erınəni 
tərəllni  yeni-yeni  ərazi  iddiaları  irəli  sürməkdən  çəkindirmədi. 
Ermənistan  hökuməti  bütün  İrəvan  qubcrniyasını,  Qars  vilayotini,
Tiflis  və  Yelizavetpol  quberniyalarının  bir  hissəsini  (o  cümlədən 
indiki  Dağlıq  Qarabağı  -   İ.H.)  özünün  ayrılmaz  hissəsi  elan  edərək, 
əhalinin  62,5  faizi  azərbaycanlılar  olan  Naxçıvana  da  iddia  etdiyini 
bəyan  etdi  [10 a,  s.  1-2].
Osmanlı  dövləti  nümayəndələri  ilə  Batumda  aparılan  danışıqlarda 
türk  heyəti Azərbaycan  torpaqları  hesabına ermənilərin  lehinə  bir sıra 
ərazi  güzəştlərinə  gedərək  İrəvan  şəhərinin  də  daxil  olduğu  Yeni 
Bəyazid  və  Eçmiədzin  bölgələrindən  ibarət  bir Ermənistan  dövlətinin 
qurulmasını  təsdiqlədi  [43,  s.  168].  4  iyun  1918-ci  il  tarixdə 
imzalanmış 
Batum 
müqaviləsinin 
şərtlərinə 
görə  Ermənistan 
Respublikası  Cənubi  Qafqazda  10  min  kv.  km  ərazisi  olan  bir  dövlət 
oldu.
Batumdakı  Azərbaycan  və  Ermənistan  nümayəndələri  arasında da 
ərazi-sərhəd  məsələləri  ilə  bağlı  danışıqlar  aparıldı  və  razılıq  əldə 
edildi  ki,  Azərbaycan  “Aleksandropol  qubemiyası”  hüdudlarında 
erməni  dövlətinin  yaradılmasına  razıdır.  İrəvanı  siyasi  mərkəz  kimi 
Ermənistana 
vermək 
məcburiyyətində 
olan 
Azərbaycan 
nümayəndələri  şəhəri  bu  şərtlə  güzəştə  getməyə  razı  oldular  ki, 
ermənilər  Yelizavetpol  quberniyasının  bir  hissəsinə,  yəni  Qarabağa, 
eləcə 
də 
İrəvan 
quberniyasının 
Naxçıvan 
bölgəsinə 
olan 
iddialarından imtina etsinlər  [ 17, v. 47].
1918-ci  ilin  may-iyun  aylarında ermənilər və  Andranikin  başçılığı 
ilə  erməni  yaraqlıları  Naxçıvan  diyarına  yiyələnmək  üçün  öz 
fəaliyyətlərini  daha  da  genişləndirdi.  Erməni  silahh  quldur  dəstələri 
bölgədə  azərbaycanlı  dinc  əhaliyə  divan  tutur,  Naxçıvan  əhalisinə 
qarşı  vəhşi  hərəkətlərini  davam  etdirir,  yaşayış  məntəqələrinə 
basqınlar edir,  etnik  təmizləmə  siyasəti  aparır,  yerli  azərbaycanlıların 
sayını  süni  surətdə  azaltmaq  üçün  hər  cür  vasitələrə  əl  atır, 
Naxçıvanın  ən  yaxın  vaxtlarda  Ermənistana  birləşdiriləcəyi  barədə 
məlumatlar yayır,  bu yerlərin  Ermənistanın  bir hissəsi  olduğunu  iddia 
edirdilər.
Erməni  daşnakları  Naxçıvan  qəzasının  bir  sıra  kəndlərini  və 
Culfanı  işğal  edən  zaman  -   1918-ci  il  mayın  17-də  kapitan  Xəlil 
bəyin  başçılığı  ilə  türk  hərbi  heyəti  Naxçıvana  gəldi.  O,  bölgəyə


gəldikdən  sonra Naxçıvanı  gözlənilən erməni  təcavüzündən  qoı umaq 
üçün yerli  gənclərdən könüllü  qoşun hissələri təşkil  etməyə  başladı.
Batum  müqaviləsini  əsas  götürən  Osmanlı  dövləti  qəti  tədbirlər 
görməyə  məcbur oldu.  Türkiyə  hərbi  komandanlığı  Kazım  Qaı abəkir 
paşanın  komandanlığı  altında  olan  IX  Orduya  Naxçıvana  kömək 
etməyi  tapşırdı.  IX  Ordunun  tərkibində  olan  XI  Qafqaz  divi/iyası
1918-ci  il  iyulun  əvvəlində  erməni  dəstələrini  məğlub  cdərək 
Naxçıvan  şəhərinə  yaxmlaşdı.  İyul  ayının  2 0 -2 1-də  baş  \crmiş 
döyüşlərdən  sonra  şəhər  erməni  qüw ələrindən  təmizləndi,  C'ulfa  isə 
azad edildi  [30,  s.  65-66].
Naxçıvan  bölgəsi  türk  qoşunlarınm  nəzarətinə  keçdikdən  sonra 
burada  Osmanlı  sisteminə  uyğun 
inzibati 
idarəetmə 
sistemi 
yaradılmağa  başlandı  [26,  s.  71-75].  Alay  komandiri  Sürəyya  bəy 
qəza  rəisi  təyin  edildi.  Sürəyya  bəyin  əmri  ilə  Naxçıvan  Milli 
Komitəsi  ləğv  edilərək  yerində  jandarm,  ədliyyə  və  bələdiyyə 
idarələri  yaradıldı.  Jandarm  komandanlığına  M əhəmməd  Əli  xan, 
onun  müavini  Qəni bəy Vəzirov,  Bələdiyyə idarəsinin rəisi  Cəfərqulu 
xan,  üzvləri  isə  Hacı  Abdulla  Şeyxov  və  Tağı  Nağdalıyev  təyin 
edildilər.  Ədliyyə  məhkəməsinə  isə  Şeyx  Kərim  Axundzadə,  Cabbar 
Kələntərov,  Vəliağa  Kəndlinski,  Abbasqulu  bəy  Tahirov  və  İbrahim 
paşa  Kəngərlinski  təyin  olundular  [26,  s.  72].  Bir  müddət  sonra 
ordunun  Təbrizə  getməsi  ilə  əlaqədar,  Sürəyya  bəyin  yerinə  mayor 
Əli  Şəfıq  bəy  təyin  olunmuş,  o  isə  öz  növbəsində  bir  sıra  inzibati 
dəyişikliklər  etmişdi.  Türk  komandanlığı  Naxçıvanda  hərbi  vəziyyət 
elan  etdi,  yerli  əhalidən  özünümüdafıə  dəstələri  təşkil  edərək  onlara 
hərbi  təlim  keçməyə başladı.
1918-ci  il  avqustun  1-də  Osmanlı  imperatorluğunda  kolorduların 
(xüsusi 
korpusların  -  
Red.)  təşkili 
və  cəbhələrdə 
aparılan 
yerdəyişmələrlə  əlaqədar  Naxçıvan  bölgəsinin  müdafıəsi  Kazıırı 
Qarabəkir  paşanın  komandanlığı  altında  olan  I  Qafqaz  kolordusuna 
tapşırıldı,  9  və  1 1-ci  diviziyalar  onun  tərkibinə  qatıldı.  Avqustun  7- 
dən Naxçıvanda  olan  Kazım  Qarabəkir paşa  bölgənin  müdafıəsi  üçün 
bir  sıra  tədbirlər  gördü  və  bununla  da  erməni  silahlı  qüvvələrinin 
yenidən Naxçıvana  hücum  etmələrinin  qarşısı  alındı  [32,  s.  62].
Birinci  dünya  müharibəsində  məğlub  olan  Osmanlı  dövləti 
oktyabrın  30-da 
Mudros 
sazişini 
imzalamağa  məcbur  oldu. 
Müqaviləyə  görə 
Türkiyə 
Azərbaycanı,  eləcə  də  Naxçıvanı 
ingilislərin  himayəsinə  verməli  idi.  Siyasi  vəziyyət  həddindən  artıq 
çətin  və  mürəkkəb  idi.  Türk  qoşunu  ölkəni  tərk  etmək  ərəfəsində  -
1918-ci  il  noyabrın  3-də  (bəzi  mülahizələrə  görə  18-də  -  Red.)  sabiq 
Naxçıvan  Müsəlman  Milli  Şurasının  əsasən  üzvlərindən  ibarət  Araz- 
Türk  Cümhuriyyəti  yaradıldı  [26,  s.  82-84].  Kazım  Qarabəkir  paşa 
bu  cümhuriyyətin  silahlı  qüvvələrinin  yaradılmasına  kömək  məqsədi 
ilə  bölgədə  türk  ordusundan  ibarət  əsgər  və  zabit  saxlanılmasına 
icazə  verdi.  Polkovnik  Xəlil  bəy  bu  cümhuriyyətdə  Türkiyəni  təmsil 
edirdi.  Gələcəkdə  erməni  hücumlarından  qorunmaq  üçün  türk 
komandanlığı 
burada  güclü  və  sabit  hakimiyyət  yaratınağa, 
könüllülərdən  ibarət  hərbi  qüvvələr  qurmağa,  müsəlman  əhalisini 
təşkilatlandırmağa 
başlamışdı. 
Bu 
məqsədlə 
Naxçıvan 
şəhər 
əhalisinin  ümumi  yığıncağında  Müsəlman  Milli  Şurasının  yenidən 
təşkilinə, 
əhalinin 
silahlandırılmasına, 
müdafıə 
işlərinin
sürətləndirilməsinə  qərar  verilmiş,  Naxçıvam  tərk  edən  Əli  Şəfıq 
bəyin  yerinə  Mirzə  Nəsrullah  Əmirov  yerli  hökumətin  başçısı  təyin 
edilmişdi  [26,  s.  83-84].
1919-cu  ilin  yanvarında  Naxçıvan  bölgəsinə  çox  az  miqdarda 
ingilis  hərbi  qüvvələri  gətirildi.  Bir neçə gündən  sonra  ınayor  Vilyam 
Gibbon  Naxçıvana  gəldi.  Onun  gəlişinin  əsas  məqsədi  erməni 
mühacirlərinin  məsələsini  həll  etmək,  diyarın  iqtisadi  və  siyasi 
vəziyyəti 
ilə 
tanış 
olmaq, 
Araz-Türk 
Cümhuriyyəti 
silahlı 
qüvvələrinin  vəziyyətini,  bu  dövlətin  siyasətinə  türklərin  təsir 
dərəcəsini  öyrənmək  olmuşdur  [31,  s.  45-46].  V.Gibbon  Naxçıvan 
hökumətinin 
səlahiyyətli 
şəxsləri 
ilə 
görüşündə 
crınəni
mühacirlərinin  məsələsini  həll  ctmək,  onları  buradakı  cvlərində 
yerləşdirınək  üçün  gəldiyini  bildirsə  də,  müsbət  cavab  ala  bilınədi  və 
gcri  qayıtdı  [30,  s.  156].
1919-cu  il  yanvarın  19-da  Fridrix  Lautcnin  başçılığı  ilə  daha  bir 
ingilis  heyəti  Naxçıvana  gəldi  [32,  s.  87].  F.Lautcn  Milli  Şura  üzvləri 
ilə  görüşdükdən  sonra  münaqişənin  qəti  həllinə  və  sərhədlərin


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə