SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə31/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   27   28   29   30   31   32   33   34   ...   62

kəskin  dəyişiklik  (70  -   120  sm)  vardır.  Ehtimal  ki,  burada  qapı  yeri 
omuşdur  və  qapının  sağ  və  sol  tərəflərində  divar  tələbata  uyğun 
olaraq  müxtəlif  endə  işlənmişdir.  Divar  şimal  tərəfdə  uzunluğu  70 
sm,  eni  80  sm  olan başqa bir divarla birləşir.  Bu  divar qalığı  da əhəng 
qatları  və  tuneldən əvvəlki  dövrə  aiddir,  lakin,  həmin  divardan  təkrar 
istifadə olunmuşdur.
Qazıntı  sahəsinin  şərq  tərəfı  təmizlənərkən  yuxarıda  təsvir 
etdiyimiz  divarların  arasında  maraqlı  tapıntılar  aşkar  olundu.  Burada 
18  kv.  m  sahəsi  olan  otağın  içərisində,  50-60  sm  dərinlikdə  qalın 
divarlı,  çəhrayı  rəngli  gil  qab  frqmentləri  tapıldı.  Fraqmentlərlə 
birlikdə  əhəng  parçaları  da  aşkar  olunurdu.  Gil  qab  fraqmentləri  iri 
həcmli  təsərrüfat küplərinə  aiddir.  Otağın  içərisi  təmizlənərkən  70  sm 
dərinlikdə  cərgə  ilə  düzülmüş  təsərrüfat  küplorinin  oturacağı  və 
oturcağa  yaxın  gövdəsinin  20-25  sm  hündürlükdə  salamat  qalmış 
hissələri  aşkar  olundu.  Təsərrüfat  küplərinin  boğaz  və  ağız  hissələri 
aşkar  olunmadı.  Çox  güman  ki,  Meydantopənin  üstü  sovet 
dönəmində  buldozerlə  götürülən  vaxt  təsərrüfat  küplərinin  boğaz  və 
ağız  hissələri  də  dağıdılmış  və  buldozerlo  konara  kürünmüşdür. 
Əvvəlki  qazıntılar  zamanı  Meydantəpənin  hər  yerindən  təsərrüfat 
küplərinin  qalıqları  aşkar  edilmişdir  ki,  onlann  da  bəziləri  bərpa 
olunmuşdur.  Bu  küplərin  hündürlüyü  150-170  sm-dir.  Maraqlıdır  ki, 
cərgə  ilə  aşkar  edilmiş  təsərrüfat  küplərinin  hanıısının  oturacaq 
hissələri  sındıqdan  sonra  əhənglə  təmir  olumnuşdur.  Otaqda  bir- 
birindən  eyni  məsafədə  6  təsərrüfat  küpü  düziilmüşdür.  Maraqlıdır 
ki,  təsərrüfat  küplərindən  bəziləri  nə  vaxtsa  buradan  çıxarılıb 
aparılmışdır  ki,  onların  da  oturacaqlarının  ycri  aydın  izlənir. 
Hündürlüyü  1,5-1,7  m  olan  təsərrüfat  küplərindən  antik  dövrdə, 
əsasən  taxıl  saxlamaq  üçün  istifadə  olunmuşdur.  Onların  əhonglə 
təmir olunması  bu  fikri  bir  daha  tosdiq  cdir.  Tosorrüfat  küplərinin  bir 
otaqda  cərgə  ilə  düzülməsi  bu  otağın  anbar  olmasmı  ehtimal  ctınoyo 
əsas  verir.  Lakin,  bu  küplorin  çoxlu  ohonglə  bir ycrdo  aşkar olunması 
kompleksin  bu  hissəsində,  bir  neço  otaqdan  ibarət,  təsərriifat 
küplərinin,  ümumiyyətlo,  kcramikanın  təmiri  ilo  məşğul  olaıı 
emalatxananın  olmasını  söyləmoyo  osas  vcrir.
Tosərrüfat  küpləri,  yuxarıda  təsvirini  verdiyimiz  əhəng  qatları  ilə 
eyni  səviyyədə  aşkar olunmuşdur.  Əhəng  qatlan  ilə  təsərrüfat  küpləri 
olan  otağı  cənub  tərəfdən  70  sm  enində  dar bir dəhliz birləşdirir.  Çox 
güman  ki,  təsərrüfat  küpləri  ilə  əhəng  qatları  arasında  bir  əlaqə 
olmuşdur,  bəlkə  də,  küplərin  təmirində  elə  həmin  əhəngdən  istifadə 
olunmuşdur.
Əvvəlki, 
illərin 
hesabatlarında 
dəfələrlə 
qeyd 
etdiyimiz 
kimiMeydantəpə  dağıntıya  məruz  qaldıqdan  sonra  birdəfəlik  tərk 
olunmamış,  əhali  bərpa  işləri  apararaq  bir müddət  burada yaşamaqda 
davcam  etmişdir.  Həmin  dövrə  aid  mis  məftillə  tmir  edilmiş  çoxlu 
süfrə  qabları,  əhənglə  təmir  edilmiş  təsərrüfat  küpləri  aşkar 
olunmuşdur.  Tikintidə  isə  bərpa  edilən  və  yeni  tikilən  divarlar 
əvvəlki  dövrün  divarlarından  xeyli  zə if  olmuşdur.  Bütün  bu 
səbəblərdən təsərrüfat  küplərinin  buraya təmir məqsədilə  gətirildiyini 
söyləmək  olar.  Əks  təqdirdə,  əgər bura  taxıl  anbarı  olsaydı  təsərrüfat 
küplərindən heç  olmazsa biri  və ya  ikisi  salamt qalmış olardı  və  az da 
olsa taxıl  qahqları  tapılardı.
Əvvəlki  illərin  arxeoloji  qazıntıları  zamanı  Meydantopə  yaşayış 
yerinin  şimal  müdafıə  divartnda  maraqlı  quruluşa  malik  bir  tikilinin 
aşkar  olunduğunu  və  onun  müdafiə  sistemi  ilə  heç  bir  əlaqəsinin 
olmadığını  qeyd  etmişdik.  Həmin  tikili  əhəng  qatları  ilə  eyni  dövrə 
aiddir.  Tikili  qala  divarınm  yanında  və  içərisində  yerləşdiyindən, 
divar  dağılmasın  deyə  içərisini  təmizləməmişdik.  2013-cü  ildə 
tikilinin  içərisi  və  ətrafı  təmizlənərkən  onun  maraqlı  bir  plan 
quruluşuna  malik  olduğu  müəyyən  edildi.  Əvvəlcə  elə  görünürdü  ki, 
daş  döşənmiş  kanal  müdafıə  divarınm  arxasında  -   cənub  tərəfdə 
yerloşən  otağın 
içərisinə 
davam 
edir. 
Lakin  otağın 
içərisi 
təmizlənərkən  tikilinin  bu  otağın  içərisinə  keçmədiyi  və  müdafıə 
divarının  düz  ortast  i!ə  şaquli  vəziyyətdə  yuxarı  qalxdtğt  aydın  oldu. 
30-40  sm  yuxarı  qalxdıqdan  sonra  ikiyə  ayrılır.  Bu  tikilinin  quruluşu 
aşağıdakı  kimidir.  Tikilinin  quruluşu  aşağıdakı  kimidir:  Şimal  tərəfi 
30  sm  eni  olan  daş  döşənmiş.  Sağ  və  sol  tərəfi  50  sm  hündürlüyündə 
divar  olan  kanal  kimidir.  Kanal  madafiə  divarına  yaxınlaşdıqca 
tədricon  gcnişlənir  və  divara  birləşən  yerdə  cni  90  sm-ə  çatır,


hündürlüyü  60  sm-dir.  Müdafıə  divarının  içərisinə  daxil  olduqdan 
sonra  şaquli  sürətdə  yuxarı  qalxır  və  divarın  üstündə  iki  deşik 
şəklində  görünür.  Deşiklər  bir-birindən  50  sın  aralıdır,  onların 
arasında  eni  30  sm  olan  divar  vardır.  Simmetrik  şəkildə  yerləşən 
deşiklərin  ölçülərində  az  fərq  vardır.  Belə  ki,  qərb  tərəfdəki  deşiyin 
ölçüləri  70X55  sm,  şərq  tərəfdəki  deşiyin  ölçübri  isə  60X50  sm-dir 
(Şəkil  8).  Hər  iki  deşik  90  sm  dərinlikdən  sonra  yuxarıda  təsvir 
etdiyimiz  kanalla  birləşir.  Bu  deşikləri  və  ya  quyuların  ağızları 
əvvəldə  qeyd  etdiyimiz  əhəng  qatları  ilə  eyni  səviyyədədir.  Lakin. 
qeyd  etmək  lazımdır  ki.  deşiklərin  içərisində  və  yamnda  əhəng 
qalıqları  aşkar  edilmədi.  İki  şaquli  vəziyyətdə  yerləşmiş  quyunun 
maili  vəziyyətdə,  uzunluğu  2,8  m  olan  maili  bir  kanalla  birləşməsi 
vaxtilə  burada  hansısa bir  istehsal  ocağımn  olduğunu  söyləməyə  əsas 
verir.  Lakin,  əldə  edilən  tapıntılarla,  hələlik,  elo  bir  dəqiq  nəticəyə 
gəlmək mümkün deyil.
Arxeoloji  qazıntılarda  qazıntılarda  aşkar  etdiyimiz  əhəng  qatı  da, 
təsərrüfat  küplərinin  qahqları  da,  təsvir  etdiyimiz  tikili  də  antik 
dövrün  son  mərhələsinə  -  b.  e.  Ilk  əsirlərinə  aiddir.  Bu  mədəni 
təbəqənin  qalınlığı  qazıntının  mərkəzi  hissəsində  1,0  m,  ətraflarda  isə 
50-70  sm-dir.  Qeyd  etmək  Iazımdır  ki,  mədəni  təbəqənin  özü 
bütünlüklə  dağıntıya  məruz  qalmışdır.  Belə  ki,  Meydantəpənin  üst 
qatı  nə  vaxtsa  buldozerlə  götürüldüyündən  son  antik  dövrə  aid 
mədəni  təbəqənin  ilkin  qalınlığını  müəyyən  etmək  mümkün  deyil. 
Yalnız,  yuxarıda  təsvir  etdiyimiz  basdırılmış  təsərrüfat  küplərinə 
görə  bu  mədəni  təbəqənin  qalınlığının  2m-ə  yaxın  olduğunu  ehtimal 
etmək  olar.  Küplərin  qalınlığı  1,5-1,7  m  olmuşdur.  Qazıntı  zamanı 
onların  çiyindən  aşağı  hissəsi  -   1,1-1,2  m  hündiiıiüyündə  aşkar 
edilmişdir.  Bu  təqribi  hesablamadan  mədoni  təboqənin  üst  hissəsinin 
50  sm  qalınlığında  buldozcrlə  götürüldüyü  aydm  olur.  Təəssüf ki,  bıı 
səbəbdəndə  nə  yuxarıda  təsvir  etdiyimiz  iki  deşikli  tikilinin  yuxarı 
(ağız)  hissəsinin,  nə  də  əhəng  qatları  tökıilmüş  yerin  yuxarı 
hissəsinin  necə  tamamlandığmı  müəyyən  etmək  mümkün  olınadı. 
Əldə  olunan  tapıntılar  və  digər  məlumatlar  Meydantəpənin  bıı
hissəsində  hansısa  bir  istehsal  sahəsinin  bə  ya  emalatxananın 
olduğunu  söyləməyə əsas  verir.
Meydantəpə  yaşayış  ycrində  aparılmış  Arxeoloji  qazıntıların  əsas 
nətieələrindən  biri  də  dulusçuluq  emalatxanasının  və  istehsal 
sahəsinə  aid  tikilinin  aşkar  edilınəsi  oldu.  Müəyyən  edildi  ki, 
emalatxanada  iri  həemli  təsərrüfat  küplərinin  təmiri  ilə  məşğul 
olmuşlar.  Eyni  zamanda  müəyyən  edildi  ki,  Meydantəpənin  son 
dövründə  əvvəlki  dövrə  aid  bəzi  tikililərin  divarlarından  istifadə 
olunmuş,  lakin  onların  təyinatı  dəyişdirilmişdir.  Bu  ilk  növbədə 
yaşayış  yerinin  şimal  müdafiə  divarına  aiddir.  Meydantəpədə  hər  il 
aparılan  arxeoloji  qazıntılar  Naxçıvamn  antik  dövr  mədəniyyətinə  və 
təsərrüfat həyatına  aid  yeni  faktların  aşkar edilməsi  ilə  nəticələnir.
Aparılan  arxeoloji  qazıntılar  Meydantəpənin  Oğlanqala  və 
Naxçıvanın  digər  dəmir  dövrü  abidələrinin  memarhq  ənənələrini 
qoruyub  saxladığını  göstərdi.  Abidədə  bir neçə  tikinti  dövrüniin  aşkar 
edilməsi,  qədim  bərpa  izləri  və  mədəni  təbəqələrin  stratiqrafıyası, 
antik  dövrdə  yaşayış  yerlərinin  dağıdılması  ilə  nətieələnən  vaxtaşırı 
müharibələrin olduğunu söyləməyə əsas verir.
Müasir tikililor  Naxçıvan  şəhərinin  qədim dövrlərini, xüsusən  antik 
dövrünü  öyrənməyə  imkan  vermir.  Bu  baxımdan  şəhərdən  çox da 
ıızaqda  yerləşınəyən  Mcydantəpə  yaşayış  ycrinin  arxeoloji  tədqiqi 
xüsusi  əhəıniyyət  kəcb edir.  Mcydantəpə  anti  naxçıvantn 
forpostlarından  biri  olmuşdur.  Ona görə  də  bu  tip abidələrin  tədqiqi 
Naxçıvan  şəhərinin tarixi  vo  mədəniyyəti,  təsərriifat lıəyatı  və 
sənətkarlığı  haqqında  ınüəyyən  ftkirlər söyləməyə  imkan  verir.


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə