Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
  1   2   3   4   5   6   7   8   9   ...   36


 


 
Ş.Ə.ƏHMƏDOV,   Ş.İ.MƏMMƏDOVA 
 
 
 
 
 
 
 
 
 
EKOLOJİ  
 MONİTORİNQ 
           
 
 
 
BDU –nin Ekologiya və torpaqşünaslıq 
fakültəsinin 03 iyul 2012 -ci il 7 saylı 
protokolu 
 
 
 
 
 
 
 
BAKI – 2012 
 
 


Elmi redaktor :                                      akademik     A.Ş.Mehdiyev 
 
                                                                 c.e.d.,prof.     T.M.Tatarayev 
Rəyçilər:                                                  t.e.d.              A.N. Bədəlova   
 
 
 
 
 
Ş.Ə.Əhmədov, Ş.İ.Məmmədova. Ekoloji monitorinq. 
Ali məktəblər üçün dərs vəsaiti.Bakı, 2012, 120 s. 
 
 
 
 
 
 
Dərs vəsaitində atmosfer havasının, su ehtiyatlarının, torpağın, biotik 
komponentlərin  müşahidə  edilməsi,  qiymətləndirilməsi  və  vəziyyətlərinə 
nəzarətin metodik əsasları şərh edilmişdir. Ətraf mühitin müşahidə edilməsi, 
nəzarəti  və  vəziyyətinin  tənzim  edilməsinin  yerinə  yetirilməsi  üzrə 
tövsiyələr verilmişdir.  
 
Dərs  vəsaiti  “Ətraf  mühitin  mühəndis  mühafizəsi”,  “Ətraf  mühitin 
mühafizəsi”  ixtisası  üzrə  “Ətraf  mühitin nəzarətinin metod  və  cihazları  və 
ekoloji monitorinq”, “Bioloji monitorinq” fənnlərini öyrənən tələbələr üçün 
nəzərdə  tutulmuşdur.  Dərs  vəsaitindən  həmçinin  ekologiya,  təbii 
ehtiyatlardan  səmərəli  istifadə  və  ətraf  mühitin  mühafizəsi  ilə  əlaqədar 
fənnləri öyrənən bütün dag-geoloji profilli tələbələr də istifadə edə bilərlər.  
 
 
 
 
 
 
 
 
 


MÜNDƏRİCAT 
 
Giriş............................................................................................4 
1. Ekoloji monitorinqin əsasları.................................................5 
1.1. Ekoloji monitorinq anlayışı.................................................5 
1.2. Ekoloji monitorinqin prioritet istiqamətləri......................13 
1.3. Ekoloji monitorinqin texniki və texnoloji məsələləri.......14 
1.4. İnformasiyanın alınmasının və emalının texniki 
 vasitələri..................................................................................19 
1.5. Ekoloji monitorinq strukturunda idarə etmə.....................23 
2. Ətraf mühitin əsas komponentlərinin ekoloji monitorinqi...26 
2.1. Atmosferin monitorinqi....................................................26 
2.2. Hidrosferin monitorinqi....................................................38 
2.3. Qurunun və geoloji mühitin monitorinqi..........................47 
3. Geofiziki monitorinq............................................................51 
3.1. Geofiziki monitorinqin metod və vasitələri......................51 
3.2. Atmosfer havasının vəziyyətinin müşahidə və nəzarəti...60 
3.3. Su hövzəsinin vəziyyətinin müşahidə və nəzarəti............65 
3.4. Torpaq örtüyünün vəziyyətinin müşahidə və nəzarəti......75 
4. Bioloji monitorinq ...............................................................85 
4.1. Bioloji monitorinq haqqında ümumi təsəvvürlər..............85 
4.2.  Müxtəlif  dərəcəli  bioloji  sistemlərin  bioloji  indikator 
xarakteristikaları.....................................................................92 
4.3. Qrup və ekoloji sistemlərin təsnifat və ordinasiya tədqiqat 
metodları................................................................................104 
4.4. Yerüstü və su ekosistemlərinin bioloji indikasiya  
metodları................................................................................110 
Ədəbiyyat...............................................................................122 
  
 


GİRİŞ
 
 
Sənayenin  bütün  sahələrinin,  energetikanın,  nəqliyyatın 
sürətli inkişafı, əhalinin sayının artması, insanın bütün fəaliyyət 
sahələrinin urbanizasiyası və kimyalaşdırılması biosferin, onun 
ayrı-ayrı  komponentlərinin  pozulmasına  və  çirklənməsinə 
səbəb  olur.  Bir  sıra  sənaye  mərkəzlərində,  mineral  xammalın 
hasilatı  və  emalı,  sənaye  obyektlərinin  inşaası  və  istismarı 
rayonlarında  yaranmış  ekoloji  vəziyyət  çox  vaxt  böhrana 
yaxındır.   
 
 
Qlobal  ekoloji  qəzanın  dərk  edilməsi  bəşəriyyəti  böhran 
vəziyyətdən  çıxış  yollarının  axtarılmasını  məcbur  edir. 
Sivilizasiyanın  ekoloji  cəhətdən  balanslaşdırılmış  inkişafa 
keçməsinin  zəruriliyi,  insan  sivilizasiyasına  qarşı  yönəlmiş 
təhlükələrlə 
bilavasitə 
əlaqədardır, 
bəşəriyyəti 
böhran 
vəziyyətdən çıxış yollarını axtarmağa məcbur edir. İnsanı əhatə 
edən  təbii  mühitin  qlobal  monitorinq  ideyası  1972-ci  ildə 
Stokholm  konfransında  irəli  sürülmüş  və  BMT-nin  Rio-de-
Janeyro  (1992)  Konfransının  materiallarında  öz  əksini 
tapmışdır.  
 
Ekoloji  monitorinqin  əsas  məsələsi  insan  fəaliyyətinin 
təsiri  nəticəsində  təbii  mühitin  dəyişikliklərinin  öyrənilməsi, 
təbii mühitdə baş vermiş dəyişikliklərin həm keyfiyyət, həm də 
kəmiyyət xarakteristikalarının alınmasıdır.  
 
Tədris 
vəsaitində 
ekoloji 
monitorinqin 
ümumi 
problemləri  ilə  yanaşı,  həm  də  mühüm  əhəmiyyət  kəsb  edən 
təbii mühitin vəziyyəti, atmosfer havasına tullantıların atılması, 
səth  sularına  atılmalarının  müşahidə  edilməsi  və  nəzarətində 
praktiki  vərdişlərin  əldə  edilməsi  kimi  xüsusi  məsələlər 
nəzərdən keçirilir. 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə