SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə8/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   4   5   6   7   8   9   10   11   ...   62

Azərbaycanın  qədim  mədəniyyət  mərkəzlərindən  biri 
olan 
Naxçıvan  diyarı  özünəməxsus  təbii  coğrafi  şəraiti  ilə  tarixin  bütün 
mərhələlərində  insanların burada məskunlaşmasına  səbəb olmuşdur.
Şimaldan  Kiçik  Qafqazın  Dərələyəz  və  Zəngəzur  dağ  silsilələri, 
cənubdan  Araz  çayı  ilə  sərhədlənən  Naxçıvan  bölgəsi  Araz  çayının 
və  onun  qollarının  vadilərindəki  münbit  torpaqları,  yüksək  dağlıq 
ərazilərindəki  otlaqları  ilə  qədim  əkinçilik  və  maldarlığın  inkişaf 
etdirilməsi  üçün  əlverişli  şəraitə  malik  olmuşdur.  Mohz  bu  səbəbdən 
Naxçıvan  ərazisində  tarixin  bütün  mərhələlərini  əks  etdirən  tarixi- 
arxeoloji  abidələr mövcuddur.
Naxçıvan  ərazisindəki  abidələr  barədə  hələ  XVII-XIX  əsr  Avropa 
və  Osmanlı  səyyahları  (Jan  Şardən,  Evliya  Çəlobi,  Debua-de 
Monpere  və  b.)  məlumatlar  vermişlər.  Naxçıvan  abidələrində  elmi 
əsaslara  söylənən  ilk  arxeoloji  qazıntı  işləri  XX  əsrin  20-ci  illərində 
aparılmışdır. 
1926-cı  ildə  Azərbaycanı  Tədqiq  və  Tətətöbbə 
Cəmiyyəti  tərəfındən  Naxçıvana  tanınmış  alim  İ.İ.Meşaninovun 
rəhbərliyi, Ə.Ələkbərov,  İ.Cəfərzadə, Ə.Ələsgərzadə  və  İ.Əzimbəyov 
kimi  bu  sahədə  ilk  milli  kadrların  iştirakı 
ilo  ekspedisiya 
göndərilmişdir.  Ekspedisiya  indiki  Babək  rayonu  əıazisində,  Araz 
çayı  sahilində  e.ə.  II  minilliyə  aid  Qızılburun  nekropolunda  qazıntı 
işləri  aparmışdır.
İkinci  dünya  müharibəsinə  qədərki  illərdə  Naxçıvan  abidələri 
barədə  ən  geniş  və  tutarlı  məlumatlar  görkəmli  arxcoloq  və  etnoqraf 
Ələsgər  Ələkbərov  tərəfındən  verilmişdir  (A.K.AjıeKiıepoB  1960). 
Onun  rəhbərliyi  ilə  1936-cı  ildə  Naxçıvana  göndərilnıiş  ekspedisiya 
Şərur  və  Kəngərli  rayonları  ərazisindəki  son  tunc  -   erkən  dəmir 
dövrünə  (e.ə.  II  min.  sonu  -   I  min.  əvvəli)  aid  Oğlanqala,  Şortəpə  və 
Şahtaxtı 
abidələrində 
arxeoloji 
tədqiqat 
işləri 
aparmışdır. 
Ə.ƏIəkbərov  bu  tədqiqatlar  nəticəsində  Naxçıvan  ərazisində  qeyd 
edilən  dövrə  aid  siklop  tikililərin,  şəhər  və  kənd  tipli  yaşayış 
yerlərinin  olduğunu  və  bu  bölgədə  inkişaf etmiş  sinitli  cəmiyyətin  -  
dövlətin  mövcudluğunu  və  bölgənin 
Yaxın 
Şərq  (Assuriya) 
mədəniyyətləri  ilə əlaqələrinin  olduğunu  yazmışdır.
Babək  rayonu  ərazisindəki  I  Kıiltopə  qədim  yaşayış  məskənində 
görkəmli  Azərbaycan  arxeoloqu  Osman  Həbibullayevin  apardığı 
qazıntı  işləri  bütövlükdə  Qafqaz  arxeologiyasında  neolit,  eneolit  və 
ilk  tunc  dövrlərinin  (e.ə.  VI-III  minillikdə)  tədqiqində  mühüm  dönüş 
nöqtəsi  oldu  (Həbibullayev  1959;  AÖHÖyjuıaeB  1982).  Məhz  I 
Kültəpənin  qazıntıları  ilə  Qafqazda  ilk  dəfə  olaraq  neolit  və  eneolit 
(xalkolit)  dövrlərinin  erkən  əkinçilik  mədəniyyəti  aşkara  çıxarılmış 
oldu.  15  il  müddətində  (1951-1964)  bu  abidədə  aparılan  arxeoloji 
qazıntılar  burada  6  min  ilə  yaxın  böyük  bir  tarixi  mərhələdə  həyatın 
ardıcıl  davam  etdiyini  sübuta  yetirmişdir.  Qafqazda analoqu  olmayan
I  Kültəpə  yaşayış  məskəninin  mədəni  təbəqəsinin  qalınlığı  22  m 
çatır.  Heç  də  təsadüfi  deyildir  ki,  etalon  hesab  edilən  bu  abidə  neolit 
və  eneolit  dövrlərini  əhatə  edən  “Kültəpə  arxeoloji  mədəniyyətinin” 
müəyyən  edilməsinə  səbəb  olmuşdur.  I  Kültəpədə  aparılan  arxeoloji 
qazıntılar  nəticəsindo  aşkara  çıxarılan  maddi  mədəniyyət  qalıqları 
Naxçıvanın  qədim  əhalisinin  təsərrüfat  həyatı,  müxtəlif  sənətkarlıq 
sahələri,  dəfn  adətləri,  Yaxın  Şərqin  qədim  sivilizasiya  mərkəzləri  ilə 
əlaqələri  barədə dəyərli  məlumatlar vermişdir.
XX  əsrin  60-80-ci  illərində  Naxçıvan  MR  ərazisində  arxeoloji 
tədqiqat  işləri  daha  da  genişlənmişdir.  60-cı  illərdən  başlayaraq 
çoxtəbəqəli  II  Kültopo  yaşayış  yerinin  tədqiqatları  osasında  V.Əliyev 
burada  orta  tunc  dövründə  -   e.ə.  II  minilliyin  birinci  yarısında  erkən 
şəhər tipli  yaşayış yerinin  olduğunu  əsaslandırınışdır 
(A
jihcb
  1
9 9
1).
Muxtar  Respublika  ərazisində  ən  qədiın  arxeoloji  abido  Şorur 
rayonunun 
Tənonom 
kondi 
yaxınlığındakı 
ibtidai 
insanların 
moskunlaşdığı  Qazma  ınağara  düşorgosidir.  Öton  osrin  80-ci  illorində 
mağarada  aparılan  tədqiqatlar  burada  ibtidai  insanların  orta  paleolit 
dövründə  yaşadığını  si'ıbııt  etmişdir  (M.Hüseynov,  Ə.Coforov, 
A.Zeynalov).
Ordubad  rayonunda  e.o. 
II 
m inillikdon  başlayaraq  orta  əsrlorə 
qodorki  dövrlori  əhato  edon  yaşayış  yerlori  və  qəbir  abidoləri  tədqiq 
ed ilınişdir 
(H öparnM O B 
2000; 
A
cjuiiiob

HöparHMOB,  KaııiKaM 
2002). 
N axçıvanın  ın ü x to lif  yerlərindo  e.o. 
IV-I 
mim11ikləro  aid  yaşayış 
yerləri,  kond  vo  crkən  şohər  tipli  moskənlor,  m ü xtolif  növ  qobir


abidələri  aşkar  edilib,  qazıntı  işləri  aparılmışdır.  Geniş  qazıntı  işləri 
aparılan  abidələrdən  biri  də  e.ə.  II  min.  sonu  -   I  min.  əvvəlinə  aid 
şəhər  tipli  Şahtaxtı  abidələri  kompleksidir 
( A r a e B  
2002).  Həmin 
illərdə  Naxçıvan  ərazisində  tunc  dövrünə  aid  çoxsaylı  Govurqala 
(Vayxır),  Qazançı  qala,  Qalacıq,  Çalxanqala  vo  s.  müdafıə 
istehkamları  tədqiq edilmişdir 
(KepHMOB 
1998).
Ulu  Öndər Heydər Əliyevin  Azərbaycana rəhborlik  etdiyi  70-80-ci 
illərdə  respublikanm  hər  yerində  olduğu  kimi  Naxçıvan  MR 
ərazisində 
də 
qədim 
tariximizin, 
maddi 
ınədəni 
irsimizin 
öyrənilməsinə  və  qorunmasına  böyük  diqqət  yetiriliıdi.  Naxçıvanda 
bütün  XX  əsr  ərzində  ən  iri  miqyaslı  arxeoloji  qazmtı  işlori,  çoxsaylı 
abidələrin  qeydə  alınması,  maddi  mədəniyyət  qalıqlarının  toplanması 
və  geniş  ictimaiyyətə  təbliğ  edilməsi  üçün  tarix  diyarşünaslıq 
muzeylərinin  yaradılması  məhz  Heydər Əliyevin  bilavasitə  diqqət  və 
qayğısı  sayəsində həyata keçirilmişdir.
Sovet  imperiyası  dağıldıqdan  sonra  ölkəmiz  iiçiin  ağır  90-cı 
illərdə  bütün  sahələrdə  olduğu  kimi  elmdə  də  durğunluq  dövrü  hökm 
sürürdü.  1991-1993-cü  illərdə  Naxçıvana  rəhbərlik  edən  Ulu  Öndər 
Heydər  Əliyevin  müdrik,  fədakar  siyasəti  nətiçəsində  Ermənistan 
tərəfındən  blokadaya  alınmış  Muxtar  Respublika  düşmənə  qarşı 
qəhrəmanlıqla  mübarizə  apararaq  işğaldan  xilas  oldu.  Xalqın  tələbi 
ilə  Azərbaycana  rəhbərliyi  öhdəsinə  götürən  Heydor  Əliyev  90-cı 
illərdə  müstəqil  Azərbaycan  dövlətini  yaratmaqla  respublikamızın 
siyasi,  hərbi,  iqtisadi  inkişafının,  mədəni,  elmi  yüksolişinin  təməlini 
qoydu.  Ulu  Öndərin  uzaqgörən  siyasəti  nəticəsindo  XX  osrin  ilk 
illərindən  Azərbaycan  sürətli  inkişafa  qədəm  qoydu.  Şiibhəsiz,  bu 
inkişaf özünü elm  sahəsində də  göstərməyo  başladı.
Xalqımızın  maddi  mədəni  irsinin  öyrənilməsinin  zoruriliyini  önə 
çəkən  Heydər  Əliyev  Azərbaycamn  qodiırı  tarixinin  öyrənilırıəsində 
Naxçıvan  abidələrinin  müstəsna  əhəmiyyotini  nəzoro  alaraq  2 0 0 1 -ci 
ildə  Muxtar  Respublikaya  geniş  tərkibli  arxcoloji  ekspedisiyamn 
ezam  edilməsi  barodə  göstoriş  verdi.  Bu  sotirlərin  müəllifinin 
rəhbərlik  etdiyi  bir  neçə  dəstədən  ibarot  «Naxçıvan  -  Gəmiqaya» 
arxeoloji  ekspedisiyası  yaradıldı.  İki  il  fəaliyyot  göstərən  bu
ekspedisiyanın  əsas  todqiqat  obyekti  Ordubad  rayonu  ərazisində, 
Kiçik  Qafqazın  Azərbaycan  Respublikası  ərazisində  ən  yüksək 
zirvəsi  olan  (3906  m)  Gəmiqaya  dağının  yamaelarındakı  abidələr 
kompleksi  -   tunc  dövrünə  aid  qayaüstü  rəsmlər,  qəbir  abidələri  və 
yurd  yerləri  olmuşdur.  Burada  I500-ə  qədər qayaüstü  təsvirlər qeydə 
alınmış,  qeyd  edilən  abidələrdə  arxeoloji  qazıntı  işləri  aparılmışdır 
(Müseyibli  2002;  Müseyibli  2004;  Baxşəliyev  2003;  Seyidov  2003; 
KepHMOB  2005).  Bundan  əlavə,  Gəmiqaya  təsvirləri  Azərbaycanm 
e.ə.  IV-Il  minilliklərdə  Yaxın  Şərq  mədəniyyətləri  ilə  əlaqələrinin 
tarixinin  tədqiq  edilməsi  üçün  əvəzsiz  mənbələrdir.  Bu  abidədə aşkar 
edilmiş  bir  sıra  rəsmlərin  ən  yaxın  analoqlarına  Yaxın  Şərq 
incəsənətində  rast  gəlinir.  Aparılan  arxeoloji  tədqiqatlar  Gəmiqaya 
abidələrinin  Naxçıvanm,  o  cümlədən  bütövlükdə  Azərbaycanın  tunc 
dövrü  tarixinin  öyrənilməsi  üçün  böyük  əhəmiyyətə  malik  olduğunu 
göstərdi.
Gəmiqaya  rəsmlori  Azərbaycanın  qədim  tarixinin,  maddi  və 
mənəvi  mədəniyyətinin,  incəsənətinin,  eyni  zamanda  xalqımızın 
etnogenez  tarixinin  öyrənilməsi  üçün  olduqca  zəngin,  dəyərli 
mənbələrdir.  Burada  yalnız  bir  nümunə  göstərməklə  kifayətlənirik. 
Belə  ki,  Gəmiqayada 252  Jte-li  daşda canavarın  keçiyə  hücuın  etməsi, 
daha  doğrusu  Azərbayean  folklorunda,  etnoqrafiyasında  bu  günə 
qədər  saxlanmış  və  heyvandarlar  tərəfindən  icra  edilən  “qurd  ağzı 
bağlama”  ınərasimi  səhnəsi  təsvir  edilmişdir  (Müseyibli  2004,  səh. 
99).  Bununla  əlaqədar  burada  üz-üzə  dayanmış  canavar  vo  keçinin 
arasından  bir  sonluğunda  hansısa  əşyanın  bağlandığı  uzun  xott 
(kondir?)  çəkilmişdir.  Etnoqrafık  tədqiqatlar  göstərir  ki,  “qurd  ağzı 
bağlama”  ovsununun  icrası  zamanı  qırxılığın  ağzını  iplo  vo  ya 
kəndirlo  bağlayırlar (Azorbaycan  folklor antologiyası,  1994,  soh.  63). 
Gəmiqayadakı  tunc  dövrünə  aid  bu  səhnodə  “qurd  ağzı  bağlaına” 
səhnəsi  demək  olar  ki,  bütün  ınahiyyoti  ilə  tosvir  edilmişdir. 
Göründüyü  kimi,  Gomiqaya  rəsmlori  Azərbaycan  folklorunun 
minilliklər  öncəyo  -   tunc  dövrünə  bağlandığını  əyani  surotdo 
nümayiş  etdirməklə  yanaşı,  xalqımızın  etnogcnez  tarixinin  tədqiqi 
üçün  tutarlı  faktlar  verir.  Gomiqaya  rosmlorinin  araşdırılması  sübut


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə