Sahəcə daha iri obyektlər ( adətən, kənd təsərrüfatı
sahələri) distansion metodlar vasitəsi daim tədqiq olunmalıdır.
Aerokosmik zondlama verilənləri yerüstü etalon sahələrin
tədqiqi ilə nəzarətdə saxlanmalıdır.
Torpaqda kimyəvi maddələrin insan üçün zərərsiz olan
kompleks göstəricisi kimyəvi maddənin torpaqda yol verilən
qatılıq həddi ( YVQH ) adlanır.
Kimyəvi maddənin torpaqda YVQH–nin əsaslandırılması
təcrübədə təyin olunan 4 əsas zərərlik göstəricisi ilə
əlaqədardır:
maddənin torpaqdan bitkiyə keçidini xarakterizə edən
translokasiya;
maddənin torpaqdan qrunt sularına və su mənbələrinə
keçid qabiliyyətini xarakterizə edən suya miqrasiya;
maddənin torpaqdan atmosfer havasına keçidini
xarakterizə edən havaya miqrasiya;
çirkləndirici maddənin torpağın özünütəmizləmə
qabiliyyətinə və onun bioloji aktivliyinə təsirini xarakterizə
edən ümumsanitar.
Torpağın kimyəvi maddələrlə çirklənməsinin gigienik
qiymətinin əsas meyarı yol verilən qatılıq həddi (YVQH) və
təqribi yol verilən qatılıqdır (TYVQ).
Torpaq bir çox maddələrlə çirkləndikdə, çirklənmənin
təhlükə dərəcəsinin qiyməti daha toksiki elementin torpaqda
maksimum miqdarı ilə qəbul edilir.
Ümumiyyətlə, hər hansı bir ərazinin ekoloji cəhətdən
zonalaşdırılmasında əhalinin sağlamlığına zərərli təsirin
indikatoru kimi, torpağın kimyəvi çirklənmə səviyyəsinin
qiymətindən istifadə etmək iki göstəriciyə əsasən aparılır:
kimyəvi maddənin qatılıq əmsalı ( K
C
) və çirklənmənin cəm
göstəricisi ( Z
C
).
K
C
–nin qiyməti torpaqda müəyyən olunan maddənin
mq/kq –la faktiki miqdarının ( C
i
), regionun fon qiymətinə
(C
fi
) olan nisbəti ilə təyin olunur.
fi
i
C
C
C
K
( 2.4 )
Çirklənmənin cəm göstəricisi, kimyəvi elementlərin
qatılıq əmsallarının cəminə bərabərdir ( bu göstərici həmçinin
torpağın ağır metallarla çirklənməsini qiymətləndirmək üçün
də istifadə olunur ):
n
i
C
C
n
K
Z
i
1
1 ( 2.5 )
Burada n – müşahidə olunan çirkləndiricilərin sayı,
i
C
K
-
çirklənmənin i –inci komponenetinin qatılıq əmsalıdır.
Cədvəl 2.3
Çirklənmənin cəm göstəricisinə əsasən torpağın çirklənmə
dərəcəsinin qiymət şkalası
Torpağın
çirklənmə
dərəcəsi
Çirklənmənin
cəm göstəricisi
Z
C
Əhalinin
sağlamlıq
göstəricilərinin
dəyişməsi
Yol verilən
16
Uşaq xəstəliklərinin aşağı səviyyəsi və
funksional dəyişmələrin baş verməsinin
minimal tezliyi
Mülayim
təhlükəli
16 -32
Ümumi xəstəliklərin artması
Təhlükəli
32 - 128
Tez-tez xəstələnən, xroniki xəstəliyə
tutulan, ürək-damar xəstəlikli uşaqların
sayının artması
Fövqəlada
təhlükəli
128
Uşaq
xəstəliklərinin,
qadınların
reproduktiv
funksiyalarının
pozulmasının
(hamiləliyin
toksikozluğunun,
vaxtından
əvvəl
doğulmaların, ölü doğulmaların və s.)
sayının artması
Son zamanlar YSP, lazer və radar texnikasının tətbiqi ilə
bağlı məsafədən zondlama metodları geniş vüsət almışdır.
Lazer və radar aeroçəkiliş landşaft xüsusiyyətlərinin ən
güclü ümumiləşdirici öyrənilmə üsuludur.
Yer təkinin geoloji quruluşunun tədqiqi, faydalı
qazıntıların yatağının axtarışı və kəşfiyyatı üçün məsafədən
çəkilişim bir çox metodlarından istifadə olunur: fotoçəkiliş,
maqnit üsulları, qamma-çəkiliş, elektrokəşfiyyat, qravitasiya
kəşfiyyatı, radio- və lazer lokasiyası.
Məsafədən
zondlama
metodları
kənd
təsərrüfatı
sektorunda bitki örtüyünün, ekosistemlərə daxil olan enerji
axınlarının statistik məlumatlarının alınmasına, fitopatogen
amillərin yayılma ocaqlarının sahəsinin ölçülməsinə və s.
imkan yaradır.
3. Geofiziki monitorinq
3.1. Geofiziki monitorinqin metod və vasitələri
Təbii mühitin vəziyyəti və çirklənmə səviyyəsi haqqında
obyektiv informasiyanın alınması üçün ekoloji monitorinqin
etibarlı vasitələrinə və metodlarına malik olmaq lazımdır. Təbii
mühitin vəziyyətinə nəzarətin effektivliyinin əldə edilməsindən
ötrü aşağıdakı tədbirlər görülməlidir:
•
ölçmələrin
məhsuldarlığını
və
operativliyini
yüksəltmək;
• ölçmələrin müntəzəmliyini artırmaq;
• eyni zamanda nəzarətə alınmanın miqyasını artırmaq;
• texniki vasitələri və nəzarət prosesini avtomatlaşdırmaq
və optimallaşdırmaq.
Kimyəvi, fiziki-kimyəvi, mikrobioloji analiz metodları və
müşahidələrin digər növləri vasitəsilə atmosfer havasının, quru
ərazilərin səth sularının, torpaqların, dəniz suyunun, geoloji
mühitin
tərkibi
və
texnogen
çirklənmələri,
həmçinin
antropogen təsir mənbələrinin vəziyyəti və davranışı daimi
olaraq izlənilir. Burada monitorinq texnoloji nəzarətin
funksiyaları ilə üst-üstə düşür.
İnkişaf etmiş sənaye ölkələrində su və hava mühitinin
keyfiyyətinə cihaz nəzarət texnikası sürətlə təkmilləşir. Hava
çirkləndiricilərinin konsentrasiyalarının avtomatik surətdə
izlənilməsinin fasiləsiz kommutasiya sistemləri, axarların
avtomatik ekspress-analiz texnikası, axarların mənsəblərinin
emissiyalarının telemetrik spektral analizatorları, həmçinin
müxtəlif portativ indikator cihazları işlənilir və tətbiq edilir.
Son zamanlar İnternet sistemində Qərbi Avropa ölkələrində,
ABŞ-da, Kanadada və Yaponiyada ekoloji monitorinq
Dostları ilə paylaş: |