SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə6/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   2   3   4   5   6   7   8   9   ...   62

müəyyən  qədər  də  olsa  dəyişməsinə  səbəb  oldıı.  Naxçıvanın 
azərbaycanlı  əhalisinin  qətiyyətli  və  inadlı  mübarizosi  ermonilərin 
Naxçıvan  barəsindəki  planlarım  pozur.  Məkrli  niyyotlərini  hələlik 
pərdələyən  ermənilər  və  Ermənistan  İnqilab  Komitəsi  1920-ci  il 
dekabrın  28-də  Naxçıvanı  müstəqil  sovet  respublikası  kimi  tanımış 
və  bu  ərazi  ilə  əlaqədar  iddialanndan  imtina  etmişdir.  Əsiində 
Ermənistanın  Naxçıvanı  Azərbaycanın  bir  hissəsi  kimi  deyil, 
müstəqil  respublika  kimi  tanıması  onun  düşüniilmüş,  məkrli 
planlarının  tərkib  hissəsi  idi.  Naxçıvanı  müstəqil  qurum  kimi 
tanımaqla  Ermənistan  gələcəkdə onu ilhaq etmək  niyyəti  güdürdü.
Azərbaycan  boşevik  rəhbərliyi  Naxçıvan  vilayətində  təsirli 
tədbirlər 
görmək, 
əhalinin 
narazılığını 
sakitloşdirmək 
üçün 
B.Şahtaxtinskini  1921-ci  il  yanvarın  11-də  Hərbi  İnqilab  Komitəsinin 
mandatı  ilə  fövqəladə komissar kimi  Naxçıvan  göndərir [16,  v.  15].
Naxçıvan  ərazisini  Azərbaycandan  ayıran  Zəngozur  mahalının 
Ermənistana  verilməsi  Naxçıvanm  muxtariyyət  mosoləsini  zəruri 
edirdi.  Ümummilli  lider  Heydər  Əliyevin  qeyd  etdiyi  kimi:  “Əgər 
Zəngəzur  mahalının  Ermənistana  verilməsi  olmasaydı,  bəlkə  də 
Naxçıvanın  muxtariyyəti  də  lazım  deyildi  və  Azorbaycan  vahid 
əraziyə  malik olan  bir ölkə  idi”  [25,  s.  75].
Naxçıvan 
diyarınm 
əhalisi 
Azərbaycan 
Sovct 
Sosialist 
Respublikasının  tərkibində  muxtariyyət  toləb  edirdi.  1921-ci  ilin 
yanvarında  Azərbaycan,  Ermənistan  və  Rusiya  niimayəndələrinin 
təşəbbüsü  ilə  keçirilmiş  rəy sorğusunda Naxçıvan  əhalisinin  90%-dən 
çoxu  Naxçıvan  diyarınm  muxtariyyət  statusunda  Azərbaycan  SSR-in 
tərkibində  qalmasına  səs  verdi  [34,  v.  79].  Bu  roy  sorğusunun 
nəticəsi 
Naxçıvanın 
Azərbaycanın 
tərkibindo 
saxlanılmasında 
mühüm  rol  oynadı.
Naxçıvan  məsələsində  N.Nərimanovun  əvvolki  mövqeyindən 
fərqli  olaraq  sonradan  prinsipial  ırıövqe  tutması,  onıın  adından 
B.Şahtaxtinskinin 
Moskvada 
apardığı 
danışıqlar 
Moskvanın 
Naxçıvan  məsələsinə  münasibətinin  dəyişmosinə  vo  noticə  ctibarı  ilə 
Naxçıvana  Azərbaycanın  tərkibindo  muxtariyyot  statusu  verilməsinə 
təsir  etdi.  Ümumiyyətlə,  Naxçıvan  Diyar  İnqilab  Koınitəsinin  və
Xalq  Komissarları  Sovetinin  sədri,  Azərbaycanın  Ədliyyə  komissarı, 
Rusiyada  Azərbaycan  SSR-in  səlahiyyətli  nümayəndəsi,  Azərbaycan 
SSR-in  Fəhlə-Kəndli  Müfəttişi,  Azərbaycan  Xalq  Komissarları 
Sovetinin  sədr  müavini  kimi  çox  məsul  vəzifələrin  öhdəsindən 
layiqincə  gələn  Behbud  ağa  Şahtaxtinsikinin Naxçıvanın  müxtariyyət 
statusu  qazanmasında  çox  böyük  xidməti  olmuşdur  [29]. 
O, 
fəaliyyəti  dövründə  Azərbaycan  SSR-in  müxtəlif  problemləri  ilə 
bağlı  RSFSR  XKS-in  sədri  V.Leninə  teleqramlar  vurmuş,  məktublar 
yazmış,  bu  məktublara  bir  sıra  arayışlar  da  əlavə  etmişdir.  Onun 
V.Leninə  göndərdiyi  məktub  və  arayışlar  içərisində  1921-ci  il  martın 
1-də  göndərdiyi  teleqram  və  ona  daxil  etdiyi  əlavələrin  xüsusi 
əhəmiyyəti  vardır.  Onun  V.Leninə  ünvanladığı  bu  teleqramda 
Naxçıvan,  Zəngəzur,  Dağlıq  Qarabağ  ərazilərinin  gələcəyindən 
duyulan  rahatsızlığı  çatdırmış,  bu  mahallann  milli  tərkibi  və 
coğrafıyasına  dair  arayışları  da  əlavə  etmiş,  Güney  Qafqazda  sərhəd 
məsələləri  və  xüsusilə  də  Naxçıvan  bölgəsi  ilə  bağlı  faydalı  təkliflər 
irəli  sürmüşdü  [32,  s.  304].  Martın  7-də  V.Leninin  dərkənarı  ilə 
müzakirə  üçün  Siyasi  Büroya  göndərilən  həmin  məktuba  martın  16- 
da  Stalinin,  Çiçerinin  və  b.  iştirakı  ilə  baxılmış,  B.Şahtaxtinskinin 
təklifi  nəzərə  alınmaqla  Azərbaycanın  himayəsində  Naxçıvan  Sovet 
Respublikasının təşkili  barədə qərar qəbul  olunmuşdu.
Naxçıvamn  Azərbaycan  SSR-in  himayəsi  altında  olan  muxtar 
ərazi  statusu  RSFSR  ilə  Türkiyə  arasında  imzalanmış  “ Dostluq  və 
qardaşlıq  haqqında”kı  müqavilədə  də  öz  əksini  tapdı.  I921-ci  il 
martın  16-da  imzalanan  Moskva  müqaviləsinin  3-cü  maddəsinə 
əsasən  belə  bir  qarşılıqlı  razılığa  gəlindi  ki,  “Naxçıvan  vilayoti  bu 
müqavilənin  I  (B)  əlavəsində  göstərilən  sərhədlərdə  Azərbaycanın 
himayəsi  altında,  həmin  protektoratı  Azərbaycanın  heç  bir  üçüncü 
dövlətə  güzəştə  getməməsi  şərti  ilə  muxtar  ərazi  təşkil  edir”  [22,  v. 
93  arx.;  16,  s.  33,  37-38].  “Naxçıvanın  ərazisi”  adlı  I  (B)  olavəsində 
bölgənin  sərhədləri  aşağıdakı  kimi  müəyyənləşdirilirdi:  “Ararat 
stansiyası  -   Saray  Bulaq  dağı  -   Kömürlüdağ  -   Sayatdağı  (7868)- 
Qurdqulaq  kəndi  -   Həməsür  dağı  (8060)  -   8022  yüksəkliyi  -   Kükü 
dağı  (8282)  və  keçmiş  Naxçıvan  qəzasının  şərq  inzibati  sərhədi”  [44,


s.  38].  Bununla  da  Naxçıvanın  ərazi  mənsubiyyəti  ırıəsələsinə  bir 
aydınlıq gətirildi.
1921-ci  il  oktyabrın  13-də  RSFSR-in  nümayəndəsinin  iştirakı  ilə 
Azərbaycan  SSR,  Ermənistan  SSR,  Gürcüstan  SSR  ilə  Türkiyə 
arasında  imzalanan  Qars  müqaviləsinə  əsasən,  Naxçıvanın  ərazisi, 
sərhədləri  daha  da  dəqiqləşdirildi.  Müqavilənin  5-ci  maddəsi  və  3-cü 
əlavəsi  Naxçıvamn  ərazi  mənsubiyyəti  məsələsini  bir daha təsdiqlədi, 
onun  sərhədlərini  qəti  surətdə  müəyyənləşdirdi.  Buıada  göstərilirdi 
ki,  Naxçıvan  vilayəti  bu  müqavilənin  3-cü  əlavəsində  müəyyən 
edilmiş  sərhədlərdə  Azərbaycanın  himayəsi  altında  muxtar  bir  ərazi 
olduğu 
məsələsində 
müttəfıqdirlər 
[4, 
v. 
9-19]. 
Müqavilə 
maddəsindən  də  göründüyü  kimi,  burada  Moskva  müqaviləsinin 
üçüncü  maddəsinin  müəyyən  bir  hissəsi,  yəni,  “Azərbaycan  bu 
himayəçilik  haqqını  üçüncü  bir  dövlətə  heç  bir  zaman  güzəştə  gedə 
bilməməsi”  öz əksini tapmışdı.
“Naxçıvanın  ərazisi”  adlı  3  nömrəli  əlavədə  bögənin  sərhədləri 
aşağıdakı  kimi  müəyyənləşdirildi:  “ Urmiya  kəndi,  oradan  düz  xəttlə 
Arazdəyən 
stansiyasına 
(bu 
stansiyanı 
Ermonistan 
SSR-də 
saxlamaqla),  sonra düz xəttlə  qərbi  Daş-Burun  dağına  (3142)  və  daha 
sonra  suayrıcı  xətlə  şərqi  Daş-Burun  dağı  (4108) və  Cəhənnəmdərəsi 
çayından  keçməklə  “ Bulaq”dan  cənuba,  Bağırsaq  dağı  (6607),  (6587 
suayrıcı  xətti  ilə  və  buradan  keçmiş  İrəvan,  Şərur-Dərələyəz 
qəzalarının  inzibati 
sərhədi  ilə  6625  yüksəkliyindən  keçərək 
Kömürlü  dağına  (6839),  (6930)  və  daha  sonra  3080  -   Sayatdağ 
(7868)  yüksəklikləri  ilə  Qurdqulaq  kəndi,  Həmosür  dağı  (8160),- 
8022  yüksəkliyi,  Kükü  dağı  (10282)  və  keçmiş  Naxçıvan  qəzasının 
şərq  inzibati  sərhədi”  [22,  v.  114-1  15].
Qars  müqaviləsinin  ınühüm  əhəmiyyətindon  biri  Naxçıvanın 
statusu  məsələsində  razılığa  gələn  tərəflərin  müoyyən  edilməsidir. 
Bunlar  Türkiyə,  Azərbaycan  vo  Ermənistan  hökumotləri  idi  [42,  s. 
17].  Qars  müqaviləsi  ilə  Ermənistan  da  Naxçıvanın  Azərbaycan 
ərazisi  olduğunu  rəsmən  təsdiq  etdi.  Müqavilənin  on  əhəmiyyətli 
tərəflərindən  biri  də  onun  müddətsiz  imzalanması  idi.
Bununla  belə,  Moskva  müqaviləsindən  fərqli  olaraq  Naxçıvanın 
statusu  və  tabeçiliyinə  aid  Azərbaycamn  himayəçilik  hüququ 
haqqında  müddəa  Qars  müqaviləsində əks olunmamışdır.
Umummilli  lider  Heydər  Əliyev  beynəlxalq  Qars  müqaviləsinin 
tarixdəki  yerini  və  rolunu  yüksək  qiymətləndirərək  demişdir: 
“Naxçıvan  Azərbaycanm  əsas  torpağından  ayrı  düşdüyünə  görə 
Naxçıvanın 
bütövlüyünü, 
təhlükəsizliyini, 
dövlətçiliyini, 
muxtariyyətini  gələcəkdə  də  təmin  etmək  üçün  Qars  müqaviləsi 
bizim  üçün  çox böyük,  əvəzi  olmayan  sənəddir...”  [24,  s.  9].
Naxçıvanın  tarixi  müqəddəratında,  onun  Azərbaycanın  tərkibində 
saxlanılmasında  bir sıra  amillərlə yanaşı,  Moskva  və  Qars  beynəlxalq 
müqavilələrinin  də  rolu  olmuşdur.  Hər  iki  beynəlxalq  müqavilo 
müddətsiz  imzalanmış  və  bu  gün  də  qüvvədədir.  Həmin  müqavilələri 
birtərəfli  qaydada onu  imzalayan  dövlətlər ləğv edə  bilməz.
Beləliklə,  1917-1921 -ci  illərdə aparılan  inadlı  mübarizə,  1921-ci  il 
rəy sorğusunun  nəticəsi,  bir  sıra görkəmli  şəxsiyyətlərin  fəaliyyətləri, 
Türkiyənin  köməyi,  beynəlxalq  Moskva  və  Qars  müqavilələrinin 
şərtləri  Naxçıvan  diyarına  Azərbaycanın  tərkibində  muxtariyyət 
statusunun  verilməsi  ilə  nəticələndi.
ƏDƏBİYYAT
1. 
Azərbaycan  tarixi.  Yeddi  cilddə.  VI  cild  (aprel  1920 
iyun 
1941).  Bakı:  Elm,  2008,  568  s.
2. 
ARDA,  f.28,  siy.  1,  iş  20
3. 
ARDA,  f.28,  siy.  I,  iş  55
4. 
ARDA,  f.28,  siy.  I,  iş  67
5. 
ARDA,  f 4 11,  siy.  1,  iş  199
6. 
ARDA,  f.894,  siy.  2,  iş 92
7. 
ARDA,  f.894,  siy.  2,  iş  102
8. 
ARDA,  f.894,  siy.  10,  iş  33
9. 
ARDA,  f.894,  siy.  10,  iş  80
10.  ARDA,  f.894,  siy.  10,  iş  104
11.  ARDA,  f.897, siy.  I , i ş 5 7 ;1
12.  ARDA,  f.970,  siy.  1,  iş  1


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə