Ş.Ə.ƏHMƏdov, Ş.İ. MƏMMƏdova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/36
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1054
1   ...   9   10   11   12   13   14   15   16   ...   36

fasiləsiz  məlumat  verir  və  həmçinin  onu  radio-  və  elektrik 
rabitə ilə ötürür. 
 
Profiloqraf 
-  mexaniki  –  tross  üzərində  və  ya  ölçmə  ştanqasında 
olan  ölçmə  yükü  ilə  dərinliyi  ölçür.  Nəticələri  saatla  təhciz 
olunmuş qeyd edən mexanizmə ötürməklə suyun dibində yerini 
dəyişir; 
-  hidrostatik  –  suyun  dibində  tross  üzərində  yerini 
dəyişə  bilən  təzyiq  ötürücü  vasitəsilə  dərinliyi  ölçür.  15  m  -ə 
kimi dərinliyə hesablanıb; 
akustik – exolotun tətbiqinə hesablanıb (şək.2.9). 
Müşahidə  obyekti  ilə  qarşılıqlı  əlaqə  üsuluna  görə 
cihazlar  təmasda olan  və təmasda olmayan  növlərə  bölünür. 
Təmasda olanlar: suyun sərfini ölçmək üçün ultra səs sistem, 
suyun  sərfini
 
ölçmək  üçün  hərəkət  edən  gəmidə  kompleks 
cihazlar.  Təmasda  olmayanlar:  yer  səthinin  aerokosmik 
tədqiqatları  üçün  cihazlar  (  radiasiya  termometrləri,  qar 
örtüyündə  su  ehtiyatlarını  təyin  etmək  üçün  qamma-çəkici 
cihazlar  ),  həmçinin  buzun  səth  axın  sürətini  və  qalınlığının 
radiolokasiya ölçüləri üçün cihazlar. 
                     
  
  
Şək.  2.9.  Profiloqraf  ilə  dərinliyin  ölçülməsi:  V.Ş.  –  vibratot-
şüalandırıcı,  V.Q.  –  vibrator-qəbuledici,  1  –  gedən  siqnal,  2  -  əks 
olunan siqnal, d – profiloqrafın dərinliyi.
 
 


 
Okean  cihazları  –  dəniz  mühitinin  xarakteristikalarının 
hidrofiziki,  hidrokimyəvi,  dəniz  geoloji,  hidrobioloji  və  digər 
ölçüləri  üçün  texniki  vasitələ;  dəniz  suyunun,  qruntunun, 
bitkilərinin  və  heyvanlarının  nümunəsini  götütmək  üçün 
qurğularr. 
 
Tətbiqinə görə aşağıdakılara bölünür: 
 
- dərinliyi təyin etmək üçün cihazlar (lotlar və exolotlar); 
 
-  dəniz  suyunun  fiziki  xarakteristikalarının  təyini  üçün 
(termometrlər  və  səsin  suda  yayılmasının  sürətini  ölçən 
cihazlar); 
 
-  suyun  dinamikasının  əsas  parametrlərinin  (axınların 
sürət  və  istiqamətini)  ölçülməsi  üçün  –  hərf  çapedici  fırlanğıc 
(HÇF),  axının  və  temperaturun  avtomatik  rəqəm  ölçücüsü 
(TARÖ); 
 
- dalğaların elementinin təyini üçün (dalğaölçənlər); 
 
- səviyyənin tərəddüdü (futştok, mareoqraflar); 
 

hidrokimyəvi 
ölçülər 
üçün 
(elektrosolomerlər, 
oksimetrlər, pH-metrlər, fotoelektrik kolorimetrlər və s.); 
 
- buzlaqların müşahidəsi üçün (buzlaqları ölçən reykalar, 
buzlaqların aeroçəkilişi üçün cihazlar və s.). 
 
İstifadə  üsullarına  görə  okean  cihazları  aşağıdakılara 
ayrılır: 
 
-  stasionar  –  sahildə  və  ya  açıq  dənizdə  daimi  (futştok, 
mareoqraflar,  termoqraflar)  və  ya  uzun  müddətli  (tellurik 
stansiyalar, seysmoqraflar) təhkim olunur; 
 
avtonom – okeanların və dənizlərin açıq hissələrində bir 
neşə  saatdan  bir  neçə  aya  kimi  sərbəst  işləmək  üçün  təxsis 
edilmişdir (buy stansiyalar); 
 
- gəmi; 
 
- yedəkdə olanlar; 
 
- kompleksli. 
 


          
 
Şək.2.10.  Dəniz  dibinin  relyefini  exolot  zondlama  yolu  ilə 
təyin edirlər. 
Yerin  hidrosferinin  müasir  monitorinq  sisteminin 
ümumi
 
sxemi şək. 2.11 –də verilmişdir. 
 
        
 
Şək.  2.11.  Yerin  hidrosferinin  vəziyyətinin  müşahidəsi  (a), 
müşahidə materiallarının toplanması və emalı (b) sistemi 
 


2.3. Qurunun və geoloji mühitin monitorinqi. 
 
Torpaq  monitorinqinin  əsas  məsələləri  –  a)  Torpaq 
örtüyünün zaman və məkanca antropogen və təbii dəyişməsini 
təyin  edən  amil  və  proseslərin  öyrənilməsi;  b)  torpaqların 
xüsusiyyətlərinin 
və 
onların 
təbii 
münbitliyinin 
müəyyənləşdirilməsi  və  qiymətləndirilməsi;  c)  torpağın 
pestisid,  ağır  metallar  və  digər  inqridiyentlərlə  çirklənməsinə 
nəzarət;  ç)  torpağın  tərkib  və  xüsusiyyətlərinin,  həmçinin 
torpaq 
örtüyünün 
dəyişməsinin 
tendensiya 
və 
proqnozlaşdırılmasının aydınlaşdırılması. 
 
Bu  məsələlər,  xüsusi  seçilmiş  sahələrdə  distansion 
tədqiqat 
metodlarından 
istifadə  etməklə,  stasionar  və 
yarımstasionar müşahidələrin köməyi ilə həll olunur. Müşahidə 
obyektləri  kimi,  bütün  əsas  torpaq-iqlim  zonalarında  yerləşən 
və  intensiv  antropogen  təsirlərə  məruz  qalan  tipik  landşaftlar 
seçilir. Paralel olaraq, fon ərazilər də tədqiq olunur. 
 
Hər  tərəfdə  monitorinq:  a)  xüsusən  toksiki  olan  ağır 
metallar  –  civə,  qurğuşun,  kadmium;  b)  xüsusən  toksiki  olan 
üzvü çirkləndiricilər – benz(a)piren, polixlorbifenid. 
 
Ümumi  monitorinq  –  lokal  tullantılar  zamanı  torpağa 
daxil  olan  toksikantlar  (sink,  nikel,  vanadium,  manqan  və  s.); 
kənd  təsərrüfatı  məhsullarında  toplanma  qabiliyyətinə  malik 
üzvü çirkləndiricilər. 
 
Torpağı  çirkləndirən  əsas  mənbələrə  uyğun  olaraq, 
iki müşahidə obyekti ayırırlar: 
 
1) 
kənd 
təsərrüfatı 
rayonlarının 
torpaqları  
(nümunələrin  götürülməsi  ildə  iki  dəfə  -  yazda,  qarın 
əriməsindən  sonra  və  vegrtasiya  dövründən  sonra).  Ağır 
metalların  torpağa  daxil  olma  intensivliyini  təyin  etmək  üçün, 
qar nümunəsinin götürülməsi hər il qışın sonunda aparılır. 
 
2)  sənaye  –  energetik  mənbələrin  ətrafındakı 
torpaqlqr  (  ildə  bir  dəfə  yazda  qar  əridikdən  sonra  torpaq  – 
coğrafi profil nöqtələrindən nümunələrin götürülməsi ). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə