SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə3/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   2   3   4   5   6   7   8   9   ...   62

müəyyənləşdirilməsinədək 
bu 
ərazilərin 
ingilis 
komissiyası 
tərəfındən  idarə  olunacağım,  müsəlmanların  silahlı  qüvvələrinin 
Arazdəyən  stansiyası  və  Sədərəkdə,  erməni  hərbi  hissələrinin  isə 
Arazboyu  Yaycıda qalacağını bildirdi  [6, v.  7-8].
1919-cu  il  fevralın  əvvəllərində  Qafqazdakı  ingilis  hərbi 
komandanlığının  əmri  ilə  F.Lauten  Naxçıvan  rayonunun  general- 
qubematoru  təyin  edildi.  Polkovnik  F.Lautenə  səlahiyyət  verilmişdi 
ki,  “əhalinin  əksəriyyətini  müsəlmanlar  təşkil  edən  qonşu  rayonları 
da öz  general-qubematorluğuna birləşdirə bilər”  [32,  s.  88].  İngilislər 
dəmiryolu,  poçt,  teleqrafı  nəzarətə  götürmüş,  yerli  əhalidən  vergi 
toplanması  hüququnu  əllərinə  keçirmiş,  hərbi  qüvvələrini  Naxçıvan, 
Culfa,  Şahtaxtı  və  Dəvəlidə  yerləşdirmişdilər  [47,  s.  57].  İngilislər 
özlərini bitərəf elan etmələrinə baxmayaraq, Naxçıvanın  Ennənistana 
qatılması  ideyasını  müdafiə  edirdilər.  Milli  Şuranın  sədri  Cofərqulu 
xan  və  üzvləri  1919-cu  il  fevralın  26-da  general-qubemator
F.Lautenə  məktub  göndərərək  bölgənin  müsəlmanların  iradəsinin 
əksinə  olaraq  Ararat  Respublikasına  verilməsinə  etiraz  edir  və 
göstərirdilər  ki,  “müsəlmanlar  bizdən  heç  bir  cəhətdərı  üstün 
olmayan,  əksinə  bir  çox  hallarda  bizdən  geri  qalan  ermənilərin  qulu 
ola bilməzlər”  [13, v.  2].
İngilis 
missiyası 
ermənilərin 
Naxçıvana 
qarşı 
işğalçılıq 
hərəkətlərinə  nəinki  mane  olmur,  əksinə  erməniləri  silahlandırırdı. 
Onlar  bir  tərəfdən  Naxçıvanın  Azərbaycanın  bir  hissəsi  olduğunu 
tanıyır,  maliyyə  və  silah  vəd  edir,  digər  tərəfdən  isə  Naxçıvanın 
daşnak  Ermənistanın  hakimiyyətinə  verilməsi  təkliflərini  irəli 
sürürdülər [47,  s.  59].
1919-cu  il  3  aprel  tarixindən  F.Lauteni  Con  Simpson  əvəz  etdi. 
Yeni 
general-qubematorun 
fəaliyyəti 
sayəsində 
Naxçıvanın 
Ermənistana  tabe  etdirilməsi  daha  da  sürətləndi.  Onun  bilavasitə 
göstərişi  ilə  əhalidəki  silahlar yığılmağa,  Osmanlı  təəbələri  bölgədən 
çıxarılmağa  başlandı.  Azərbaycan  hökuməti  tərəfındən  Naxçıvana 
göndərilmiş  polkovnik  Ququşovun  başçılığı  ilə  zabit  heyətindən 
Naxçıvanı  tərk etmək tələb  olundu  [28,  s.  66].
Naxçıvanın 
erməni 
idarəsinə 
verilməsinin 
ilk  mərhələsini 
Britaniyanın  Qafqazdakı  qoşunlarının  komandanı  Devi  aprelin  17-də 
Xatisyan  ilə  Gümrüdə  ınüzakirə  etdi.  Erməni  komandiri  Dronun 
Naxçıvanı  silah  güeünə  tabe  etdirmək  haqqında  planı  Devinin 
Simpsonla  görüşündə  bəyənildi  [30,  s.  167-168].  General  Tomson  da 
onların  bu  məqsədlərini  qəbul  etdi.  Tomson  erməni  rəhbərlərinə 
təkilf  edirdi  ki,  Qarabağın  və  Zəngəzurun  Azərbaycana  verilməsini 
qəbul  edərlərsə,  Qars  və  Naxçıvanm  onların  nəzarəti  altına 
keçməsinə kömək edəcəkdir.
Bölgənin  Ermənistanın  müvəqqəti  idarəçiliyinə  verilməsi  yolunda 
atılan  ən  mühüm  addımlardan  birini  də  ingilis  generalı  Devinin 
mayın  2-də  Naxçıvana  səfəri  təşkil  edir.  Devi  Müsəlman  Milli 
Şurasının  üzvləri  və  Naxçıvanın  sayılan  adamları  ilə  görüşündə 
Naxçıvan  və  Şərur  qəzalarımn  Ermənistan  Respublikası  ərazisində 
yerləşdiklərinə  görə  onun  hakimiyyətinin  tabeçiliyinə  keçməli 
olduqlarını  bildirdi  [8,  v.4],  Naxçıvan  müsəlmanları  Ermənistana 
birləşməkdən  qəti  imtina  etdilər  və  bunu  açıq  zorakılıq  kimi 
səciyyələndirdilər.
İngilislərin 
bu 
rayonları 
ermənilərə 
vermək 
fikrindən 
dönmədiklərini  görən  naxçıvanhlar  bir  sıra  şərtlər  irəli  sürdülər.  Bu 
şərtlərin  yerinə  yetirilməsi  zorla  ayrılmış  vilayətlərin  vəziyyətini 
qismən 
yüngülləşdirdi. 
Naxçıvan 
bölgəsinin 
Ermənistan 
Respublikasının  müvəqqəti  idarəçiliyinə  verilməsi  barədə  ingilis 
generalı  Devi  və  İrəvan  hərbi  dəstəsinin  rəisi  Dro  tərəfındən  19I9-cu 
il  noyabrın  3-də  birgə  əmr  imzalandı  [17,  v.30-32].  Azərbaycan 
hökumətinin  və  yerli  müsəlmanların  bununla  əlaqədar  etirazları 
ingilislər tərəfindən  qəbul  edilmədi.
İngilis  gencralı  Dcvi  Naxçıvan,  Şərur  və  Ordubad  qəzalarmın 
ermənilərə  verilınəsi  haqqında  rəsıni  xəbəri  naxçıvanlılara  çatdırınaq 
üçün  1919-cu  il  mayın  5-də  Naxçıvana  gəldi.  O  həınin  gün  Milli 
Şuranın  üzvləri  və  şəhərin  nüfuzlu  şəxsləri  ilə  görüşərək  bu  barədə 
məlumat  vcrdi.  Naxçıvanlılar  Ermənistanla  birləşməkdən  qəti  imtina 
etdilər,  bunu  zorakılıq  kimi  qiymətləndirdilər  [18,  v.  15].  Onlar  qəti 
olaraq  bildirdilər  ki,  erınəni  hökumoti  tanınınayacaq,  ermənilərə


xidmət  edənlər  edam  ediləeək,  əhalinin  bölgədən  çıxmasına  ieazə 
verilməyəcək.  Biz  yeganə  hakimiyyət  orqanı  olaraq  yaradılan  Milli
Komitəni tamyırıq [26,  s.  121].
Mayın  14-də  general  Devi  və  Ermənistanın  Baş  naziri  Q.Xatisyan 
Naxçıvana  gəldilər.  Onlan  Kalbalı  xan,  Milli  Komitənin  üzvləri 
qarşıladılar.  Onlar  şəhərdə  əhali  ilə  görüşlərində  naxçıvanlılann 
barışmaz  mövqeyinin  şahidi  oldular.  Beləki,  Q.Xatisyan  müttəfıq 
dövlətlərin  Qafqazdakı  nümayəndələrinin  -   ingilislərin  iradəsi  ilə 
Naxçıvanın  müvəqqəti  olaraq  Ermənistanm  idarəçiliyinə  verilməsi 
fıkrini  söyləyərkən  tədbirdəki  ağsaqqalların  kəskin  etirazları  ilə 
qarşılaşdı.  Naxçıvanlılar  öz  etirazlarım  həmçinin,  yazüı  surətdə 
Cənubi 
Qafqazdakı 
Britaniya 
qoşunlarının 
komandanhğına, 
Ermənistan,  Azərbaycan  və  müttəfıq  dövlətlərin  hökumətlərinə 
bildirdilər.  Lakin  azərbaycanlı  əhalinin  etirazları  əməli  nəticə 
vermədi  və  bölgənin  əhalisi  iyulun  sonlarına  qədər  erməni 
“ idarəçiliyi”altında  yaşamalı  oldu.  Mayın  ortalarında  Ermənistam 
hökumətinin  qərarı  ilə  daşnak  Varşamyanın  başçılığı  ilə  Naxçıvan 
general-qubematorluğu 
yaradıldı. 
Daşnaklar 
yalnız 
Naxçıvan 
şəhərini  və  dəmiryolu  ətrafındakı  əraziləri  nəzarətdə  saxlaya 
bilmişdi.  Qəzalarda  hakimiyyət  yerli  liderlərin  əlində  idi.  Şərura 
zabit 
Həmzəyev, 
Naxçıvanın 
şimal 
sahəsinə 
Bəhram 
xan 
Naxçıvanski,  Ordubada Səmədbəyov nəzarət edirdi  [47,  s.  62].
1919-cu  ilin  mayın  ortalanndan  iyulun  sonlarınadək  -   təxminən 
iki  aylıq  bir  müddətdə  Naxçıvan  bölgəsində  erməni  “ idarəçiliyi” 
peyda  oldu.  Həmin  müddət  çoxlu  mühüm  siyasi  hadisələrlə  zəngin 
olub  naxçıvanhların  ermənilərə  qarşı  qəhrəmancasma  mübarizəsi  ilə 
səciyyələnir  [32,  s.  139].  Azərbaycanlı  əhali  bir  sıra  mülahizələri, 
xüsusilə,  bütün  işlərin  müttəfıq  dövlətlər admdan  görüldüyünü,  Devı 
və  Xatisyanın  vədlərini  nəzərə  alaraq  ə w ə lc ə   ermənilərə  müqavimət 
göstərmədi.  Lakin  Naxçıvan  Müsəlman  Milli  Şurasının  sədri  həmin 
dövrdə  bölgədə  baş  verən  siyasi  hadisələr  barədə  məlumatda 
yaranmış  şəraitdə  onların  tutduqları  mövqeyi  belə  izah  edirdi: 
“Baxmayaraq  ki,  hazırda  Naxçıvanda  erməni  mülki  qubernatoru  və 
general-qubematoru  vardır,  biz  hamımız,  Naxçıvan  rayonunun
sakinləri  öz  təşkilatlarımızı  dağıtmamışıq  və  ingilislərin  buradan 
getməsini  və  Zəngəzur  qəzasımn  Azərbaycan  qoşunları  tərəfindən 
tutulmasını  gözləyirik.  Azərbaycan  bu  qəzanı  ələ  keçirən  kimi  biz 
onlarla  birləşib  elə  həmin  gün  ermənilərə  təklif  edəcəyik  ki,  öz 
avadanlıqlarını  bizim  ərazidən  yığışdırsınlar,  əgər  biz  buna  sülh  yolu 
ilə nail  olmasaq,  silaha  əl  atacağıq,  çünki  biz  özümüzü  Azərbaycamn 
ayrılmaz hissəsi  hesab  edirik...”  [ 18,  v. 16].
1919-cu  il  iyunun  sonu  -   iyulun  əvvəllərində  ingilis  qoşunları 
Naxçıvanı  tərk  etməyə  başladı.  Ermənilər  ingilislər  hələ  bölgədən 
çıxmamış  Naxçıvan  məsələsini  öz  xeyirlərinə  həll  etmək  məqsədilə 
bölgəni  azərbaycanlılardan  təmizləmək,  etnik  tərkibdə  ermənilərin 
sayını  artırmaq,  ölkədə  hərbi  səfərbərlik  aparmaq  və  Naxçıvan 
bölgəsinə  əlavə  qoşun  hissələri  yeridilməsinə  başladılar.  Bunun 
müqabilində  naxçıvanlılar da  ingilislərin  çıxmasından  istifadə  edərək 
erməni  idarəçiiiyi’  nə  son  qoymaq  üçün  bir sıra  tədbirlər gördülər.
Naxçıvan 
əhalisi 
erməni 
işğalçılarına 
qarşı 
tədricən 
əsl 
müharibəyə  çevrilən  azadlıq  mübarizəsinə 
başladı. 
Naxçıvan 
bölgəsinin  bir  sıra  yerlərində  könüllü  partizan  dəstələri  ermənilərə 
qarşı  uğurlu  əməliyyatlar  aparır,  onların  qüvvələrini  sarsıdırdı. 
Ermənilərə  qarşı  vuruşan  könüllülərin  sayı  10  minə  çatırdı  [30,  s. 
205].  İrəvandakı  səlahiyyətli  nümayəndə  M.Təkinski  vasitəsi  ilə 
Azərbaycan  hökuməti  naxçıvanlılara  geniş  siyasi,  diplomatik  və 
maliyyə  yardımı  göstərirdi  [33,  s.  148-149].
Ermənilərin  bölgədəki  ağalığına  son  qoyulması  ilə  nəticələnən 
əsas  hərbi  hadisələr  1919-cu  il  iyul  ayının  son  ongünlüyündə  baş 
verdi.  Naxçıvan  şəhəri  ətrafında,  Şahtaxtı,  Yengicə  və  Noraşen 
stansiyalarında  hərbi  sursat  cəhətdən  daha  üstün  olmalarına 
baxınayaraq,  erməni  qüvvələri  məğlub  edildilər,  çoxlu  silah  və 
sursat,  zirehli  qatar  ələ  keçirildi.  Şahtaxtıda  erməni  qarnizonu  və 
Naxçıvandakı  qoşunlara  köməyo  gələn  Humba  paşanın 
“Yapon”un 
cşalonu  darınadağın  edildi.  Xanlıqlar  kəndi  döyüşsiiz  təslim  oldu,  5 
zabit,  95  əsgər əsir alındı,  600  tüfəng qənimət götüriildü.
General  Şelkovnikovun  qüvvələri  Naxçıvan  şəhərində  bir  miiddət 
müqavimət  göstərsə  də  iyulun  24-də  o,  şəhəri  tərk  etməli  oldu.


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə