Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   6   7   8   9   10   11   12   13   ...   36

 
Meteoroloji RLS –də 3000 – 30000 mH (dalğa uzunluğu 
10  –  1  sm)  tezliklərdən  istifadə  olunur.  Zondlayıcı  impulsun 
davam etmə müddəti 0,5 – 4 mksan-dir. İmpulsun təkrarlanma 
200  –  1000  H.  Zondlayıcı  şüanın  istiqamətlənmə  diaqramının 
bucağı  vahidin  hissələrindən  1,5
0
  -ə  kimi  təşkil  edir. 
MeteoRLS-in təsir uzaqlığı 80-dən 150 km-ə kimidir. 
 
MeteoRLS-in  köməyi  ilə  buludların  bütün  forma  və 
növləri ayırd edilir: Ci, Cc, Cs,  As, Sc, Nc, St, Cu, Cb. Bulud 
sisteminin  ayırd  edilməsinin  dəqiqliyi  80-90%  -dir.  Maye  və 
bərk yağıntıların intensivliyinə görə qradasiyaları belədir: zəif, 
mülayim,  çox  güclü.  Temperaturun  izoterm  və  inversiya 
təbəqələri ayırd edilir. Atmosferin zondlanması 30 km  -ə kimi 
mümkündür. 
 
Radiolokasiya  üç  üsulla  həyata  keçirilir:  1)  obyektin 
şüalandırılması  və  ondan  əks  olunan  şüanın  qəbulu;  2)  
obyektin  şüalandırılması  və  onun  təkrar  şüalandırdığı 
(retranslyasiya  olunan)  dalğaların  qəbulu;  3)  obyektin  özq 
tərəfindən şüalandırdığı radiodalğaların qəbulu. 
 
Lidar  (  Lidar  –  Laight  Detection  and  Ranging) 
atmosferin  spektrin  optik  diapazonunda  lazer  zondlanmasını 
həyata keçirmək üçün cihaz. 
 
Ümumi  mənada  lazer  lidarda  istiqamətlənmiş  işıq 
şüalanmasının 
impuls 
mənbəyi 
kimi 
istifadə 
olunur. 
Radiodiapazondan  fərqli  olaraq,  tezliyin  işıq  diapazonunda 
dalğa  uzunluqlarının,  xüsusilə  də  görünən  və  ultrabənövşəyi 
şüalar üçün kiçik olduğundan lokasiya siqnalının əksetdiriciləri 
atmosferin bütün molekul və aerozol tərkib hissələridir. 
 
Lidarın  əsas  aktiv  elementi  lazer  şüalanma  mənbəyidir. 
Lazer  şüalanmasının  bütün  əsas  energetik,  zaman,  məkan, 
spektral  və  polyarizasiya  xarakteristikaları  bilavasitə  lazer 
mənbəyinin özündə həyata keçirilir. 
 
Atmosferin lazer zondlanmasının prinsipi ondan ibarətdir 
ki, lazer şüası yayılarkən havanın molekul və qeyri-bircinsliyi, 
onda olan qarışıqların molekulu, aerozol hissəcikləri tərəfindən 


səpələnir, 
müəyyən  qədəri  udulur 
və  özünün 
fiziki 
parametrlərini (tezlik, impulsun forması və s.) dəyişir. 
 
Atmosferin  lazer  zondlanması  əsasən  ultrabənövşəyi, 
görünən və mikrodalğa diapazonunda həyata keçirilir. 
 
Optik lokasiya metodu.  Exo- və radiolokasiya metoduna 
analojudur. 
 
Lazer 
lokasiyasının 
ümumi 
sxemi 
şək.2.3 
–də 
verilmişdir. 
 
Lazer  şüalanmasının  dayaq  mənbəyi  1,  2  optik 
sistemindən  keçməklə 
0
gücünə  malik  qısa 


impulsunu 
şüalandırır. 3 obyekti tərəfindən səpələnən şüanın bir hissəsi 4
qəbuledici  5  teleskopuna  düşür.  Ondan  sonra  6  interferensiya 
filtrindən  keçərək,  7  fotoqəbulediciyə  daxil  olur.  Sonra  isə 
siqnal 8 blokunda emal olunur. 
 
Ümumi  halda tədqiq olunan obyekt tərəfindən səpələnən 
şüanın  gücü 
s
   
  məsafəsinin  funksiyası  olmaqla  aşağıdakı 
kimi təyin olunur:    
          
 
   
2
0
r
r
F
r
k
r
n
W
r
W
s









                             (2.2) 
 
burada 
 -  əks  səpələnmənin  en  kəsiyi; 
 
r
n
-  r  məsafəsinin 
funksiyası  kimi  səpələyici  hissəciklərin  konsentrasiyası; 
 
r
k

atmosferin buraxma əmsalı; 
F
- optik sistemlərin effektivliyini 
və  eksperimentin  texniki  parametrlərini  nəzərə  alan  fiziki 
parametr; 
2
/




c
r
- zondlamanın dərinliyi. 


 
Şək.2.3 Lidarın ümumi sxemi. 
 
 
 
 
 
Şək.2.4  Çoxdalğalı  MВЛ-60  lidarı.  Atmosfer  aerozolları  və  atmosferdə 
bulud  törəmələrinin  xarakteristikalarının  məsafədən  operativ  analizi  üçün 
hazırlanmışdır.  1064  (İQ),  532  (yaşıl),  355  (UB)  nm  dalğa  uzunluqlarında 
işləyir. 
 
 
Kombinaiyalı  səpələnmə  metodu.  İşıq  qaz  molekulları 
tərəfindən  səpələndikdə  səpələnən  şüa  tezliyinin  yerdəyişməsi 
baş  verir. Qazın  hər  bir  molekulu, ancaq ona  xas  olan tezliyin 
kombinasiyalı  yerdəyişməsinə  malikdir.  Qaz  molekullarından 
ibarət  olan  mühit,  ancaq  ona  xas  olan  kombinasiyalı  spektrə 
malikdir. Onun qeyd edilməsi, udma zolağının yerdəyişməsinin 


təhlili  yolu  ilə  tədqiq  olunan  mühitdə  qarışıqların  olmasını 
təyin etməyə imkan verir. 
 
Kombinasiyalı  səpələnmə  kiçik  en  kəsiyinə  malik 
olduğuna  görə  bu  metod  kiçik  məsafələrdə  (bir-neçə  on  metr, 
məsələn,  tüstü  borularından  zərərli  tullantılara  nəzarət  üçün) 
istifadə olunur. 
 
Şək.  2.5  –də  kombinasiyalı  səpələnmə  metodu  ilə 
atmosferin  tərkibinin  məsafədən  təhlili  üçün  qurğunun  blok 
sxemi, şək. 2.6 –da isə lazer zondlama metodu ilə neftin yanma 
məhsullarında  alınmış  kombinasiyalı  səpələnmə  spektrləri 
göstərilmişdir. 
 
 
 
Şək. 2.5 Kombinasiyalı səpələnmə metodu vasitəsilə  
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə